Yaxın şərq » Radikal israillilər Qüdsdə xristian keşiş və rahibləri təhqir edirlər
“Yerusəlim Post” qəzeti son dövrlərdə belə halların sayının artdığını yazırQəzetin xəbərində Qüdsdəki müxtəlif xristian təriqətlərlərinin üzvü olan din xadimlərinin israilli fundamenalistlərin təzyiq və təhqirlərinə məruz qaldığı bildirilir. Bu faktı Qüdsdəki xristianlarla yanaşı, dinlərarası dialoq iştirakçıları olan yəhudilər də təsdiqləyirlər.

“Biz Qüdsün küçələrində rahat gəzə bilmirik. Sioinist ruhlu yəhudilər bizi nalayiq kəlmələrlə təhqir edir, alçaltmaq məqsədilə ayağımızın altına, bəzən də üzümüzə belə tüpürürlər. Nə polis, nə də digər qurumlar bu şəxsləri cəzalandırmır, barələrində heç bir ölçü götürmürlər”, - deyə Qüds keşişlərindən biri “İsrailinfo” qəzetinə müsahibəsində bildirib.

Sözügedən keşiş müsahibəsində sionistlərin müsəlmanlara qarşı bu cür davranmaqdan çəkindiklərini qeyd edib.

/islamnews.ru/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!