Yaxın şərq » İraqda sadəcə qadınların fəaliyyət göstərdiyi bank şöbəsi açılıb
Ümumi bankın direktoru kişi olduğu üçün filiala hətta onun da girişi qadağan olunubİraqın paytaxtı Bağdad şəhərində yalnız qadınların fəaliyyət göstərdiyi bankın filialı açılıb. Filialda yalnız qadınlar fəaliyyət göstərir və ora hətta ümumi bankın direktoru kişi olduğundan onun da girişinə qadağa qoyulub. Bankda yalnız mühafizədə çalışanlar kişi işçilərdir. Bank filialının direktoru Əmirə İsanın sözlərinə görə bu ideya İraqda biznes fəaliyyəti ilə məşğul olan qadınlar tərəfindən təklif olunub. Bank həmçinin işsiz qadınları işlə təmin edəcək. İraqdakı biznes fəaliyyəti ilə məşğul olan qadınlar isə sərbəst olaraq bankın xidmətlərindən istifadə edə biləcəklər. Gələcəkdə İraqın digər bölgələrində analoji filialların açılması gözlənilir. /anspress/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!