»»İstihlal

Mərcəiyyətin 1440-cı ilin Fitr bayramı ilə bağlı elanı

Bismillahir-Rəhmanir-Rəhim

İslam dünyasının fəqihləri və mərcəyi-təqlidləri (Allah ömürlərini uzun etsin) Fitr bayramı ilə bağlı elan veriblər. Aşağıda adı qeyd olunan fəqihlər yekdilliklə miladi 5 iyun 2019 çərşənbə gününü şəvval ayının əvvəli və Fitr bayramı elan ediblər:

Ayətullah Qolpayqaninin dəftərxanasının ramazan ayının başlanması barədə elanı

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası mübarək ramazan ayının başlanması ilə bağlı elan verib. 313news.net-in mərcəyi-təqlidin ofisinə istinadlı məlumatına görə, mayın 5-i ramazan ayının hilalı sübuta yetməyib. Buna əsasən də mayın 6-sı şəban ayının son günü və həftənin çərşənbə axşamı günü- mayın 7-si mübarək ramazan ayının ilk günü elan olunur.

Ayətullah Zəncaninin dəftərxanasının mübarək ramazan ayının başlanması barədə elanı

Ayətullahul-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanası mübarək ramazan ayının başlanması ilə bağlı elan verib. 313news.net-in mərcəyi-təqlidin ofisinə istinadlı məlumatına görə, mayın 5-i ramazan ayının hilalı sübuta yetməyib. Buna əsasən də mayın 6-sı şəban ayının son günü və həftənin çərşənbə axşamı günü- mayın 7-si mübarək ramazan ayının ilk günü elan olunur.

Ayətullah Məkarim Şirazinin dəftərxanasının ramazan ayının başlanması barədə elanı

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası mübarək ramazan ayının başlanması ilə bağlı elan verib. 313news.net-in mərcəyi-təqlidin mərkəzi ofisinə istinadlı məlumatına görə, bazar axşamı (mayın 5-i) aparılan müşahidələrdə ramazan ayının hilalı sübuta yetməyib. Buna əsasən də mayın 6-sı şəban ayının son günü və həftənin çərşənbə axşamı günü- mayın 7-si mübarək ramazan ayının ilk günü elan olunur.

Ayətullah Xameneyinin dəftərxanasının ramazan ayı barədə elanı

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası mübarək ramazan ayının başlanması barədə elannamə verib. 313news.net-in İslam İnqilabı rəhbərinin ofisinə istinadlı məlumatına görə, ölkənin müxtəlif yerlərində aparılan müşahidələr əsasında yeni ayın hilalının müşahidə olunması ilə bağlı mötəbər şəhadət əldə olunmadığına görə, mayın 6-sı şəban ayının 30-cü günü və mayın 7-si mübarək ramazan ayının ilk günü elan olunur.

Ayətullah Sistaninin dəftərxanasının ramazan ayının başlanması ilə bağlı elanı

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası mübarək ramazan ayının başlanması ilə bağlı elan verib. 313news.net-in mərcəyi-təqlidin Nəcəf şəhərindəki mərkəzi ofisinə istinadlı məlumatına görə, bazar axşamı (mayın 5-i) aparılan müşahidələrdə İraq və ətraf məntəqələrdə mübarək ramazan ayının hilalı sübuta yetməyib. Buna əsasən də mayın 6-sı şəban ayının son günü və həftənin çərşənbə axşamı günü- mayın 7-si mübarək ramazan ayının ilk günü elan olunur.

21 yanvar Ay tutulması ilə bağlı ayət namazının hökmü

Yanvarın 21-i 2019-cu ilin ilk Ay tutulması baş verəcək. Tam Ay tutulması Azərbaycan ərazisindən müşahidə edilməyəcək. Lakin yarımçıq tutulmanı hündürlükdən və qərb üfüqünü müşahidə etmək imkanı əldə edənlər görə biləcəklər. Buna əsasən də ölkəmizdə yaşayan müsəlmanlara ayət namazı vacib olacaq. Bakıda Ayət namazını qeyd olunan zaman müddətində qılmaq lazımdır: 07:33- 08:01

Ayətullahul-uzma Sistaninin müqəllidlərinin suallarına cavab

Bismillahir-Rahmənir-Rahim!

Mübarək ramazan ayının əvvəlindən saytımıza gələn çoxsaylı sualllara cavab vermək üçün Allah iznilə bu kiçik məqaləni sizə təqdim etmək qərarını verdik. Əslində, saytımızda keçən ildə də Ayətullah Sistani həzrətlərinin müqəllidlərinin vəzifəsi barədə məqalələr çap olunmuşdu.

Ayətullah Sistaninin ölkəmizdəki müqəllidlərinin vəzifəsi nədir?

Bismillahir-Rahmənir-Rahim!

Bu gün (29 iyul) mərcəiyyət (Allah onları hifz eləsin) tərəfindən mübarək Fitr bayramı elan olunmuşdur. Saytımıza ünvanlanan çox saylı sualları nəzərə alaraq, Ayətullahul-uzma Seyid Sistani həzrətlərinin əziz müqəllidlərinə bir neçə məsələni aydınlaşdırmaq istəyirik, inşəallah.