"Qadınların şəriət hökmlərinin sadə şəkildə öyrədilməsi"- Ayətullahul-uzma Seyid Əli Hüseyni Sistani

Bismillahir Rahmənir Rahim!

Qurani-Kərimin Nəhl surəsinin 97-ci ayəsində buyurur:

مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ

“Mömin olub yaxşı işlər görən kişi və qadına şübhəsiz, pak bir həyat nəsib edəcək və gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik”.

"Təqlid risaləsi"- Ayətullahul-uzma Seyid Əli Hüseyni Xameneyi

Bismillahir-Rahmənir-Rahim!

“Təqlid risaləsi” İslam aləminin böyük mərcəyi-təqlidi və vəliyyi-fəqihi Ayətullahul-uzma Seyid Əli Hüseyni Xameneyinin fətvaları əsasında tərtib olunmuşdur. Risalədə fiqhin “Təqlid” bölməsini əhatə edən 40 məsələ izah olunmuşdur. Risalənin tərtib olunmasında böyük ustadın “Əcvibətul-istiftaat”, “Müqayisəli fətvalar” adlı kitablarından, rəsmi saytında yerləşdirilən fətvalardan, habelə dəftərxanasının sorğularımıza verdiyi cavablardan istifadə olunub.

"Geniş izahlı şəriət məsələləri"- Ayətullahul-uzma Seyid Əli Hüseyni Sistani

Bu kitab Lənkəranlı ruhani Rövşən Şərifzadənin Ayətullah əl-Uzma Seyyid Əli Hüseyni Sistani həzrətlərinin Müqəddəs-Məşhəd şəhərindəki dəftərxanasının müdüri Höccətul-İslam vəl-muslimin Seyyid Muhəmmədəli Rəbbanidən aldığı icazəsi əsasında tərcümə və çap edilmişdir.

"Həccin hökmləri və əlavələr"- Ayətullahul-uzma Seyid Əli Hüseyni Sistani

Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!
(Ali İmran : 97)

"Fiqh təlimləri" (cild 1)- Ayətullahul-uzma Seyid Əli Hüseyni Xameneyi

Mükəlləf1 namaz, oruc, təharət, bəzi alqı-satqılar və s. bu kimi gündəlik qarşıya çıxan şəri vəzifələrinin hökmünü öyrənməlidir. Əgər bu şəri məsələləri öyrənməmək vacib bir əməlin tərk olunmasına, yaxud haram bir işin yerinə yetirilməsinə səbəb olarsa, mükəlləf günahkardır.

"Şəriət hökmlərinin izahı" - Ayətullahul-uzma Şeyx Nasir Məkarim Şirazi

İlk mətni mərhum Ayətullah-üzma Bürucerdinin dövründə onun fətvaları əsasında hazırlanmışdır. Qum elmi hövzəsinin bir neçə alimi tərəfindən görülmüş bu iş fiqhi hökmlərin xalqa aydınlaşdırılmasında təsirli. Qeyd olunan risalədə terminlər işlədilməmişdir, cümlələr sadə və aydınidi, dəqiqlik vardı.