Vəhhabilərin iftira və yalanlarının ardı-arası kəsilmir. Dəyərli oxucularımızı bir vəhhabinin iftirası ilə tanış etmək istərdik. O, yazır:
Bir çox kitab və saytlarda bu kəs əhli-sünnəyə qarşı dəlil gətirilir və onun guya sünni alimi olduğu bildirilir. Bilənlər isə bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət və şiə kitablarından nəql gətirərək onun sünni deyil, şiə olduğunu isbat edəcəyik, inşəAllah!
Sonra o yazır:
هو عز الدين بن ابي الحسن بن ابي الحديد المدائني صاحب شرح نهج البلاغة المشهور وهو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة ...... وحسب الدلالة على علو منزلته في الدين وغلوه في امير المؤمنين عليه السلام شرحه الشريف الجامع لكل نفيسة وغريب ، والحاوي لكل نافحة ذات طيب
"Onun adı İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəini'dir. "Nəhcul-Bələğə" kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin – aleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... "
(əl-Xavanəsəri, "Ravdatul-Cənnət", 5/20-21)
O bu kitabın üzünü belə görməyib və bu mətni saxtakarlıqda məhşur olan, vəhhabilərin ustadı Şeyx İhsan İlahi Zahirin kitabından götürüb. Ərəb dilində olan mətnin ortasında ......... nöqtələr qoyduğu yerdə görəsən nə yazılıb?
Orada "Əhli-sünnət və camaatın cildində olsa da" yazılıb! Yani: "Əhli-sünnət və camaatın cildində olsa da əhlibeyti dəstəkləyirdi". Aydındır ki, sələfilər/vəhhabilər bu ifadəni bilərəkdən mətndən çıxarıb yerinə nöqtələr qoyublar. Məqsədləri də yalanla da olsa İbn Əbil Hədidid şiə olduğunu sübut etməkdir.
Bunu da qeyd edim ki, onun kitab ilə tanışlığı müəllifin adını yazmağından bəllidir. Əl-Xansari əvəzinə Əl-Xavanəsəri yazıb.
Həmçinin burada Şeyx İhsan və sələfi/vəhhabiləri çaşdıran və təbii olaraq həzm edə bilmədikləri "İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir" cümləsidir. Təbii ki, nasibilər üçün bu qəbuledilməzdir. Sələfilərin, xüsusən də nasibilərin rical kitablarında şiyəlikdə ittiham olunanlar İmam Əlinin (ə.s.) fəziləti barədə rəvayət edənlər, ona qarşı xüsusi meyli olanlardır. Ən-Nəsai, Əbdur-Rəzzaq Əs-Sənani, Əl-Hakim, Əl-Qunduzi, Fərhan Əl-Maliki və s. kimiləri buna misal gətirmək olar.
Xatırladım ki, Əliyə (ə.s.) və əhlibeytə (ə.s.) meylli olmaq hələ elmi termin kimi şiyə olmaq demək deyildir.
Sələfi/vəhhabilərə isə demək istərdim ki, İbn Əbil Hədidin şiyə alimlərinin nəzərində kimliyini bilmək üçün Əl-Xansarının mənasını başa düşmədiyiniz yarımçıq sitatından yox, ümum şiyə alimlərinin nəzərinə baxmanız doğru olar.
Sonra o yazır:
əl-Qummi isə "əl-Kunə val-Əlqab" kitabında deyir:
ولد في المدائن وكان الغالب على أهل المدائن التشيع و التطرف والمغالاة فسار في دربهم وتقيل مذهبهم و نظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم وفيها غالي و تشيع
ثم خف الى بغداد وجنح الى الاعتزال واصبح كما يقول صاحب نسخة السحر معتزلياً جاهزيا في اكثر شرحه بعد ان كان شيعياً غالياً"əl-Mədəin şəhərində doğulmuşdur və bu şəhərin əhalisinin çoxu şiə idi, şiəlikdə radikal idilər və etiqadlarında ğuluv vardı. O, da onların bu yolu ilə getmişdir. Onların əqidələrini "əl-Uluviyyət əs-Səbu" adı ilə tanınmış nəzmində qeyd etmişdir və həmin bu beytlərində ğuluv və təşəyyu vardır...(daha sonra həmin bu beytlərdən bəzilərini qeyd edir...) ...Sonra Bağdada getmiş və mötəzili əqidəsinə meyl etmişdir və "Nəsmətus-Səhar" kitabının sahibinin dediyi kimi ifrat şiə olduqdan sonra mötəzili cahizi olmuşdur. Bağdad'da 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir."
(əl-Qummi, "əl-Kunə val-Əlqab", 1/185)
Bu da yalandır! Burada vəhhabi əl-Qummiyə açıq-aydın iftira atır. Sitatın son 2 cümləsindən başqa heç bir söz əl-Qummiyə məxsus deyildir. əl-Qumminin "əl-Kuna val-Əlqab" kıtabının onlayn ssılkası ilə bunun çox asanlıqla şahidi ola bilərik: Bu həmin kitab: "Əl-Kuna vəl-Əlqab"
Bu kitabda İbn Əbil-Hədid haqda 1-ci cild 193-cü səhifədə tanış ola bilərsiz. Kitabda artıq dediyimiz kimi yuxarıda yazılanlardan yalnız bu 2 cümlə var: "Bağdadda 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir.", digər yazılar isə mövcud deyil. Vəhhabinin əl-Qumminin sözləri kimi təqdim etmək istədiyi, əslində isə İhsan İlahi Zahirin kitabından olan ""Nəsmətus-Səhar" kitabının sahibinin dediyi kimi ifrat (ğuluv etmiş) şiə olduqdan sonra mötəzili cahizi olmuşdur." sözləri onun özünə qarşı açıq-aydın dəlildir.
"Nəsmətus-səhar" kitabından (müəllifi: Yusif b. Yəhya Əs-Sənani) qırmızı rəngdə yalandan Qummiyə nisbət verilən yarımçıq cümləni bütöv şəkildə yazıram:
وكانت حالة عز الدين المذكور عجباً بيّناً ، هو شيعي متعصب كما في القصائد المشار إليها _ السبع العلويات _ إذ صار معتزلياً جاحظياً أو أصمعياً كما في أكثر شرحه
....................mötəzili Cahizi, yaxud Əsməi oldu, necə ki, əksər şərhlərində (bu bilinir)
İndi deyin görək mötəzili cahizi və əsməi nədir?
أبو عثمان الجاحظ من معتزلة البصرة ، وهم أشد تعصباً للسلف من معتزلة بغداد ، حتى كان بينهما نقد ورد خصوصاً مع الجاحظ في عثمانيته
Əbu Osman Əl-Cahiz Bəsrə mötəzililərindəndir. Onlar sələf barədə Bağdad mötəzililərinə nisbətdə daha çox təəssübkeşdirlər. Hətta onların (yəni Bağdad və Bəsrə mötəzililərinin) arasında, xüsusəndə Əl-Cahizlə onlar arasında Osman (b. Əffan) barəsində münaqişə olmuşdu.
Mötəzili cahizilər Bəsrə mötəzilələrindən olub və onlar Bağdad mötəzililərindən fərqli olaraq Osmanı belə Əlidən (ə.s.) üstün bilirdilər.
Əgər Əs-Sənaninin yazdığı düzdürsə opponentimizin gətirdiyi dəlilə əsasən İbn Əbil Hədidin şiyəlikdən zərrə qədər də olsun payı yoxdur.
Sonda o yazır:
Yusuf İlyən Sirkis "Mucəm əl-Mətbuat əl-Arabiyyə" kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة"Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir."
Bu kitabdan da güman edirəm ki, bixəbərdir. Dəlil gətirdiyi bu kitabın 1-ci səhifəsində yazılıb:
معجم المطبوعات العربية والمعربة وهو شامل لاسماء الكتب المطبوعة في الاقطار الشرقية والغربية مع ذكر اسماء مؤلفيها ولمعة من ترجمتهم
"Mucəm əl-Mətbuat əl-Arabiyyə" kitabı müəlliflərin adı və tərcümeyi-halından bir parça bildirilmiş, şərq və qərbdə çap olunmuş kitabların adlarına şamil olunur.
"Mu`cəm" Yusif İlyan Sirkis
Müəllif İbn Əbil Hədid haqqında qısa məlumatı yuxarıda vəhhabinin sitat gətirdiyi əl-Xansarinin "Ravdatul-Cənnət" kitabından götürmüşdü. Hər iki mətni tutuşdurduqda uyğunsuzluğun şahidi oluruq:
Bu opponentimizin "Mucəm əl-Mətbuat əl-Ərəbiyyə" kitabından yazdığı sitat:
هو من أكابر الفضلاء المتشيعين
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعةO, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir."
Bu isə onun "Rovzatul-Cənnət" kitabından yazdığı sitat:
هو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة
O, araşdırıcı alimlərin fəzilətlilərinin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...........
(!) "Rovzatul-Cənnəh" kitabında nöqtələrin yerində "Əhli-sünnət və camaatın cildində olsa da" yazılıb, amma opponentimiz bunu gizlətməyə çalışmışdır.
Gördüyümüz kimi Yusif İlyan Sirkisin kitabındakı sitat əl-Xansarinin "Rovdatul-Cənnət" kitabından nəql olunmasına baxmayaraq "araşdırmaçı" əvəzinə "təşəyyu"(şiə) yazılmışdır. Artıq bu təhrifdirmi yoxsa çap səhvidir doğrusunu Allah bilir.
İbn Əbil Hədidin kim olduğunu bilmək üçün yalançı İbn Teymiyyə, İbn Kəsir kimilərin yazısına yox məhz İbn Əbil Hədidin özünün yazdıqlarına baxmaq lazımdır. Bu daha ədalətli və elmi yoldur.
Misal üçün Nəhcül-bəlağədən kiçik nümunələr çox gətirmək olar:
اختلفت الروايات في قصة السقيفة ، فالذي تقوله الشيعة ـ وقد قال قوم من المحدّثين بعضه ورووا كثيراً منه ـ : إنّ علياً ( عليه السلام ) امتنع من البيعة حتى أخرج كُرهاً
Səqifə hadisəsi barədə olan rəvayətlər müxtəlifdir. Şiyələrin dediyinə görə..........................
Nəyə görə İbn Əbil Hədid burada özünü şiyələrə nisbət vermədən şiyələri ayrılıqda zikr edir? Bu adam özünü şiyələrdən ayrı bilir.
İkincisi mötəzlilə nə vaxtdan şiyə əqidəsi olub? Onlar füruda hənəfi, bəzilərinə görə şafii olub.
Bu adam 3 nəfərin xilafətinin şəri xilafət olduğunu deyib. Hansı ki, şiyə bu sözü demir.
Burda isə İmam Əlinin (ə.s) onların (şiələrin) fətva verən imamı olduğunu deyir. Hətta peyğəmbərin (s.a.s.) onu xəlifə olaraq təyin etdiyini qəbul etmir.
يجوز أن يريد أنه إمامهم في الفتوى فهو كالفقيه لا انّه إمامهم بمعنى أنّ الرسول نصّبه خليفة
Əbil Hədidin etiqadı
ومن تأملها وأنصف ، علم أنه لم يكن هناك نص صريح ومقطوع به لا تختلجه الشكوك ولا تتطرق إليه الاحتمالات ، كما تزعم الامامية فإنهم يقولون إن الرسول ص نص على أمير المؤمنين ع نصا صريحا جليا..... ولا ريب أن المنصف إذا سمع ما جرى لهم بعد وفاة رسول الله ص ، يعلم قطعا أنه لم يكن هذا النص ، ولكن قد سبق إلى النفوس والعقول أنه قد كان هناك تعريض وتلويح ، وكناية وقول غير صريح ، وحكم غير مبتوت ، ولعله ص كان يصده عن التصريح بذلك أمر يعلمه ، ومصلحة يراعيها ، أو وقوف ، مع إذن الله تعالى في ذلك
شرح نهج البلاغة - ابن أبي الحديد - ج 2 - ص 59
"Hər kəs insafla fikirləşsə görər ki, (Hz.Əlinin bilafasilə xəlifəliyinə) sərih və aşkar bir rəvayət (ki, onda şəkk şübhə olmaya) yoxdur. İmamiyələrin xilafina ki, onlra güman edirlər ki, Rəsuli Əkrəm aşkar və fasiləsiz olaraq Hz.Əlini xəlifə təyin edib.....(O arınca deyir:) Şəkk yoxdur ki, insanflı adam Rəsuli Əkrəmin vəfatından sonra baş verən hadislərə diqqət etsə görər ki, heç bir aşkar rəvayət ortda yox idi. Lakin zehnə bu gəlir ki, Rəsulı Əkrəmin bu məsələ barədə rəvayəti kinayə, işarə və qeyri sərih həddində olub. Və qəti hökm şəklində olmayıb.
Aşkar olmamasının səbəbini də yəqin özləri bilir, yada məsləhət belə olub, və yaxud aşkar etməməsinin səbəbi Allah təala tərəfdən bir göstərişin gəlməsinə bağlı olub."
Bundan əlavə biz ibn Əbil Hədidin Zəhranın (ə) evinə hucum edənlərdən difa etdiyini görürük. Və həmçinin Əbu Talibin imanına toxunaraq belə deyir:
واختلف الناس في إيمان أبى طالب فقالت الامامية وأكثر الزيدية : ما مات إلا مسلما .
وقال بعض شيوخنا المعتزلة بذلك ، منهم الشيخ أبو القاسم البلخي وأبو جعفر الإسكافي وغيرهما
شرح نهج البلاغة - ابن أبي الحديد - ج 14 - ص 65 - 66
"Müsəlmanlar Əbu Talibin imanında ixtilaf ediblər: Bütün İmamiyə və Zeydiyi məzhəbinin əksəriyyəti qaildilər ki, o, müsəlman olaraq dünyadan gedib. Və bizim mötəziliyə ustadlarımızdan bəziləri məsələn Şeyx Əbul Qasim Bələxi və Əbu Cəfər Əskafi və bu iki nəfərdən başqalarıda bu əqidədə olub."
Bütün bu yazılar İbn Əbil Hədidin öz fikirləridir. Onun kim olmasını onun özündən başqa heç kəs yaxşı bilə bilməz. Tarix boyu onun bəzi həqiqətləri dediyinə görə onu şiə zənn edənlər olub. Lakin yazılarına azacıq diqqət etdikdə onun İmamiyə yox Mötəziliyə olduğu aşkar olur.
Mötəziliyə şiəliyə yad bir şeydir. Mötəzilə olan şəxs yalnız sünnü ola bilər. Bir də onun Xanım Zəhranın başına gələnlər barədə dediklərinə baxın:
فأما الأمور الشنيعة المستهجنة التي تذكرها الشيعة من إرسال قنفذ إلى بيت فاطمة ع ، وإنه ضربها بالسوط فصار في عضدها كالدملج وبقي أثره إلى أن ماتت ، وأن عمر أضغطها بين الباب والجدار ، فصاحت : يا أبتاه يا رسول الله ! وألقت جنينا ميتا ، وجعل في عنق على ع حبل يقاد به وهو يعتل ، وفاطمة خلفه تصرخ ونادى بالويل والثبور ، وابناه حسن وحسين معهما يبكيان . وأن عليا لما أحضر سلموه البيعة فامتنع ، فتهدد بالقتل ، فقال : إذن تقتلون عبد الله وأخا رسول الله ! فقالوا: أما عبد الله فنعم ! وأما أخو رسول الله فلا . وأنه طعن فيهم في أوجههم بالنفاق ، وسطر صحيفة الغدر التي اجتمعوا عليها ، وبأنهم أرادوا أن ينفروا ناقة رسول الله ص ليلة العقبة ، فكله لا أصل له عند أصحابنا ، ولا يثبته أحد منهم ، ولا رواه أهل الحديث ، ولا يعرفونه ، وإنما هو شئ تنفرد الشيعة بنقله
"......................................................................(İbn Əbil Hədidi Xanımın və Hz.Əlinin başına gələnləri nəql edəndən sonra yazır:)
Bütün bu mətləblərin bizim əshabımız yanında əsası yoxdur. Onlardan heç biri bu mətləbləri təsbit etməyib. Əhli hədis də bunları qeyd etməyib. Və belə mətləblər onların yanında görsənməmişdir. Bütün bunları yalnız şiələr nəql edib, başqaları yox. "
Mötəzilə əqidəsi haqda qısa məlumat
Mötəzilə məzhəbi Hicri tarixi ilə ikinci əsrin əvvəllərində Vasil ibni Ətanın (80-131 H.q.) vasitəsilə təsis olunmuşdur. Bu məzhəbin özündən əvvəlki əqidəvi məktəblərlə müqayisidə ən səciyyəvi xüsusiyyəti budur ki, onlar əqlə, əqli dəlillərə və əqli yolla nəticə almağa üstünlük verir, xəbər və rəvayətlərin məfhum və məzmunlarının qəbul olunmasını əqlin qəbul olunması ilə şərtləndirirlər.
Vasil ibni Əta, Həsən Bəsrinin şagirdi idi. Onun barəsində nəql edirlər ki, bir gün ustadlardan birinin hüzurunda bir şagird ayağa qalxdı və ustada xitab edərək dedi: Bizim dövrümüzdə bir dəstə yaranıb ki, böyük günahlara mürtəkib olanları kafir və İslam dinindən çıxmış hesab edirlər (onun məqsədi xəvaric idi). Başqa bir dəstə də belə şəxslərin qurtuluşuna ümid bəsləyir və inanırlar ki, həqiqi imanın kəbirə günahla ziddiyyəti yoxdur. Bu dəstə (onun məqsədi mürciə firqəsi idi) əməli, imanın bir hissəsi hesab etmir və inanırlar ki, ibadətin kafirə heç bir faydası olmadığı kimi, günahın da möminə heç bir ziyanı yoxdur. Sizin nəzəriniz nədir?
Həsən Bəsri azacıq fikirləşdi; cavab vermək istədikdə Vasil ibni Əta ayağa qalxıb dedi: Mənim əqidəmə görə, böyük günah edən bir şəxs nə mütləq şəkildə kafir və nə də mütləq şəkildə mömindir. O, imanla küfr arasında yerləşən bir məqamdadır. «Mənzilətun beynəl-mənziləteyn»də (iki mənzilin arasında olan bir mənzildə) qərar tutur.
Vasil bu sözü deyib məscidin bir küncünə çəkildi (onun ustadı da orada idi) və ustadın ətrafına yığışan bir dəstə şagird üçün öz əqidəsini bəyan etdi. Əvvəllər qəza-qədərə inanan, ilahi sifətləri inkar etməkdə Vasil ilə eyni fikirdə olan Əmr ibni Ubeyd də ona qoşuldu. Bu zaman Həsən Bəsri Vasilə nəzər salıb dedi: «Kənara çəkil və bizdən uzaqlaş.» Bundan sonra Vasil ibni Əta və onun ardıcılları mötəzilə (yəni kənara çəkilənlər) adlandırıldı.
Mötəzilə düşüncəsinin bünövrə və əsasları
Həsən Bəsrinin dərsində baş verən hadisə mötəzilə firqəsinin yaranmasına və genişlənməsinə səbəb oldu. Amma bu cərəyanın yaranması o demək deyildi ki, mötəzilə təfəkkürünün əsası «mənzilətun beynəl-mənziləteyn»dir. Çünki mötəziləçilərin ondan əvvəlki sair İslami firqələrin əqidələri ilə fərqlənən başqa etiqadları da var ili. Bu ixtilafların ən ümdəsi əqidəvi bəhslərdən və araşdırmalardan yaranırdı. İslam aləmində fəlsəfi, əqli bəhslərin yayılması nəticəsində mötəzilə mütəfəkkirləri arasında yeni təfəkkür tərzi meydana gəlmişdir. Mötəzilə firqəsi yaranmazdan əvvəl, rəsmi məzhəblərin etiqad və təfəkkürünün əsasını rəvayətlər və xəbərlər təşkil edirdi. Bu dövrdə təkcə Peyğəmbərdən (s) nəql olunan səhih hədislərə istinad edilmirdi; hədis sahəsində heç bir səriştəsi olmayan şəxslər vasitəsilə İslam cəmiyyətində minlərlə hədis yayılmışdı və onlar fikri-etiqadi, fiqhi fətvaların mənşəyi sayılırdı.
Buna əsasən, mötəziləçilər inanırdılar ki, hər hansı bir xəbər və rəvayətin doğruluğu və ona əməl edilməsinin məqbul sayılması onun əqli yolla isbatının mümkünlüyündən asılıdır. Əks təqdirdə, onların heç bir əhəmiyyəti olmayacaqdır.
Mötəziləçilər həmin üslubdan Quran təfsirində də istifadə etdilər. Belə ki, hər yerdə Quran ayələri əqli dəlillər vasitəsi ilə araşdırılıb isbat oluna bilirdisə, onların zahirinə əməl edirdilər, belə olmadıqda isə həmin ayələri təvil edirdilər.
Mötəzilə firqəsinin tanınmış şəxsiyyətləri
1. Vasil ibni Əta;
Qeyd olunduğu kimi, mötəzilə firqəsinin banisi Vasil ibni Əta idi. O, Mədinədə doğulmuş, Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır.
Deyilənlərə görə o, çox gözəl söz ustası idi. Onun sözləri hamının qəlbinə nüfuz edirdi. Vasil, Həsən Bəsridən əlavə, Əbu Haşim Əbdüllah ibni Məhəmməd ibni Hənəfiyyənin də şagirdi idi. (Məhəmməd Hənəfiyyə Əli ibni Əbi Talib (ə)-ın oğludur.)O, imamət məsələsində onunla müxalifətçilik edirdi.
Vasil ibni Əta aşağıdakı üç kitabı yazaraq öz etiqadını bəyan etmişdi: (Bu kitabları Həsən Bəsridən ayrıldıqdan sonra yazmışdır.)
1. «Əl-mənzilətun beynəl-mənziləteyn»;
2. «Əl-fütya»;
3. »Ət-tohid».
Şəhristani «Əl-miləl vən-nihəl» kitabında Vasil ibni Ətanın düşüncələrinin aşağıdakılardan ibarət olduğunu deyir:
1. Allah-taalanın sifətlərinin inkar edilməsi;
2. İnsanın yaxşı və ya pis işləri seçməkdə ixtiyar sahibi olması;
3. Böyük günahları görən şəxslər üçün «mənzilətun beynəl-mənziləteyn» etiqadına malik olmaq;
4. «Cəməl» və «Siffeyn» müharibələrində iştirak edən iki dəstədən, eləcə də üçüncü xəlifə ilə onun qatilləri arasında çarpışan iki düşmən tərəfdən qeyri-müəyyən olaraq birinin hökmən xətakar və fasiq olmasına etiqadlı olmaq.
2. Əmr ibni Əbid;
O, Vasil ibni Ətanın köməkçilərindən idi və 144-cü ildə vəfat etmişdir. Əslən iranlı idi və Həsən Bəsrinin dərslərində iştirak edirdi. O, öz dövründə mötəziləçilərin başçısı və əmriyyə firqəsinin rəhbəri olmuşdur. Onun tərcümeyi-halında qeyd olunur ki, o, çox abid və zahid bir şəxs idi; həmişə vaxtını ibadət, zikr və dua etməklə keçirərdi.
Əmr ibni Əbid təfvizə və qədərin inkar olunmasına inanırdı. O, mötəzilənin beş məşhur əqidəsini, yəni tövhid, ədl, vəd və vəid, əl-mənzilətun beynəl-mənziləteyn və əmr be məruf və nəhy əz münkəri təsis və bəyan etmişdir.
3. Əbul Hüzeyl Əllaf;
O, mötəzilə firqəsinin məşhur kəlam alimlərindən biridir ki, 226-cı Hicri ilində vəfat etmişdir. O, xitabə və münazirə fənlərində çox məharətli idi. Deyirlər o, münazirə yolu ilə üç min nəfəri müsəlman etmişdi. Əbul Hüzeyl ilahi sifətləri Allahın zatından ayrı deyil, Onun zatı ilə eyniyyət təşkil etdiyinə əqidə bəsləyirdi. Onun nəzərincə, Allah-taala zatla eyniyyət təşkil edən elm ilə alim, qüdrətlə qadir, diriliklə diridir və s. Onun digər bir nəzəri də ilahi iradə barəsindədir. O, belə deyir: İlahi iradə məhəlli olmayan bir iradədir. Əbul Hüzeylin ardıcıllarına hüzeyliyyə deyirlər.
4. Əbu İshaq İbrahim ibni Səyyar; (Nəzzam adı ilə məşhurdur).
O, mötəzilə firqəsinin digər böyük şəxsiyyətlərindən, Əbul Hüzeyl Əllafın şagirdi və nəzzamiyyə firqəsinin başçısıdır ki, 231-ci Hicri ilində vəfat edib. Əbu İshaq yunan fəlsəfəsində mühüm araşdırmalar apararaq, ondan təsirlənmiş və bu fəlsəfənin İslami düşüncələrlə qarışmasında mühüm rol oynamışdır. Nəzzamın əqidəsinə görə, Allahın günah və şər iş görməyə heç bir qüdrəti yoxdur. Nəzzamın bu nəzəriyyədə sair mötəzilə alimləri ilə ixtilafı var idi. Çünki, sairləri Allahın şər işlər görməyə qüdrətini inkar etmir, sadəcə olaraq, Allahın bu qüdrəti şər işdə işlətmədiyinə inanırdılar.
5. Bişr ibni Mötəmir;
O, Əbu İshaq Nəzzamın məşhur tələbələrindən idi və Hicri tarixi ilə 210-cu ildə vəfat etmişdi. Bişr ibni Mötəmir mötəzilə məzhəbində «tovlid» nəzəriyyəsini irəli sürən ilk şəxs idi. Mötəzilə firqəsi insanın ixtiyari işlərinə inandığından, insanın özünü ixtiyari işlərin xaliqi hesab edir və deyirdilər ki, bunların bəzisi birbaşa insan tərəfindən icad olunur. Yəni insanın birbaşa istək və iradəsinə bağlıdır. Bəzi işlər isə onun ixtiyari fellərinin zəruri və qaçılmaz nəticəsidir. Misal üçün, insanın daşı suya atması birbaşa fel və suyun üzərində dalğa yaranması isə həmin ixtiyari felin zərurətidir. Çünki, həmin şəxs suyun üzərində dalğa yaranmasını iradə etməməsinə baxmayaraq, bu dalğalar zəruri olaraq icad olunur. O, ikinci qismdən olan felləri «tovlid» adlandırmışdır.
6. Müəmmər ibni Əbbad Əsləmi;
O, Məhəmmədiyyə firqəsinin rəisi, həmçinin mötəzilə firqəsinin böyük şəxsiyyətlərindən idi və 228-ci ildə vəfat etmişdir. Onun iki əqidədə sair mötəzilə alimləri ilə nəzərəçarpacaq dərəcədə ixtilafı var idi:
1. İlahi sifətlər barəsində bəhs;
2. İlahi iradənin inkar edilməsi.
Onun əqidəsinə görə, ilahi sifətlərə etiqad və onların isbat olunması ilahi zatın çoxluğu mənasınadır. Buna görə də o, bütün sifətləri inkar edirdi. İradə barədə də inanırdı ki, insanın öz iradəsindən başqa heç bir işi yoxdur.
7. Səmamət ibni Əşrəs Numeyri;
O, səmamiyyə firqəsinin rəhbəri və mötəzilə alimlərindən biridir və 213-cü ildə vəfat edib. İbni Əşrəsin əqidəsinə görə, Allahı tanımaq əqli nəzərdən vacibdir, hətta əgər peyğəmbərlər bizi bu işə dəvət etməsəydilər belə, əql onu bizə vacib edərdi. Çünki Allah xeyirdir və xeyirlə şər zəruri olaraq əql vasitəsilə bizə məlum olur.
Səmamət həm də inanırdı ki, aləm Allahın icad etməsi ilə yarandığından, Allah kimi əzəli və əbədidir. O, Bişr ibni Mötəmərin tovlid nəzəriyyəsini qəbul etmir və deyirdi ki, əgər hər hansı bir əməlin insanın vəfatından sonra yaranmasını fərz etsək, onda ölü insanı bu əməlin faili hesab etməliyik. Digər tərəfdən də Allahı bu fellərin faili hesab etmək olmaz. Çünki, fellərdən bəziləri şərdir və şər Allaha aid edilməz.
8. Əmr ibni Bəhr; (Cahiz adı ilə məşhurdur).
O, Müəmmərin müasirlərindən və Nəzzamın şagirdlərindən idi; 255-ci Hicri ilində vəfat etmişdir. Əmr ibni Bəhr mötəzilənin məşhur rəhbərlərindən idi və cahiziyyə firqəsinin rəisi sayılırdı. Cahiz də Nəzzam kimi yunan fəlsəfəsindən çox istifadə etmişdi. Belə ki, yunan fəlsəfsi onun təfəkkürünün formalaşmasında əsas rol ifa etmişdir.
Cahiz inanırdı ki, günahkarlar cəhənnəmdə əbədi qalmayacaq, təbii olaraq atəşə döndəriləcəklər. Həmçinin inanırdı ki, Allah heç kəsi Cəhənnəmə göndərməyəcək; öz təbiəti ilə günahkarları özünə tərəf çəkən məhz cəhənnəmdir.
9. Əbu Əli Cəbai.
O, məşhur mötəzilə alimlərindəndir və 235-ci Hicri ilində vəfat etmişdir,. Əbu Əli, Əbul Həsən Əşərinin ustadı idi. Əşəri uzun illər Əbu Əlinin hüzurunda elm öyrənmişdi. Amma onunla ustadı arasında baş verən mübahisə nəticəsində ustadı cavab verməkdən aciz qalmış və bu zaman Əşəri ondan uzaqlaşaraq əşairə məzhəbini yaratmışdır.
Adları qeyd olunanlar mötəzilə firqəsinin ən məşhur və tanınmış alimlərindəndir ki, onların hər biri mötəzilə məzhəbində müstəqil bir firqə yaratmışdır. Bu məzhəblər ümumi şəkildə Bəsrə və Bağdad məktəbi kimi iki yerə bölünür. Bu iki məktəb ümumi prinsiplərdə və fikri üslublarda müştərəkdir, amma etiqadi məsələlərin bəzilərində bir-biri ilə ixtilafları var. Belə ki, Bağdad məktəbi imamiyyə məktəbinə uyğundur, bəzən də onunla tam müvafiqdir.