“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin » Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (1-ci hissə)

“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Mötəbər kitablarımızı oxuduğumuz zaman orada olduqca təəccüblü və qəribə faktlarla qarşılaşırıq. Bəlkə də “Biz şiələrin kitabları Əhli-Beyti (ə) və Peyğəmbəri (s) bədnam edir və ləkələyir” deyilsə, bizlərdən heç biri onun sözünü təsdiqləməz. Bu faktları sizə təqdim edirik:

Əmirəl-möminindən (r.a) rəvayət olunur: “Peyğəmbərin ulağı Ğüfeyr dedi: “Atam, anam sənə fəda olsun, ya Peyğəmbər! Atam mənə atasından, o da babasından, o da atasında belə söylədiyini nəql edib: “O, Nuh peyğəmbərlə birlikdə gəmidə idi. Nuh onun arxasına əlini sürtüb dedi: “Bu ulağın sülbündən bir ulaq dünyaya gələcək ki, nəbilərin ağası və sonuncusu onun üzərində gəzəcək”. Allaha həmd olsun ki, məni həmin ulaq qərar verib” (“Usulul-Kafi”, 1/237)”.

CAVAB:

Bu rəvayət mürsəl olduğu üçün sənədi zəifdir. Həmçinin ravilər arasında Səhl ibn Ziyad əl-Adəmi vardır. Onun tərcümeyi-halını əvvəldə qeyd etmişdik.

Əllamə Məclisi “Mir`atul-uqul” kitabında yazır: ضعيف وآخره مرسل - “Hədis zəifdir, sənədinin sonu mürsəldir”. (“Mir`atul-uqul”, 3/48.)

Fəqihlik və ictihad iddiasında olduğu halda müəllifin zəif rəvayətləri dəlil kimi təqdim etməsi çox təəccüblüdür! O, zəiflə səhihi bir-birindən ayıra bilmir, halbuki hədisin mürsəl olduğu gün kimi aydındır.

* * *

Müəllif yazır:

“Bu rəvayət bizə aşağıdakı nəticələri verir:

1. Ulaq danışır!

2. Ulaq Peyğəmbərə (s) “Atam, anam sənə fəda olsun!” deyə xitab edir. Halbuki canlarını, ata və analarını Peyğəmbərə (s) fəda edənlər ulaqlar deyil, müsəlmanlar idilər.

3. Ulaq deyir: “Atam mənə atasından, o da babasından, o da atasında belə söylədiyini nəql edib”. Bu onun dördüncü babası olur. Halbuki Muhəmmədlə Nuh arasında min illərlə müddət vardır. Ancaq ulaq dördüncü babasının Nuhun yanında olduğunu deyir”.

CAVAB:

Rəvayətin zəifliyini bildikdən sonra onun mövzusu barəsində söz söyləmək artıqdır. Lakin buna rəğmən deyə bilərik: Ulağın möcüzəvi şəkildə danışmasının heç bir maneəsi yoxdur. Belə ki, Hüdhüd quşu da Süleymanla (ə) danışmışdı (Nəml surəsi, 22-26). Bunda heç bir qeyri-adilik yoxdur.

Ulağın “Atam, anam sənə fəda olsun!” sözünə gəldikdə, bu söz qarşındakını ucaltmaq və ona ehtiram göstərmək mənasını ifadə edir, istər bu sözlər insan və ya möcüzə yolu ilə heyvan tərəfindən söylənsin, fərq etməz.

İbn Əsir özünün “ən-Nihayə” kitabında Allaha “...fəda olsun!” kəlməsilə xitab edilən sözləri qeyd etdikdən sonra deyir:

إطلاق هذا اللفظ مع الله تعالى محمول على المجاز والاستعارة، لأنه إنما يُفدَّى من المكاره من تلحقه، فيكون المراد بالفداء التعظيم والإكبار، لأن الإنسان لا يُفدِّي إلا من يُعَظِّمه، فيبذل نفسه له

“Bu kəlmə Allaha xitabən də istifadə edilməklə bərabər ümumilikdə məcaz mənası daşıyır. Bununla da məna təzim və böyük tutmaqdır. Belə ki, insan yalnız böyük dəyərə və əzəmətə sahib varlığa fəda olar və özünü ona fəda edər”. (“ən-Nihayətu fi ğəribil-hədisi vəl-əsər”, 3/422.)

Peyğəmbərimizlə (s) Nuhun (ə) arasında minlərlə ilin olmasına baxmayaraq ulağın bu sözləri dördüncü babasından nəql etməsinə gəldikdə, möcüzə olması cəhətindən də burada heç bir müşkül yoxdur. Necə ki, bir çox şəxslərin də ömürləri olduqca uzun olmuşdur. Belə olduqda heyvanlarda bu hal niyə mümkünsüz olsun?!

Bunlardan əlavə, bu tip və buna bənzər hədislər əhli-sünnənin hədis mənbələrində də mövcuddur. İbn Kəsir “əl-Bidayətu vən-nihayəh” kitabında Peyğəmbərin (s) möcüzələrini sıralayarkən yazır:

عن أبي منظور قال : لما فتح الله على نبيه (ص) خيبر أصابه من سهمه أربعة أزواج بغال، وأربعة أزواج خفاف، وعشر أواق ذهب وفضة، وحمار أسود ومكتل، قال: فكلَّم النبي (ص) الحمار فكلَّمه الحمار، فقال له: ما اسمك؟ قال: يزيد بن شهاب، أخرج الله من نسل جدي ستين حماراً، كلهم لم يركبهم إلا نبي، لم يبق من نسل جدي غيري، ولا من الأنبياء غيرك، وقد كنتُ أتوقعك أن تركبني، قد كنت قبلك لرجل يهودي، وكنت أعثر به عمداً، وكان يجيع بطني ويضرب ظهري، فقال النبي (ص): سمَّيتك يعفور، يا يعفور. قال: لبيك. قال: تشتهي الإناث؟ قال: لا. فكان النبي يركبه لحاجته، فإذا نزل عنه بعث به إلى باب الرجل، فيأتي الباب فيقرعه برأسه، فإذا خرج إليه صاحب الدار أومأ إليه أن أجب رسول الله (ص)، فلما قُبض النبي (ص) جاء إلى بئر كان لأبي الهيثم بن النبهان، فتردَّى فيها فصارت قبره، جزعاً منه على رسول الله (ص)

“Əbu Mənzurdan nəql olunur: “Allah Peyğəmbərə (s) Xeybərin fəthini bəxş etdikdən sonra qənimətlərdən onun payına dörd cüt qatır, dörd cüt çəkmə, (təqribən) 375 qr. qızıl və gümüş, qara ulaq və palma yarpaqlarından toxunmuş səbət düşdü. Peyğəmbər (s) payına düşən ulaqla danışdı və ulaq da onunla söhbət etdi. Peyğəmbər ondan adını soruşdu, o isə: “Yəzid ibn Şihabdır. Allah babamın nəslindən altmış ulaq çıxarmış, onların da üzərinə yalnız peyğəmbərlər minmişdir. Hazırda babamın nəslindən yalnız mən, peyğəmbərlərdən də yalnız sən qalmısan. Səndən mənə minməyini diləyirəm. Səndən əvvəl bir yəhudinin ulağı idim. Bilərəkdən büdrəyib onu yıxırdım. O da məni ac saxlayır, belimə vururdu” deyə cavab verdi. Peyğəmbər (s) buyurdu: “Mən səni Yə`fur adlandırıram. Ey Yə`fur!” Ulaq “Qəbul etdim” deyə cavab verdi. Peyğəmbər (s) dedi: “Dişi ulaq istəyirsənmi?” Ulaq “Xeyr” dedi. Peyğəmbər (s) bir yerə getmək istədikdə ona minər, endikdən sonra isə onu bir nəfərin qapısına göndərər, o da başı ilə qapını döyərdi. Ev sahibi qapıya çıxdıqda ulaq işarə edərək onu Peyğəmbərin (s) göndərdiyini bildirərdi. Peyğəmbər (s) dünyadan köçdükdən sonra onun ayrılığına dözə bilməyən və qəm-qüssə çəkən ulaq Əbul-Heysəm ibn Nəbhanın quyusunun yanına gəldi və oraya yıxılıb öldü. Beləcə həmin quyu onun qəbrinə çevrildi”. (“əl-Bidayətu vən-nihayə”, 6/158; “Şəmailur-rəsul”, səh.354; “əl-Xəsaisul-kubra”, 2/64.)

Bu hədisdə qeyd edilməli bir çox nüans vardır ki, onların üzərində dayanmağa və açıqlamağa ehtiyac görmürük.

Əhli-sünnə kitablarında davarların Peyğəmbərlə (s) danışdıqlarını bildirən hədislər çoxdur və onları burada bir-bir qeyd etmək mövzunu uzadacaq. Lakin möhtərəm oxucu üçün onlardan bir neçəsini burada nəql etməyin eybi yoxdur:

* Hakim Nişapuri “əl-Müstədrək”də və Beyhəqi “Dəlailun-nubuvvət”də Əhməd ibn Hənbəlin “Müsnəd”indən Əbu Səid Xudriyə istinadən nəql edirlər:

عدا الذئب على شاة فأخذها، فطلبه الراعي فانتزعها منه، فأقعى الذئب على ذنبه فقال: ألا تتقي الله؟ تنزع مني رزقاً ساقه الله إلي؟ فقال: يا عجبي ذئب يكلمني كلام الإنس؟! فقال الذئب: ألا أخبرك بأعجب من ذلك؟ محمد بيثرب يخبر الناس بأنباء ما قد سبق. قال: فأقبل الراعي يسوق غنمه حتى دخل المدينة، فزواها إلى زاوية من زواياها، ثم أتى رسول الله فأخبره، فأمر رسول الله فنودي: (الصلاة جامعة). ثم خرج فقال للراعي: أخبرْهم. فأخبرَهم، فقال رسول الله: صدق والذي نفس محمد بيده، لا تقوم الساعة حتى يكلم السباع الإنس، ويكلم الرجل عذبة سوطه وشراك نعله، ويخبره فخذه بما أحدث أهله بعده

“Canavar bir qoyuna hücum çəkib onu yaxaladı. Çoban isə canavarı təqib edərək qoyunu ondan ala bildi. Canavar quyruğunu altına yığıb oturdu və dedi: “Allahdan qorxmursan? Allahın mənə nəsib etdiyi ruzimi əlimdən alırsan?” Çoban dedi: “Çox qəribədir, canavar mənimlə insan kimi danışır?!” Canavar dedi: “Bundan daha qəribəsini sənə xəbər verimmi? Muhəmməd Yəsribdə camaata keçmişdəki hadisələrdən danışır”. Çoban qoyunlarını önünə salıb Mədinəyə daxil oldu, sürünü şəhərin bir kənarına buraxıb Peyğəmbərin (s) yanına gəldi və başına gələnləri ona bildirdi. Peyğəmbər (s) göstəriş verib camaatın namaz üçün toplanmalarını istədi. Sonra onların qarşısına çıxıb çobana dedi: “Mənə söylədiklərini onlara da danış”. Çoban hadisəni hekayə etdi. Peyğəmbər (s) buyurdu: “Muhəmmədin canı əlində olan (Allaha) and olsun ki, doğru söylədin. Yırtıcılar insan kimi danışmadıqca, insan qamçısının ucu ilə və başmağının ipi ilə söhbət etmədikcə, baldırı ona özündən sonra ailəsinin nələr etdiyini bildirmədikcə Qiyamət qopmaz”. (“Səhih”, İbn Hibban, 14/418; “Müsnəd”, Əhməd ibn Hənbəl, 3/83; “əl-Mustədrək”, 4/514, Heydərabad çapı, 4/468; “Dəlailun-nubuvvət”, Beyhəqi, 6/41, orada səhih olduğunu bildirir; “Silsilətu əhadisis-səhihəh”, Albani, 1/241, hədis 122. Orada deyir: “Bu, səhih sənədlidir, raviləri inanılan şəxslərdir”. )

İbn Kəsir “əl-Bidayətu vən-nihayə” kitabında yazır:

وهذا إسناد على شرط الصحيح وقد صحَّحه البيهقي

“Bu hədisin sənədi “Səhih”in şərtinə uyğundur, Beyhəqi onun səhih sayıb”. (“əl-Bidayətu vən-nihayə”, 6/150; “Şəmailur-rəsul”, səh.339.)

Hakim deyir:

هذا حديث صحيح على شرط مسلم، ولم يخرجاه.

“Sənədi Müslimin şərtinə əsasən, səhihdir, lakin Buxari və Müslim kitablarında nəql etməyiblər”.

Zəhəbi də onun bu rəyi ilə razılaşıb.

* Hakim Nişapuri “əl-Müstədrək”də, Beyhəqi “Dəlailun-nubuvvət”də və digərləri onlara istinadən Yə`la ibn Mürrədən, o da atasından nəql edir (hədis uzundur, biz bir hissəsini qeyd edirik):

ثم أتاه [ص] بعير فقام بين يديه، فرأى عينيه تدمعان، فبعث إلى أصحابه، فقال: ما لبعيركم هذا يشكوكم؟ فقالوا: كنا نعمل عليه، فلما كبر وذهب عمله تواعدنا لننحره غداً، فقال رسول الله (ص): لا تنحروه واجعلوه في الإبل يكون معها

“...Sonra bir dəvə gəlib Peyğəmbərin (s) qarşısında dayandı. Peyğəmbər (s) onun gözlərinin yaşla dolduğunu gördü. Sahibinin ardınca adam göndərib onu çağırtdı və dedi: “Dəvənizin sizdən etdiyi bu şikayət nədir?” Dedilər: “Biz ondan işlərimizdə istifadə edirdik, indi qocalıb və iş gücünü itirib, biz də onu sabah kəsməyə niyyət etmişik”. Peyğəmbər (s) buyurdu: “Onu kəsməyin, digər dəvələrin arasına göndərin ki, onlarla yaşasın”. (“əl-Müstədrək”, 2/674; “Dəlailun-nubuvvət”, 6/21.)

Hakim deyir:

هذا حديث صحيح الإسناد ولم يخرجاه بهذه السياقة.

“Bu, sənədi səhih hədisdir, lakin Buxari və Müslim öz kitablarında bu mətnlə nəql etməyiblər”.

* Süyuti “əl-Xəsaisul-kubra” kitabında Təbəraninin “Mö`cəmul-övsat” kitabına istinadən İbn Ədiydən, Hakim “əl-Mö`cüzat”da, Beyhəqi, Əbu Nüeym və İbn Əsakir də Ömər ibn Xəttabdan nəql edirlər:

كان في محفل من أصحابه إذ جاء أعرابي من بني سليم قد صاد ضبًّا، فقال: واللات والعزى لا آمنتُ بك حتى يؤمن بك هذا الضب. فقال رسول الله (ص) : مَن أنا يا ضب؟ فقال الضب بلسان عربي مبين يفهمه القوم جميعاً: لبيك وسعديك يا رسول رب العالمين. قال: من تعبد؟ فقال: الذي في السماء عرشه، وفي الأرض سلطانه، وفي البحر سبيله، وفي الجنة رحمته، وفي النار عذابه. قال: فمن أنا؟ قال: أنت رسول رب العالمين، وخاتم النبيين، قد أفلح مَن صدَّقك، وقد خاب مَن كذّبك. فأسلم الأعرابي

Əshabı Peyğəmbəri (s) əhatəyə alıb oturmuşdular. Bu zaman Səlim oğulları qəbiləsindən bir bədəvi ərəb gəldi. O, kərtənkələ ovlamışdı. Dedi: “Lat və Üzzəya and olsun ki, bu kərtənkələ sənə iman gətirmədikcə mən də iman gətirməyəcəyəm”. Peyğəmbər (s) buyurdu: “Ey kərtənkələ, mən kiməm?” Kərtənkələ hamının başa düşəcəyi açıq-aydın ərəb dilində dedi: “Ləbbeyk, itaətində ikən itaətkarlığımıza yardım et (və ya bizi səadətə qovuşdur), ey aləmlərin Rəbbinin elçisi!” Buyurdu: “Kimə ibadət edirsən?” Dedi: “Səmada Ərşi, yerdə səltənəti, dənizdə yolları, rəhməti cənnətdə və əzabı cəhənnəmdə olana”. Peyğəmbər (s) soruşdu: “Bəs mən kiməm?” Kərtənkələ dedi: “Sən aləmlərin Rəbbinin elçisi, nəbilərin sonuncususan. Səni təsdiqləyən nicat tapmış, inkar edən isə uğursuzluğa düçar olmuşdur”. Bu sözlərdən sonra bədəvi müsəlman oldu. (“əl-Xəsaisul-kubra”, 2/65; “Məcməuz-zəvaid”, 8/293; “əl-Mö`cəmus-səğir”, 2/64; “Şəmailur-rəsul”, səh.351.)

Və bunlardan başqa bir çox digər rəvayətlər ki, burada onları qeyd etməyimiz mövzunu uzadacaq. Həmin rəvayətlərlə tanış olmaq üçün Beyhəqinin “Dəlailun-nubuvvət”, İbn Kəsirin “əl-Bidayətu vən-nihayə” və “Şəmailur-rəsul”, Heysəminin “Məcməuz-zəvaid”, Süyutinin “əl-Xəsaisul-kubra” və digər kitablara müraciət edə bilərsiniz. Həmin mənbələrdə Peyğəmbərlərin (s) dəvə, ahu, kərtənkələ, canavar, ulaq və s. heyvanlarla söhbətlərinə şahid olacaqsınız. (“Dəlailun-nubuvvət”, 6/18-44; “Şəmailur-rəsul”, səh.321-355; “əl-Bidayəti vən-nihayə”, 6/141-159; “Məcməuz-zəvaid”, 9/3-11; 8/291-294; “əl-Xəsaisul-kubra”, 2/56-65.)

Biz belə faktların möcüzə yolu ilə baş verə biləcəyini qeyri-mümkün saymırıq. Lakin bütün bu hədislər qarşısında özünü qafilliyə qoyan şəxsin halı təəccüb doğurur. Bundan əlavə, o, şiələrə həm sənədi və həm də mətni zəif olan bir hədisi eyib tutur.

Qəribədir ki, müəllif bu hədisi şiələrin öz kitablarında Peyğəmbəri (s) bədnam etdiklərinə dəlil kimi təqdim edir. Halbuki həmin hədisdə qəribə gələ biləcək kəlmə yalnız ulağın Peyğəmbərə (s) “Atam, anam sənə fəda olsun” sözüdür ki, yuxarıda onun pis mənaya dəlalət etmədiyinin izahını verdik.

Həmçinin müəllif əhli-sünnə kitablarında Peyğəmbəri (s) bədnam edən, ləkələyən və layiq olmayan rəftarları ona nisbət verən bir çox səhih hədisləri görməzlikdən gəlib. Onlardan:

* Peyğəmbər (s) bütə qurban kəsilmiş heyvanın ətini başqa bir şəxsə yemək olaraq təqdim edir;

Buxari Salimdən nəql edir ki:

سمع عبد الله يحدِّث عن رسول الله (ص) أنه لقي زيد بن عمرو بن نفيل بأسفل بَلْدَح ،وذاك قبل أن يُنَزَّل على رسول الله (ص) الوحي، فقدَّم إليه رسول الله (ص) سُفرة فيها لحم، فأبى أن يأكل منها، وقال: إني لا آكل مما تذبحون على أنصابكم، ولا آكل إلا مما ذُكر اسم الله عليه

Abdullah Peyğəmbərdən (s) belə rəvayət edir: “Peyğəmbər (s) Zeyd ibn Əmr ibn Nüfeyl ilə Bəldəh vadisində görüşdü. Bu hadisə Peyğəmbərə (s) vəhy nazil olmazdan öncə idi. Peyğəmbər (s) onun qarşısına süfrə açdı, süfrədə ət də vardı. Ancaq Zeyd yeməkdən imtina etdi və dedi: “Mən bütlərə kəsilən heyvanın ətini yemirəm, yalnız üzərində Allahın adı söylənərək kəsilən heyvanlardan yeyirəm”. (“Səhih”, Buxari, 7/118, təhqiq olunmuş çapı, 4/1770; “Müsnəd”, Əhməd, 2/68,89, 127; “əs-Sünənul-kubra”, Beyhəqi, 9/249; “əs-Sünənul-kubra”, Nisai, 5/55; “əl-Mö`cəmul-kəbir”, Təbərani, 12/298; “ət-Təbəqatul-kubra”, İbn Səd, 3/380.)

* Peyğəmbərin (s) cənabətli halda namaz qılmaq istəməsi;

Buxari və Müslim Əbu Hüreyrədən nəql edirlər:

أُقيمت الصلاة وعُدّلت الصفوف قياماً، فخرج إلينا رسول الله (ص) ، فلما قام في مصلاه ذكر أنه جُنُب، فقال لنا: مكانَكم. ثم رجع فاغتسل، ثم خرج إلينا ورأسه يقطر، فكبَّر فصلّينا معه

“Namaz üçün iqamə deyildi, cərgələrdəki şəxslər ayağa qalxdılar. Bu zaman Peyğəmbər (s) bizim qarşımıza çıxdı. Namaza başlayarkən cənabətli olduğunu xatırladı və bizə “Yerinizdə qalın” deyə buyurdu. Evə gedib qüsl etdi və yanımıza qayıtdı. Onun saçlarından su damlayırdı. Təkbir söyləyib namaza başladı, biz də onunla birgə namaz qıldıq”. (“Səhih”, Buxari, 1/74, 155, təhqiq olunmuş çapı, 1/107, 205; “Səhih”, Müslim, 1/422-423; “Səhih”, İbn Hüzeymə, 3/62; “Səhih”, İbn Hibban, 6/7; “Sünən”, Əbu Davud, 1/61; “Səhihu sünən”, Əbu Davud, 1/46; “Sünən”, Nisai, 2/81, 89, təhqiq olunmuş çapı, 2/416, 423; “Səhihu sünən”, Nisai, 1/171, 175; “əs-Sünənul-kubra”, Beyhəqi, 2/398; “Müsnəd”, Əhməd, 2/518; “Müsnəd”, Əbu Əvanə, 1/370, 371.)

Əbu Davud və Beyhəqi “Sünən”lərində, İbn Hibban “Səhih”də, Əhməd “Müsnəd”də və həmçinin başqalar Əbu Bükrədən rəvayət edirlər:

أن رسول الله (ص) دخل في صلاة الفجر، فأومأ بيده أنْ مكانَكم. ثم جاء ورأسه يقطر، فصلّى بهم

Peyğəmbər (s) sübh namazı üçün məscidə daxil oldu, sonra əlilə bizə yerimizdə qalmağı işarə etdi. Yanımıza qayıtdıqda saçından sular damcılayırdı. Belə halda camaatla namaz qıldı. (“Sünən”, Əbu Davud, 1/60; “Səhihu sünən”, Əbu Davud, 1/45; “Səhih”, İbn Hibban, 6/5; “Müsnəd”, Əhməd, 5/45; “əs-Sünənus-suğra”, Beyhəqi, 1/178; “əs-Sünənul-kubra”, Beyhəqi, 2/397.)

Əhməd ibn Hənbəlin “Müsnəd”ində Əbu Bükrəyə istinadən rəvayət edilir:

أن رسول الله (ص) استفتح الصلاة فكبَّر، ثم أومأ إليهم أنْ مكانكم. ثم دخل فخرج ورأسه يقطر، فصلى بهم، فلما قضى الصلاة قال: إنما أنا بشر، وإني كنت جنباً

Peyğəmbər (s) təkbir söyləyib namaza başladı, sonra onlara işarə edərək yerlərində qalmağı buyurdu. Evə qayıtdı, yenidən onların yanına gəldikdə saçlarından su damcılayırdı. Namaz qıldı və namazı bitirdikdə buyurdu: “Mən də bir insanam. (Bir az əvvəl) cənabətli idim”. (“Müsnəd”, Əhməd ibn Hənbəl, 5/41.)

* Peyğəmbər haqsız yerə qəzəblənir, söyüş söyür və lənət edir;

Müslim və digərləri Aişədən rəvayət edirlər:

دخل على رسول الله (ص) رجلان فكلّماه بشيء لا أدري ما هو، فأغضباه فلعنهما وسبَّهما، فلما خرجا قلت: يا رسول الله مَن أصاب من الخير شيئاً ما أصابه هذان. قال: وما ذاك؟ قالت: قلت: لعنتَهما وسببتَهما. قال: أوَما علمتِ ما شارطتُ عليه ربي؟ قلت: اللهم إنما أنا بَشَر، فأي المسلمين لعنتُه أو سببتُه فاجعله له زكاة وأجراً

“Peyğəmbərin (s) yanına iki şəxs gəldi və onunla söhbət etdilər. Mən onların nə danışdıqlarını bilmədim. Həmin şəxslər onu qəzəbləndirdilər və o da onları lənətləyib söydü. Onlar çıxdıqda dedim: “Ey Allahın elçisi, bunların qazandığı xeyri kim qazanmışdır?!” Buyurdu: “Hansı xeyri?” Dedim: “Onları lənətlədin və söydün”. Peyğəmbər (s) buyurdu: “Rəbbimlə necə şərtləşdiyimi bilmirsənmi? Mən Ondan belə istəmişəm: mən də bir insanam, hansı müsəlmanı lənətləsəm və ya söysəm, bunu o şəxs üçün təmizlənmə (zəkat) və mükafat qərar ver”. (“Səhih”, Müslim, 3/2007; “Müsnəd”, İshaq ibn Rahəveyh, 3/819; “əs-Sünənul-kubra”, Beyhəqi, 7/61; “əl-Müsənnəf”, İbn Əbu Şeybə, 6/72.)

Əbu Hüreyrədən rəvayət olunur:

قال رسول الله (ص): اللهم إنما أنا بشَر، فأيما رجل من المسلمين سببتُه أو لعنتُه أو جلدتُه فاجعلها له زكاة ورحمة

“Peyğəmbər (s) buyurmuşdur: “İlahi, mən də bir insanam, müsəlmanlardan hansı bir şəxsi söysəm, lənətləsəm və ya qamçılasam, bunu o şəxs üçün təmizlənmə (zəkat) və rəhmət qərar ver”. (Səhih”, Müslim, 4/2007; “əl-Müsənnəf”, İbn Əbu Şeybə, 6/72. Həmçinin bax: “Səhih”, Buxari, 8/96, təhqiq olunmuş çapı, 4/1999, “Kitabud-dəəvat”, “Peyğəmbərin (s) “kimə əziyyət versəm, bunu onun üçün zəkat və rəhmət et” sözü”.)

* Peyğəmbər (s) ayaq üstə idrar edir;

Buxari və Müslim Hüzeyfədən rəvayət edirlər:

أتى النبي (ص) سباطة قوم فبال قائماً، ثم دعا بماء، فجئته بماء فتوضأ

“Peyğəmbər (s) bir qövmün xurma ağacının altına gedərək ayaq üstə idrar (kiçik hacət ödədi) etdi, sonra su gətirilməsini istədi. Su gətirildikdə dəstəmaz aldı”. (“Səhih”, Buxari, 64/1, 3/177, təhqiq olunmuş çapı, 1/93, 2/742; “Səhih”, Müslim, 1/228; “Səhih”, İbn Xüzeymə, 1/35; “Səhih”, İbn Hibban, 4/272-289; “Sünən”, Nisai, 1/30; “Səhihu sünən”, Nisai, 1/7-8; “Sünən”, İbn Macə, 1/111, 112; “Səhihu sünən”, İbn Macə, 1/56; “Sünən”, Tirmizi, 1/19; “Sünən”, Əbu Davud, 1/6; “Səhihu sünən”, Əbu Davud, 1/8; “Sünən”, Darəmi, 1/181; “Müsnəd”, Əhməd, 5/382, 394, 402; “əl-Müsənnəf”, İbn Əbu Şeybə, 1/115; “Şərhus-sünnə”, Bəğəvi, 1/386. Orada deyir: “Bu, səhihliyində yekdil fikir olan hədisdir”; “Müsnəd”, Hümeydi, 1/210; “əs-Sünənul-kubra”, Beyhəqi, 1/100-101, 270, 274; “əl-Müstədrək”, Hakim, 1/182, 185, yeni çapı, 1/290, 295; “əs-Sünənul-kubra”, Nisai, 1/67-68; “əl-Mö`cəmul-kəbir”, 17/179, 20/405, 406 və bir çox başqa mənbələr.)

* Peyğəmbər (s) övrətini insanların qarşısında açır;

Buxari, Müslim (rəvayət Müslimdən nəql ediləcək) və digərləri Cabir ibn Abdullahdan rəvayət edirlər:

أن رسول الله (ص) كان ينقل معهم الحجارة للكعبة وعليه إزاره، فقال له العباس عمُّه: يا ابن أخي، لو حللتَ إزارك فجعلته على منكبك دون الحجارة. قال: فحلَّه فجعله على منكبه، فسقط مغشياً عليه، قال: فما رؤي بعد ذلك اليوم عرياناً

“Peyğəmbər (s) onlarla birlikdə Kəbə üçün daş daşıyırdı, onun üzərində izar (qurşaqdan aşağı örtük) vardı. Əmisi Abbas ona dedi: “Ey qardaşımın oğlu, örtüyü açıb çiynindən aşağı bağlasan daha yaxşı olar”. Peyğəmbər (s) onu açıb çiynindən bağladı. Bu zaman huşunu itirib yerə yıxıldı. Həmin gündən sonra əsla üryan (lüt) halda görülmədi”. (“Səhih”, Buxari, 5/51; təhqiq olunmuş çapı, 1/136; “Səhih”, Müslim, 1/268; “Müsnəd”, Əhməd, 3/310, 333; “Müsnəd”, Əbu Əvanə, 1/237; “əs-Sünənul-kubra”, Beyhəqi, 2/227; “Müsnəd”, Əbu Yə`la, 2/346; “Hilyətul-övliya”, 3/349; “Şə`bul-iman”, 6/151.)

Buxari və Müslim “Səhih”lərində, Əhməd, İbn Hibban, Əbu Əvanə və digərləri “Müsnəd”lərində Cabir ibn Abdullahdan rəvayət edirlər:

لما بُنِيت الكعبة ذهب النبي (ص) وعباس ينقلان حجارة ، فقال عباس للنبي (ص): اجعل إزارك على عاتقك من الحجارة. ففعل، فخَرَّ إلى الأرض، وطمحتْ عيناه إلى السماء، ثم قام فقال: إزاري إزاري. فشدَّ عليه إزاره

“Kəbə tikilərkən Peyğəmbər (s) və Abbas da daş daşıyırdılar. Abbas Peyğəmbərə (s) dedi: “Daşların zədəsindən qorunmaq üçün örtüyünü çiynindən aşağı bağla”. Peyğəmbər (s) belə də etdi və ardınca yerə yıxıldı. Onun gözləri səmaya doğru istiqamətlənmişdi. Sonra özünə gəlib qalxdı və “Örtüyüm, örtüyüm hardadır!” deyə buyurdu. Örtüyünü üzərinə bağladı”. (“Səhih”, Buxari, 3/1171; “Səhih”, Müslim”, 1/268; “Səhih”, İbn Hibban, 4/481, 51/527; “Münəd”, Əhməd, 3/295, 380; “Müsnəd”, Əbu Əvanə, 1/237; “əl-Müsənnəf”, Əbdürrəzzaq, 1/220.)

* Peyğəmbər (s) ğina dinləmişdir;

Buxari və Müslim Aişədən nəql edirlər:

أن أبا بكر رضي الله عنه دخل عليها وعندها جاريتان تغنيان في أيام منى، تدفِّفان وتضربان والنبي (ص) مُتَغَشٍّ بثوبه، فانتهرهما أبو بكر فكشف النبي (ص) عن وجهه فقال: دعهما يا أبا بكر، فإنها أيام عيد. وتلك الأيام أيام منى

“Əbu Bəkr Aişənin yanına gəldi. Həmin vaxt Mina günləri ilə əlaqədar Aişənin yanında nəğmə oxuyan və dəf çalan iki cariyə vardı. Peyğəmbər isə libasına bürünüb oturmuşdu. Əbu Bəkr onların üzərinə çığırdı. Bu vaxt Peyğəmbər üzünü açıb buyurdu: “Ey Əbu Bəkr, onlardan əl çək, bayram günləridir”. Həmin gün Mina günləri idi”. (“Səhih”, Buxari, 2/20, “Kitabul-ideyn”, “Bayramı əldən vermiş olsan iki rükət namaz qıl”. Həmçinin bax: “Bayram günü nizə və qalxan” və “Müsəlmanlar üçün bayramlar sünnəsi” babları, 4/225, təhqiq olunmuş çap, 1/295, 285, 286, 3/1096; “Səhih”, Müslim, 2/607-609; “Səhih”, İbn Hibban, 13/186-189; “Sünən”, Nisai, 3/216, 218; “Səhihu sünən”, Nisai, 1/349; “əs-Sünənul-kubra”, Beyhəqi, 10/218; “əs-Sünənul-kubra”, Nisai, 5/309.)

* Peyğəmbərin (s) başında bit vardı və başından onları yad bir qadın təmizlədi;

Buxari, Müslim və digərləri Ənəsdən rəvayət edirlər:

كان رسول الله (ص) يدخل على أم حَرَام بنت مِلحان فتطعمه، وكانت أم حرام تحت عبادة بن الصامت، فدخل عليها رسول الله (ص) فأطعمته وجعلت تفلي رأسه...

“Peyğəmbər Milhanın qızı Ümmü Həramın yanına gedər və o da ona yemək ikram edərdi. Ümmü Həram Übadə ibn Samitin nikahında idi. Peyğəmbər (s) onun yanına getdi, qadın ona yemək verdi və sonra da başından bitlərini təmizlədi...”. (“Səhih”, Buxari, 4/19, təhqiq olunmuş çapı, 2/863, 4/2192; “Səhih”, Müslim, 3/1518; “Səhih”, İbn Hibban, 15/51; “əl-Muvətta”, səh.237; “Sünən”, Tirmizi, 4/178. Tirmizi yazır: “Bu, həsən səhih hədisdir”; “Sünən”, Əbu Davud, 3/6; “Səhihu sünən”, Əbu Davud, 2/472; “Müsnəd”, Əbu Əvanə, 4/494; “əs-Sünənul-kubra”, Beyhəqi, 9/165; “əs-Sünənul-kubra”, Nisai, 3/27; “Sünən”, Nisai, 6/347; “Səhihu sünən”, Nisai, 2/667; “əl-Ədəbul-mufrəd”, səh.257; “Hilyətul-övliya”, 2/61.)

* Peyğəmbər (s) məniyə (spermaya) bulaşmış paltarını yumur;

Müslim və digərləri Aişənin belə söylədiyini rəvayət edirlər:

كنت أفركه من ثوب رسول الله (ص)

“Peyğəmbər paltarına düşmüş mənini (quruduqdan sonra) ovxalayaraq təmizləyirdi”. (“Səhih”, Müslim, 1/240; “Sünən”, Nisai, 1/172; “Səhihu sünən”, Nisai, 1/61.)

Digər bir rəvayətdə isə deyir:

لقد رأيتني وإني لأحكُّه من ثوب رسول الله (ص) يابساً بظفري

“Peyğəmbərin (s) libasından qurumuş mənini dırnağımla qaşıyıb çıxardığımı görmüşdün”. (“Səhih”, Müslim, 1/240.)

Başqa bir rəvayətdə deyir:

ثم كنت أفرك المني من ثوب رسول الله (ص) فيصلي فيه

“Sonra mən Peyğəmbərin (s) libasından mənini ovxalayıb çıxarar və o da onunla namaz qılardı”. (“Səhih”, Müslim, 1/238; “Sünən”, Əbu Davud, 1/101; “Səhihu sünən”, Əbu Davud, 1/75; “Səhih”, İbn Hibban, 4/217; “əs-Sünənul-kubra”, Beyhəqi, 2/417; “Müsnəd”, Şafii, səh.345.)

İbn Həcər “ət-Təlxis”də yazır:

حديث عائشة: ( كنت أفرك المني من ثوب رسول الله (ص) فركاً فيصلي فيه ) متفق عليه من حديثها، واللفظ لمسلم، ولم يخرج البخاري مقصود الباب، ولأبي داود : (ثم يصلي فيه)، وللترمذي: ( ربما فركته من ثوب رسول الله (ص) بأصابعي )، وفي رواية لمسلم: ( وإني لأحكه من ثوب رسول الله (ص) يابساً بظفري ).

قوله: ( وروي أنها كانت تفركه وهو في الصلاة ) ابن خزيمة والدارقطني والبيهقي وابن الجوزي من حديث محارب بن دثار عن عائشة قالت: ( ربما حتتُّه من ثوب رسول الله (ص) وهو يصلي ).

 

لفظ الدارقطني ولفظ ابن خزيمة: أنها كانت تحت المني من ثوب رسول الله (ص) وهو يصلي. ولابن حبان أيضاً من حديث الأسود بن يزيد عن عائشة قالت: لقد رأيتني أفرك المني من ثوب رسول الله (ص) وهو يصلي

“Aişənin “Sonra mən Peyğəmbərin (s) libasından mənini ovxalayıb çıxarar və o da onunla namaz qılardı” hədisi səhihliyinə həmfikir olunan hədislərdəndir. Həmin mətn Müslimə aiddir, Buxari bunu öz babında qeyd etməyib. İbn Davudun kitabında isə “Sonra həmin paltarda namaz qılardı” deyilir. Tirmizinin rəvayətində isə belədir: “Bəzən onu Peyğəmbərin libasından barmağımla təmizləyərdim”. Müslimin rəvayətində: “Peyğəmbərin (s) libasından qurumuş mənini dırnağımla qaşıyıb çıxardırdım”. “O namaz qılarkən üzərindəki mənini ovxalayıb çıxarırdım” sözü ilə rəvayəti isə İbn Xüzeymə, Darəqutni, Beyhəqi, İbn Cövzi Müharib ibn Dəssarın Aişədən nəql etdiyi hədisdə qeyd edir: “Aişə dedi: “Bəzən onu (mənini) Peyğəmbər namaz qılarkən libası üzərindən təmizləyirdim”. Darəqutni ilə İbn Hüzeymənin mətni belədir: “Aişə Peyğəmbər (s) namaz qılarkən onun libasından mənini təmizləyirdi”. İbn Hibbanın Əsvəd ibn Yəzid sənədilə Aişədən nəql etdiyi rəvayətdə isə deyilir: “Peyğəmbər (s) namaz qılarkən onun libasından mənini ovxalayıb təmizləyərkən məni görmüşdün”. (“ət-Təlxis”, 1/32.)

* Hər dəfə vəhy kəsildikdə Peyğəmbər (s) özünü öldürmək istəyir;

Buxari, Əhməd və digərləri Aişədən nəql olunan uzun bir hədisdə belə dediyini rəvayət edirlər:

وفَتَر الوحي فترة حتى حزن النبي (ص) فيما بلَغَنا حزناً غدا منه مراراً كي يتردَّى من رؤوس شواهق الجبال، فكلما أوفى بذِروة جبل لكي يلقي نفسه تبدَّى له جبريل، فقال: يا محمد، إنك رسول الله حقاً. فيسكن لذلك جأشه، وتقر عينه فيرجع، فإذا طالت عليه فترة الوحي غدا لمثل ذلك، فإذا أوفى بذروة جبل تبدَّى له جبريل فقال مثل ذلك

“Bir müddət vəhy kəsilmiş və Peyğəmbər (s) bundan olduqca kədərlənmişdi. Kədəri artdıqda özünü atmaq üçün yüksək dağın başına gedərdi. Hər dəfə özünü dağın zirvəsindən atmaq istədikdə Cəbrail ona zahir olar və deyərdi: “Ey Muhəmməd, sən Allahın həqiqi elçisisən”. Bununla da narahatlığı aradan gedər, sevinər və geri qayıdardı. Ancaq bir müddət vəhy nazil olmadıqda yenidən bunu təkrarlayar, dağın başına qalxar, orada Cəbrail ona görünər və eyni sözləri söyləyərdi”. (“Səhih”, Buxari, 9/38, təhqiq olunmuş çapı, 4/2185; “Səhih”, İbn Hibban, 1/216; “Müsnəd”, Əhməd, 6/233; “Qurani-Kərimin təfsiri”, 4/527, “əl-Müsənnəf”, Əbdürrəzzaq, 5/216.)

Bunlar belə mövzularda zəngin olan rəvayətlərdən yalnız bir neçəsidir. Əgər burada həmin mövzuda əhli-sünnə kitablarında qeyd olunan bütün batil rəvayətləri sadalasaq, bu, çox vaxtımızı aparacaq və kitabın mövzusundan kənara çıxacaq. Ancaq qeyd etdiklərimiz, bizcə yetərlidir.

Bu mövzuda daha çox hədislə tanış olmaq üçün Seyid Əbdülhüseyn Şərəfuddinin (r.ə) “Əbu Hüreyrə”, Muhəmməd Sadiq Nəcminin “Səhiheynə (Buxari və Müslimin "Səhih"lərinə) baxış” və dr.Muhəmməd Ticani əs-Səmavinin “Zikr əhlindən soruşun” kitablarına müraciət edin.

* * *

Müəllif yazır:

“Nəcəfdə tələbələrlə “Üsulul-Kafi” kitabını (bu hədisi) İmam Xoiyə oxuyarkən o bizə belə dedi: “Siz bir bu möcüzəyə baxın! Nuh (ə) Muhəmmədin (salləllahu əleyhi və səlləmə və alih) doğumundan min il əvvəl onun peyğəmbərliyi barədə xəbər verir!”

İmam Xoinin sözləri mənim qulaqlarımda dövr edirdi. Mən öz-özümə deyirdim: “Bu necə möcüzə ola bilər, halbuki burada ulaq Peyğəmbərə (s) “Atam, anam sənə fəda olsun!” deyir?! Belə bir hədisi Əmirəl-möminin necə nəql edə bilər?!

Lakin bunu dinləyən digər tələblər kimi, mən də susdum”.

CAVAB:

Bunlar onun açıq-aşkar xəta və yanlışlarındandır. O, zənn edir ki, əhli-sünnə dini-elmi müəssisələrində Buxarinin, Müsliminin və digərlərinin “Səhih”lərinin tədrisi keçirildiyi kimi, Nəcəfdəki elmi hövzələrin proqramlarında da hədis kitabları, xüsusilə də “Üsulul-Kafi” öyrənilir.

Elə buradan da hadisənin yalan olduğu aydınlaşır.

Bundan əlavə, hədisin sənədinin mürsəl və etibarsız olmasına əsasən, Seyid Xoinin ona nisbət verilən belə sözü söyləməsi də mümkünsüzdür. Belə ki, onun hədislərə yanaşması hər bir hövzə tələbəsinə məlum idi. Məşhur rəyə əsaslanıb zəif hədislərə əməl edənlərdən fərqli olaraq, o, belə hədislərə əsla etina etməzdi.

Bu hadisənin yanlışlığının digər bir cəhəti Peyğəmbərə (s) “salləllahu əleyhi və səlləmə və alih” (kəlmə etibarı ilə: “Ona salavat və salam olsun və ailəsinə də”) formasında salavat söyləməsidir. Belə ki, şiələr, xüsusilə də alimləri əsla bu formada salavat söyləməzlər. Bu cür salavatı yalnız şiələrin söylədikləri salavatı deməyə adət etməyən kəslər deyə bilər.

Davam edəcək...

Şeyx Əli Ali-Muhsin

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!