Bu məqalədə Əmirəlmöminin Əlinin (ə) dəstəmaz alarkən başına və ayaqlarına məsh çəkməsi barədə olan hədisin "Səhih-Buxari"də necə təhrif edildiyini müşahidə edəcəksiniz. Doğru dəstəmaz da məhz budur. Əvvəlcə hədisin "Müsnədi Əbu Davud"da olan orjinalına baxaq.
حدثنا شعبة، قال: أخبرني عبد الملك بن ميسرة، قال: سمعت النزال بن سبرة، يقول: صلى علي رضي الله عنه الظهر في الرحبة ثم جلس في حوائج الناس حتى حضرت العصر ثم أتي بكوز من ماء فصب منه كفاً فغسل وجهه ويديه ومسح على رأسه ورجليه ثم قام فشرب فضل الماء وهو قائم ثم قال: إن ناساً يكرهون أن يشربوا وهم قيام ورأيت رسول الله صلى الله عليه وسلم فعل مثل الذي فعلت وقال: «هذا وضوء من لم يحدث»
Şöbə rəvayət etdi və dedi: Əbdülməlik bin Məysərə mənə belə dedi: Nəzzal bin Səbərənin belə dediyini eşitdim: “Əli – Allah ondan razı olsun – məsciddə zöhr namazın qıldı. Sonra əyləşib insanların problemləri ilə məşğul oldu. Ta ki, əsr vaxtı gəldi. Sonra ona bardaqda su gətirdilər. Həmin sudan ovcuna töküb üzünü və əllərini yudu. Başına və ayaqlarına məsh çəkdi”.
Fotoşəkil: Müsnəd Əbu Davud Təyalisi, c. 1, səh. 125, hədis 141; “Darul-hicr”, 1419/1999; təhqiq: Muhəmməd ibn Əbdülmuhsin ət-Turki
Gördüyünüz kimi bu hədisdə Əli (ə)-a bardaqda su gətirdilər. O, üzünü və əllərini yudu, başına və ayaqlarına məsh çəkdi. Düzgün dəstəmaz budur. Buxari hədisin sənədindəki ravilərlə bu hədisi nəql etmişdir, lakin Əlinin (ə) yerinə yetirdiyi düzgün dəstəmazın qaydasını gizlətmək üçün hədislə əlaqəsi olmayan sözlər qeyd edilmişdir. Gəlin birlikdə nəzərdən keçirək:
حدثنا آدم، حدثنا شعبة، حدثنا عبد الملك بن ميسرة، سمعت النزال بن سبرة، يحدث عن علي رضي الله عنه: أنه صلى الظهر، ثم قعد في حوائج الناس في رحبة الكوفة، حتى حضرت صلاة العصر، ثم أتي بماء، فشرب وغسل وجهه ويديه، وذكر رأسه ورجليه، ثم قام «فشرب فضله وهو قائم» ثم قال: إن ناساً يكرهون الشرب قياماً «وإن النبي صلى الله عليه وسلم صنع مثل ما صنعت»
Adəm bizə rəvayət edərək dedi: Şöbə bizə rəvayət edərək dedi: Əbdülməlik bin Məysərə bizə rəvayət edərək dedi: Nəzzal bin Səbərənin Əlidən – Allah ondan razı olsun – belə nəql etdiyini eşitdim: “O, Kufə məscidində zöhr namazın qıldı. Sonra məsciddə əyləşib insanların problemləri ilə məşğul olmağa başladı. Ta ki, əsr namazının vaxtı yetişdi. Sonra ona su gətirdilər. Sudan bir az içdi, üzünü və əllərini yudu. Başını və ayaqlarını zikr etdi...”
Fotoşəkil: Səhih Buxari, c.4, s.245, hədis 5616; Müəssisətur-Risalə, təhqiq: Şueyb əl-Ərnaut
Hədisin təhrif olunmamış versiyasında “başına və ayağına məsh çəkdi” deyilir. Buxarinin nəql etdiyi hədisdə isə “başını və ayaqlarını zikr etdi” deyilir. Düzgün dəstəmazın qaydasını öyrənmək istəyən oxucu “başını və ayaqlarını zikr etdi” sözünü necə başa düşəcək? Burada zikr etmək nə məna kəsb edir? Məgər insan dəstəmaz alarkən başını və ayaqlarını zikr edir? Hədislə bu cür oynamağın nə mənası var?
Bu, Allahın kitabında yerinə yetirilməsini əmr etdiyi və Rəsulullahın (s) dəstəmazıdır:
“Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki qayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin ...” (Maidə surəsi, ayə 6).
Düzgün dəstəmaz məhz budur! Möhtərəm oxucular, necə ola bilər ki, Allahın kitabından sonra səhih olan kitab saxtakarlıqla və elmi əmanətə xəyanətlə dolu olsun?! Allaha and olsun ki, bu saxtakarlıq və təhrifin sizə heç bir faydası olmayacaq! Çünki siz həqiqətləri insanlara gizlətməklə Allahın və mələklərin lənətinə tuş gələcəksiniz! Allah-təala buyurur:
“Həqiqətən nazil etdiyimiz aydın dəlillərdən və hidayətləri kitabda insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!” (Bəqərə surəsi, ayə 159).