Səhabə » Tarixi aydınlatma: Osman Əmmarı vurur, Əmmar isə onu təhqir edir!

Hədəf bəzilərinin təsəvvür etdiyi kimi, səhabələrə tənə vurmaq deyil. Hədəf, sadəcə sələfilərin gizlətməyə çalışdıqları tarixi həqiqəti üzə çıxarmağa səy göstərməkdir.

Heç bir kəs arasında fikir ayrılığı yoxdur ki, Əmmar ilk müsəlman olmuş kəslərdəndir.

أحد السابقين الأولين ، والأعيان البدريين . وأمه : هي سمية مولاة بني مخزوم ، من كبار الصحابيات أيضا

“İlk sabiq kəslərdən, Bədrdə iştirak etmiş yardımçılardan biri olmuşdur. Anası Süməyyə Bəni-Məxzum qəbiləsinin kənizlərindən idi. O, həmçinin səhabə qadınların böyüklərindən idi”

Siyəru əlamin-nübəla, c.1, s.406

İbn Həcər deyib:

كان من السابقين الأولين هو وأبوه وكانوا ممن يعذب في الله فكان النبي صلى الله عليه وسلم يمر عليهم فيقول صبرا آل ياسر موعدكم الجنة واختلف في هجرته إلى الحبشة وهاجر إلى المدينة وشهد المشاهد كلها

“O, ilk sabiq kəslərdən idi. Özü və atası Allah yolunda işgəncəyə məruz qalmış şəxslərdən idi. Peyğəmbər onların yanından keçər və deyərdi: “Yasir ailəsi, səbirli olun! Sizə vəd olunan yer Cənnətdir”. Onun Həbəşəyə hicrət etməsi barəsində fikir ayrılığı vardır. O, Mədinəyə hicrət etmiş və bütün hadisələrin şahidi olmuşdur”.

Əl-İsabə, c.4, s.473

“Səhihul-Buxari”də belə rəvayət olunub:

... وكان عمار ينقل لبنتين لبنتين فمر به النبي صلى الله عليه وسلم ومسح عن رأسه الغبار وقال ويح عمار تقتله الفئة الباغية عمار يدعوهم إلى الله ويدعونه إلى النار

“…Əmmar daşları iki-iki daşıyırdı. Peyğəmbər onun yanından keçdi və başından toz-torpağı sildi. Ona dedi: “Ah Əmmar, səni təcavüzkar bir dəstə qətlə yetirəcəkdir”.

Səhihul-Buxari, Kitabul-cihadi vəs-seyr, c.3, s.207

İbn Həcər deyib:

وتواترت الأحاديث عن النبي صلى الله عليه وسلم أن عمارا تقتله الفئة الباغية وأجمعوا على أنه قتل مع علي بصفين سنة سبع وثمانين في ربيع وله ثلاث وتسعون سنة واتفقوا على أنه نزل فيه إلا من أكره وقلبه مطمئن بالايمان

“Peyğəmbərdən nəql olunan hədislər təvatür həddinə çatmışdır ki, Əmmarı təcavüzkar bir dəstə qətlə yetirəcəkdir. İcma etmişlər ki, Əmmar doxsan üç yaşında ikən, otuz yeddinci ildə Siffeyndə Əlinin yanında vuruşmuşdur. Yekdil fikirdə olmuşlar ki, Əmmarın barəsində “Qəlbi imanla sabit qaldığı halda məcbur edilən kəslər istisna olmaqla” (Nəhl, 106) ayəsi onun barədə nazil olmuşdur”.

Əl-İsabə, c.4, s.474

Osmanın Əmmarı vurması

“Əl-Müsənnəf” kitabda İbn Əbu Şeybə səhih sənədlə belə rəvayət etmişdir:

حدثنا يحيى بن آدم قال حدثنا قطبة بن عبد العزيز عن الأعمش عن عمرو ابن مرة عن سالم بن أبي الجعد قال : كتب أصحاب محمد صلى الله عليه وسلم عيب عثمان فقالوا : من يذهب به إليه ؟ فقال عمار : أنا ، فذهب به إليه ، فلما قرأه قال : أرغم الله بأنفك ، فقال عمار : وبأنف أبي بكر وعمر ، قال ، فقام ووطئه حتى غشي عليه ، قال : وكان عليه سان ، قال : ثم بعث إلى الزبير وطلحة فقالا له : اختر إحدى ثلاث : أما أن تعفو ، وإما أن تأخذ الأرش ، وإما أن تقتص ، قال : فقال عمار : لا أقبل منهن شيئا حتى ألقى الله

“Bizə Yəhya ibn Adəm belə danışdı: Bizə Qutbə ibn Əbdüləziz Ə`məşdən, o, Əmr ibn Mürrədən, o, Salim ibn Əbülcə`ddən belə nəql etdi: Məhəmmədin əshabı Osmanın qəbahətini yazdı. Onlar dedi: “Bunu kim ona aparar?” Əmmar dedi: "Mən apararam". Əmmar yazını ona apardı. Osman bunu oxuduqda dedi: “Allah səni zəlil etsin!” Əmmar dedi: “Allah Əbubəkri və Öməri də zəlil etsin”. Deyir: “O ayağa durdu və onu ayaqları altına saldı (təpiklədi, yaxud ayağıyla əzdi). Əmmar huşunu itirdi”. Deyir: “Sonra Zübeyr və Təlhəyə xəbər yolladı. O ikisi ona dedi: “Bu üç şeydən birini seç: Ya bağışla, ya diyə (təzminat) al, ya da qisas”. Deyir: “Əmmar dedi: “Yox. Allahla görüşənədək bunlardan heç birini qəbul etməyəcəyəm”.

“Əl-Müsənnəf”, c.7, s.267

Salim ibn Əbulcə`d Əlidən (əleyhissəlam) nəql edən ravilərdəndir, “Mizanul-etidal”-da qeyd edilir:

وحديثه عن علي في سنن النسائي وأبي داود

“Onun Əlidən hədisi Sünənün-Nəsai və Əbu Davudda vardır.”

“Mizanul-etidal”, c.2, s.109

Onu İbn Həcər “Təhzibut-təhzib”-də Əlidən nəql edən ravilərdən saymışdır.

وعلي ع استشهد سنة 40 هـ ، ولا يظهرلي ارساله هنا، بل هذا يعني اطلاع سالم على الاحداث، وكلامه السالف شهادة منه على ما جرى، خاصة مع اطمئنانا لوثاقته.

“Əli (əleyhissəlam) hicrətin 40-cı ilində şəhid olmuşdur. Onun burada (Əlidən) nəql etməsi mənə məlum deyil. Əksinə bu, Salimin hadisələrlə tanış olması deməkdir.Onun öncəki sözü baş verənlərə şahidlik edir. Xüsusilə də, onun etibarlı olmasına əminik”.

“Təhzibut-təhzib”, c.3, s.373

Bəziləri Ə`məşin “ən`ənə”sini (vasitəli nəqlini) bəhanə gətiriblər. Halbuki Buxari öz Səhihində 200-dən çox yerdə “ən`ənə”li dəlil gətirmişdir (Ən`ənə - “ən” (tərəfindən, dan/dən ləfzindən istifadə edərək rəvayət nəql etməyə deyilir – müt). Müslim isə 300-dən çox dəfə dəlil gətirmişdir. Bu onu nəzərdə tutur ki, iki şeyx “ən`ənə”ni qəbul edir. Ə`məşə görə sənədə tənə edən kəsə gərəkdir ki, iki şeyxin qeyd etdiyi Ə`məşin hədislərini kənara atsın. Çünki bu hədislər 500-ə çatır.

İbn Şəbbənin bu rəvayəti Əməşə istinadən belə nəql edilir:

حدثنا القاسم بن الفضيل قال ، حدثني عمرو بن مرة ، عن سالم بن أبي الجعد قال : دعا عثمان رضي الله عنه ناسا من أصحاب رسول الله صلى الله عليه وسلم وفيهم عمار فقال : إني سائلكم ، أنشدكم الله هل تعلمون أن رسول الله صلى الله عليه وسلم كان يؤثر قريشا على سائر الناس ويؤثر بني هاشم على سائر قريش ؟ فسكت القوم ، فقال : لو أن مفاتيح الجنة في يدي لأعطيتها بني أمية حتى يدخلوا من عند آخرهم ، والله لأعطينهم ولأستعملنهم على رغم أنف من رغم . فقال عمار : على رغم أنفي ؟ قال : على رغم أنفك . قال : وأنف أبي بكر وعمر ؟ فغضب عثمان رضي الله عنه فوثب إليه فوطئه وطأ شديدا ، فأجفله الناس عنه ، ثم بعث إلى بني أمية فقال : أيا أخابث خلق الله أغضبتموني على هذا الرجل حتى أراني قد أهلكته وهلكت.

“Bizə Qasim ibn Fudeyl danışaraq dedi: Mənə Əmr ibn Mürrə Salibn ibn Əbülcə`ddən danışaraq dedi: “Osman Allah Rəsulunun əshabından bir dəstəni çağırdı. Əmmar da onların arasında idi. O dedi: “Mən sizə sual verirəm, siz Allah, Allahın Rəsulu Qureyşi sair camaatdan, Bəni-Haşimi sair Qureyş üzvlərindən üstün tutuğunu bilirsinizmi?” Camaat susdu. O dedi: “Əgər Cənnətin açarları əlimdə olsaydı, sözsüz ki, onu Bəni-Üməyyəyə verərdim. O həddə qədər ki, sonuncularının yanından da daxil olsunlar. Allaha and olsun, xoşu gəlməyən olsa belə, onun acığına onlara verər və onları faydalandırardım”. Əmmar dedi: “Mən rəzil olsam da?” Dedi: “Sən rəzil olsan da”. Əmmar dedi: “Əbubəkr və Ömər də?” Osman qəzəblənib, onun üstünə atıldı və onu bərk təpiklədi. Camaat Əmmarı onun əlindən aldı. Sonra Bəni-Üməyyəyə xəbər yollayaraq dedi: “Ey Allahın yaratdıqlarının xəbisləri, məni bu adama qarşı qızışdırırdınız ki, mən onu həlak edim və həlak olum?”

Tarixul-Mədinə, s.1098-1099.

Bilazərin rəvayətində belə qeyd edilib:

فأمر غلمانا له فمدّوا بيديه ورجليه ثم ضربه عثمان برجليه وهي في الخفّين على مذاكيره فأصابه الفتق ، وكان ضعيفا كبيرا فغشي عليه ... وقد قيل أيضا إنّ عثمان مرّ بقبر جديد فسأل عنه فقيل قبر عبد الله بن مسعود ، فغضب على عمّار لكتمانه إيّاه موته إذ كان المتولَّي للصلاة عليه والقيام بشأنه ، فعندها وطيء عمّارا حتى أصابه الفتق

“Xidmətçilərinə əmr etdi, onlar da onun əllərini və ayaqlarını çəkib uzatdılar. Sonra Osman onun ayaqları ilə zərbə endirdi. Başmaqla onun xayalarının üzərinə çıxdı. Beləcə, onda yırtıq (qrija) əmələ gəldi. O, çox zəif idi. Odur ki, qəşş etdi (özündən getdi) … Həmçinin deyilib ki, Osman təzə bir qəbirin yanından keçirdi. Qəbrin kimə aid olduğunu soruşdu. Dedilər ki, Abdullah ibn Məsudun qəbridir. O, Əmmara qəzəbləndi ki, nə üçün onun ölümünü ondan gizlədib. Yoxsa ona namaz qılar, şəninə layiq davranardı. O, Əmmarı təpiklədi və nəticədə Əmmarda qarnında yırtıq əmələ gəldi.

Ənsabul-əşraf, c.5, s.537-539.

Osmanın Əmmarı vurması bir neçə qaynaqda gəlmişdir. Onlardan bəzisi bunlardır:

Tarixul-Mədinə, İbn Şəbbə, c.3, s.1099-1102, üç rəvayət qeyd etmişdir. Habelə İbn Quteybənin “Əl-İmamət vəs-siyasət” kitabına, c.1, s.35-36 müraciət edə bilərsiz.

İbn Əbdülbirr (vəfatı h.463) hadisəni etiraf etmiş və inkar etməmişdir. O, öz ensiklopediyasında Əmmarın avtobioqrafiyasını qeyd edərkən demişdir:

كان اجتماع بنى مخزوم إلى عثمان حين نال من عمّار غلمان عثمان ما نالوا من الضرب ، حتى انفتق له فتق في بطنه ، ورغموا وكسروا ضلعا من أضلاعه ، فاجتمعت بنو مخزوم وقالوا : والله لئن مات لا قتلنا به أحدا غير عثمان .

“Osmanın xidmətçiləri Əmmara zərbə ilə xəsarət yetirərkən Bəni-Məxzum Osmanın yanında toplaşmışdı. Belə ki, bu zərbədən Əmmarın qarnında yırtıq əmələ gəldi. Bundan əlavə vuraraq onun qabırğasını da sındırdılar. Bəni-Məxzum toplaşıb dedi: “Allaha and olsun ki, əgər ölsə, ona görə Osmandan başqasını öldürməyəcəyik”.

Əl-İstiab, c.3, s.1136.

Tarixçi Məsudi demişdir:

وفي سنة خمس وثلاثين كثر الطعن على عثمان رضي الله عنه ، وظهر عليه النكير لأشياء ذكروها من فعله : منها ما كان بينه وبين عبد الله بن مسعود ، وانحراف هُذَيْل عن عثمان من أجله . ومن ذلك ما نال عمار بن ياسر من الفتن والضرب ، وانحراف بني مخزوم عن عثمان من أجله

“Otuz beşinci ildə Osmanıa qarşı tənqidlər çoxaldı. Etmiş olduğu bir sıra şeylərə görə onun əleyhinə nifrət üzə çıxdı. Qeyd etmiş olduqları bəzi şeylər bunlardır: Onunla Abdullah ibn Məsud arasında baş verənlər, onun üzündən Hüzeylin Osmanla yolunu ayırması. Həmçinin Əmmar ibn Yasirin başına gələn bəla və zərbə, Bəni-Məxzumun Osmandan uzaqlaşması”.

Murucuz-zəhəb və məadinul-cövhər, c.2, s.338.

Əmmarın Osmanı təhqir etməsi

İbn Səd səhih sənədlə belə rəvayət etmişdir:

قال أخبرنا عفان بن مسلم قال أخبرنا حماد بن سلمة قال أخبرنا أبو حفص وكلثوم بن جبر عن أبي غادية قال سمعت عمار بن ياسر يقع في عثمان يشتمه بالمدينة قال فتوعدته بالقتل قلت لئن أمكنني الله منك لأفعلن فلما كان يوم صفين جعل عمار يحمل على الناس فقيل هذا عمار فرأيت فرجة بين الرئتين وبين الساقين قال فحملت عليه فطعنته في ركبته قال فوقع فقتلته فقيل قتلت عمار بن ياسر وأخبر عمرو بن العاص فقال سمعت رسول الله صلى الله عليه وسلم يقول إن قاتله وسالبه في النار فقيل لعمرو بن العاص هو ذا أنت تقاتله

“Dedi: “Bizə Əffan ibn Müslim belə xəbər verdi: Bizə Həmmad ibn Sələmə belə xəbər verdi: Bizə Əbu Həfs və Külsüm ibn Cəbr Əbu Ğadiyədən belə xəbər verdi: Eşitdim ki, Əmmar ibn Yasir Osman barədə pis sözlər deyib, onu Mədinədə pisləyir. Mən onu ölümlə hədələyərək, dedim: “Əgər Allah səni öldürmək üçün mənə imkan yaratsa, bunu mütləq edəcəyəm”. Siffeyn günü Əmmar camaata həmlə edirdi. Birdən dedilər: “Bu, Əmmardır.” Mən onun iki böyürü ilə iki baldırı arasında boşluq gördüm. Hücum çəkib onu dizindən vurdum. Bu zaman o yıxıldı və mən onu öldürdüm. Mənə dedilər: “Əmmarı qətlə yetirdin?” Bizə Əmr ibn As xəbər verib dedi: “Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu eşitdim: “Əmmarın qatili və onu qarət edən Cəhənnəmdədir”. Bu zaman Əmr ibn Asa dedilər: “Budur, sən də onunla döyüşürsən.”

Ət-Təbəqatul-kübra, c.3, s.260-261

Bunu İbn Şəbbə səhih sənədlə “Tarixul-Mədinə” kitabında (c.3, s.1102) rəvayət etmişdir.

Albani bu sənəd haqqında belə deyib:

وهذا اسناد صحيح، رجاله ثقات رجال مسلم، وأبو الغادية هو الجهني وهو صحابي كما أثبت ذلك جمع

“Bu isnad səhihdir. Onun raviləri etibarlıdırlar. Müslimin (hədis nəql etdiyi) ravilərdir. Əbülğadiyə həmin Cühənidir. O, səhabə olmuşdur, necə ki, bunu hamı isbat etmişdir…”

Silsilətul-əhadiysis-səhabə, c.5, s.18.

Rəvayətlər arasında fərqliliklər vardır və onların bəzisi Əmmarın Osmana nə deməsini gizlətmişdir. Lakin bəzisində, İbn Sədin səhih rəvayəti kimi, həqiqətin bir qismi vardır. Belə ki, Əmmar Osman barədə pis sözlər deyib, onu söyürdü! Bir rəvayətdə deyir: “Bir kişi filankəsi söyürdü”, digərində deyir: “Eşitdim ki, Əmmar Osman barədə pis sözlər deyib, Mədinədə onu təhqir edir. Mən onu ölümlə hədələdim”.

Hakimin rəvayətində:

وذكر كلمة

“Bir kəlmə dedi!”

Əl-Müstədrək, c.3, s.386.

Təbəraninin nəzərində:

رأيت عمار بن ياسر ذكر عثمان بن عفان

“Əmmar ibn Yasiri gördüm ki, Osman ibn Əffanın adını çəkdi! (yaxud onu xatırlatdı)”.

Əl-Möcəmul-övsət, c.9, s.103.

İbn Sədin rəvayətində:

ألا إن نعثلا هذا لعثمان

“Bu, Osman üçün axmaqlıqdır!”

Ət-Təbəqatul-kübra, c.3, s.260.

 

Mərvan Xəlifat

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!