“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin » Abdulla ibn Səba haqqında şübhələrə cavab (3-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Yuxarıda qeyd edilən dəlillərdən bunları əldə edirik:

1. Abdullah ibn Səba adlı şəxsin, onun tərəfdarlarından ibarət olan və onun çağırışlarına dəvət edən firqənin mövcud olması. Bu firqə səbaçılar adı ilə tanınırdı”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.12

CAVAB:

Bəli, Abdullah ibn Səba adlı şəxs mövcud olub, ancaq bəzi yerlərdə qeyd olunsa belə, onun tərəfdarları kimi tanınan “səbaçılar” adlı firqənin mövcudluğu iddiası doğru deyildir. Çünki bunun bəzi kitablarda qeyd olunması məsələnin araşdırılmadan nəql olunması nəticəsində baş vermişdir.

Dediklərimizin dəlili isə bu firqənin heç bir tanınmış ardıcılına, məşhur aliminə və ya yazılmış bir kitabına rast gəlinməməsidir. Bütün bunlar mövcud olmuş hər hansı bir firqənin və ya dəstənin qiymətləndirilməsi üçün əsas dəlillərdir.

* * *

Müəllif yazır:

“2. İbn Səba yəhudi idi və zahirən İslamı qəbul etmişdi. Ancaq zahirən müsəlman olsa da, həqiqətdə özünün yəhudi dinində qalmışdı və öz zəhərini bu yolla yaymağa başlamışdı”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.12

CAVAB:

Bu iddia heç bir səhih dəlillə isbatlanmayıb. Yalnız saxtakar Seyf ibn Ömər ət-Təmimi tərəfindən rəvayət olunub ki, alimlər də onun zəif ravi olduğunu bildiriblər. Başqa ravilər tərəfindən bu sözlər nəql edilməyib. Təbərinin öz “Tarix” kitabında Abdullah ibn Səba ilə bağlı qeyd etdikləri də Seyf ibn Ömərdən rəvayət olunub. Bu baxımdan heç bir dəyərə malik deyil.

Müəllif isə bunu əvvəlki sözlərinin nəticəsi kimi təqdim edir. Halbuki onun yəhudi olmasına dəlalət edən bir dəlil belə təqdim etmir.

* * *

Müəllif yazır:

“3. Abdullah ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və səhabələri aşkar surətdə danlayan və ittiham edən ilk şəxsdir. İlk dəfə məhz o, Əmirəl-mömininin (r.a) imam, Muhəmməd peyğəmbərin (s) canişini (vəsisi) olduğunu söyləmişdir. O, bu sözləri yəhudilikdən gətirmiş və bunları yalnız Əhli-Beytə olan məhəbbətinə, onların vilayətinə dəvətə və düşmənlərindən uzaqlaşmağa görə iddia etmişdir. Onun iddiasına görə, həmin düşmənlər səhabələr və onların dostlarıdır”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.12

CAVAB:

Müəllifin bütün bu sözlərinin məzmunu saxtakar Seyf ibn Ömər ət-Təmiminin rəvayətlərindəki sözlərdir. Bu barədə şiə hədisləri bir kənara dursun, heç bir səhih sünni hədisi belə yoxdur. Belə olduqda, bu sözləri necə qəbul etmək və onlara necə etimad bəsləmək mümkündür?!

Bundan əlavə, müəllifin nəql etdiyi rəvayətlərdən qeyd etdiyi nəticələrə gəlmək mümkün deyildir. Bu, möhtərəm oxucuya da aydındır.

Abdullah ibn Səbanın Əmirəl-möminin Əlinin (ə) imamlığını ilk dilə gətirən şəxs olması barədə müəllifin iddiasına gəldikdə, bunun yanlışlığı gün kimi aydındır. Çünki onun imamlığı barədə ilk dəfə fikirlər səsləndirən məhz Allahın elçisi Muhəmmədin (s) özüdür. Buna ondan nəql olunan bir çox səhih hədislər dəlalət edir. Onlardan:

من كنت مولاه فعلي مولاه

- “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.

Mənbə: “Sünən”, Tirmizi, 5/633. Tirmizi deyir: “Bu, həsən səhih hədisdir”. “Səhih”, İbn Hibban, 15/376; “Sünən”, İbn Macə, 1/45; “Səhihu sunəni İbn Macə”, 1/26; “Müsnəd”, Əhməd, 1/84, 118, 119, 152, 330, 4/281, 368, 370, 372, 5/347, 419, 366; “əl-Müstədrək”, Hakim, 3/109, 110, 112, 134, 371, 533. Müəllif bu hədisin səhih olduğunu bildirmişdir. “əl-Əhadisul-muxtarə”, 2/106, 174, 3/151, 274; “Məvariduz-zəman”, 2/987; “Təfsiru Quranil-əzim”, 2/14; “Məcməuz-zəvaid”, 7/17, 9/103-108, 120, 164; “əs-Sünənul-kubra” Nisai, 5/45, 108, 131, 132, 134, 135; “əl-Musənnəf”, İbn Əbu Şeybə, 6/368, 369, 371, 375, 377; “əl-Mö`cəmus-sağir”, Təbərani, 1/65, 81; “Müsnəd”, Əbu Yə`la, 1/257, 5/460; “əl-Möcəmul-övsat”, 1/111, 312, 533, 4/357; “əl-Möcəmul-kəbir”, 3/199, 201, 4/17, 173, 5/166, 170, 171, 175, 192, 194, 195, 203, 204, 212, 12/99, 19/291; “Kitabus-sunnə”, 2/590-593; “Fəzailus-səhabə”, Əhməd ibn Hənbəl, 2/563, 569, 572, 586, 682; “Xəsaisu Əli ibn Əbi Talib kərrəmallahu vəchəh”, səh.96-108. Bu hədisi mütəvatir hesab edənlər: Süyuti “Qətful-əzharil-mutənasirəti fil-əhadisil-mütəvatirəh” kitabında (səh.277); əl-Kəttani “Nəzmul-mutənasir”də (səh.205); “Zübeydi “Ləqtul-alail-mutənasirə” kitabında (səh.205); Hafiz Şəmsəddin əl-Cizri “Əsnəl-mətalib”də (səh.5); Muhəmməd Nasiruddin Albani “Silsilətul-əhadisis-səhihə” kitabında (4/343). Bir çox əhli-sünnə alimi isə bu hədisin səhih olduğunu bildirmişlər.

أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنه ليس بعدي نبي , إنه لا ينبغي أن أذهب إلا وأنت خليفتي.

- “Mənə nisbətdə Harunun Musaya olan nisbətində olmağına razı deyilsənmi? Yalnız məndən sonra peyğəmbər yoxdur. Mən getdikdə sən mənim xəlifəmsən”.

Mənbə: “Müsnəd”, Əhməd ibn Hənbəl, 1/330-331; Hakim deyir: “Bu, sənədi səhih hədisdir, lakin (Buxar və Müslim) öz kitablarında onu bu məzmunda qeyd etməyiblər”. (“əl-Müstədrək”, 3/133.) Zəhəbi də kitabında Hakimin sözləril razılaşmışdır. Heysəmi deyir: “Bu hədisi Əhməd, eləcə də Təbərani “əl-Mö`cəmul-kəbir”də və “əl-Möcəmul-övsat”da ixtisarla qeyd edib. Əhmədin rəvayətindəki ravilər “Səhih”in raviləridir. Yalnız Əbu Bəlc əl-Fəzzaridən savayı. O inanılan (siqə) şəxsdir, onda yüngül iradlar vardır." (“Məcməuz-zəvaid”, 9/119.) “əl-Möcəmul-kəbir”, Təbərani, 12/99; “Fəzailus-səhabə”, Əhməd ibn Hənbəl, 2/684; “Kitabus-sunnə”, 2/551. Albani bu kitaba olan qeydində deyir: “Sənədi həsəndir, raviləri inanılan (siqə) şəxslərdir və şeyxeynin (Buxari və Müslimin) raviləridir. Yalnız Əbu Bəlcdən savayı. Onun adı Yəhya ibn Səlim ibn Bəlcdir. Hafiz deyir: “Doğru danışandır, az halda xəta edib." 589-cu səhifədə isə deyir: “Sadəcə sən peyğəmbər deyilsən. Məndən sonra sən möminlər üzərində mənim xəlifəmsən”. Busiri, “İthaful-xiyərətil-məhərəh”, 9/259, hədis 8944, “Muxtəsəru ithafis-sadətil-məhərəh”, 9/180, hədis 7443. Əbu Yəladan nəql olunur: “Peyğəmbər (s) buyurdu: “Mən getdikdə məndən sonra sən xəlifəmsən”. “Kitabus-sunnə”, 2/551. Albani hədisə olan qeydində deyir: “Sənədi həsəndir, raviləri inanılan (siqə) şəxslərdir və şeyxeynin (Buxari və Müslimin) raviləridir. Yalnız Əbu Bəlcdən savayı. Onun adı Yəhya ibn Səlim ibn Bəlcdir. Hafiz deyir: “Doğru danışandır, az halda xəta edib”.

أنا سيدِّ ولد آدم , وعليٌّ سيدِّ العرب.

- “Mən Adəm övladlarının, Əli isə ərəblərin seyididir (ağasıdır)”.

Mənbə: “əl-Müstədrək”, 3/124. Hakim deyir: “Sənədi səhih hədisdir”; “əl-Möcəmul-övsat”, Təbərani, 1/104, “əl-Möcəmul-kəbir”, 3/90, “Hilyətul-övliya”, 1/63, 5/38, “Tarixu Bağdadi”, 11/89; İbn Əsakirin “Tarix”ində İmam Əmirəl-mömininin (ə) tərcümeyi-halı, 2/261; “Durrus-səhabə”, 214; “Məcməuz-zəvaid”, 9/116, 131, “Kəşful-xəfa”, 1/462.

إن عليا مني وأنا منه ,وهو ولي كل مؤمن بعدي.

- “Həqiqətən də Əli məndən və mən də ondanam. O, məndən sonra hər bir möminin vəlisidir”.

Mənbə: “Sünən”, Tirmizi, 5/632. Tirmizi deyir: “Bu, qəribə həsən hədsidir”; “Müsnəd”, Əhməd, 4/438, 356; “əl-Müstədrək”, 3/111, Hakim deyir: “Müslimin şərtinə əsasən, səhihdir”; Zəhəbi isə hədisin barəsində susmuşdur. “Məvariduz-zəm`an”, 2/986; “əs-Sünənul-kubra”, Nisai, 5/45, 133; “əl-Musənnəf”, İbn Əbu Şeybə, 6/375; “Kitabus-sunnə”, 2/550. Albani hədis barədəki qeydində yazır: “Sənədi səhihdir, raviləri Müslimin şərtinə əsasən, inanılan (siqə) şəxslərdir."; “Səhih”, İbn Hibban, 15/374; “Müsnəd”, Təyalisi, səh.111, 360; “Fəzailus-səhabə”, Əhməd ibn Hənbəl, 1/331, 2/605, 4/438; “Xəsaisu Əmiril-mu`mininə Əliyyibni Əbi Talib (r.a)”, Nisai, səh.109; “Hilyətul-övliya, 6/294; “Müsnəd”, Əbu Yə`la, 1/185; “əl-Möcəmul-kəbir”, Təbərani, 12/99, 18/129.

أوحيُ إليَّ في عليٍّ ثلاث : أنه سيِّد المسلمين , وإمام المتقين , وقائد الغرُ المحجلين.

- “Əli barəsində mənə üç şey vəhy olunmuşdur: o, müsəlmanların seyidi (ağası), təqvalıların imamı və alnı ağların rəhbəridir”.

Mənbə: “əl-Müstədrək”, 3/137. Hakim deyir: “Bu, sənədi səhih hədisdir, Buxari və Müslim kitablarında qeyd etməyiblər”. İbn Əsakirin “Tarix” kitabında İmam Əmirul-mumininin tərcümeyi-halı, 2/256-258; “Hilyətul-övliya”, 1/63; “Durrus-səhabə”, səh.229.

"هذا أميرُ البرَرَة , وقاتل الفَجَرة , منصورٌ مَنْ نَصرََه , مخذول من خذله." يمد بها صوته.

- “Bu (Əli), dindarların əmiri, günahkarların qatilidir. Ona kömək edənə yardım olunar, tək qoyan isə təkbaşına qalar”. Bunu söyləyərkən səsini qaldırdı.

Mənbə: “əl-Müstədrək”, 3/129. Hakim deyir: “Bu, sənədi səhih hədisdir, Buxari və Müslim qeyd etməyiblər."; “Tarixu Bağdadi”, 3/377, 4/219.

Əmirəl-mömininin (ə) imamətinə açıq-aydın dəlalət edən bir çox digər hədislər... Bunlardan əlavə, mətləbə bütünlüklə dəlalət edən digər hədislər də mövcuddur. Məsələn Peyğəmbərin (s) bu sözü kimi:

أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنه لا نبي بعدي.

- “Mənə Harunun Musaya olan nisbətində olmağına razı deyilsənmi? Sadəcə məndən sonra peyğəmbər yoxdur”.

Mənbə: “Səhih”, Buxari, 3/1142, 1331; “Səhih”, Müslim, 4/1870, 1871; “Səhih”, İbn Hibban, 15/15, 369, 371; “Sünən”, Tirmizi, 5/638, 640; “Sünən”, İbn Macə, 1/42, 45; “Müsnəd”, Əhməd, 1/170, 173-175, 177, 179, 182, 184, 185, 3/32, 338, 6/369, 438; “əl-Müstədrək”, 2/337, 3/109; “əl-Əhadisul-muxtarə”, 3/151, 207; “Məvariduz-zəm`an”, 2/985, “əl-Müsənnəf”, İbn Əbu Şeybə, 6/369, 7/425; “əl-Müsənnəf”, Əbdürrəzzaq, 5/279; “Müsnəd”, əl-Hümeydi, 1/38; “Müsnəd”, Təyalisi, səh.28, 29; “Məcməuz-zəvaid”, 9/109-111. “ət-Təbəqatul-kubra”, 3/23-24; “əs-Sünənul-kubra”, Beyhəqi, 9/40; “əs-Sünənul-kubra”, Nisai, 5/44, 107, 108, 113, 119-125, 144, 240; “əl-Mö`cəmus-sağir”, Təbərani, 2/22, 54; “əl-Mö`cəmul-övsat”, 1/400, 2/120, 3/179, 4/97, 239, 245, 5/356, 6/33; “əl-Mö`cəmul-kəbir”, 1/146, 148, 2/247, 4/17, 184, 5/203, 221, 11/74, 75, 12/18, 98, 19/291, 24/146, 147; “Müsnəd”, Əbu Yə`la, 1/180, 298, 301, 302, 313, 321, 6/72; “Fəzailus-səhabə”, Əhməd ibn Hənbəl, 2/566-569, 592, 598, 610, 611, 633, 638, 642, 643, 663, 666, 670, 675, 684; “Kitabus-sünnə”, İbn Əbu Asim, 2/551, 586-589; “Hilyətul-övliya”, 4/345, 7/194-197, 8/307; “Tarixu Bağdad”, 1/325, 3/289, 406, 4/70, 204, 382, 7/452, 8/52, 268, 9/364, 10/43, 11/384, 431, 12/323; “Xəsaisu Əmiril-mu`minin Əliyyibni Əbi Talib (r.a)”, Nisai, səh.37, 38, 49, 67-79, 140. Bu hədisi mütəvatir hesab edənlər: Siyuti, “Qətful-əzharil-mutənasirəti fil-əhadisil-mütəvatirə”, səh.281; əl-Kəttani, “Nəzmul-mütənasir”, səh.206; Zübeydi, “Ləqtul-alail-mütənasirə”, səh.31. “Haşiyətul-mütəvatir”də Şeyx Cəsusdan nəql olunub.

Həmçinin Peyğəmbər (s) buyurur:

أنا مدينة العلم وعلي بابها، فمن أراد العلم فليأته من الباب.

- “Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Elm istəyən şəxs ona qapıdan gəlsin”.

Mənbə: “Sünən”, Tirmizi, 5/637; “əl-Müstədrək”, 3/126. Hakim deyir: “Bu, sənədi səhih hədisdir, (Buxari və Müslim) qeyd etməyiblər”; “Məcməuz-zəvaid”, 9/114; “əl-Mö`cəmul-kəbir, Təbərani, 11/65; “Hilyətul-övliya”, 1/64; “Tarixu Bağdad”, 7/172, 11/48-50, 203; “Fəzailus-səhabə”, 2/634; “əl-Camius-sağir”, Siyuti, 1/415. Süyuti “Tarixul-xüləfa”da yazır (səh.159): “Doğrusu bu, Hakimin də bildirdiyi kimi, səhih deyil, həsən hədisdir. Ancaq aralarında İbn Cövzinin, Nəvəvinin də olduğu bir dəstə alimin dedikləri kimi heç də uydurma deyildir. Bu hədisin vəziyyətini “ət-Təqibatu ələl-movzuat” kitabında açıqlamışam"; İbn Həcər əl-Heytəmi “əl-Fətaval-hədisiyyə” kitabında (səh.269) deyir: “Mən elmin şəhəri, Əli isə onun qapısıdır” hədisi həsən hədisdir. Hakim isə onun barəsində “Səhihdir” deyir”.

Buyurur:

علي منِّي وأنا من علي، ولا يُؤَدِّي عنِّي إلا أنا أو علي.

- “Əli məndən, mən də Əlidənəm. Mənim əvəzimə bir işi yalnız özüm və ya Əli yerinə yetirə bilər”.

Mənbə: “Sünən”, Tirmizi, 5/636. Tirmizi deyir: “Bu, qəribə həsən hədisdir”. “Sünən”, İbn Macə, 1/44; “Səhihu sünəni İbn Macə”, 1/26. Buradakı rəvayəti Albani həsən saymışdır. “Müsnəd”, Əhməd, 4/164, 165; “əs-Sünənul-kubra”, Nisai, 5/45, 128; “Müsənnəf”, İbn Əbu Şeybə, 6/368; “əl-Mö`cəmul-kubra”, Təbərani, 4/16, 11/400; “Kitabus-sünnə”, İbn Əbu Asim, 2/584; “Xəsaisu Əmiril-mu`minin (r.a)”, Nisai, səh.91; “Fəzailus-səhabə”, Əhməd ibn Hənbəl, 2/594, 599; “Mişkatul-məsabih”, 3/1720.

Eləcə də buyurur:

مَن أطاعني فقد أطاع الله، ومَن عصاني فقد عصى الله، ومَن أطاع عليًّا فقد أطاعني، ومَن عصى عليًّا فقد عصاني.

- “Mənə itaət kəs Allaha itaət etmiş, asi olan da Allaha qarşı asi olmuşdur. Əliyə itaət edən mənə itaət etmiş, asi olan da mənə qarşı üsyan etmişdir”.

Mənbə: “əl-Müstədrək”, 3/121. Hakim yazır: “Bu, sənədi səhih hədisdir. (Buxari və Müslim kitablarında) qeyd etməyiblər”. Zəhəbi də onunla həmfikir olub.

Buxari “Səhih”də qeyd edib, 3/1286; həmçinin Müslim də, 3/1380. Onlardan başqa bu hədisi nəql edənlər bu kəlmələrlə qeyd ediblər: Aişədən nəql edilən uzun hədisdə deyilir: “Peyğəmbərin (s) qızı Fatimə Əbu Bəkrin yanına adam göndərib atası Peyğəmbərdən qalan və Allahın ona müharibəsiz bəxş etdiyi mallardan qalan mirasını, Fədəyi və Xeybərin xümsünü tələb etdi. Əbu Bəkr dedi: “Peyğəmbər (s) buyurmuşdur: “Biz miras buraxmarıq, geridə qoyduqlarımız sədəqədir. Muhəmmədin ailəsi bu mallardan yalnız yedik¬lə¬ri qədər istifadə edə bilərlər”. Allaha and olsun ki, mən bu sədəqələrin Peyğəmbərin dövründə olan istifadə qaydasından heç bir şeyi dəyişmirəm və onun (s) kimi rəftar edəcəyəm”. Əbu Bəkr Fatiməyə bir şey verməkdən imtina etdi. Buna görə Fatimənin Əbu Bəkrə acığı tutdu”. Deyir: “Onunla əlaqəsini kəsdi və ölənədək danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı. Vəfat etdikdə həyat yoldaşı Əli ibn Əbu Talib onu gecə ikən dəfn etdi, dəfni üçün Əbu Bəkrə xəbər vermədi. Cənazə namazını da Əli qıldı. Fatimə həyatda ikən Əlinin insanlar arasında hörməti vardı. Ancaq Fatimə vəfat etdikdən sonra camaatın ona münasibəti dəyişdi. Buna görə də o, Əbu Bəkrlə uzlaşmağa və beyət etməyə yol axtardı. Həmin müddətədək isə beyət etməmişdi. Əli Əbu Bəkrə “Bizə gəl, yanında heç kəs olmasın” deyə xəbər göndərdi. O, Ömər ibn Xəttabın görüşdə iştirak etməsini istəmirdi...”.

Buna görə də Əmirəl-möminin (ə) özünü xilafətə əvvəlki xəlifələrdən daha çox haqq sahibi olaraq görürdü. Bu səbəbdən Əbu Bəkrə ümumiyyətlə və ya Buxari və Müslimin rəvayətlərinə əsasən, 6 ay müddətində beyət etmədi. Yoxsa bu müddət ərzində Əbu Bəkrə beyətdən boyun qaçırmasının heç bir anlamı olmazdı.

Müəllifin “Abdullah ibn Səba Əli ibn Əbu Talibin (ə) Peyğəmbərin (s) canişini olduğunu söyləyən ilk şəxsdir” deməsi olduqca təəccüblüdür. Halbuki səhabələr arasında bunu bir çoxları söyləmişlər.

Onlardan biri Fəzl ibn Abbasdır ki, öz şeirində deyir:

Agah olun ki, Allahın nəzərində insanların ən yaxşısı

Mustafa peyğəmbərdən sonra onun canişinidir (vəsisidir).

Namaz qılan ilk şəxs, Peyğəmbərin qardaşı,

Və Bədrdə azğınları qovan ilk şəxsdir.

Əbdürrəhman ibn Cüeyl isə deyir:

Ömrümə and olsun, siz elə bir şəxslə beyət etmişsiniz ki,

O, dinin qoruyucusu, iffəti və uğurları ilə məşhurdur.

O, Peyğəmbərin (s) canişini (vəsisi) və əmisi oğludur,

İlk namaz qılan şəxs, din və təqva qardaşıdır.

Abdullah ibn Əbu Süfyan ibn Hərs ibn Əbdülmüttəlib deyir:

Çoxsaylı qoşunlar hücum çəkərkən

Xeybər qəhrəmanı, Bədrin qəhrəmanı Əli bizdəndir.

O, peyğəmbər Mustafanın canişini (vəsisi) və əmisi oğludur.

Kim onun kimi və ya kim ona tay ola bilər?

Bədr savaşında iştirak etmiş Əbul-Heysəm ibn ət-Teyhan deyir:

Zübeyrə və Təlhəyə de: “Biz,

Şüarları “Ənsar!” (yardımçılar) olan şəxslərik.

Biz Bədr günü o kafirlərə qarşı

Etdiklərimizi Qüreyşin gördüyü şəxslərik.

Biz Peyğəmbərimizin müdafiə köynəyi idik.

Onun libasına isə bizim ruhumuz və gözlərimiz fədai idi.

Həqiqətən də (bu gün) canişin (vəsi) bizim imamımız və vəlimizdir,

Gizlilər aşkar oldu, sirlər zahirə çıxdı.

Hücr ibn Ədiyy əl-Kindi “Cəməl” müharibəsi günü belə dedi:

İlahi, Əlini (ə) bizim üçün qoru!

O mübarək və işıq saçan, mömin,

Təkallahlı və təqvalı şəxsi bizim üçün salamat et!

O nə fikrini dəyişir, nə də yolundan azır.

Əksinə, hidayət edən, hidayət olunmuş və qalibdir.

Ey Rəbbim, onu qoru!

Peyğəmbəri də onun vücudunda hifz et!

Belə ki, o, Peyğəmbərin vəlisi, dostu idi.

Özündən sonra canişini (vəsisi) olmasına razı oldu!

Bədr savaşında iştirak etmiş Zuş-şəhadəteyn (iki şəhadət sahibi) Xüzeymə ibn Sabit deyib:

Ey Ayişə! Əlidən, onda olmayan eyibləri axtarmaqdan əl çək!

(O), Peyğəmbərin ailəsindən olan canişinidir (vəsisidir).

Sən özün də bu həqiqətin şahidisən.

Ondan öyrəndiklərinin bir hissəsi belə sənin üçün yetərlidir.

Sən bilməsən belə, səni dəfələrlə qorumuşdur.

Əgər deyilsə ki, onda nə eyib gördün?

Əffanın oğlunu tək qoymasını ona böhtan atacaqsan.

İbn Əbul-Hədid əl-Mötəzili Əmirəl-möminin Əli (ə) barəsində canişin (vəsi) kəlməsinin zikr olunduğu bu və digər şeirləri qeyd etdikdən sonra deyir:

ذكر هذه الأشعار والأراجيز بأجمعها أبو مخنف لوط بن يحيىّ في كتاب وقعة الجمل ، وأبو مخنف من المحدثين وممن يرى صحة الإمامة بالاختيار، وليس من الشيعة ولا معدودا من رجالها.

“Bu şeir və beytləri bütünlüklə Əbu Mixnəf Lut ibn Yəhya “Cəməl müharibəsi” kitabında qeyd edib. Əbu Mixnəf hədisçidir və imamın seçki ilə təyin edilməsinin düzgün olduğuna inanırdı. O, şiə deyildi və onların adamlarından da sayılmırdı”. (“Nəhcul-Bəlağənin şərhi”, 1/48; təhqiqlə olan çapı, 1/147.)

İncəliklərdən birini də şeirində Bəni-Zəbbə gənclərindən biri söyləmişdir. O, Cəməl müharibəsi günü Aişənin ordusunun sıralarından önə çıxıb belə demişdi:

Biz Bəni-Zəbbə Əlinin düşmənləriyik;

O Əli ki, ta qədimdən canişin (vəsi) olaraq tanınır.

O Əli ki, Peyğəmbər (s) zamanında pəhləvan sayılırdı.

Mən Əlinin fəzilətlərinə göz yuman və ya kor deyiləm.

Lakin mən Əffanın oğlunun (Osman) intiqamını almaq istəyirəm!

Belə ki, dost dostunun intiqamını tələb etməlidir!

İbn Əbul-Hədid Əmirəl-möminin Əli (ə) barəsində canişin sözünü özündə əks etdirən bir çox şeiri qeyd etdikdən sonra deyir:

والأشعار التي تتضمن هذه اللفظة كثيرة جدا ، ولكنا ذكرنا منها ههنا بعض ما قيل في هذين الحزبين ، فأما ما عداهما فإنه يجل عن الحصر ، ويعظم عن الإحصاءً والعد ، ولولا خوف الملالة لذكرنا من ذلك ما يملأ أوراقا كثيرة .

“Canişin (vəsi) kəlməsini özündə əks etdirən şeirlər olduqca çoxdur. Lakin biz burada hər iki tərəfdən (Məqsəd Əlinin (ə), digər tərəfdən də Təlhə, Zübeyr və Aişənin tərəfdarlarıdır) deyilmiş şeirlərin yalnız bir hissəsini qeyd etdik. Ancaq bu iki dəstəyə aid şəxslərdən savayı bunu söyləyənlərin sayı da sayılmayacaq qədər çoxdur. Yormamaq üçün onları qeyd etmirik. Əgər həmin şeirlərə kitabımızda yer versəydik, onlar kitabın əksər səhifələrini doldurardı”. (“Nəhcul-Bəlağənin şərhi”, 1/50; təhqiqlə olan çapı, 1/150.)

Ardı var...

Şeyx Əli Ali-Muhsin

313news.net

 

Abdulla ibn Səba haqqında şübhələrə cavab (1-ci hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (2-ci hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (4-cü hissə)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!