Babilik və Bəhailik » Bəhailərə cavab (1-ci hissə)

“19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?”

Bəşəriyyət tarixi 124 000 peygəmbərin gəlişinin və təbliginin şahidi olub ki onlardan birincisi Adəm (ə.s.) olub, sonuncusu isə Xatəməl-Nəbiyyin Muhəmməddir (s.a.a.s.). Amma tarix bu sayda peygəmbərlərin varlığı ilə paralel, maddi mənfəət əldə etmək üçün, isanları haqq yolundan azdıraraq özlərini ilahi höccət elan edən yalançı xilaskar və məsihlərin şahidi olmuşdur.

Bir neçə müddət bundan əvvəl Azərbaycanda, rus dilli əhali üçün fəaliyyət göstərən xəbər saytlarının birində “ 19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?” adı altında bir məqalə paylaşıldı ki, üzdə alman əsilli məsihi sektantlarının Azərbaycana köç etməsindən söz açır.

Amma mənim diqqətimi, bir müstəqil təhqiqatçı kimi, cəlb edən əsas məqam, bundan ibarətdir ki, məqalənin müəllifi oxucu auditoriyasına, mahircəsinə şüuraltı təsir göstərərək əsas fikri, yeni nazil olmuş “ilahi dinə” yönləndirir. Və öz məqsədini möhtərəm tarixçilərin və elm nümayəndələrinin məsihi sektantlar barədə təqdim etdikəri məlumat və faktları pərdə arxasında gizlətməyə cəhd göstərmişdir.

Qeyd etdiyim məqalə məni vadar etdi ki, dəyərli oxuculara yenicə peydə olmuş “bəhai” adlanan sekta haqqqında məlumat təqdim edim və bu sektanın nə qədər zərərli olmasını çatdırım.

Birincisi, müəllifin təqdim etdiyi məqalədə, “Vəd Olunan” şəxs yeni dinin və peyğəmbərin gəlişinin elanı üçün yox, yer üzünü dolmuş zülmdən və ədalətsizlikdən azad etmək üçün gələcək. Və sözümüzə dəlil olaraq əhli-sünnə və şiə hədis mənbələrinə müraciət edirik.

“Əgər yer üzünün ömrünə bir gün belə qalsa, Allah-Taala o günü o qədər uzadar ki, mənim Əhli-Beytimdən (ə.s), adı adımdan, atasının adı atamın adından olan bir nəfər şəxs qiyam edəcək, zülm və ədalətsizliklə dolmuş dünyanı ədalətlə dolduracaqdır.” (“Sünəni” Abu Davud, Kitabul Məhdi 4282-ci hədis. “Sünəni” Tirmizi, bab Ma-cae fil Məhdi 2231-ci hədis. )

Həmçinin dəlil olaraq Allahın nazil etdiyi müqəddəs Qurani Kərimin Əhzab sürəsinin 40-cı ayəsini gətirmək olar: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!“

Bu ayədə xatəmən-nəbiyyin kəlməsi gəlib və mənası da bütün islam aləmi tərəfindən eyni cür izah olunub,  Muhəmməd peyğəmbər (s.a.a.s) bütün peyğəmbərlərin (ə.s) sonuncusu və möhürüdür ki, ondan sonra Allah tərəfindən heç bir peyğəmbər göndərilməyəcək.

Müəllifin təqdim etdiyi məqalədə həmçinin şeyx Əhməd Əhsai adlı bir şəxs haqda söz açılır.

Şeyx Əhməd Əhsai 18-ci əsrdə İraqda yaşamış və babilik ideologiyasına mənsub olmuşdur. Babilik etiqadı insanlarla İmam Zaman (ə.f.) arasında olan bir şəxsin var olmasına və həmin şəxsin İmamın qapısı olmasına etiqad bəsləməkdir. Bu yeni peydə olmuş nəzərin sahibi özünü və davamçılarını “şeyxiyyə” adlandırmışdır.

Halbuki İmam Zamanın (ə.f) dörd naibi olub, dördüncü naibin vəfatı ilə uzun müddətli qeyb dövrü başlayıb və İmamın (ə.f.) insanlarla bir başa olan ünsiyyəti aradan getmişdir.

Və onun ardınca gedən insanlar da müsəlmanlar olub, hansı ki, zəmanə İmamının (ə.f) qeybdə olmasına etiqad bəsləyiblər və hər hansısa yeni bir dinin üzvləri olamayıblar. Babilik etiqadının yaranma və yayılmasına zəmin yaradan əsas amil həmin dövrdə yaşayan müsəlmanların zəmanənin çətinliyindən, yaşadıqları dövrün ədalətsizliyindən əziyət çəkmələridir.

Qeybdə olan İmamlarının (ə.f) bir nəfər şəxs vasitəsi ilə onlarla əlaqədə ola bilməsi xəbərini həyacanla qarşılayan insanların avamlığından və elmsizliyindən istifadə edən Əhməd Əhsai öz azğın fikirlərini yaymağa fürsət tapmışdır.

Müəyyən qədər məhşurluq tapandan sonra öz qarışıq və azğın fikirlərini daha da genişləndirmək məqsədi ilə Əhməd Əhsai İrana səfər edir və burada həmin dövrün məhşur alimlərindən olan Molla Muhəmməd Qəzvini ilə görüşür.

Molla Muhəmməd Qəzvini və Əhməd Əhsai arasında keçən elmi debatda Muhəmməd Qəzvini üstünlük əldə edir və Əhməd Əhsainin fikirlərinin yanlışlığını və əsassız olduğunu aşkara çıxarır. Bu debatdan sonra Molla Muhəmməd Qəzvini Əhməd Əhsainin kafirliyinə hökm verir və İrandan qovur.

ARDI VAR.....

Cavidan Müntəzir

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!