Babilik və Bəhailik » Bəhailiyin həqiqətləri: missionerlik, uğursuz rəhbərlik, 1000 illik peyğəmbər.

Bəhailik missioner təşkilatıdırmı?

Bütün missioner təşkilatlar kimi Bəhailik də missionerlik fəaliyyətini şübhəsiz inkar edir. Çünki xarici ölkələrin din adı altında öz missiyalarını yerinə yetirməsi qəbul edilməzdir. Amma Bəhailiyin həm tarixinə, həm də indiki zamanına nəzər etsək, onların missionerlik fəaliyyəti ilə məşğul olduğlarını görərik. Xüsusilə missionerlik fəaliyyətini daha çox qərb ölkələri tərəfindən təşviq edildiyinə diqqət etsək, Bəhailiyin də məhz bu ölkələrlə olan ciddi və isti münasibəti missionerlik fəaliyyətlərini danılmaz edir.

İngiltərə krallığının Əbdül Bəhaya etdiyi xüsusi diqqət və qayğı, onların missionerlik məqsədlərini ortaya qoyur.

Əbdül Bəha isə özlüyündə İngiltərəyə etdiyi xidmətlərə görə ingilis generalı Allenbay tərəfindən Ser (əsil, nəcib) və Knightood (qəhrəman) medalı ilə təltif olunmuşdur. Bu tədbir əsgər qaravulu və təntənəli şəkildə təqdim olunmuşdur. (Qərni Bədii, səh. 299, Məkatib c.3 səh.347)

Əbdül Bəhanın İngiltərəyə etdiyi xidmətlərdən biri, Fələstində qıtlıq olduğu zaman, gizlin buğda anbarını ingilis ordusuna təqdim etməsidir.

Eyni zamanda Əbdül Bəha, ABŞ səfərində onların adamı olaraq ABŞ-ın İrana gəlib buranın yer altı mədənlərindən faydalanmaq üçün dəvə edib. (Xətabate bozorq kitabı, səh .32)

Əbdül Bəhanın ingilislər üçün başqa xidməti 1-ci Dünya Müharibəsi ərəfəsində Fələstində ingilislər üçün cəsusluq etməsidir. Əbdül Bəhanın cəsus olduğunu Osmanlı qüvvətləri komandiri Camal Paşa bildikdə, onun Karmel dağında edam edilməsinə qərar verdi. (Qərni Bədii c.3 səh 297-298). Bu xəbər ingilis təhlükəsizlik təşkilatı tərəfindən İngiltərəyə çatdırılınca Lord Balfour (İsrail rejiminin quruluşundakı mühüm roluna görə tarixdə məşhurdur) Xarici İşlər Nazirliyi tərəfindən ingilis ordu komandiri general Allenbaya Əbdül Bəhanın canının qorunması üçün teleqraf göndərdi. General Allenbay Hayfa cəbhəsindəki qüvvətlərə Əbdül Bəhanın, ailəsinin və dostlarının canını mühafizə etmələri üçün əmr verdi! Hayfa müharibəsindən sonra general Allenbay, Londona bir teleqraf göndərərək Əbdül Bəhanın sağ olduğunu elan etdi! (Qərni Bədii kitabı cild:3, səh 296-297)

Bu faktlardan aydın olur ki, Bəhailik öz inkişafında qərb ölkələrinə borcludur  və bunun müqabiləndə, xüsusilə qərb ölkələri, Bəhailikdən istədiyi zaman missionerlik fəaliyyətini tələb edə bilərlər.

Uğursuz rəhbərlik

Bir dinin rəhbərinin kim olmasını müəyyənləşdirmək üçün qısa zaman ərzində neçə dəfə dəyişiklik etmək olar?

İlk olaraq Bəhaullah, Bəhailiyi təsis edərək özünü peyğəmbər elan etmiş və bəhailərin rəhbəri olmuşdur. Bu ərəfədə Bab Bəhaullahdan xəbərsiz zindanda yazmış olduğu Bəyan kitabında özünü peyğəmbər elan etmişdir. Bab və Bəhaullah öldükdən sonra, Bəhaullahın oğlu Əbdül Bəha bəhailərin rəhbəri oldu. Əbdül Bəha öldükdən sonra,  onun oğlu bəhailərin rəhbəri olmalı idi. Amma Əbdül Bəhanın oğlu olmadığı üçün qız nəvəsi Şövqü Əfəndi bəhailərin rəhbəri oldu. Əbdül Bəhanın vəsiyyətinə görə ondan sonra Şövqü Əfəndi, Şövqü Əfəndidən də sonra onun qız nəvəsi və bu silsilə ilə “Vəliyyi Əmrullah” sitemini yaratdı. Ancaq Şövqü Əfəndinin də qız nəvəsi olmadığndan (ümumiyyətlə uşağı olmadı) bu sistem çökdü. Şövqü Əfəndinin ölümündən sonra, onun amerikalı həyat yoldaşı Ruhiyyə Maksvel idarəçiliyi ələ aldı. Daha sonra Ruhiyyə Maksvelin təşəbbüsü ilə bütün bəhailəri idarə edə biləcək ,seçki üsulu ilə seçilən, 9 nəfərdən ibarət, hamısı yalnız kişi olmaqla “Ədalət Evi” idarəçilik sistemi yaradıldı. Bununla da Bəhailiyin idarəçiliyində ilahi şəxslərin vacib olduğunu qeyd edən bəhailər, qısa müddətdə seçkili idarəçilik sisteminə keçdilər.

Qeyd: Bir peyğəmbər gərək özündən sonrakı canişinlərini bilsin. Özünü ilahi şəxs elan edən bir şəxs necə olur ki, qeybi bilmir və gələcəkdən xəbər verə bilmir?

1000 ildən bir peyğəmbər

Zamanın tələbinə görə peyğəmbərlərin gəlməsi şərtmidir?

Bir peyğəmbər bütün zamanların tələbinə görə şəriət gətirə bilməzmi?

Bəhailiyin iddiasl budur ki, son peyğəmbər anlayışı yoxdur. Zamanın tələbinə görə daima peyğəmbərlər gəlmədirlər.

Əgər zamanın tələbinə görə peyğəmbərlərin gəlməsi şərtdirsə, o zaman Bəhaullahdan bəri 200 ilə yaxın zaman keçmiş, hər şey dəyişmiş və bu günün yeni tələbləri orataya çıxmışdır. Yəni bu günün tələbləri ilə 200 il bundan əvvəlin tələbləri eyni deyildir. Texnologiya inkişaf etmiş, həyata baxış dəyişmişdir. Deməli Bəhaullahın dövrü bitmiş, hökmlər qüvvədən düşmüşdür. “Elə isə bu zamanda yeni peyğəmbər gəlməlidir!” Amma bəhailər hələ də Bəhaullahı bu dövrün peyğəmbəri və Bəhailiyi də bu dövrün “dini” sayırlar. Üstəlik Bəhailiyə görə yeni peyğəmbər Bəhaullahdan 1000 il sonra gəlməlidir. Bu 1000 ildə zamanın tələbləri neçə dəfə dəyişəcək? kim qərar verir ki 1000 ildən sonra peyğəmbər gəlməlidir? Əvvəlki peyğmbərlər 1000 ildən bir gəlibmi? 1000 ildən sonra gələn peyğəmbərin kimliyi müjdələnibmi?

Qeyd: Bəhailər 1000 ildən bir peyğəmbərin gəlməsini desələr də, onlar Babı da peyğəmbər sayırlar. Bəhaullah isə Babdan 19 il sonra peyğəmbərlik iddiası etmişdir. Yəni 1000 illik peyğəmbərlik sistemi də qısa zaman da süquta uğramışdır.

Müəllif: Onu da qeyd etmək yerinə düşər ki, Allahın qüdrəti ilə bir peyğəmbər, bütün dövrləri əhatə edə biləcək şəriət və din gətirə bilər. Bu, bütün ilahi kitblarda öz təsdiqini tapmışdır. Əks halda bu, daima peyğəmbər göndərmək məcburiyyətində qalan Allahın “əlinin” bağlanması mənasına gəlir.

Şahin Abbas

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!