Səhabə » Səhabə Səd ibn Əbi Vəqqasın Əhli-beytə (ə) qarşı mövqeyi necə olmuşdur?

Sual: Şiə alimlərinin Səd ibn Əbu Vəqqasa münasibəti necədir? İmam Əliyə (ə) qarşı etdiyi hərəkətə görə batil şəxs hesab edilməli, yoxsa İmam Həsənə (ə) qarşı etdiyi hərəkətə görə cənnət əhli sayılmalıdır?

Cavab: Səd ibn Əbu Vəqqası bir tərəfdən İmam Əlinin (ə) məqam və dəyərini tanıdığı və Peyğəmbərdən onun barəsində buyurduğu kəlamları nəql etməsi, digər tərəfdən isə, İmam Əlinin (ə) də dediyi kimi, həsəd və kin səbəbindən İmam Əliyə (ə) beyət etməməsinə görə ziddiyyətli mövqeləri olan şəxsiyyət sayılır.

Ancaq əsla üzrlü sayıla bilməz. İmam Əliyə (ə) nifrət və düşmənçilik bəsləmiş, “Osman Əlini zəhərlədiyi qılıncla öldürüldü”,- deyərək, Osmanın öldürülməsində İmam Əlini (ə) günahlandırmışdır. Buna əsasən, İmam Əlini (ə) haqq və məqamını bilə-bilə onu inkar edib düşmənçilik bəsləməsinə görə, İmam Həsənə münasibətdə sərgilədiyi mövqeyinin ona heç bir faydası yoxdur.

Seyyid Muhsin Əl-Əminin “Əyanuş-şiə” kitabında (7/226-227) belə deyilir:

سئل علي رضي الله عنه عن الذين قعدوا عن بيعته ونصرته فقال أولئك قوم خذلوا الحق ولم ينصروا الباطل. وكان ممن قعد عن بيعته لما بويع بالخلافة سعد وعبد الله بن عمر فلم يجبرهما على البيعة ولذلك لم يعطهما علي (عليه السلام) من الفئ.

Əlidən ona beyət etməyənlər barədə fikir bildirməsini istədikdə, belə demişdi: “Onlar haqqı tək və köməksiz qoyan, amma batilə də kömək etməyən şəxslərdirlər”. Xəlifə olarkən Əliyə beyət etməyənlər içərisində Səd ibn Əbu Vəqqas və Abdullah ibn Ömər də var idi.

Seyyid Cəfər Mürtəza Amulinin “Əs-Səhih fi sirətil-imam Əli” kitabında (13/109-110) belə deyilir:

أن سعداً كان أحد أصحاب الشورى، وقد وهب حقه لابن عمه عبد الرحمان بن عوف، وكان يعلم أن هوى ابن عوف في عثمان، لأن عبد الرحمان كان زوج أخت عثمان لأمه، وقد قال علي (عليه السلام) في الخطبة الشقشقية مشيراً إلى ذلك : (( فصغى رجل منهم لضغنه، ومال الآخر لصهره، مع هن وهن)). فالذي صغى لضغنه هو سعد، والذي مال لصهره هو عبد الرحمان بن عوف، وضغن سعد إنما هو لأجل من قتلهم علي (عليه السلام) في الجاهلية من أقاربه دفاعاً عن الإسلام.

يضاف إلى ذلك : أن سعداً قعد عن بيعة علي (عليه السلام) وأبى أن يبايعه، فأعرض عنه علي (عليه السلام)، وقال : ﴿ لَو عَلِمَ اللهُ فِيهِم خَيراً لأسمَعَهُم وَلَو أَسمَعَهُم لَتَوَلَّوا وَهُم مُعرِضُونَ ﴾. وكتب علي (عليه السلام) الى والي المدينة : لا تعطين سعداً ولا ابن عمر من الفيء شيئاً إلخ...

ودعا عمار ابن عمر، ومحمد بن مسلمة، وسعد بن أبي وقاص إلى بيعة أمير المؤمنين (عليه السلام)، فأظهر سعد الكلام القبيح، فانصرف عمار إلى علي (عليه السلام). فقال علي (عليه السلام) لعمار : دع هؤلاء الرهط، أما ابن عمر فضعيف، وأما سعد فحسود، وذنبي إلى محمد بن مسلمة : أني قتلت أخاه يوم خيبر، مرحب اليهودي.

Səd Ömərin ölümündən sonra qurulan şuranın üzvlərindən biri idi. Əbdürrəhman ibn Aufun Osmana səs verəcəyini (çünki Əbdürrəhman Osmanın anabir bacısının əri idi) bildiyi üçün, səsvermə haqqını Əbdürrəhmana bağışlamışdı. İmam Əli Şiqşiqiyyə xütbəsində buna işarə edərək belə demişdi:

“Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu, başqa birisi də kürəkəninə görə məndən üz döndərdi. Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır”. Buradakı “paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoymuş” şəxs Səd ibn Əbu Vəqqas, “Kürəkəninə görə üz döndərən” isə Əbdürrəhman ibn Aufdur. Sədin kini Əlinin islam yolunda onun müşrik ata-babalarını öldürməsinə görə idi.

Bundan başqa Səd Əliyə (ə) beyət etməkdən imtina etmiş, Əli (ə) də ondan üz çevirmişdi. Mədinənin valisinə məktub yazaraq, “Səd və Abdullaha qənimətdən heç nə verməyin”, - deyə göstəriş vermişdi.

Əmmar Səd, Abdullah ibn Ömər və Məhəmməd ibn Məsləməni İmam Əliyə beyət etməyə dəvət etmiş, içlərindən Səd Əmmara çirkin bir sözlə cavab vermişdi. Əmmar qayıdıb İmam Əlinin (ə) yanına gəlmiş, hadisəni ona danışmış, İmam Əli (ə) də belə cavab vermişdi: “Bu adamları boşla. İbn Ömər zəif adamdır. Səd həsədcil və paxıldır. Məhəmməd ibn Məsələməyə gəlincə isə, ona qarşı “günahım” Xeybər günü qardaşını – yəhudi Mərhəbi öldürməyimdir.”

Şeyx Əli Namazi Şahrudinin “Müstədrəkatu-ilmir-rical” kitabında (4/24) Səd barədə belə deyilir:

قيل : وهو الذي قال لأمير المؤمنين عليه السلام لما قال : سلوني قبل أن تفقدوني : أخبرني كم في رأسي ولحيتي من طاقة شعر؟ فقال أمير المؤمنين عليه السلام : إن على كل طاقة شعر في رأسك ملكا يلعنك وعلى كل طاقة شعر في لحيتك شيطانا يستفزك وإن في بيتك سخلا يقتل ابن رسول الله - الخبر. وكان سخله عمر بن سعد.

Səd ibn Əbu Vəqqas... Deyilənə görə, bir dəfə İmam Əli “məni itirməzdən qabaq, soruşun məndən”, - deyərkən, ona “de görüm başımda və saqqalımda nə qədər tük var?”, - deyə istehzalı sual vermiş, İmam Əli də ona: “Başının hər tükündə sənə lənət oxuyan bir mələk, saqqalının hər tükündə də səni qızışdıran bir şeytan var. Sənin evində Peyğəmbər balasını qətlə yetirəcək bir kərtənkələ var”. Həmin kərtənkələ Sədin oğlu Ömər idi (Ömər ibn Səd).

وكان ممن جمع ببركة سياسة الخلافة الأموية أموالا كثيرة، فإنه ترك يوم مات في قصره بالعقيق 250000 درهم. ووصف قصره في كتاب الغدير ظ 2 ج 8 / 284.

Səd Əməvi xilafəti sayəsində çoxlu mal-dövlət yığa bilmişdi. Öləndə Əqiq bölgəsindəki sarayındakı mal-dövlətin həcmi 250.000 dirhəmə çatırdı. “Əl-Ğədir” kitabında (c.8, s.284) onun bu sarayı barədə danışılmışdır..

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!