Müstəbsirun (Həqiqəti tapanlar) » Həqiqəti tapanlar - 14 - : Sabah Əli əl-Bəyati (keçmiş şafei)

Adı: Sabah Əli Əl-Bəyati

Ölkə: İraq

Məzhəbi: Şafei

Sabah Əli Əl-Bəyati

Sabah Əl-Bəyati 1953-cü ildə İraqın Mosul şəhərində dünyaya gəlmişdir. Ərbil şəhərinin Səlahəddin Universitetindən (Təhsil Fakültəsi, Ərəb dili ixtisası üzrə) məzun olmuşdur. Əvvəllər şafei məzhəbli olmuş, sonradan (1995-ci il, Mosul şəhəri) şiəliyi qəbul etmişdir.

S.Əl-Bəyati necə şiə olmasını belə izah edir:

“Bir sıra tarixi araşdırmalardan sonra siyasətin tarix üzərində mühüm təsirə malik olduğunu gördüm. Bundan sonra məndə tarix kitablarında olan bir çox məsələ barəsində şəkk yarandı. Lakin öz-özümə dedim ki, əlimizdəki tarix bir çox yalan, saxta və qurma faktları özündə ehtiva etsə də, onda həqiqətlər də mövcuddur və bu səbəbdən onu tamamilə tərk etmək olmaz. Buna görə də araşdırmağa başladım və bir müddət sonra zalım qüvvələrin gizləməyə çalışdıqları bir çox həqiqətlər mənim üçün aşkara çıxdı.

Sonra diqqətlə və düşünərək “Nəhcül-bəlağə” kitabını, habelə İbn Əbil-Hədidin ona yazdığı şərhi oxudum. Şiqşiqiyyə xütbəsinə çatanda Peyğəmbəri-Əkrəmdən sonra islam dünyasında baş verən hadisələri gözümün qabağına gətirdim və bundan sonra Əhli-Beyti meydandan çıxarmaq və hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü Səqifədə qurulan planın hədəfi mənim üçün aydınlaşdı. Bundan çox təsirləndim və bəzi səhabələrin gördüyü işlərə təəccüb etdim.

Bu sahədə araşdırmalarım iki il davam etdi. Bu müddət ərzində dini məsələlərdə, xüsusən də imamət və xilafət məsələsində şiələrlə digərlərinin fikirlərini müqayisə etdim. Bu qənaətə gəldim ki, etimad edə biləcəyim yeganə məzhəb məhz şiə məzhəbidir. Çünki o, hakim qüvvənin üzərində oynaya bilmədiyi, Peyğəmbər itrətindən dilindən çıxan təmiz və dəyişilməmiş məzhəbdir. Buna görə də son qərarımı verib öz elmini Əhli-Beyt çeşməsindən alan bu məzhəbi qəbul etdim. 1995-ci ildə Mosul şəhərində şiə olduğumu elan etdim. Bundan sonra haqq söz eşitmək istəyənlərin faydalana bilməsi üçün araşdırmalar nəticəsində əldə etdiyim məlumatları kitab şəklində toplamağa başladım.”

Qeyd edək ki, S.Əl-Bəyatinin aşağıdakı kitabları mövcuddur:

1. “Allaha və peyğəmbərə xəyanət etməyin” (Məhəmməd ibn Əbdülvəhhabın “Rafizilərə rəddiyyə traktatı”ndakı fikirlərə tənqidi yanaşma).

2. “Oyanış: Səqəleynə səfərim”.

3. “Şiəliyin həqiqəti”.

4. “Təbərrük”.

5. “Əhli-Beyt”.

6. “Sələfilərin inancları”.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!