Babilik və Bəhailik » Saxta Məhdilik iddiaları

Həzrəti Məhdi mövzusu həmişə demək olar ki, bütün zamanlarda aktual mövzu olmuşdur. Və insanlar həmişə bir şəxsin gəlib yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracağına inanır. Bu mövzu yəhudilik zamanında da xristianlıq zamanında da önəmli mövzu olmuş və zühur, əqidə məsələsinə çevrilmişdir.

İslam dini gəldikdən sonra da, həm Həzrət Məhdi (ə)-ın doğumundan əvvəl həm də sonra Məhdilik mövzusu aktual olmuşdur. Bununla da, hər zamanda bir sıra insanlar bu böyük məqama sahib olmaq həvəsiylə, tərəfdarı az və ya çox olsun, çox tanınmış və ya az tanınmış olsun Məhdilik iddialarında olmuşlar. Əslində yüzlərlə şəxsin bu iddia da olması və verilən vədlərin doğrulmaması indiyə qədər olan Məhdilik iddialarının yalan olduğunu göstərir. Bu günə kimi yüzlərlə Məhdi gəlib-gedib amma haqq yerini tapmayıb, ədalət bərqərar olmayıb. Bunun özü saxta Məhdilik iddialarının yalan olduğuna dair sübutdur.

Tarixdə bir çox digərlərindən fəqrlənən Məhdilik iddiaları edən şəxslər olub. Sudanlı Məhdi, Hicazlı Qəhtanı və bunun kimi bir çox adları qeyd etmək olar. Bəzi Məhdilik iddiaları edənlər də var ki, bunlar tarixdə daha çox yad olunub və bu günə kimi tərəfdarları da vardır. Bunlardan biri də Şirazlı Mirzə Əli Məhəmməddir. Mirzə Əli Məhəmməd 18-ci əsrdə yaşamış şeyxiyyə təriqətindən olan babi (yəni böyük qeybət dövründə İmam Zamanla insanlar arasında xüsusi qapının, naibin olamsına inanmaq) inancına sahib olan bir şəxsdir. Mirzə Əli Məhəmmədin digər saxta Məhdilik iddiaları edənlərdən fərqli olaraq tərəfdarlarının bu günə kimi davam etməsi, həm onun hiyləgərliyi həm də himayə edənlərinin güclü olması ilədir.

Mirzə Əli Məhəmməd əvvəlcə özünü İmamın qapısı (bab) adlandırdı. Bununla da bu adla ətrafına müridlərə toplamağa başladı. Ancaq dövrün din alimləri, hökumət və insanların çoxu bunu ciddi etirazla qarşıladılar. Buna görə də dəfələrlə həbs olunub və iddiasının yalan olduğunu etiraf edib. Lakin o zaman ki Çar Rusiyasının İrandakı nümayəndəliyi və adamlarının himayəsi sayəsində Mirzə Əli Məhəmməd yenə iddialarında əl çəkməyib, yenidən bablıq iddiası etmişdir. Sonuncu dəfə həbs olunarkən ömrünün son vaxtlarında elə həbsxanada ikən Məhdilik iddiası etmiş və vəd olunan mənəm demişdir. Şah höküməti bu iddialırın nəticəsində alimlərin rəyi ilə Mirzə Əli Məhəmmədi  (Babı) edam etmişlər.

Buradan aydın görünür ki, tez-tez iddiasından dönən və həbsxanada ikən Məhdilik iddiası edən şəxs əlbəttə Məhdi ola bilməz. Mirzə Əli Məhəmmdin Məhdilik iddiası etdikdən sonra öz missiyasının nə olduğunu demədən, buna imkan tapmadan, elə Məhdiliyi həbsxanada qalaraq ölməsi onun iddiasının yanlış olmasına sübutdur.

Xüsusislə bizim söhbət açdığımız Mirzə Əli Məhəmmədin iddia etdiyi dövr, müharibələrlə dolu olan dövrdür. Hətta Bab və ardıcılları bundan sonra daha da müharibələrin çoxalmasını, batilin inkişaf etməsinin xəbərdarlıqlarını etmişlər. Halbuki hamı ona görə Məhdini gözləyir ki, O gəldikdən sonra haqq öz yerin tapsın. Məhdinin gəlmək mənası məhz budur. Saxta Məhdilik iddiaları edənlərdən sonra isə belə hal olmayıb. O zaman onllar niyə gəliblər?

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!