Babilik və Bəhailik » Tahirənin cinayəti...

Qəzvinli Molla Məhəmməd Təqinin özündən kiçik iki qardaşı var idi. Bunlardan biri Qəzvinli Molla Saleh, digəri isə Molla Məhəmməd Əli Bərəqani idi. Molla Saleh şeyxilər qarşısında tərəfsiz idi və onlara qarşı heç bir fikir bildirməzdi. Ancaq Molla Məhəmməd Əli Bərəqani şeyxilərin tərəfdarı idi və böyük qardaşına qarşı çıxaraq şeyxilərdən himayə edərdi.

Qeyd. Şeyxiyyə-Şeyx Əhməd Əhsai tərəfindən, İmam Zamanla insanlar arasında ilahi və müqəddəs şəxslərin xüsusi vasitəçi olmasının vacibliyini ortaya atmaqla yaradılmış firqədir. Şeyx Əhməd Əhsai Qəzvin şəhərinə gəldikdə, böyük şiə alimi Molla Məhəmməd Təqi Qəzvini ilə dini müzakirə etdi. Bu müzakirə nəticəsində Şeyx Əhməd Əhsai Molla Məhəmməd Təqi tərəfindən təkfir olundu və onun düşüncələri küfr elan edildi. Bu vəziyyət Şeyxin İranda etibarını zədələdi. İranda olan digər alimlər də şeyxilərin İslama zidd düşüncələrini bildilər. Bu təkfir, Seyyid Kazım Rəştinin ölümündən sonra onun varislərinə, xüsusilə Mirzə Əli Məhəmməd Şiraziyə də (Bab) aid edildi.

Molla Salehin Zərrin Tac adında bir qızı var idi. Görünüş baxımından gözəl və yaraşıqlı olan bu qız, daha sonra Qurrətul Eyn və Tahirə adıyla məşhur oldu. Tahirə ata evində olarkən az-çox elmlər öyrənirdi. Eyni zamanda nitq  və danışmaq baxımından da bacarıqlı idi. Tahirə bu xüsusiyyətlərindən öz danışıqlarında və təbliğlatlarında istifadə edirdi. O xalası oğlu Mirzə Cavad Vəliyani və əmisi Molla Məhəmməd Əli Bərəqaninin təbliğləri nəticəsində şeyxi əqidəsini qəbul etdi və bu yolda həyat yoldaşı Molla Məhəmmədi və övladlarını tərk edərək Kərbəlaya gedib, Kazim Rəştinin dərslərinə qoşuldu. (Kazim Rəşti, Şeyx Əhməd Əhsaidən sonra şeyxilərin rəhbəri idi. Kazim Rəşti babilik iddiasını daha da inkişaf etdirdi. Hətta baba inanmayaların dininin kamil olmadığını elan etdi. Həm Şeyx Əhsai, həm də Kazim Rəşti özlərinə birbaşa bab deməsələr də, ancaq bab məqamında idilər.)

Tahirə, Kərbəlada ikən Kazim Rəşti öldü. Kazim Rəştinin ölümündən sonra Tahirə, onun həyat yoldaşının köməyi ilə  şeyxi dərsləri  təşkil edərək əqidələrinin təbliğinə başladı. Bu dərslərdə şeyxi tələbələr, Tahirənin bəzi hərəkətləri nəticəsində, getdikcə artmağa başladılar. Tahirə, dərslərində maraq yaratmaq üçün açıq geyimlə dərs keçərdi və bəzən tələbələrlə zarafat edərdi. Onun gözəlliyini görən şeyxi müridlər heyrətlə dərslərdə iştirak edirdilər. Tahirə dərs fasiləsində bəzən çətin mövzuları şer halında deyərdi. Bu isə dərslərin daha cazibəli olmasına səbəb olurdu. Bir çox şeyxilər Tahirəyə canla-başla mürid olmuşdu və onun dərslərindən hər baxımdan feyz alırdılar! Ona aşiq olan müridlərdən biri Mirzə Saleh Şirazi və ya Nəbil tarixi kitabına görə Şeyx Saleh idi. Tahirəyə mürid olan bu tələbələrə daha sonra “Qürrətiyyə” deyildi.

Tahirə  və onun müridləri, Mirzə Əli Məhəmməd Şirazinin (Bab) babilik iddiasını eşidincə, onun babiliyinə tabe oldular və bir neçə ildən sonra İrana qayıdaraq, Qəzvinə gəldilər. Qəzvində Tahirənin əmisi Molla Məhəmməd Təqi və oğlu, əvvəldə olduğu kimi şeyxilik və babiliyə qarşı idilər. Tahirə, Qəzvinə gəldikdən sonra bir neçə müritdən başqa,  digər babilərin Qəzvin şəhərini tərk etməsinə əmr verdi və onlara bu cür dedi: “Burada bir fitnə və üsyan olacaqdır.” Molla Məhəmməd Təqi Qəzvini bu əmirdən iki həftə sonra, sübh namazını məsciddə qılarkən, Mirzə Saleh (Tahirənin sevgilisi) digər dostlarıyla birlikdə mehrabın yaxınlığına gələrək, Molla Məhəmməd Təqinin  səcdədən qalxmaq istədiyi vaxt, onu qılıncla şəhid etdilər. Daha sonra cinayət yerindən dərhal qaçdılar. (Nəbil tarixi, səh.269)

Qeyd: Tahirə əmisi oğlu Molla Məhəmməd ilə evli olduğu halda tələbəsi Mirzə Salehlə eşq münasibətləri var idi. Bu azmış kimi hətta həyat yoldaşına bir məktub yazaraq onunla bir əqidədə olmamsını qınamış və buna görə onu tərk etdiyini demişdir.

Tahirənin cinayətindən sonra dövlət məmurları müsəlmanların etirazları əsasında, qatil və onun köməkçilərini tutaraq Tehrana göndərdilər. Tahirə də Qəzvində nəzarətdə saxlanıldı. Bu arada Mirzə Hüseyn Əli (Bəhaullah) babilərin sərbəst buraxılması üçün hərəkətə keçdi. Mirzə Hüseyn Əli (Bəhaullah) cinayətkarları xilas etmək üçün zindan məmurlarına çoxlu miqdarda pul və əşyanı rüşvət şəkilndə verərək cinayəti reallaşdıran babiləri zindandan qaçması üçün şərait yaratdı. Nəticədə Mirzə Salehi həbsxanadan azad etdilər. Tehran təhlükəsizlik idarəsinin baş məmuru Mirzə Salehin qaçmasını bildikdən sonra, Mirzə Hüseyn Əlini (Bəhaullah) bu cinayətin şübhəlisi olaraq saxlayıb zindana atdı. Ancaq  Mirzənin nüfuzlu dostları olan Mirzə Ağa Xan Nuri və qardaşı Cəfər Gülixanın tanışlığı ilə Mirzə Huseyin Əli Nurini (Bəhaullah) zindandan azad etdilər. Mirzə Hüseyn Əli Nurinin (Bəhaullah) bir sonrakı vəzifəsi Tahirəni Qəzvindən çıxarmaq idi. Tahirə Qəzvindən qaçandan sonra birbaşa Tehrana gəldi və Mirzə Hüseyn Əlinin (Bəhaullah) evinə getdi. Evdə bu iki şəxs arasında isti münasibət yarandı...(Kəvakibul durriyə kitabı C.1 Səh.125). Bu tanışlıq və münasibətin sonu daha sonra digər əxlaqsız hadisələrin başlanğıcı oldu...

Qeyd: Mirzə Huseyin Əli Nuri (Bəhaullah), Tahirənin eşq münasibətində olduğu artıq üçüncü şəxs idi.

Daha sonra Mirzə Hüseyin Əli (Bəhaullah) və Tahirə öz niyyətlərini həyata keçirtmək üçün Bədəştdə toplandılar. Bu toplantıda Tahirə ilk dəfə müridlərin arasına hicabsız olaraq çıxdı. Nəbil Zərəndi “Dan yerinin şəfəqləri” adlı bəhailiyin tarixinə həsr olunmuş əsərində bu hadisəni belə nəql edir: “Birdən, Tahirə hicabsız, bəzənib-düzənmiş halda məclisə daxil oldu. Məclis iştirakçıları bunu görüb dəhşətə gəldilər. Hamı yerində donub qalmışdı, çünki gözləmədikləri bir şeylə qarşılaşmışdılar. Onlar elə düşünürdülər ki, Tahirəni hicabsız görmək mümkün olmayan bir işdir, nəinki onun əndamına, heç kölgəsinə də baxmağa icazə yoxdur”.

Aydın görünür ki, Tahirə bu rəftarı ilə, yəni öz gözəlliyi və cəlb edici hərəkətləri ilə, qadın olmaq xüsusiyyətindən istifadə edərək, həm o zaman, həm də indiki zamanda Bəhailiyin təbliğində xüsusi rol oynamışdır. Tahirə, bu davranışları ilə Bəhailiyin formalaşmasındakı xidmətinə görə bəhailər arasında “qəhrəman” qadın hesab olunsa da, müsəlman əhalinin etirazlarına və nifrətinə səbəb olmuşdur. Nə yaxşı ki, Tahirə bu cinayətləri və əxlaqsızlığı ilə İslamdan dönərək, müsəlmanların üzərindən bu ləkəni götürmüşdür.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!