16) Nə üçün “bəsmələ”də Allahın digər sifətləri deyil, yalnız rəhmanlıq və rəhimlik sifətləri qeyd olunmuşdur?
- Çünki rəhmət sifəti qəlbləri Allaha tərəf cəzb edə və onları Allaha bağlaya bilən bir sifətdir. Onun eyniylə cazibə qanuni kimi ümumilik özəlliyi vardır. Allahın rəhmət sifəti geniş bir sifət olub Onun digər rübubi sifətlərini əhatə edir.
17) “Əl-həmdu lillah” hər bir əməlin başlanğıcı üçündür, yoxsa sonu?
- Sonu üçün. Buna görə də Quranda deyilir ki, “Onların oradakı duası: 'Allahım! Sən pak və müqəddəssən!', orada (bir-birlərini) salamlaması: 'Salam!' (sözü) və dualarının sonu: “əl-həmdu lillahi-rəbbil-aləmin” - Həmd olsun aləmlərin Rəbbi Allaha!' (sözləri olacaq)” (Yunus, 10). Mömin adam bütün işlərini bitirdikdən sonra “əl-həmdu lillah”, - deyir.
18) “Rəbb” sözü nə deməkdir?
- “Rəbb” bir şeyin sahibi və maliki, habelə bir şeyin yetişdirilməsi, tərbiyə və islah edilməsi ilə məşğul olan kəs deməkdir.
Qeyd: Ərəb dilində heç bir əlavə olmadan işlədilən “rəbb” sözü xüsusi məna kəsb edərək “Allah” mənasına gəlir, əlavə ilə, yəni “ev”, “gəmi” və s. kimi əşyalarla işlədilən (“rabbul-beyt”, “rabbus-səfinə” və .s) “rəbb” sözü isə ümumi məna kəsb edərək, “evin sahibi”, “gəminin sahibi” və s. kimi mənalara gəlir.
19) Həmd surəsinin 7-ci ayəsində qeyd olunan “nemət verilmiş kəslər” kimlərdir?
- Onlar dörd qrup şəxslərdir: Peyğəmbərlər, sidq ürəkdən inanan kəslər, şəhidlər, əməlisaleh şəxslərdir. Bunu elə Quranın özü bildirmişdir: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardırlar!” (Nisa, 69).
20) “Doğru yol” (“əs-siratul-müstəqim”) nədir?
- Doğru yol tövhid inancında olmaq və Allahın əmrlərini yerinə yetirməkdir. Doğru yolu başqa, lakin təqribən eyni mənalar əsasında da izah edirlər. Bəzi hədislərdə doğru yolda olmağın əsas şərti kimi zəmanənin imamını tanımaq göstərilmişdir. İmam Sadiqdən nəql edilən bir hədisə görə, doğru yol Allahı tanımaqdır. Allahı tanımaq isə dövrün imamını tanımaq və onun göstərişlərinə uymaq nəticəsində mümkün ola bilər (“Kənzud-dəqaiq”: 1/69). Başqa bir hədisə görə, doğru yol Əli ibn Əbu Talibdir (“Məanil-əxbar”: 2/28).
21) Həmd surəsinin neçə adı var?
- 10 adı var: Həmd, Fatihə, Əs-Səbul-məsani, Ümmül-kitab, Ümmül-qura, Vafiyə, Kafiyə, Əsas, Şifa, Səlat.
22) Quranın neçə surəsində “Əl-həmdu lillahi rabbil-aləmin” ayəsi var?
- 6 surəsində: Həmd, Saffat, Muminun, Zumər, Yunus və Ənam.
23) Həmd surəsi nə üçün “Fatihətul-kitab” (qısa adla “Fatihə”) adlanmışdır?
- “Fatihətul-kitab” “kitabı açan” deməkdir. Qurani-Kərim bu surə ilə başladığı üçün ona bu ad verilmişdir. Hədislərdən (bax: “Vəsailuş-şiə”: 5/377) başa düşüldüyü üzrə, “Fatihətul-kitab” adı surəyə hz. Peyğəmbərin vaxtında verilmişdir. Bu isə öz növbəsində Qurani-Kərimin indiki tərtiblə məhz Peyğəmbərin zamanında toplandığını sübut edir.
24) Quranın ən əzəmətli ayəsi hansıdır?
- “Bismilləhir-rahmənir-rahim”
25) Bütün Quranı xülasələşdirən surə hansıdır?
- Həmd surəsi.
26) Quranın neçə surəsinin adında nöqtəli hərf yoxdur?
- Beş surəsinin: Həmd, Rəd, Tur, Rum, Məsəd.
27) O hansı surədir ki, orada “f” hərfi yoxdur?
- Həmd surəsi.
28) Quranın hansı surəsinin əvvəli həmd-səna, ortası ixlas, sonu duadır?
- Həmd surəsinin.
29) Quranın hansı surəsi “əs-səbul-məsani” adlanır?
- Həmd surəsi.
30) Həmd surəsində neçə ayə və neçə söz var?
- 7 ayə, 29 söz.
Qeyd: Həmd surəsinin hər bir ayəsi özündə böyük mənalar ehtiva edir. Biz hər bir ayə üçün bir mühüm mənanı qeyd edərək deyirik:
“Bismillah”: hər bir işin əvvəlidir. Bu cümlə hər bir işin əvvəlində Allahdan kömək istəmək və Ona arxalanmaq lazım olduğunu öyrədir.
“Həmd olsun aləmlərin rəbbi olan Allaha”: bu cümlə bizə hər bir nemət və bərəkətin Allaha qayıtdığını və bu nemət və bəxşişlərin Allahın zatından qaynaqlandığını öyrədir.
“Rəhman və rəhim olan”: bu ayə bildirir ki, Allahın yaratması, himayəsi və hakimiyyəti məhz rəhmət və mərhəmətə əsaslanır və bu prinsip aləmin himayəsi sistemində əsas mehvəri təşkil edir.
“Qiyamət gününün sahibi”: bu ayə ölümdən sonrakı həyat və qiyamət gününü və Allahın həmin gün böyük məhkəmənin sahibi olacağını xatırladır.
“Yalnız Sənə ibadət edir və Səndən istəyirik”: bu ayə ibadətdə tövhid və səbəblərdən yardım almada tövhidin vacibliyini qeyd edir.
“Bizi doğru olan yola yönəlt”: bəndələrin doğru yolda olmağa olan ehtiyac və böyük istəklərini bildirir və hər növ hidayətin məhz Allahdan olduğunu göstərir.
“Nemət verdiyin kəslərin yoluna yönəlt, qəzəbə düçar olmuşların və azmışların yoluna deyil”: bu ayə doğru yolun əlamətlərini təsvir edərək, doğru yolda olanlarla səhv yolda olub qəzəbə düçar olanların yollarının fərqli olduğunu bildirir.
Fatihə surəsi bildirir ki, hər bir dövrdə islam ümmətini Allahın yoluna yönəldən bir hidayətçi olmalıdır və buna görə də, o, tabe olub hidayət tapsınlar və zəlalətə düçar olub ilahi qəzəbə layiq olmasınlar deyə, bütün müsəlmanları həmin hidayətedici imamı axtarmağa sövq edir.
ardı var...
Kitab: "Əsilətun və əcvibətun quraniyyə"
Müəllif: Seyid Mürtəza Hüseyni Milani
313news.net