Qurani-Kərim » Quranla bağlı sual-cavab: Həmd surəsi (1-15-ci suallar)

Bütün Quran surələri içərisində Həmd surəsinin xüsusi yeri vardır. Bu surə öz səslənişi və konteksti ilə digər surələrdən fərqlənir. Allah tərəfindən yaradılış və ölümdən sonrakı həyatın iqrarı ilə başlayıb, dua və yalvarışla bitir.

Həmd surəsi Qurani-Kərimin əsasıdır. Hz. Peyğəmbərin Cabir Əl-Ənsariyə belə buyurduğu nəql olunmuşdur: “Allahın öz Kitabında nazil etdiyi ən üstün surəni sənə öyrədimmi?”. Cabir deyir: “Bəli, ey Allahın elçisi, atam, anam sənə qurban olsun, öyrət”. Bundan sonra Peyğəmbər həmd surəsini ona öyrədir və deyir: “Bu surə ölümdən başqa hər bir dərdin dərmanıdır”. (“Məcməul-bəyan”, “Nurus-səqəleyn”).

Bu surə zatda tövhid, sifətdə tövhid və feildə tövhidi, başqa sözlə imanın üç mərhələsini: Qəlbdə etiqad, dildə iqrar və zahirdə əməli özündə ehtiva edir.

İbn Abbasdan “hər şeyin bir əsası var, Quranın əsası da Fatihə surəsidir”, - dediyi nəql edilmişdir.

Həmçinin, Hz. Peyğəmbərdən belə nəql edilmişdir: “Hansı müsəlman Fatihə surəsini oxusa, ona Quranın üçdə ikisini oxumağın və bütün mömin və möminələrə sədəqə verməyin savabı verilər.” (“Məcməul-bəyan”, “Nurus-səqəleyn”).

1) Hansı surə Quranın əsasıdır?

- Həmd surəsi.

2) Həmd surəsi nə ilə başlayıb nə ilə bitir?

- Allaha həmd, iman və ölümdən sonrakı həyatın təsdiqi ilə başlayıb, dua və yalvarışla bitir.

3) O hansı surədir ki, Peyğəmbər onun barəsində, “bu surə ölümdən başqa hər bir dərdin dərmanıdır”, - demişdir.

- Həmd surəsi.

4) Quranın hansı surəsi imanın 3 mərhələsini: qəlbdə etiqad, dildə iqrar və zahirdə əməli özündə ehtiva edir?

- Həmd surəsi.

5) Hansı surə bu dörd xüsusiyyəti özündə ehtiva edir: zatda tövhid, sifətlərdə tövhid, feillərdə tövhid və ibadətdə tövhid?

- Həmd surəsi.

6) Həmd surəsindəki “din gününün sahibi” (“məliki yaumiddin”) ifadəsində “din” sözü hansı mənaya gəlir?

- Ərəb dilində “din” sözünün “hesaba çəkmək”, “əməlin qarşılığını vermək” kimi mənaları vardır. Qiyamət günü insanlar əməllərinə görə hesaba çəklib həmin əməllərə müvafiq qarşılıq alacaqlarına görə qiyamət günü “din günü”, yəni “hesab-kitab və qarşılıq alma günü” adlanmışdır.

7) “Din gününün sahibi” sözünün mənası nədir?

- “Din günü” qiyamət günüdür. “Din günün sahibi” də həmin gün hər bir şeyə tam qüdrət və nəzarətlə hakim olan Kəs deməkdir.

8) Həmd surəsindəki “qəzəbə uğramışlar” (“mağdubi aleyhim”) və “yolunu azmışlar” (“dallin”) kimlərdir və onlar arasında nə kimi fərq var?

- “Qəzəbə uğramışlar” “azmışlar”dan daha pis və daha acınacaqlı vəziyyətdədirlər. “Qəzəbə uğramışlar” inadkarlar və ya münafiqlər, “azmışlar” isə həqiqətdən uzaq düşüb, azmış insanlardırlar.

9) “Kitabın anası” adlanan surə hansıdır?

- Həmd surəsi.

10) Quranın hansı surələri “əl-həmdu” sözü ilə başlayır?

- 5 surə: Həmd, Ənam, Kəhf, Səbə və Fatir

11) Peyğəmbərə iki dəfə nazil olan surə hansıdır?

- Həmd surəsi; bir dəfə Mədinədə, bir dəfə Məkkədə.

12) “Bismilləhir-rahmənir-rahim” Həmd surəsinin bir hissəsidirmi?

- Bəli. Şiə alimləri “bəsmələ”nin Həmd surəsinin və bütün surələrin bir hissəsi olması üzərində yekdil fikirdədirlər. Əhli-sünnə alimləri isə bu barədə ixtilaf etmişlər.

13) Allahın bütün sifətlərini, ilahi kamalatları və cəlal və camal sifətlərini özündə cəmləşdirən ad hansıdır?

- “Allah” adı, yəni “bismilləhir-rahmənir-rahim”.

14) “Allah” sözü nə deməkdir?

- Kamal sifətlərini özündə cəmləşdirən tək Zat. Varlığın yaradıcısı. “Məhz bu xüsusiyyətlərinə görə varlıq aləmində ibadət edilməyə Ondan daha layiq birisi yoxdur”.

15) “Rəhman” ilə “rəhim” adları arasında fərq nədir?

- “Rəhman” Allahın dostlarına və düşmənlərinə, möminlərə və kafirlərə şamil olan ümumi ilahi rəhmətə işarə edir. “Rəhim” isə Allahın yalnız mömin və itaətkar bəndələrinə şamil olan xüsusi rəhmətinə işarə edir.

ardı var...

Kitab: "Əsilətun və əcvibətun quraniyyə"

Müəllif: Seyid Mürtəza Hüseyni Milani

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!