Şübhələrə cavab » Əbu Musəb Zərqavinin Bağdadın süqutu barədə məqaləsinə cavab

“Ərəbçiliyin və islamın qoruycusu, ərəb millətinin şərq qapısının sarsılmaz mühazifəçisi” Əbu Musəb Əz-Zərqavi1 yaxşı tanıdığımız “cihad” fəaliyyətlərindən əlavə, elmi və əxlaqi inciləri ilə də bizi məftun etməkdə davam edir.

Əbu Musəb qardaşımız İraqda apardığı baş kəsmə işi ilə xeyli məşğul olmasına rəğmən, ümməti aydınlatmaq və bilmədikləri həqiqətləri onlara öyrətmək vəzifəsini də tərk etməməmişdir.

Onun bu incilərindən biri şiələri “əlqəmilər” adlandırmasıdır.

Nədir bu “əlqəmilər” məsələsi?

Gəlin baxaq:2

"Böyük tarixçi" Əbu Musəb Əz-Zərqavi iddia edir ki, Bağdadı monqollara məhz şiə vəzir Müəyyidüddin ibn Əl-Əlqəmi təslim etmişdir və o gündən bu günədək Bağdadın süqutundan məhz İbn Əl-Əlqəmi və şiələr cavabdehdirlər.

Əgər bu adam bir anlıq qan tökməyi dayandırıb tarixi oxumağa çalışsaydı, başa düşərdi ki, Bağdad ilk andaca tutulmamışdır. Əksinə, bəzi şəxslər, o cümlədən İbn Əl-Əlqəmi bu qəti işğalın qarşısını almağa çalışmış, lakin islam dünyasının o vaxtkı və elə indinin indisində də ən böyük müsibətlərindən biri olan rüşvət, fəsad və dağınıqlıq səbəbindən şəhər tutulmuşdu. Bu faciəvi hadisənin baş verdiyi dövrdə yaşayan İbn Əbil-Hədid belə yazır:

وكان مدبر أمر الدولة والوزارة في هذا الوقت هو الوزير مؤيد الدين محمد بن أحمد العلقمي ولم يحضر الحرب «أي أنّه لم يكن قائداً للجيش»، بل كان ملازماً ديوان الخلافة يمد العسكر الإسلامي من آرائه وتدبيراته بما ينتهون إليه ويقفون عنده فحملت التتار على عسكر بغداد حملات متتابعة ظنوا أن واحدة منها تهزمهم، لأنّهم قد اعتادوا أن لا يقف عسكر من العساكر بين أيديهم فثبت اللّه لهم عسكر بغداد مما اضطر التتار للانسحاب من حولها.


“Həmin vaxt dövlət və vəzirlik işlərini idarə edən şəxs vəzir Müəyyidüddin Məhəmməd ibn Əhməd Əl-Əlqəmi idi. O, birbaşa müharibədə iştirak etmir (yəni, ordu rəhbərlərindən deyildi), xilafət divanında oturur, islam ordusuna öz məsləhət və göstərişləri ilə yol kömək edirdi. Tatarlar (monqollar) Bağdad qoşununa ard-arda bir neçə hücum etdilər. Onlar heç bir ordunun öz qarşılarında tab gətirə bilməməsinə öyrəşdikləri üçün cəmi bir hücumun Bağdadı tutmağa kifayət edəcəyini düşünürdülər. Ancaq Allah Bağdad qoşununun qəlblərinə sabitqədəmlik verdi, tatarlar da Bağdadın ətrafından çəkilməyə məcbur oldular”.

Monqolların islam dünyasına hücumunun müəllifin bixəbər olduğu səbəbinə gəlincə, bu, müsəlman dövlət başçılarından birinin axmaqlığı və tüğyankarlığı idi. Müasir misirli tarixçi Dr.Yusif Zəydanın İbn Əl-Əsirdən nəql etdiyi aşağıdakı fakt məsələnin başa düşülməsi üçün kifayət edir:

التتر انّما استقام لهم الأمر لعدم المانع، وسبب عدمه أنّ محمد خوارزمشاه كان قد استولى على البلاد وقتل ملوكها وأفناهم، وبقى هو وحده سلطان البلاد جميعها، فلمّا انهزم من التتر لم يبق في البلاد من يمنعهم ولا من يحميها.


“Tatarlar məhz onların qarşılarını alan birisi olmadığı üçün müvəffəq oldular. Ona görə ki, Məhəmməd Xarəzmşah hər yeri zəbt etmiş, zəbt etdiyi yerlərin hökmdarlarını qırıb tökmüş, o boyda ölkələri təkbaşına özü idarə etməyə başlamışdı. Bu səbəbdən monqollar onu məğlub etdikdən sonra, bu ölkələrin başında kimsə qalmadı və heç kəs bu ölkələri müdafiə etmədi”.

Məhəmməd Xarəzmşahla tikritli “ərəb millətinin şərq qapısının sarsılmaz mühazifəçisi” (Səddam Hüseyn nəzərdə tutulur – red.) arasında heç bir fərq yoxdur.

Dr. Yusif Zəydan davam edərək yazır:

كان خوارزمشاه قد ملك المنطقة الممتدة من فرغانة إلى بحر آرال ، ومن نهر سيحون (سرداريا) إلى أفغانستان ، وهى منطقة واسعةٌ تستغرق الرحلة فيها اليوم بالطائرات ، ساعاتٍ . ومع ذلك ، دفعه الطيش وسطوة السلطة إلى الاستيلاء على بغداد ، فأرسل لها جيشاً سيطر أولاً على همذان ، ثم انطلق منها قاصداً بغداد .. وفى كردستان ، هبت عاصفة ثلجيَّة شديدةٌ ، فبدَّدت شمل الجيش وقتلت الألوف، وتخطف الأكراد ما تبقى من فلول الجيش ، فلم يعد منهم إلى خوارزم إلا عدد قليل.

ولم يهدأ محمد خوارزمشاه بعد هذه الواقعة ، وإنما واصل رعونته وأحلامه التوسعيَّة، ونجح فى استفزاز أقوى قوة عسكريَّة فى العالم آنذاك : جنكيز خان .. بدأ الأمر باتصالٍ بينهما ، وتبادلِ سفاراتٍ ، وإبداء الرغبة فى التعاون الدولى بين البلدين : المملكة الخوارزميَّة ، والدولة المغوليَّة التى كان جنكيز خان قد أقامها على أنقاض إمبراطوريَّة الصين التى احتلها ، وكان خوارزمشاه يحلم قلبه بامتلاكها.

وبدأ النشاط التجارى بين الدولتين ، بقافلةٍ أرسلها جنكيز خان ، مع هدايا لخوارزمشاه ورسالة تقول ضمن كلمات تودُّد : إنه لايخفى علىَّ عظيم شأنك وما بلغت من سلطان ، وإنى أرى مسالمتك من جملة الواجبات ، وأنت عندى مثل أعز أولادى. ولا يخفى عليك أيضاً أننى ملكت الصين ومايليها من بلاد الترك ، وقد أعنت لى قبائلهم .. فإن رأيت أن تهيِّئ للتجار فى الجهتين سبيل التردُّد والحركة ، عمَّت المنافع وشملت الفوائد.

واعتقد خوارزمشاه أن جنكيزخان أهانه ! لأنه وصفه بأنه (مثل أعز أولادى) فأرسل لحاكم مدينة (أوترار) الواقعة على الحدود بينهما ، بأن : يتم الاستيلاء على القافلة التجاريَّة التى بادر جنكيزخان بإرسالها ، وتُباعَ حمولتُها (خمسائة جمل تحمل سلعاً تجارية) ويُرسل المال إلى خوارزمشاه! بل أكثر من ذلك ، يقتل جميع أفراد القافلة .. فقتلوا جميعاً (كانوا 450 رجلاً ، كلهم من المسلمين).

وبالطبع ، استشاط جنكيزخان غضباً ، ولم يصدق أن خوارزمشاه يفعل ذلك، فأرسل له سفارةً مؤلَّفَه من ثلاثة رجال أحدهما مسلم والآخران مغوليَّان ، ومعهم خطاب احتجاج على ما جرى من الغدر بالقافلة .. فما كان من خوارزمشاه ، إلا أن قتل المبعوث المسلم ، وحلق لحية زميليه المغوليين إمعاناً فى إذلالهما.

وهكذ اندفع جنكيزخان بجيوشه ليجتاح مشرق العالم الإسلامى ، وانتقم لكرامته بقتل كل ماكان حيّاً فى البلاد التى صادفته: الناس ، الحيوان ، الشجر .. ومات مئات الألوف من المسلمين ، رجالاً ونساءً وأطفالاً ، أما خوارزمشاه نفسه .. فقد هرب!


“Bu fakt məni Məhəmməd Xarəzmşah barəsində araşdırma aparmağa vadar etdi. Araşdırma nəticəsində onun ərəb əsilli despot bir hakim olduğunu gördüm. O, Fərqanədən Aral dənizinə, Sırdəryadan Əfqanıstanadək olan, müasir dövrdə təyyarə ilə bir ucundan digər ucuna getmək bir neçə saat çəkən geniş bir əraziyə hakimlik edirdi. Buna baxmayaraq, hakimiyyət hərisliyi onu Bağdadı tutmağa sövq edirdi. Bu məqsədlə Bağdadı tutmaq üçün qoşun çıxardı.. Qoşun gəlib Kürdüstana çatanda, qar-çovğun başladı. Soyuğun təsiridən qoşun pərən-pərən düşdü. Minlərlə əsgər qırılıb öldü, qalanlarını da kürdlər qırıb tökdülər. Nəticədə çox az sayda əsgər Xarəzmə geri dönə bildi.

Lakin Məhəmməd Xarəzmşah sakitləşmir, öz ekspansionist siyasətini davam etdirmək istəyirdi. Nəticədə o zamanlar dünyanın ən qüdrətli hərbi qüvvəsi olan Çingizxanı – monqol dövlətini təxribata çəkə bildi.

Hər şey tərəflər arasında əlaqələrin yaradılması, səfirliklər mübadiləsi və iki dövlət - Xarəzmşahlar və Monqol dövləti arasında əməkdaşlığa marağın ifadə olunması ilə başladı. Monqol dövlətini Çingizxan işğal etdiyi Çin imperatorluğunun qalıqları üzərində inşa etmişdi. Lakin Xarəzmşah bu dövləti də ələ keçirməyi arzulayırdı.

İki ölkə arasında ticarət əlaqələri yaratmaq üçün Çingiz xan hədiyyələrlə birlikdə bir ticarət karvanını Xarəzmşahlara göndərdi. Çingiz xan karvanla birlikdə içində xoş sözlər olan bir məktub da göndərmişdi. Məktubun bir hissəsində belə yazılırdı:

“Sənin uca məqamın və sahib olduğun güc mənə gizli deyildir. Mən səninlə sülh vəziyyətində yaşamağı vacib hesab edirəm. Sən mənim üçün ən əziz övladım kimisən. Sənə də gizli deyil ki, mən Çini və onun ətrafındakı türk diyarlarını tutmuşam, türk qəbilələri mənə tabe olmuşdur...”.

Lakin Xarəzmşah Çingiz xanın onu alçaltdığını düşündü. Çünki Çingiz məktubunda onun üçün “ən əziz övladım kimisən” sözünü işlətmişdi. Buna görə də iki ölkənin sərhəddində yerləşən Otrar şəhərinin hakiminə xəbər göndərib Çingiz xanın göndərdiyi karvanın ələ keçirilməsini, mallarının (500 dəvə yükündə ticarət malının) satılıb pulunun Xarəzmşaha göndərilməsini və bundan daha dəhşətlisi üzvlərinin qətlə yetirilməsini əmr etdi.. Nəticədə hamısı müsəlman olan 450 nəfər tacir qətlə yetirildi.

Bunu eşidən Çingiz xan çox qəzəbləndi, lakin Xarəzmşahın belə bir iş tuta biləcəyinə inanmadı. Buna görə də biri müsəlman, ikisi monqol olan üç nəfərlik bir heyəti karvana qarşı törədilən hadisəyə görə narazılıq ehtiva edən bir məktubla Xarəzmşaha göndərdi. Lakin Xarəzmşah müsəlman elçini öldürüb digər iki elçinin saqqallarını qırxdıraraq geri yolladı.

Nəticədə Çingiz xan qəzəbləndi və müsəlman şərqinə işğalçı yürüşə başladı. Qarşısına keçən nə varsa – insan, heyvan, ağac deməyib məhv etdi. Yüz minlərlə müsəlman qadın, qoca və uşaq qətlə yetirildi. Xarəzmşah Məhəmməd isə.. qoyub-qaçdı."

Bütün bunlardan xəbəri olmayan “dühalar” isə utanmadan Bağdadın işğalını İbn Əl-Əlqəminin üzərinə yıxmaqla məşğuldurlar.

Monqol hücumlar və müsəlmanların bir-birlərini didişdirmələri

İbn Əbil-Hədid həmin günlərdə müsəlmanların düçar olduqları (və hal-hazırda da düçar olduqları) başqa bir bəla barədə belə yazır:

ولم يبق للتتار إلاّ أصفهان حيث نزلوا عليها مراراً سنة 633هـ فحاربهم أهلها ، وقتل من الفريقين مقتلة عظيمة، ولم يبلغوا منها غرضاً حتى اختلف أهل أصفهان على طائفتين حنفية وشافعية وبينهم حروب متواصلة، فخرج قوم من الشافعية إلى من يجاورهم من ملوك التتار فقالوا لهم: اقصدوا البلد حتى نسلمه إليكم، فأرسل إليهم جيوشاً والصراع على أشده بين الأحناف والشوافع، وفتح الشافعية أبواب المدينة على عهد بينهم وبين التتار أن يقتلوا الحنفية ويعفواعن الشافعية، فلمّا دخلوا المدينة بدأوا بالشافعية فقتلوهم قتلاً ذريعاً ولم يقفوا مع العهد الذي عاهدوه، ثم قتلوا الحنفية ثم قتلوا سائر الناس وسبوا النساء وشقوا بطون الحبالى ونهبوا الأموال وصادروا الأغنياء ثم أضرموا النار في أصفهان حتى صارت تلاًّ من الرماد.


“Tatarların qarşısında bircə İsfahan qalmışdı. Onlar 1235-ci ildə İsfahana hücum etdilər. İsfahanlılar döyüşə çıxdılar. Hər iki tərəfdən çoxlu sayda insan tələf oldu. Lakin monqollar şəhəri ələ keçirə bilmədilər (və şəhərin ətrafında düşərgə saldılar). Qısa müddət sonra İsfahan camaatı ixtilafa düşüb iki qrupa – hənəfilərə və şafeilərə bölündülər. Qruplar bir-birləri ilə döyüşməyə başladılar. Bir dəstə şafei qonşuluqda düşərgə salmış tatar hakiminin yanına gedib dedilər: “İsfahana gəlin, şəhəri sizə təhvil verək”. Hənəfilər və şafeilər arasında qızğın döyüşlər getdiyi bir vaxtda monqol hakimi həmin şafeilərlə birgə böyük bir qoşun göndərdi. Şafeilər daha əvvəldən razılaşdıqları şərtlə - hənəfiləri öldürüb özlərini bağışlamaları şərti ilə şəhərin qapılarını monqolların üzünə açdılar. Lakin monqollar şəhərə girdikdə hər kəsdən qabaq şafilərə hücum edib onları vəhşicəsinə qırmağa başladılar. Sonra hənəfiləri, sonra da digər camaatı qətlə yetirdilər. Qadınları əsir etdilər, hamilələrin qarınlarını yırtdılar, camaatın mal-dövlətini çapıb taladılar. Sonra şəhərə od vurub yandırdılar və külə çevirdilər”.

Monqollar Misirə hakimlik etmişlər

Çoxlarının bilmədiyi digər bir həqiqət isə monqolların Misirə hakimlik etmələridir. 1293-cü ildə Misirdə hakimiyyəti ələ keçirmiş “adil hökmdar, dinin zinəti” Kitbuğa vaxtilə Hülakü xanın qoşununda əsgər olmuş və “Eyni-Calut” döyüşündə əsir düşmüşdü. Sonra dövran dönüb gün keçmiş, bu monqol qul Misirin hakimi olmuşdu.

Bundan daha betəri, bəzilərinin heç bir şey üçün deyil, sırf müsəlmanların qanını qorumaq üçün düşünüb bir qərara gəlmiş Bağdadın yüksək vəzifəli şəxslərini ifrat ittiham edərək, onlara xəyanət, agentlik və Bağdadı təslim etmək kimi xüsusiyyətlər yapışdırmalarıdır. Halbuki, bu işi təkcə Bağdad müsəlmanları görməmişdilər. İçlərində İbn Teymiyyə olmaqla, Dəməşqin şeyxləri də müsəlmanların qanlarını qorumaq üçün bu işi görmüşdülər.

1298-ci ildə monqollar Sultan Məhəmməd ibn Qalavunun dövründə Şam diyarına hücum etdilər: “Dəməşqlilər sultanın məğlub olduğunu eşitdikdə, şəhərdə ah-nalə səsləri ucalmağa başladı. Qadınlar əllərində uşaqları, başı açıq vəziyyətdə evlərindən çıxdılar. Camaat hara gedəcəklərini bilmir, hərə öz hayına düşmüşdü. Bir qədər sonra monqol hökmdarı Qazanın müsəlman olduğu, qoşunun əksəriyyətinin müsəlmanlardan ibarət olduğu, məğlub edilənləri təqib etmədiləri və hücum bitdikdən sonra heç kəsi öldürmədikləri, sadəcə silahlarını və miniyini alıb sərbəst buraxdıqları xəbəri gəlib çatdı. Camaat bunu eşidib biraz sakitləşdilər. Bir yerə toplaşıb məşvərət etdilər və aman diləmək üçün Qazanın yanına bir nümayəndə heyəti göndərdilər. Nümayəndə heyətinə aşağıdakı fəqihlər daxil idilər: Dəməşq məscidinin xətibi qazil-quzat (baş qazı, baş hakim – red.) Bədrəddin ibn Cumaə, Şeyx Zeynüddin Əl-Fariqi, Şeyx Təqiyyüddin İbn Teymiyyə, Dəməşqin qazil-quzatı (baş qazısı) Nəcməddin ibn Səsra, Əs-Sahib Fəxrəddin ibn Şeyrəci və başqaları”.

Biz İbn Əl-Əlqəmiyə atılan xəyanət iftirası ilə bağlı bu qədərini deməklə kifayətlənirik. Monqolların islam dünyasını işğal etməsinin bilavasitə səbəbi ilə bağlı İbn Əl-Əsirin dedikləri bizə kifayət edir. Ən uzağı bunu əlavə edə bilərik ki, Zərqavi kimilər müsəlmanları isfahanlıların gününə salmaq istəyirlər, (hansılar ki, etdikləri ən sonda özlərinin və şəhərlərinin məhvinə gətirib çıxarmışdı). Bu adamların məzhəblərarası çaxnaşma odunu alovlandırmaq üçün gördükləri işlər ən sonda isfahanlıların aqibətinə aparıb çıxaracaq.

_____________________

1 İraq Əl-Qaidəsinin məşhur liderlərindən biri. Şiələrin qanını halal etmişdir. 2006-cı ildə İraqda məhv edilmişdir. (Red.)

2 Məqalənin müəllifi Əhməd Rasim ən-Nəfis - Doktor, həkim, yazıçı. Misirin Əl-Mənsura Universitetində müəllim. Əvvəllər sünni olmuş, sonradan şiə məzhəbini seçmişdi. (Red.)

Əhməd Rasim Ən-Nəfis

Qahirə qəzeti, 26/07/2005

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!