Yalan və iftiralar » İbn əl-Cəuzinin şiələrə atdığı iftiralar

Şiələrə qarşı təəssübkeşliyi ilə tanınan İbn Əl-Cəuzi özünün “Əl-Mauduat” kitabında şiələrə iftira ataraq yazır:

اليهود تسدل (تسد) أبوابها وكذلك الرافضة.

“Yəhudilər qapılarını örtürlər (və ya qapılarını bağlayırlar), rafizilər də belə edirlər”.

Bu cümlədən şiələrin xəsis olduqları və kimsə evlərinə gəlib süfrələrindən yemək yeməsin deyə qapılarına bağladıqları və ya qapılarını örtüklə qapadıqları başa düşülür.

Görəsən İbn Əl-Cəuzi dünyanın dörd tərəfinə gedib şiələrin belə etdilərini özü gözü ilə görüb, yoxsa bir-iki şiəyə baxıb bu qərara gəlib?!

Görəsən bu naqis təcrübə hamı üçün höccətdirmi?!

Doğrudan da onun bu iddiası rüsvayçılıqdan başqa bir şey deyildir. Şiələr ən səxavətli və əliaçıq insanlardırlar. Onlar başqalarından daha çox fəqir-füqəraya kömək edir və müxtəlif xeyriyyə işlərinə pul xərcləyirlər. Bunun ən bariz nümunəsi onların hər il gəlirlərinin 1/5-ni xeyriyyə işlərinə, dinin yayılmasına və s. işlərə sərf etmək üçün imamlarına vermələridir. Əgər İbn Əl-Cəuzi xəsis və paxılların kim olduğunu bilmək istəyirdisə, yaxşı olardı Cahizin “Büxəla” (“Xəsislər”) kitabına müraciət edəydi. Onda xəsisin şiələr, yoxsa başqaları olduğunu bilərdi.

İbn Əl-Cəuzi özünün “Əl-Mauduat” kitabında şiələrə iftira ataraq yazır:

اليهود يؤخّرون صلاة المغرب حتّى تشتبك النجوم وكذلك الرافضة.

“Yəhudilər axşam namazını ulduzlar sayrışan vaxta qədər təxirə salırlar, rafizilər də belə edirlər”.

Məsələnin yəhudilərə aid hissəsinin nə dərəcədə həqiqətə uyğun olub-olmamasını bir kənara qoysaq, məsələnin şiələrə aid hissəsi xalis yalan və iftiradır. Əksinə, şiə mənbələrində mövcud olan hədislər bu işin yolverilməz olduğunu bildirir. Məsələn, İmam Sadiqdən nəql olunan bir hədisdə belə deyilir:

«ملعون ملعون من أخّر المغرب طلباً لفضلها».

“Axşam namazını təxirə salan məlundur, məlundur!”

Digər rəvayətdə belə nəql olunur:

وقيل له: إنّ أهل العراق يؤخّرون المغرب حتّى تشتبك النجوم، فقال: «هذا من عمل عدو اللّه أبي الخطاب».

Ona dedilər: “İraqlılar axşam namazını ulduzlar sayrışan vaxta qədər təxirə salırlar”. İmam belə cavab verdi: “Bu, Allahın düşməni Əbul-Xəttabın gördüyü işlərdəndir”.

Başqa bir rəvayətdə belə deyilir:

«من أخّر المغرب حتّى تشتبك النجوم من غير علّة فأنا إلى اللّه منه بريء».

“Kim heç bir səbəb olmadan axşam namazını ulduzlar sayrışan vaxta qədər təxirə salsa, mən o adamdan uzağam”.

Əbu Züreyhdən nəql olunan bir hədisdə isə belə deyilir:

قلت لأبي عبد اللّه(عليه السلام) : إنّ أُناساً من أصحاب أبي الخطّاب يُمْسون بالمغرب حتّى تشتبك النجوم، قال: «أبرأ إلى اللّه ممّن فعل ذلك متعمّداً».

İmam Sadiqə dedim: “Əbul-Xəttabın adamlarından olan bir dəstə şəxs axşam namazını ulduzlar sayrışan vaxtadək təxirə salırlar”. Dedi: “Mən bilərəkdən belə edən şəxsdən bezaram”.

Bunun kimi digər hədisləri (bax: “Vəsailuş-şiə”, namaz kitabı, namazın vaxtları bölmələri ) dediyimizə şahid göstərə bilərik.

Lakin İbn Əl-Cəuzi iftira ataraq, başda imamları olmaqla, bütün şiələrin bezarlıq etdikləri azğın bir firqənin gördüyü bir işi bütün şiələrə nisbət vermişdir.

Ayətullah Cəfər Sübhani

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!