Müstəbsirun (Həqiqəti tapanlar) » Həqiqəti tapanlar - 12 - : Otomani Məhəmməd (keçmiş şafei)

Adı: Otomani Məhəmməd

Ölkə: Qəmər (Komor) adaları

Məzhəbi: Şafei

Otomani Məhəmməd

1961-ci ildə Qəmər adalarında, şafei məzhəbli bir ailədə dünyaya gəlmişdir. 1995-ci ildə Madaqaskarda şiəliyi qəbul etmişdir.

O.Məhəmməd şiəliyi necə qəbul etməsi barədə belə deyir:

Bir dəfə “imamiyyə” adlanan bir məzhəb olduğunu eşitdim. Məlumat toplamağa olan marağım məni bu məzhəbin nümayəndələri ilə tanış olmağa vadar etdi. Madaqaskarda “xucə”lərə - hindlilərə və pakistanlılara məxsus bir məscidə getdim. Məscidə girər-girməz təəccübümə səbəb olan şeylərlə qarşılaşdım. Məsələn, azan kimi. Onlar azana üçüncü bir şəhadət artırırdılar. Bu məsələnin həqiqətini və onları belə davranmağa vadar edən səbəbləri axtarmağı qərara aldım.

Mənim bir müəllimim var idi. Nə vaxt dini bir sual və ya şübhə ilə qarşılaşırdımsa, ona müraciət edir, dini məsələlərdə ondan yardım alırdım. O, digərləri kimi sual eşidəndə qəzəblənib özündən çıxan, suallara əsəbi və ya sərt şəkildə cavab verən bir şəxs deyildi. Əksinə, sual və şübhənin təbii bir şey olduğunu dərk edən və mənə tam rahatlıqla sual soruşmağa şərait yaradan bir adam idi. Bu səbəblə, şiələrin azanları barədə ona sual verdim. O da həqiqətləri mənim üçün izah etməyə başladı.

Zaman keçdikcə bir çox həqiqətlər mənim üçün aşkar olmağa başladı.

1995-ci ildə Madaqaskarda şiəliyi qəbul etdim. Bundan sonra təbliğçi olaraq fəaliyyət göstərməyə başladım. Bir müddət sonra “Madaqaskar Gənclər Tələbə və İslam Təşkilatı”nın rəhbərliyini öz öhdəmə götürdüm. O vaxtdan bəri var gücümlə həqiqətləri insanlara, xüsusilə də savadlı gənclərə çatdırmağa çalışıram. Öz ana dilimlə yanaşı ərəb və fransız dillərini bilməyim fəaliyyət dairəmin genişlənməsinə səbəb olmuşdur.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!