Müstəbsirun (Həqiqəti tapanlar) » Həqiqəti tapanlar - 11 - : Əhməd Əbu Bəkr (keçmiş maliki)

Adı: Əhməd Əbu Bəkr

Ölkə: Benin

Məzhəbi: Maliki

Əhməd Əbu Bəkr

1973-cü ildə Beninin (Afrika) Boko şəhərində dünyaya gəlmişdir. Maliki məzhəbli bir ailədə böyümüşdür. Qanada Əhli-Beyt məktəbində dərs almış, şiəliyi qəbul etdikdən sonra Qum şəhərinə elm dalınca getmişdir.

Ə.Əbu Bəkr necə şiə olması barədə belə deyir: Bir çox Afrika ölkəsinə səfər etmiş, çoxlu insanlarla tanış olmuşdum. Həmişə məscidlərə və dini məclislərə getməyə çalışırdım. Səfərlərimin birində Baku şəhərinə getmişdim. Orada Qumda təhsil alan bir qrup müəllimlə tanış oldum. Aramızda maraqlı dialoqlar oldu və söhbətlərindən xoşum gəldi. Onlar, mənə danışdıqları elm və məlumatlara marağım olduğunu görüncə, mənə “Əhli-Beyt mədrəsə”sində təhsil almağı təklif etdilər. Təkliflərini qəbul etdim və həmin mədrəsədə təhsil almağa başladım. Orada daha öncə heç vaxt oxumadığımı kitablar oxudum. Bu kitablar vasitəsilə İslam tarixi ilə, müxtəlif məzhəblərlə, haqq-həqiqətlə, xüsusən də cəfəri məzhəbi ilə tanış oldum. Bu kitablarda oxuduğum hər şey möhkəm və qəti dəlillərə əsaslanırdı, baxmayaraq ki, daha öncə bilib öyrəndiyim şeylərdən fərqli idilər. Bu kitablardan sonra başa düşdüm ki, bir çox tarixi həqiqətlər baş-ayaq yazılmışdır. Müaviyə, Yezdi və s. kimi lənətdən başqa bir şeyə layiq olmayan insanlar bizə böyük islami şəxsiyyətlər kimi təqdim edilmişdir. Habelə, bu kitablar vasitəsilə islam məzhəbləri arasında ixtilaf mövzusu olan etiqadi və fiqhi məsələlərlə də tanış oldum. Hər bir firqənin dəlili ilə tanış olaraq, ciddi şəkildə araşdırma apardım və nəhayət, sonda Əhli-Beyt məzhəbinin haqq olduğu mənim üçün aşkar oldu. Beləliklə, 1993-cü ildə şiəliyi qəbul etdim. Bir sıra mübahisə və müzakirələrdən sonra ailə üzvlərim və bir çox dostum da şiəliyi qəbul etdilər.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!