Yalan və iftiralar » Sələfi (vəhhabi) kitabında Əbu Bəkr və Ömər haqqındakı yalanların ifşası

Əziz oxucular, biz sələfilərin (vəhhabilərin) yalanlarını ifşa etməkdən yorulsaq da, onlar bu yalanlardan əl çəkmək istəmir və təbliğatlarını yalan üzərində davam etdirirlər. Bu dəfəki mövzumuz Bəhreyndə yerləşən “Aal və əshab” cəmiyyəti tərəfindən çap edilmiş “Əl-Yəvaqit vəd-durar fi sənail-Al alə Əbi Bəkr və Umar” kitabıdır.

Bu kitab şiə mənbələrində Əhli-Beytin dilindən Əbu Bəkr və Ömərin tərifləndiyi mətnləri bir araya toplamaq məqsədilə qələmə alınmışdır. Müqəddimədə kitabdakı bütün rəvayətlərin on iki imam şiə mənbələrindən olacağı iddia olunmuşdur. Biz sadəcə bir ədəd rəvayət üzərində nə qədər yalan qurula biləcəyini sizlərə göstərəcəyik ki, kitabın qalan hissəsinin nə vəziyyətdə olduğunu özünüz təsəvvür etməyə çalışasınız.

Sözügedən rəvayət budur: “Mənim yanıma məni Əbu Bəkr və Ömərdən üstün bilən bir adamı gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduraram”. Rəvayəti qeyd etdikdən sonra çox sayda şiə mənbəsi qeyd edərək, oxucunun gözündə mövzunun "əhəmiyyəyini" böyütmək istəmişlər. Gəlin bir-bir bu mənbələri gözdən keçirək.

MƏNBƏ №1

Kitabın 21-ci səhifəsində belə deyilir:

وقد جاء في مدح الصديق والفاروق من طرق الإمامية الإثني عشرية روايات ونصوص كثيرة لعل حصرها في هذه المختصرات أمر متعذر ولكن ليس هناك ما يمنع من ذكر بعضها
على رأس تلك النصوص قول الأمير مراراً وتكراراً على منبر الكوفة لا أؤتى برجل يفضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري
.

On iki imam şiə təriqləri ilə Əbu Bəkr və Ömərin fəzilətinə dəlalət edən çoxlu mətnlər və rəvayətlər gəlmişdir. Bu rəvayətlərin hamısını bu müxtəsər kitabda qeyd etmək çox çətindir, lakin buna baxmayaraq, onlardan bir qismini qeyd edə bilərik.

Belə mətnlərin başında Əmirin dəfələrlə Kufə minbərindən dediyi bu söz gəlir: “Mənim yanıma məni Əbu Bəkr və Ömərdən üstün bilən bir adamı gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduraram”.

Daha sonra haşiyədə belə qeyd olunur:

(2)الفصول المختارة للشريف المرتضى (167).

(2) Əl-Fususul-muxtarə, Şərif Mürtəza, səh.167.

 

Halbuki, “Əl-Fususul-muxtarə” kitabın 167-ci səhifəsində belə deyilir:

ومن حكايات الشيخ قال: سئل الفضل بن شاذان رحمه الله تعالى عما روته الناصبة عن أمير المؤمنين لا أؤتى برجل يفضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري, فقال: إنما روى هذا الحديث سويد ابن غفلة وقد أجمع أهل الآثار على أنه كان كثير الغلط وبعد فإن نفس الحديث متناقض...
قال الشيخ: وأقول إن هذا الحديث... ولن يصح بأدلة أذكرها بعد
...

Şeyx Mürtəza dedi: Fəzl ibn Şazandan nasibilərin Əmirəlmöminindən nəql etdikləri “Mənim yanıma məni Əbu Bəkr və Ömərdən üstün bilən bir adamı gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduraram” hədisi barədə soruşuldu. Fəzl ibn Şazan dedi: Bu hədisi Süveyd ibn Ğəflə nəql etmişdir. Hədisçilər isə onun çoxlu səhv edən bir şəxs olması üzərində icma etmişlər (yekdil fikirdə olmuşlar). Üstəlik, hədisin özü özü ilə ziddiyyət təşkil edir...

Şeyx Mürtəza dedi: Mən deyirəm ki, bu hədis... sonradan qeyd edəcəyim dəlillərə görə əsla səhih ola bilməz... .

 

Göründüyü kimi, rəvayət “şiə təriqi” ilə deyil, Şeyx Mürtəzanın təbiri ilə desək “nasibi təriqi” ilə nəql edilmişdir. Elə isə, bu rəvayəti on iki imamçı şiə təriqi (yolu) ilə nəql edilmiş rəvayət kimi necə təqdim etmək olar? Üstəlik, Şeyx Mürtəza rəvayəti təsdiq etmək üçün deyil, onu rədd etmək üçün öz kitabında nəql etmişdir. Rəvayəti qeyd etdikdən sonra isə müfəssəl şəkildə ona cavab vermişdir. Biz ixtisara riayət edərək, cavabı qeyd etmirik.

MƏNBƏ №2

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan ikinci mənbə Əli ibn Yunis əl-Amili əl-Bəyazinin “Əs-Siratul-müstəqim” kitabıdır (səh.3/153).

 

Halbuki, sözügedən mənbəyə nəzər saldıqda, müəllifin bu rəvayəti təsdiq üçün (özü də şiə raviləri vasitəsilə) deyil, müxaliflər tərəfindən nəql edilən bir rəvayət olaraq təqdim etdiyini görürük.

Bunu onun rəvayəti “Müxaliflər tərəfindən atılan şübhələrə cavab” (باب رد الشبهات الواردة من مخالفيه) başlığı altında qeyd etməsindən və ona Fəzl ibn Şazan və Şərif Mürtəzanın cavabına oxşar bir şəkildə cavab verməsindən də rahatlıqla başa düşmək olur.

 

MƏNBƏ №3

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Əllamə Məclisinin “Biharul-ənvar” kitabıdır.

 

Müəlliflər kitabdan üç yeri qeyd etmişlər ki, bunlar aşağıdakılardan ibarətdir:

1) 10-cu cild, 417-ci səhifə;

2) 49-cu cild, 192-ci səhifə;

3) 109-cu cild, 127-ci səhifə.

Lakin qeyd olunan ünvanlara nəzər saldıqda;

1. Birinci ünvanda məlum rəvayətdən heç bir əsər-əlamət tapmırıq.

2. İkinci ünvanda rəvayətin qeyd olunduğunu görürük, lakin burada onun abbasi xəlifəsi Məmunla sünni alimləri arasında baş tutan bir dialoqdan söz açan başqa bir rəvayətin daxilində qeyd olunduğunu görürük. Bu rəvayətdə isə sünni aliminin sözügedən rəvayəti Məmun üçün nəql etdiyi, Məmun isə ona dəlillərlə cavab verərək rəvayətini batil çıxardığı qeyd olunur.

 

3. Üçüncü ünvanda isə “Biharul-ənvar” kitabının 49-cu cildinin 192-ci səhifəsində (ikinci ünvan) gələn rəvayətin sadəcə adının qeyd olunduğunu, özü də “Kim məni Əbu Bəkr və Ömərdən üstün tutsa, ona iftira atan adama tətbiq edilən cəzanı tətbiq edərəm – rəvayətinin batilliyi” şəklində qeyd olunduğunu görürük.

 

Göründüyü kimi, qeyd olunan ünvanların heç birində rəvayət şiə mənbələrindən nəql olunmur. Əksinə, onun müxalif rəvayəti olduğu və şiə məzhəbi nəzərində batil sayıldığı qeyd olunur. Lakin “Əl-Yəvaqit vəd-durar” kitabının müəllifləri saxtakarlıq edərək, rəvayəti “şiə rəvayəti” kimi təqdim etmişlər.

MƏNBƏ №4

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Şeyx Müfidin “Əl-İxtisas” kitabıdır (səh.128).

 

Halbuki, sözügedən mənbəyə müraciət etdikdə, aşağıdakı mətnlə qarşılaşırıq:

وروي عن حكم بن جبير قال: قلت لأبي جعفر محمد بن علي عليهما السلام: إن الشعبي يروي عندنا بالكوفة أن عليا قال: خير هذه الأمة بعد نبيها أبو بكر وعمر، فقال:إن الرجل يفضل على نفسه من ليس هو مثله، حبا " وتكرما "، ثم أتيت علي بن الحسين عليهما السلام فأخبرته ذلك، فضرب على فخذي وقال: هو أفضل منهما كما بين السماء والأرض.

Həkəm ibn Cübeyrdən belə nəql olunur: Əbu Cəfər Məhəmməd ibn Əliyə dedim: Şabi biz tərəfdə - Kufədə nəql edir ki, Əli belə deyib: “Peyğəmbərdən sonra bu ümmətin ən üstün şəxsləri Əbu Bəkr və Ömərdir”.

Əbu Cəfər dedi: Bəzən adam özü ilə eyni səviyyədə olmayan bir şəxsi sevgi və nəzakət xatirinə özündən üstün tutur.

Sonra Əli ibn Hüseynin yanına gedib hadisəni ona danışdım. O, əlini mənim buduma vurub dedi: “Əli o ikisindən səma ilə yerin arasındakı məsafə qədər üstündür”.

 

Bu deyilənlərdən aydın olur ki:

Birincisi: Şeyx Müfid rəvayəti “şiə sənədi” ilə deyil, mürsəl şəkildə - “nəql olunur”, - deyərək nəql etmişdir.

İkincisi: Şeyx Müfidin mürsəl şəkildə nəql etdiyi bu rəvayətdə İmam Əlinin Əbu Bəkr və Öməri özündən üstün tutduğunu deməsi fikri Şabidən nəql olunur. Şabi isə şiə yox, sünnidir.

Üçüncüsü: Rəvayətin sonunda Şabidən nəql olunan rəvayətin batilliyi İmam Zeynəlabidin dilindən açıq şəkildə (“Əli o ikisindən səma ilə yerin arasındakı məsafə qədər üstündür” sözü ilə) bəyan olunur.

MƏNBƏ №5

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Qazı Numani Məğribi İsmailinin “Şərhul-əxbar” (2/251) kitabıdır.

 

Həmin kitabın 2-ci cild 251-ci səhifəsinə müraciət etdikdə, aşağıdakı mətnlə qarşılaşırıq.

وقالوا إن من فضائل أبي بكر أن عليا قال أفضل هذه الأمة بعد نبيها أبو بكر وعمر ولا أجد أحداً يفضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري.
فهذا حديث لا يصح لما فيه من الباطل والحد لا يجب على من فضل مفضولا على فاضل
.

Müxaliflər deyirlər ki, Əbu Bəkrin fəzilətlərindən biri budur ki, Əli onun barəsində “Peyğəmbərdən sonra bu ümmətin ən üstün şəxsləri Əbu Bəkr və Ömərdir. Mənim yanıma məni Əbu Bəkr və Ömərdən üstün tutan bir şəxs gətirsələr, ona iftira atan adama vurulan cəzanı tətbiq edərəm”, - demişdir.

Ehtiva etdiyi batil şeylərə görə bu hədis səhih deyildir...

 

Lakin, “Əl-Yəvaqit vəd-durər” kitabının müəllifləri bütün bunları görməzdən gəlmiş və saxtakarlıq edərək rəvayəti şiə rəvayəti kimi qələmə vermişlər.

MƏNBƏ №6

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Əllamə Tustərinin “Əs-Savarimul-muhriqa” kitabıdır (səh. 277 və 323).

 

Qeyd olunan ünvanlara müraciət etdikdə, aşağıdakı məlumatlarla qarşılaşırıq.

Əllamə Tustəri səhifə 277-də deyir:

وقد اشرنا سابقا الى الجواب عنها والحاصل إنا نقول بمضمونها وانها لنا لا علينا لأن تفضيل علي عليه السلام على ابي بكر وعمر متضمن لثبوت اصل الفضل لهما وهو افتراء بلا امتراء بل القول بأن علياً عليه السلام افضل من ابي بكر وعمر يجري مجرى أن يقول أن فلانا افقه من الحمار، واعلم من الجدار

Biz bu hədisə daha öncə cavab vemişdik. Cavabın xülasəsi budur ki, biz (fərz olaraq) bu hədisin məzmununu qəbul etsək, onda belə deyə bilərik ki, o, bizim əleyhimizə yox, lehimizədir. Çünki Əlini Əbu Bəkr və Ömərdən üstün tutmaq Əbu Bəkr və Ömərin nəsə bir üstünlüyü olması mənasına gəlir (ona görə ki, iki şey bir-biri ilə müqayisə edilirsə, deməli onların aralarında müəyyən mənada yaxınlıq vardır. Əlinin Əbu Bəkr və Ömərdən üstün olduğu deyilirsə, deməli Əbu Bəkr və Ömərin nəsə bir üstünlüyü vardır). Bu isə heç şübhəsiz ki, iftiradır. “Əli Əbu Bəkr və Ömərdən üstündür” – demək, “filan adam eşşəkdən daha dərrakəlidir” və ya “filan adam divardan daha dərrakəlidir” - deməyə bənzəyir. (Buna görə də, Əli ibn Əbu Talib – hədisin səhih olduğunu fərz etdiyimiz təqdirdə – özü barəsində belə bir söz dilə gətirən adama cəza vəd etmişdi. Çünki onu Əbu Bəkr və Ömərlə müqayisə edib onlardan üstün hesab edən kəslər, belə etməklə sanki Əbu Bəkr və Ömərin fəziləti olduğunu iqrar etmişlər. Bu isə iftiradır və iftira olduğu üçün cəzaya səbəb olur).

Əllamə Tustəri səhifə 323-də deyir:

وأما الحديث المفترى على علي عليه السلام «من إنه قال لا يفضلني أحد على أبي بكر وعمر إلا جلدته حد المفتري» فقد مر إنه بعد تسليم عدم كونه مفترى، لنا لا علينا

"Kim məni Əbu Bəkr və Ömərdən üstün tutsa, ona, iftira atan adama vurulan şallağı vurduraram”. Bunu İbn Əsakir nəql etmişdir.

Deyirəm: İftira ilə Əli ibn Əbu Talibə nisbət verilən bu hədis barədə daha əvvəl də dedik ki, onun iftira olmadığını fərz etdiyimiz təqdirdə, o bizim əleyhimizə deyil, lehimizədir.

 

MƏNBƏ №7

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Əllamə Əskərinin “Abdullah ibn Səbə” kitabıdır (2/235, 360).

 

Qeyd olunan ünvanlara müraciət etdikdə, aşağıdakı məlumatlarla qarşılaşırıq:

وأورد ابن حجر المتوفى 852 هـ في لسان الميزان... ثم نهض إلى المنبر... وفي آخرها : ألا لا يبلغني عن أحد يفضلني عليهما إلا جلدته حد المفتري.

İbn Həcər özünün “Lisanul-mizan” kitabında belə yazır:

...Əli minbərə çıxıb belə dedi: “Agah olun, kimin məni Əbu Bəkr və Ömərdən üstün tutduğunu eşitsəm, ona iftira atan adama tətbiq edilən cəzanı tətbiq edəcəyəm”.

İbn Həcərdən nəql etdiyi bu rəvayətin ardınca Əllamə Əskəri kitabın haşiyəsində deyir:

لقد نسي واضع هذا الخبر شكاوى أمير المؤمنين في خطبه منهم مثل قوله في الشقشقية...

Bu rəvayəti uyduran şəxs Əmirəlmömininin öz xütbələrində, o cümlədən Şiqşiyqiyyə xütbəsində Əbu Bəkr və Ömərdən etdiyi şikayətləri unudub.

 

Göründüyü kimi, Əllamə Əskəri sözügedən rəvayəti bir şiə mənbəsindən deyil, məhz sünni olan İbn Həcərdən nəql etmiş və onu “uydurma” hesab etmişdir. Lakin “Əl-Yəvaqit vəd-durər” kitabının müəllifləri utanıb həya etmədən rəvayəti şiə rəvayəti kimi qələm vermişlər.

MƏNBƏ №8

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Əhmədi Miyanəcinin “Məvaqifuş-şiə” kitabıdır (1/75).

 

Qeyd olunan ünvana müraciət etdikdə, aşağıdakı məlumatlarla qarşılaşırıq:

الفضل بن شاذان مع المخالفين
سئل الفضل بن شاذان رحمه الله تعالى عما روته الناصبة عن أمير المؤمنين لا أؤتى برجل يفضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري, فقال: إنما روى هذا الحديث سويد ابن غفلة وقد أجمع أهل الآثار على أنه كان كثير الغلط وبعد فإن نفس الحديث متناقض
...
قال الشيخ: وأقول إن هذا الحديث إن صح عن أمير المؤمنين ولن يصح بأدلة أذكرها بعد فإن الوجه فيه أن
...

Başlıq: Fəzl ibn Şazan müxaliflərlə

Fəzl ibn Şazandan nasibilərin Əmirəlmöminindən nəql etdikləri “Mənim yanıma məni Əbu Bəkr və Ömərdən üstün bilən bir adamı gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduraram” hədisi barədə sual verildi. Fəzl ibn Şazan dedi: Bu hədisi Süveyd ibn Ğəflə nəql etmişdir. Hədisçilər isə onun çoxlu səhv edən bir şəxs olması üzərində icma etmişlər (yekdil fikirdə olmuşlar). Üstəlik, hədisin özü özü ilə ziddiyyət təşkil edir...

Şeyx Müfid demişdir ki, bu hədisin səhih olduğunu fərz etsək – ki, qeyd edəcəyimiz dəlillərə əsasən, heç vaxt səhih ola bilməz – onda onun izahı belədir ki...

 

Göründüyü kimi, burada müəllif rəvayəti “Fəlz ibn Şazan müxaliflərlə” başlığı altında təqdim etmiş, Fəzl ibn Şazana nasibilər tərəfindən nəql edilən bu rəvayət barədə sual verildiyini və onun da rəvayəti inkar etdiyini, habelə Şeyx Müfidin rəvayəti batil hesab etdiyini nəql etmişdir. Lakin, “Əl-Yəvaqit vəd-durər” kitabının müəllifləri növbəti dəfə saxtakarlıq edərək, rəvayəti şiə mənbələrində nəql edilən şiə rəvayəti kimi qələmə vermişlər.

MƏNBƏ №9

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Əllamə Tehraninin “Əz-Zəriə ilə təsanifiş-şiə” kitabıdır (13/67).

 

Halbuki, qeyd olunan ünvana müraciət etdikdə, digər mənbələrdəki vəziyyətin eynisi ilə qarşılaşırıq. Əllamə Tehrani deyir:

شرح الأخبار في فضيلة الأئمة الأطهار للقاضي أبي حنيفة نعمان بن محمد بن منصور المصري الشيعي صاحب دعائم الإسلام... للمؤلف شرح الأخبار في ستة عشر جزءا ذكر في آخر الجزء السابع ما قالوه في فضل أبي بكر وعمر من قول علي عليه السلام فيما أفضل هذه الأمة بعد نبيها أبو بكر ثم عمر ولا أجد أحداً يفضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري ثم أجاب عنه بأنه كلام باطل...

“Şərhul-əxbar fi fəzilətil-əimmətil-əthar”, müəllifi: Qazı Əbu Hənifə Numan ibn Məhəmməd ibn Mənsur əl-Misri əş-Şiədir. O, həmçinin “Dəaimul-islam” kitabının müəllifidir... Müəllifin “Şərhul-əxbar” kitabı 16 cilddən ibarətdir. Bu kitabın 7-ci cildinin sonunda müəllif (müxaliflərin) Əbu Bəkr və Ömərin fəziləti barəsində Əlidən nəql etdikləri “Mənim yanıma məni Əbu Bəkr və Ömərdən üstün bilən bir adamı gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduraram” rəvayətini qeyd etmiş, sonra ona cavab verərək onun batil olduğunu bildirmişdir...

 

MƏNBƏ №10

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə İbn Əqilin “Təqviyətul-iman bi-raddi təzkiyəti-İbn Əbi Süfyan” kitabıdır (səh.64).

 

Halbuki, əvvəla, İbn Əqil on iki imamçı şiə yox, şafei müsəlmandır, ikincisi, İbn Əqil nasibilərin uydurduğunu dediyi bu rəvayəti nəql etdikdən sonra onu inkar edir.

Göründüyü kimi, rəvayət şiə mənbəsində gəlməməklə yanaşı, sünni mənbəsindən nəql olunaraq inkar edilmişdir.

İbn Əqil yazır:

قال المصانع في الصفحة 25 نقلا عن علي كرم الله وجهه لا أجد أحدا فضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري. أنتهى.

Əl-Müsani kitabının 25-ci səhifəsində Əlidən (Allah üzünü nurlandırsın) belə nəql edir: “Kimin məni Əbu Bəkr və Ömərdən üstün tutduğunu görsəm, ona iftira atan adama vurulan şallaq zərbəsini vuracağam”. Sitatın sonu.

وأقول... هذه المقالة مما افتعلته النواصب ووضعوه لا شك عاقل في ذلك, ومثلها ما هو بمعناها, ولا ينقلها مصدقا لها إلا مغرور أو مغرر.

Deyirəm:... Bu söz nasibilərin uydurub qondardığı bir sözdür. Ağlı olan adam buna şübhə etməz. Bu cür bir sözü ona inanan bir şəkildə ancaq təəssübkeş və ya aldanmış adam nəql edər.

 

MƏNBƏ №11

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Sami Əl-Bədrinin “Şübuhat və rudud” kitabıdır (3/141).

 

Qeyd olunan mənbəyə nəzər saldıqda aşağıdakı ilə qarşılaşırıq:

المعلومات التي وردت في كلام الأشعري... سنكتشف أن أصولها منحصرة في الكتب السنية دون الشيعية...

Əşərinin qeyd etdiyi məlumatların... şiə kitablarından deyil, sünni kitablarındnan götürülmüş olduğunu göstərəcəyik.

ووردت المفردة الثانية والثالثة في رواية أبي أسحاق الرازي (أو الفزاري) عن شعبة عن سلمة بن كهيل عن أبي الزعراء (أو) عن زيد بن وهب أن "سويد بن غفلة دخل على علي في إمارته فقال إني مررت بنفر يذكرون أبا بكر وعمر يرون أنك تضمر لهما مثل ذلك... ثم نهض إلى المنبر حتى اجتمع الناس وقال ألا لا يبلغني عن أحد يفضلني عليهما إلا جلدته حد المفتري." (1)

Əşərinin işlətdiyi ikinci və üçüncü cümlələr aşağıdakı rəvayətdən ibarətdir:

Əbu İshaq ər-Razi (və ya Fəzari) Şubədən, o, Sələmə ibn Kuheyldən, o, Əbuz-Zəradan (və ya) Zeyd ibn Vəhəbdən belə nəql edir ki, Süveyd ibn Ğəflə Əlinin xilafəti zamanında Əlinin yanına gəlib deyir: “Əbu Bəkr və Ömər barəsində xoş olmayan sözlər danışan və sənin də ürəyində onlar kimi düşündüyünü iddia edən bir qrup şəxslə qarşılaşdım”... Əli cəld minbərə tələsdi. Camaat minbərin ətrafına yığışdı. Əli dedi: “Agah olun! Kimin məni Əbu Bəkr və Ömərdən üstün tutduğunu eşitsəm, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduracağam”. (1)

1 nömrəli haşiyədə yazır:

(1) ابن حجر لسان الميزان تحقيق المرعشي 4/24

(1) İbn Həcər, “Lisanul-mizan”, təhqiq: Mərəşi, 4/24.

Növbəti səhifədə isə deyir:

اقول:

ويؤكد ذلك انك لن تجد شيعياً واحدا ممن مضى أو بقي يقول ويعتقد بشىء من ذلك

Deyirəm: ...Siz keçmiş və müasir dövr şiələri içində bu deyilənlərin birinə belə etiqad edən bircə dənə belə olsun şiə tapa bilməzsiniz.

 

MƏNBƏ №12

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Əhli-Beyt Müəssisəsinin nəşr etdirdiyi “Turasuna” jurnalıdır (50/46, 52/19).

 

Qeyd olunan ünvanlara nəzər saldıqda aşağıdakı ilə qarşılaşırıq:

“Turasuna” jurnalı, 50-ci say, mündəricat: 7-107-ci səhifələr Seyid Əli Hüseyni Milaninin “Təşyidul-muraciat” kitabından götürülmüşdür.

 

50-ci cild, 46-cı səhifə:

Burada Seyyid Milani rəvayəti müxalifin qələmindən nəql edir, daha sonra isə ona cavab verir:

ولا شك لو أدرك علي رضي الله عنه من يقول بهذا لجلده حد المفتري, وهو القائل لا أتين بأحد يفضلني على أبي بكر وعمر إلا جلدته حد المفتري.

أقول...

Şübhəsiz ki, əgər Əli (Allah ondan razı olsun) bu sözü deyən adamı görsəydi, ona iftiraçı adama tətbiq edilən cəzanı tətbiq edərdi. Əli o adamdır ki, “məni Əbu Bəkr və Ömərdən üstün tutan bir adamı yanıma gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduraram”, - demişdir.

Deyirəm: ...

 

İndi isə növbəti, yəni 52-ci cildə müraciət edək.

"Turasuna” jurnalı, 52-ci say, mündəricat: 7-36-cı səhifələr Seyid Əli Hüseyni Milaninin “Təşyidul-muraciat” kitabından götürülmüşdür.

 

Burada Seyyid Milani sözügedən rəvayət barədə daha ətraflı söz açaraq belə deyir:

3 ـ لا أُوتينَّ بأحدٍ يفضّلني على أبي بكر وعمر إلاّ جلدته حدّ المفتري:
وكما وضعوا على رسول الله صلّى الله عليه وآله وسلّم حديث: «اقتدوا باللذين من بعدي...» وحديث: «عليكم بسُنّتي وسُنّة الخلفاء الراشدين من بعدي» وحديث: «أصحابي كالنجوم...» وأمثالها، فقد وضعوا على الاِمام أمير المؤمنين عليه السلام أشياء في حقّ الاَصحاب وفي خصوص الشيخين، منها هذا الكلام الذي استند إليه ابن تيميّة في غير موضعٍ من منهاج السُنّة من غير سندٍ ولا نقلٍ عن كتاب معتبرٍ عندهم، وإنّما قال: «فـروي عنـه أنّـه قال: لا أُوتى بأحـدٍ يفضّلنـي علـى أبي بكر وعمر إلاّ ضربته حدّ المفتري
»
«وعنـه أنّـه كان يقـول: لا أُوتى بأحـدٍ يفضّلني على أبي بكر وعمر إلاّ جلدته حدّ المفتري»(3).
وقد أضاف هذه المرّة: «كان يقول» الظاهر في تكرّر هذا القول من الاِمام عليه السلام واستمراره عليه
.
التحقيق في سنده ومدلوله
:
ولكنّنا لم نسمع أنّه جلد أحداً لتفضيله عليهما بالرغم من وجود كثيرٍ من الصحابة والتابعين كانوا يجاهرون بذلك، حتّى اعترف به غير واحدٍ من أئمّة القوم،
ففي الاستيعاب
:
«وروي عـن سلمـان، وأبـي ذرّ، والمقـداد، وخبّـاب، وجابـر، وأبي سعيد الخدري، وزيد بن أرقم: أنّ عليّ بن أبي طالب ـ رضي الله عنه ـ أوّل من أسلم، وفضّله هؤلاء على غيره»

“Məni Əbu Bəkr və Ömərdən üstün tutan bir adamı yanıma gətirsələr, ona iftira atan adama vurulan şallaq zərbəsini vurduracağam”.

Peyğəmbərin adından “məndən sonra gələn iki şəxsin ardınca gedin”, “sizə öz sünnəmi və məndən sonra gələn raşidi xəlifələrin sünnəsini tapşırıram”, “səhabələrim ulduzlar kimidirlər...” və s. kimi sözlər uydurulduğu kimi, İmam Əlinin də adından səhabələr barədə, xüsusilə də Əbu Bəkr və Ömər barəsində bir sıra şeylər uydurulmuşdur. Onlardan biri də yuxarıdakı sözdür.

İbn Teymiyyə “Minhacus-sünnə” kitabının bir neçə yerində bu sözü heç bir sənədsiz və sünnilərin hansısa mötəbər bir mənbəsindən istinad etmədən, məhz “Əlinin belə dediyi nəql edilmişdir” və ya “Əlidən belə nəql olunur”, - deyərək nəql etmişdir.

Rəvayətin sənədinin və dəlalətinin müzakirəsi

Bu rəvayətdə deyilənə rəğmən, biz Əlinin hansısa bir şəxsi özünü Əbu Bəkr və Ömərdən üstün tutduğuna görə şallaqladığını eşitməmişik. Halbuki, onun dövründə səhabə və tabeilərin bir çoxu açıq-aşkar şəkildə onu Əbu Bəkr və Ömərdən üstün tuturdular. Bunu sünnilərin bir neçə böyük alimi də etiraf etmişlər. Məsələn, “Əl-İstiab” kitabında deyilir:

“Salman, Əbu Zər, Miqdad, Xəbbab, Cabir, Əbu Səid əl-Xudri və Zeyd ibn Ərqəmdən Əli ibn Əbu Talibin ilk müsəlman olan şəxs olduğu nəql edilmişdir. Bu şəxslər Əlini başqalarından üstün bilmişlər”...

Sonra yazır:

وقال الذهبي:
«ليس تفضيل عليّ برفض ولا هو ببدعة، بل قد ذهب إليه خلق من الصحابة والتابعين»

Zəhəbi demişdir:

Əlini başqa səhabələrdən üstün bilmək rafizilik və ya bidət deyildir. Səhabə və tabeilərin bir çoxu Əlini başqa səhabələrdən üstün bilmişlər...

Daha sonra "Şallaq hədisi" barədə yazır:

وهذا نصّ ما جاء في الكتاب المذكور... قال محقّقه في الهامش «إسناده ضعيف لاَجل أبي عبيدة بن الحكم».
قال: «ومحمّـد بن طلحة لم يتبيّن لي من هو؟
...».
قلـت
:
وما ذكرناه حول سنده ومعناه كافٍ في سقوطه، وأنّه موضوع قطعاً
.

Bu rəvayət “Fadailus-səhabə” kitabında da gəlmişdir. Kitabın mühəqqiqi haşiyədə belə demişdir: “Əbu Übeydə ibn Həkəmə görə sənədi zəifdir.. Sənəddə adı keçən Məhəmməd ibn Təlhənin kim olduğu da mənim üçün aydın olmadı”.

Deyirəm: Bu rəvayətin sənədi və mətni ilə bağlı qeyd etdiyimiz faktlar onun qüvvədən düşməsi və tamamilə uydurma olmasının isbatı üçün kifayətdir.

 

MƏNBƏ №13

Kitabın 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər mənbə Seyyid Milaninin “Nəfəhatul-əzhar” kitabıdı (20/20).

 

Qeyd edək ki, burada qeyd olunan məlumatlar “Turasuna” jurnalında Seyyid Milaninin “Təşyidul-muraciat” kitabından nəqlən qeyd edilən məlumatların eynisidir. Həmin məlumatlarda nə deyildiyi isə, artıq qeyd olundu. Üstəlik, kitabın müəllifləri ünvanı qeyd edərkən cildin ünvanını doğru qeyd etsələr də, səhifəni doğru yazmamışlar. Əslində doğru səhifə 20-ci səhifə deyil, 366-368-ci səhifələrdir.

 

MƏNBƏ №14

“Əl-Yəvaqit vəd-durər” kitabının 21-ci səhifəsindəki haşiyədə qeyd olunan digər bir mənbə isə Şeyx Səduqun “Uyunu-əxbarir-Riza” kitabıdı (1/202).

 

Burada da cildin ünvanı səhv qeyd olunmuşdur. Doğru olan 2-ci cild, 202-ci səhifə olmalıdır.

Qeyd olunan ünvana nəzər saldıqda, burada abbasi xəlifəsi Məmun ilə bir neçə sünni alimi arasında baş tutan bir dialoqu nəql edən bir rəvayətlə qarşılaşırıq. Rəvayətə əsasən, bir sünni alimi “şallaq” rəvayətini Məmun üçün nəql edir, Məmun isə ona dəlillərlə cavab verərək rəvayətini batil çıxarır. Daha öncə, “Biharul-ənvar” kitabı ilə bağlı şübhəni cavablandırarkən, bu məsələyə toxunduq.

 

MƏNBƏ №14

“Əl-Yəvaqit vəd-durər” kitabının 21-ci səhifəsində “şallaq” hədisi üçün haşiyədə qeyd olunan sonuncu mənbə isə Xəzzaz Qumminin “Kifayətul-əsər” kitabıdır (səh.312).

 

Xəzzaz Qummi bu rəvayəti zeydiyyə firqəsinə rəddiyyə verərkən – zeydiyyə firqəsinin nəql etdiyi rəvayətlərlə on iki imam şiə rəvayətlərinin bir-biri ilə ziddiyyət təşkil etdiyindən danışarkən qeyd etmişdir. Xəzzaz Qummi yazır ki, Zeyd əş-Şəhidin İmam Cəfər Sadiqin imamətini qəbul etdiyini və ona tabe olduğunu bildirən on iki imam şiə rəvayətləri Zeyd əş-Şəhidin Cəfər Sadiqin imamı olduğunu bildirən zeydi rəvayətlərindən fərqli olaraq, mütəvatirdirlər. O, bildirir ki, zeydilərin Zeyd əş-Şəhidin Cəfər Sadiqin imamı olması barədə nəql etdikləri rəvayətlər eyniylə sünnilərin İmam Əli barəsində nəql etdikləri “şallaq” rəvayəti kimi bir-iki nəfərdən nəql edilmiş (xəbəri-vahid) rəvayətlərdir və buna görə də, mötəbərliyə malik deyillər.

Göründüyü kimi, Xəzzaz əl-Qummi “şallaq” rəvayətini “təsdiq” və “dəstək” məqsədi ilə deyil, məhz onun zəif olduğunu və heç bir etibara malik olmadığını göstərmək məqsədilə qeyd etmişdir. Lakin, “Əl-Yəvaqit vəd-durər” kitabının müəllifləri burada da saxtakarlıq edərək, utanmadan rəvayəti “şiə mənbələrində gəlmiş şiə rəvayəti” kimi təqdim etmişlər.

Xəzzaz əl-Qummi yazır:

وأنتم إنما تحكون وترون عن الواحد والإثنين كما حكت العامة عن أمير المؤمنين أنه قال: من سمعته يقدمني على أبي بكر وعمر جلدته حد المفتري.

Siz rəvayətlərinizi (mütəvatir şəkildə deyil) məhz bir-iki nəfərdən nəql edirsiniz, eynilə sünnilərin Əmirəlmöminindən nəql etdikləri “kimin məni Əbu Bəkr və Ömərdən üstün tutduğunu eşitsəm, ona iftira atan adama tətbiq edilən cəzanı tətbiq edərəm” – rəvayəti kimi.

 

Gördüyünüz kimi, əziz oxucular, sələfi (vəhhabi) saxtakarlığı bitmək-tükənmək bilmir. Bu cür əməllər sayəsində şiəyə qarşı kin-nifrət oyadılır, onlara haqq söz çatdıranda inanmaq istəmirlər. Müsəlmanların saflığından istifadə edib onları belə aldadırlar. Bəzən bu kin-küdurət elə bir həddə çatır ki, orijinal kitabları oxuyanda belə inanmaq istəmir, min bir bəhanə uydururlar.

Uca Allah isə Qurani-Kərimdə buyurur:

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin sizə yalan danışdım…” (İbrahim surəsi, 22)

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şüəra surəsi, 221-222)

Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər … (Nisa surəsi, 108)

Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir! (Mömin surəsi, 19)

“… Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!