Sələfilik (vəhhabilik) » Sələfi (vəhhabi) Əhməd əl-Ğamididən Aşura orucu barədə gözlənilməz çıxış!

Səudiyyə Ərəbistanı Krallığı qəzetlərinin birində yayımlanmış, müəllifi d-r Əhməd əl-Ğamidi (Məkkə bölgəsinin “Yaxşılığa dəvət və pislikdən çəkindirmə Təşkilatının” keçmiş Baş katibi) olan bir məqalədə Aşura gününün orucunun fəziləti barədə nəql olunan hədisin zəif olduğu barədə danışılmışdır. Əhməd əl-Ğamidi hədisin “mürsəl” – sənəd zəncirində qopuq olan hədis olduğunu elmi dəlillərlə əsaslandırdıqdan sonra belə yazmışdır:

“Bu dəlillərə əsasən, hədis mürsəl sayılır. Çünki hədisi nəql edən Əbu Qətadə səhabə yox, tabei Əbu Qətadədir (iki “Əbu Qətadə” vardır, biri səhabə, digər isə tabeidir – red.). Buna əsasən, hədis zəifdir.. Hətta, bu deyilənləri bir kənara qoyub, hədisi nəql edən Əbu Qətadənin səhabə Əbu Qətadə olduğunu fərz etsək belə, yenə də hədisin sənədində adı keçən Əbu Məbəd əl-Bəsrinin səhabə Əbu Qətadədən hədis eşitməməsi faktına əsaslanaraq (necə ki, Buxari belə deyir və dəlillər də bu yöndədir), hədisin mürsəl olduğunu deməliyik. Deməli, hədis hər iki halda sənəd baxımından “qopuq” sayılır və etibardan düşür. Məhz buna görədir ki, Buxari bu hədisi “Səhih” kitabında nəql etməmişdir”.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!