Ateist iddialarına cavablar » "Dində məcburiyyət yoxdu!" ayəsi ilə dindən çıxanların öldürülməsi hökmü zidd deyilmi?

“İrtidad” günümüzdə araşdırılan məsələlərdən biridir. Bir yandan Quranın "dində məcburiyyət yoxdur"1 – dediyi halda, digər tərədən fəqihlər "fitri mürtəd" öldürülməli, "milli mürtəd" isə həbs olunmalı, tövbə etmədiyi təqdirdə öldürülməlidir, deyir.

“Fitri mürtəd”, nütfə bağlanan zaman valideynlərindən birinin müsəlman olduğu kəsə deyilir. “Milli mürtəd” isə nütfə bağlanan zaman ata və ya anası kafir olub sonradan İslamı qəbul edən, daha sonra isə kafir olan kəsə deyilir.

İran İslam Respublikası beynəlxalq insan haqları bəyannaməsini qəbul etmişdir və həmin bəyannamədə hər kəsin sərbəst düşüncə, vicdan, inanc azadlığına, inanc dəyişmə ixtiyarına sahib olduğu qeyd olunmuşdur. Belə olan halda bəyannamədə yer almış bu qanunla mürtədin hökmü necə uzlaşır?

Məlum olduğu kimi "dində məcburiyyət yoxdur" ayəsi dinin zorakılıq ilə uyğun gəlmədiyini göstərir. Biz bilirik ki, bizi əhatə edən cəmiyyətdə maddi ehtiycalarımızın ödəlinləmsindən ötrü bəzi şeylər, məsələn, saç düzümü, paltarın modeli və s. məcburidir. Amma din vicdan və inancla bağlı bir məsələdir və ayə də bir kəsi məcburi şəkildə hansısa dinə inandırmağın qeyri-mümkün olduğunu söyləyir. Əgər mürtəd öldürülürsə, bu "İslama gəl, yoxsa öldürülərsən" – sözünə (yəni, İslamı qəbul etmədiyinə) görə deyil, əksinə, başqa səbəblərə görədir ki, bu səbəbləri də məqalədə daha sonra qeyd ediləcəyik.

Ayənin nazil olma sabəbi

Ayənin nazil olma səbəbi iki formada nəql olunmuşdur:

1. Әnsarın Səbih adlı bir gənci müsəlman deyildi və ənsar onu islamı qəbul etməyə məcbur edirdi.

2. Әbül-Huseyn adlı ənsardan olan bir nəfərin iki oğlu vardı. Şam tacirləri Mədinəyə gəldilər və öz mallarını satdılar. Geri qayıdarkən onun övladları ilə görüşüb hər ikisinə xristianlıq dinini qəbul etdirdilər. Ataları uşaqlarının dinlərini dəyişdiklərini bildikdə, bu hala qarşı vəzifəsinin nə olduğunu öyrənmək üçğn Peyğəmbərin yanına gəldi.2 Sonra bu ayə nazil olaraq dində məcburiyyətin olmadığını söylədi.3

İnanac və iman elə bir şeydir ki, təməl prinsipləri mövcud olmadığı təqdirdə, ona kiminsə inanmağı mümkün deyil. Əgər birinə minlərlə vəd versəniz, ya minlərlə təhdid yağdırsanız ki, mömin olsun, onun qəlbində heç bir xatircəmlik yaranmayacaqdır. Onun qəlbi o zaman xatircəmlik tapar ki, dinin təməl prinsipləri ilə tanış olsun. İndi, əgər birinə: “Sizə bir milyard pul verirəm, bunun müqabilində 2*2=40 olacağına inanın” – desəniz, onun buna inanması mümkündürmü?! Əlbəttə ki, xeyr.

Digər bir məsələ beynəlxalq insan hüquqları bəyannaməsidir ki, həmin bəyannaməyə heç özləri də əməl etmirlər. Deyirlər ki, insan öz işində azaddır, lakin kiminsə Vaşinqtondan narkotik maddə alması da azaddırmı? Siz məskən seçimində azad olduğunu deyirsiniz, o zaman hökümətə aid hərbi dairənin yanında şəxsi ev tikə bilərəmmi? İnsanların partiya seçimində azad olduğunu deyirsiniz, o zaman irqçi və öz irqinin ən üstün irq olduğunu deyən, dünyaya hakim olmağa çalışan nasist partiyasını seçə bilərəmmi?

İnsanların saç düzümündə azad olduqları kimi din seçimində də azad olduqlarını deyirsiniz. Halbuki saç düzümü fərdə aid bir məsələdir və bəşəriyyətin xoşbəxtliyi və ya bədbəxtliyi onun saç düzümünə bağlı deyil, həmçinin insanın dünya və axirət səadəti onun dinindən asılıdır. Ona görə də bu ikisini eyniləşdirmək yersizdir.

Digər bir məsələ budur ki, əgər dinin lüzumsuz bir şey olduğunu desəniz, o zaman sizinlə işimiz yoxdur. Lakin dinin lazımlı bir şey olduğunu qəbul etsəniz, o zaman, xöşbəxtliyinə mane olacağı təqdirdə belə, bir fərdin istədiyi dini seçməkdə azad olduğunu söyləyə bilməzsiniz. Həqiqətdə azad din seçimi imperialist qüvvələrin islam ölkələrinə bir sıra işləri məcbur şəkildə qəbul etdirmək və nəticədə islami hökümətləri devirmək üçün qurduqları bir oydundur.

Gəlin indi mürtədə verilən cəzanın “dində məcburiyyət yoxdur” ayəsi ilə necə uyğunlaşdığını araşdıraq. Nəticə ala bilmək üçün, əvvəlcə beş müqəddimə qeyd edirəm ki, bu müqəddimə əsasında cavab aydın olsun.

Birinci müqəddimə: İslamda azadlıq

Әgər İslam fiqhini təharət-paklıq bölümündən sonuncu bölümü olan diyələr-cərimələr bölümünədək mütaliə etsəniz, İslamın müsəlman və qeyri-müsəlmanlara çox sayda azadlıq bəxş etdiyini görərsiniz. Məsələn, qazanc və peşə seçimində, alış-veriş və kirayə məsəslələrində, evlilik və boşanmalarda, hədiyyə və başqa şeylər haqqında mütaliə etsəniz, dediklərimizin doğruluğunun şahidi olarsınız. İslam fiqhinin qanunlardan ibarət olmasına baxmayaraq, insanlar bir çox sahələrdə azaddırlar. Əgər İslam dini insanları qanuna tabe etmək istəyirsə, bunun mənası onların azadlıqlarını əllərindən almaq deyil. Dünyanın hər bir yerində insanlar qanunla idarə olunurlar. Bütün qanunların İslamda möhtərəm sayılmasına baxmayaraq, insanlar öz yaşayışlarında azaddırlar. Deməli, İslam harama bulaşmağın qarşısını alır. Məsələn, içki içməyi haram etmişdir ki, ağlı aradan aparır. Qumar oynamağı qadağan etmişdir ki, kin və düşməçiliyə səbəb olur. Qeybət etməyi haram etmişdir ki, qarşı tərəfin abrını aparır. Ona görə də islam dininin azadlığı aradan apardığını söyləyən kəslərin sözləri qəbul olunmamalıdır. Əksinə, islam günahla birlikdə olan azadlığı qadağan etmişdir və bunların hamısı insanın xöşbəxtliyinə maneədir.

İkinci müqəddimə: Zahiri əməllər qəbul edilə bilər, lakin batini əməllər qəbul ediləcək növdən deyil

Aşkar işlərdə insan nəyisə qəbul edə bilər, məsələn, əgər polis desə ki, bu yoldan get və ya o yoldan getmə, tabe oluruq. Amma inancla bağlı işlərdə, məsələn, hansısa dini qəbul etmək kimi işdə məcburiyyətin tətbiq edilməsi mümkün deyil. Əgər bir kəsi hər hansı bir dini qəbul etməyə məcbur etməyə çalışsaq, bu iş baş tutmayacaqdır. Çünki qəbul etdirilməsi istənilən əqidədir, əqidə isə təsdiqdir, nəyisə təsdiq etmək isə ilk olaraq bir sıra müqəddimələri qəbul etməkdən asılıdır ki, bu müqədimələr hazır olmasa, nəticə əldə olunmayacaqdır. Digər cəhətdən, peyğəmbərlər və övliyalar ağıllı insanlardır və “Allah-taala bütün nəbi və rəsulları ağıllarını kamilləşdirmək və ümmətlərinin ən ağıllı insanları olmaları üçün göndərmişdir”4 hədisini nəzərə alsaq, deyə bilərik ki, onlar ağılları kamilləşdirmək üçün gəlmişlər. Peyğəmbərlər ağıllı kəslərdirlər və ağıllıların ən ağıllısı olan bu kəslərin insanlara zorla dini qəbul etmələri üçün təzyiq göstərmələri məntiqli görsənmir. Deməli, cihad dini zorla qəbul etdirmək üçün deyil, əksinə, maneələri aradan qaldırmaq üçündür. Məhz cihad vasitəsilə maneələri aradan qaldırırıq ki, azadlıq bərpa olunsun və insanlar azad şəkildə islam məntiqini anlasınlar:

وَ قُلِ الْحَقُّ مِنْ رَبِّكُمْ فَمَنْ شاءَ فَلْيُؤْمِنْ وَ مَنْ شاءَ فَلْيَكْفُرْ

“De ki, haqq yalnız Rəbbin tərəfindəndir, istəyən iman gətirsin və istəyən inkar etsin”.5

Üçüncü müqəddimə: İslamın irəliləməsinin əsas vasitəsi təbliğ olmuşdur

İslam tarixini mütaliə etsək görərik ki, onun irəliləməsinin əsas səbəbi məntiq və istidlal qüdrəti olmuşdur. İbtidai və müdafiə cihadının mövcudluğu həqiqət olsa da, əksər hallarda cihad, bəlkə də manelərini aradan aparmaq üçün olmuşdur. İslam insan fitrətiylə uzlaşan güclü məntiqə malik olduğu üçün dünyada yayılmışdır. Bir nəfər döyüşçü islamı yaymaq üçün Pakistan və ya Hindistana getməmişdir. Bu gün orada olan islam oraya getmiş olan tacirlərə görədir. Yüz milyondan çox müsəlman yaşayan İndoneziya, Malaziya və digər ölkələrdə islam həmin məntiq gücünə yayılmışdır. Əlbəttə, məntiq hər yerdə faydalı olmaya bilər. Təbliğə mane olan düşmən kənarlaşdırılmalı və azad mühit yaradılmalıdır ki, təbliğatla məşğul olan kəs öz fikirlərini rahat şəkildə çatdıra bilsin.

İslamın inkişafının əsas səbəbi bu ayədir:

ادْعُ إِلى سَبيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ جادِلْهُمْ بِالَّتى هِيَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبيلِهِ وَ هُوَ أَعْلَمُ بِالْمُهْتَدين

“(İnsanları) Rəbbinin yoluna hikmət, və gözəl və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et, əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”.6

İslamın cazibəsi olduqca təsirli idi. Bu cazibə fitrətlə uyğun gəldiyi üçün camaat bu dinə daha çox mey göstərirdilər. Quran deyir:

وَ رَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فى دينِ اللَّهِ أَفْواجاً

“İnsanların Allahın dininə dəstə-dəstə daxil olduqlarını görərsən..”7

Həmçinin, Quranın başqa bir ayəsində buyurulur:

وَ قالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَنْ كانَ هُوداً أَوْ نَصارى تِلْكَ أَمانِيُّهُمْ قُلْ هاتُوا بُرْهانَكُمْ إِنْ كُنْتُمْ صادِقينَ

“(Yəhudilər) cənnətə yalnızca yəhudi və xristian olanların girəcəklərini dedilər, bu, onların batil arzularıdır, de ki əgər iddianızda doğrsunuzaa o zaman dəlillərinizi gətirin...”8

Bu ayə dinə daxil olmağın məcburi olmadığını sübut edir. Çünki dinə daxil olmaq məcburi olsaydı, o zaman ayənin dediyi “dəlillərinizi gətirin” sözünün mənası qalmazdı. “Dəlillərinizi gətirin” sözündən dinin dəlil və sübut əsasında qəbul olunduğu məlum olmuş olur..

“Həmd” sürəsi başdan-ayağa dəlil-sübutdur, “Həmd yalnızca aləmlərin rəbbinə məxsusdur”, yəni tərif yalnız Allaha aiddir. Çünki O, aləmin sahibi və Rəbbidir. Daha sonra qeyd olunan bütün sifətlərin hamısı “tərifin” dəlilləridir. Eynilə “Rəhmam və rəhimdir” ayəsi kimi. Yəni dünya və axirətdə rəhmət sahibidir, ona görə də həmd yalnız Allaha aiddir. Bütün bu xüsusiyyətlər özlüyündə dəlildirlər.

Dördüncü müqəddimə: İslamda inancı təftiş etmək qadağandır.

Bir nəfər “la ilahə illəllah” sözünü desə və kəlimeyi-şəhadəti dilinə gətirsə, onun bu şəhadətini qəbul etməliyik. İslama görə, bizim onun inancını təftiş etməyə haqqımız çatmır ki, baxaq görək bu sözü ciddi deyib, ya səthi? İnancı sorğulama (inkvizisiya) yalnız qərbdə olmuşdur və Papa vasitəsilə yenilik istəyənlərə qarşı yaradılmışdı. İnsanların inancları sorğu-sual olunur, nəticədə minlərlə insan odda yandırılırdı. Əbu Davudun “Sünən”-ində qeyd olunan bir hədisdə qeyd edilir ki, bir nəfər Peyğəmbərə dedi ki, əgər bir nəfər “la ilahə illallah” – desə və sizin risalətinizi (peyğəmbərliyinizi) qəbul edib təsdiqləsə, lakin ciddi söyləməsə, siz onun düzlüyünü yoxlayarsınız? Peyğəmbər buyurdu: “Mənim vəzifəm qəlbləri yarıb içinə baxmaq deyildir ki, qəlbində imanın olub-olmadığını görüm”.9

Buna görə də, mürtədin hökmünün (qətlin) həmin inanc araşdırmasından qaynaqlandığını güman edən gənclər bilməlidirlər ki, inancı təftiş etməklə mürtədlik arasında yerlə-göy qədər fərq vardır. Çünki islam əqidəni təftiş etməyi qadağan etmişdir. Bizim fiqhimizdə “əsalətus-sıhhə” adlı qayda vardır ki, bu qaydaya əsasən, mömin birinin əməlləri, ortada əksini göstərəcək möhkəm dəlillər olmadığı halda düzgün olaraq qəbul edilməlidir. Ona görə də bu cür möhkəm dəlil və qaydalardan üz döndərə bilmərik. Əlbəttə, papalar bu işi gördülər və acı nəticələrini də müşahidə etdilər. Ona görə də Fransada baş verən böyük inqilab papaların inanc təftişinə və mövcud nizama qarşı azadlıq tələb etmək üçün edişmişdi.

Beşinci müqəddimə: Heç bir hökümət intriqanı qəbul etmir

Hökümətlər iki qisimdirlər: inkarçı və iman əsasında qurulmuş olanlar. Hər iki növ hökümətlərdə qanunlar mövcuddur. İnkarçı hökümətlərin dinlə işləri yoxdur və hal-hazırda qərbdə yerləşən Almaniya, Fransa və Amerika kimi dövlətlər bu cürdürlər. Bu tip dövlətlərdə qanuna görə, əgər ölkə daxilində intriqa yaratmaq istənilsə, o zaman həmin şəxslərə qarşı sakit oturmurlar, Türkiyədə əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ordu bilsə ki, ölkədə sekulyar nizama qarşı qiyam etmək istəyən dəstə vardır, o zaman onları tutaraq cəzalandıracaqdır.

İkinci növ nizam islami nizamdır ki, onda da azadlıq vardır, lakin orada da intriqa salmaq qadağandır. İslami dövlətlərdə də mövcud nizama qarşı qiyam qaldırıb onu aradan aparmağa zəmin yaradacaq həddə azadlıq verilə bilməz. Deməli, inkarçı və ya inanclı – heç bir hökümət mütləq azadlığı qəbul etmir. Hətta ən liberal hökümətlər belə, intriqaları qəbul edəcək həddə liberal deyillər. İslam da bu qanundan müstəsna deyil. İslam – kitab, sünnə və qeyb aləminə olan bağlılığı sayəsində möhkəmlənməkdədir. Xalq istədiyi işi görməkdə azaddır, lakin hökümət əleyhinə, onu zəiflətmək üçün intriqa salınması qəbul oluna bilməz. Görəsən ağıllı birisi öz övladına onu öldürəcək həddə azadlıq verərmi? Şübhəsiz ki, xeyr!

Altıncı müqəddimə: İrtidad mövzusunun nəticələri

1. “İrtidad” bir növ hökümət əleyhinə olan intriqadır.

Lakin incasız hökümətlərdə irtidadın zərrə qədər təsiri yoxdur. İnancsız bir hökümətdə müsəlmanların hamısı kafir olsalar belə, hakimiyyətə zərər dəyməz. Bu şey üzə çıxsa və ya çıxmasa, fərq etməz. Çünki hökümət din və inanc üzərində qurulmayıb. Əksinə, nizam xalqın seçimiylə qurulmuşdur və xalq da inancsızlığı seçmişdir.

Amma hansısa bir hökümət inanc və din əsasında qurularsa və İran İslam Respublikası kimi xalqın 98 faizi bu yolda səs verərsə, bu cür hökümətdə bir nəfər mürtəd olsa, önümüzdə iki hal vardır: Mürtədliyini kimsəyə bəlli etməyərək sakit qaldığı təqdirdə, heç kəsin onunla işi yoxdur, hətta başqa birisiylə müzakirə etsə belə, biruzə vermədiyi halda heç kəsin onunla işi yoxdur. Amma bunu yaymaq istəyərsə, o zaman onun bu işi mövcud hakimiyyətin əleyhinədir ki, bu işi görmək qadağandır.

Məbadə mürtədlik məsələsi sadə hesab edilsin! Evində oturub “nə bir xəbər gəlmişdir və nə də vəhy nazil olmuşdur”10 – deyən mürtədlə heç kəsin işi yoxdur. Amma əlinə qələm alıb bunu yayamağa çalışarsa, o zaman onun bu batil inancı virus kimi çoxalaraq insanların inancsına təsir göstərəcəkdir. Əgər onun bu fəaliyyəti islam hökümətinin prokurorluğunun qulağına çatsa, o zaman onu tutmalıdır. Çünki hökümət üçün onun gördüyü iş dövlətə qarşı intriqa hesab olunur. Beşinci müqəddimədə qeyd etdiyimiz kimi ən liberal hökümətlər də daxil olmaqla, dünyanın heç bir yerində hökümət əleyhinə üsyan qaldırmağa icazə verilmir. İslam höküməti də bu işi görən kəsin fəaliyyətini qəbul etmir.

Biz, ümumilikdə bütün dünya bərəsində eyni formada danışırıq və dünyanın hər yerində hökümət əleyhinə görülən intriqaların qəbul edilmədiyini söyləyirik. “İrtidad”ın isə islami hökümətlərdə nizama qarşı intriqa olduğuna inanırıq. Ona görə də, heç bir zaman qəbul oluna bilməz. Əgər bir insan sənətini dəyişsə, məsələn, çönüb sərraf olsa, o zaman islamı hədəfə almış sayılmaz, və ya kimsə xanımına talaq versə, evini dəyişdirsə, yenə də dini hədəfə almış sayılmaz. Amma əqidəsini dəyişərsə və sakit durmayıb bunu yaymağa çalışarsa, deməli, artıq islamı və onun inancını hədəf almışdır.

2. Dünyada baş verən fəsad çox hallarda yəhudilər tərəfindəndir.

“İrtidad” Peyğəmbərin zamanında yəhudilərin planları idi. Yəhudilər uşaqlarını öyrədirdilər ki, Peyğəmbərin yanına gedib “la ilahə illəllah” – desinlər, öz dinlərindən dönüb müsəlman olduqlarını söyləsinlər və bir müddət Peyğəmbərlə namaz qılsınlar. Lakin müəyyən müddətdən sonra ard-arda İslamı bəyənmədiklərini və köhnə dinlərinə geri döndüklərini söyləsinlər. Daha sonra islama qarşı anti-təbliğatla məşğul olaraq digərlərini də dindən döndərmək uğrunda cəhd etmələrini tapşırırdılar.

Quran deyir:

وَ قالَتْ طائِفَةٌ مِنْ أَهْلِ الْكِتابِ آمِنُوا بِالَّذى أُنْزِلَ عَلَى الَّذينَ آمَنُوا وَجْهَ النَّهارِ وَ اكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ

“Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: “İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)”.11

Bu şəkildə edilən təbliğatlar həm peyğəmbərin zamanında, həm ondan sonra olmuş və indi də davam etməkdədir. Quran belələri barədə buyurur:

وَ مَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دينِهِ فَيَمُت وَهُوَ كافرٌ فَأُولئِكَ حَبِطَتْ أَعْمالَهُمْ فِى الدُّنْيا والآخِرَةِ وَأُولئِكَ أَصْحابُ النّارِ هُمْ فِيها خالِدُونَ

“Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”.12

Peyğəmbər də bu növ təbliğatların qarşısını almaq məqsədi ilə buyurmuşdur:

مَنْ بَدَّلَ دِينَهُ فَاقْتُلُوهُ

“Dinini dəyişdirəni öldürün”.13

Bu hədisi sünnilər də nəql etmişlər. Əgər Peyğəmbər bu fitnənin qarşısını almasaydı, şübhəsiz ki, sadə müsəlmanların qəlbində mənfi iz buraxacaqdı. Əgər yüzlərlə yəhudi gənclərinin Peyğəmbərin arxasında namaz qılmalarını, İslami şüarları səsləndirdikdən sonra İslam əleyhinə şüarlar səsləndirmələrini və İslamın süst bir din olduğunu söylədiklərini görsəydilər, şübhəsiz ki, bu hal ənsar və mühacir gənclərinə mənfi təsir edəcəkdi.

3. “İrtidad” azadlığa qarşıdır və bir növ ümumi kütlənin hüquqlarını pozmaqdır.

Birinci nəticədə mürədliyin hökümət əleyhinə intriqa olduğunu qeyd olundu. Burada isə “irtidad”-ın ümumi kütlənin hüququnu pozmaq olduğunu deyirik. Çünki ümumi kütlə islam quruluşunu qəbul etmiş və islam hökümətinə səs vermişdir. İndi əgər bir nəfər mürtəd olarsa və bunu yaymağa çalışarsa, bu o deməkdir ki, həmin şəxs əslində ümumi kütlənin istəyini zəyiflətməyə çalışır.

Dünyanın hər yerində ümumi kütlənin hüquqlarına hörmət edilir və bu çərçivədə fərdlər azaddırlar. İslam da kütlənin və fərdlərin hüquqlarının toxunulmaz olduğunu deyir, lakin bir şərtlə ki, öz xöşbəxtliyinə zərbə vurmasın. Deməli, bizimlə qərbin arasında olan fərq budur ki, qərb azadlıq üçün yalnız bir şərti qəbul edir və “azadsınız, lakin ümumi kütlənin hüquqlarına təcavüz etməyin” – deyir. Biz isə deyirik ki, azadsınız, bu şərtlə ki, ümumu kütlənin, həmçinin öz hüquqlarınıza təcavüz etməyin. Məsələn, intihar etmək və şərabxorluq haramdır. Çünki fərdin xoşbəxtliyinə mane olur.

4. Cəmiyyətin xeyri fərdin xeyrindən öndədir

Bütün dünyada cəmiyyətin xeyrinin fərdin xeyrindən öndə olduğunu deyirlər. Bu, özlüyündə ümumi bir məsələdir. Bizim ölkədə az-çox bu məsələ müzakirə olunur. Məsələn, şəhərin genişlənməyə ehtiyacı vardır. Ona görə də gözəl küçələr salınmalıdır. Fərdi məsləhət deyir ki, bu ev mənimdir, niyə dağıdırsınız? Lakin cəmiyyətin xeyri və məsləhəti həmin evi dağıtmağı lazım bilir. Ona görə də dövlət hər iki hüququ nəzərə almalı və ev sahiblərinə bazar qiymətinə uyğun gərəkən kompensasiyanı verməlidir.

5. “İrtidad” bir növ geridə qalmışlıqdır. Əgər mürtəd kamil bir din arxasınca gedərsə, bunun eybi yoxdur (başadüşüləndir). Amma mürtədin gedib zərduşt dininə etiqad bəsləməsi və oda sitayiş etməsi qəbul edilməzdir.

Xristianlığa geri dönüş də özlüyündə geridəqalmışlıqdır. Bir məsihi deyir ki, Allah yanvarda doğulmuşdur dünyaya gələn Məsih də Allahdır. Onlara görə Məsih peyğəmbər deyil. "Əl-Müncid"-də Məsihin cismə bürünmüş Allah olduğu qeyd olunmuşdur. Əgər Tanrı tanrıdırsa, o zaman dünyaya gəlməyinin nə mənası vardır? Məhz buna görə islam bu cür geridəqalmışlığa icazə vermir.

6. Günümüzün “irtidad”-ları siyasidir, bir başqa ifadəylə, dollar və rial “irtidad”-larıdır.

Əziz cavanlar! Möhtərəm müəllim və tələbələr! Bu gün dünyada siyaysi irtidadlar mövcuddur. İmperialist qüvvələr pul verərək gəncləri mürtəd edirlər ki, bununla siyasi oyun oynasınlar. Günümüzün “irtidad”-ları həqiqi deyil, siyasidir, eynən Peyğəmbərin zamanındakı yəhudilərin “irtidad”-ları kimidir. Əlbəttə, onların, ilk öncə etdikləri “irtidad” siyası, daha sonra etdikləri həqiqi idi. Lakin qeyd olunan güclərin etdikləri “irtidad”-lar elə əvvəldən siyasidir.

________________________________________________

1 Bəqərə surəsi, 256-cı ayə

2 Məcməül-bəyan, c.1, səh.630,

3 Məcməül-bəyan, c.1

4 Üsuli-Kafi, "əql və cəhl" kitabı, hədis 11

ما بعث الله نبياً ولا رسولاً حتى يَستَكمل له العقل و يَكون عَقلُه أفضل مِن عُقُولِ جَميعِ امّته

5 Kəhf surəsi, 29-cu ayə

6 Nəhl surəsi, 126-cə ayə

7 Ən-Nəsr surəsi, 2-ci ayə

8 Bəqərə surəsi, 111-ci ayə

9 Əs-Sünən, Əbi Davud, c.1, səh.591

حَدَّثنا أسامة بن زيد، قال: بعثنا رسول الله (صلى الله عليه وآله وسلم) سرية إلى الحرقات، فنذروا بنا، فهربوا، فأدركنا رجلا، فلما غشيناه قال: لا إله إلا الله، فضربناه حتى قتلناه، فذكرته للنبى (صلى الله عليه وآله وسلم) فقال: «من لك بلا إله إلا الله يوم القيامة؟» فقلت: يا رسول الله، إنما قالها مخافة السلاح، قال:- - «أفلا شققت عن قلبه حتى تعلم من أجل ذلك قالها أم لا؟ من لك بلا إله إلا الله يوم القيامة؟» فما زال يقولها حتى وددت أنى لم أسلم إلا يومئذ

10 Bu ifadənin Yezid ibn Müaviyyə tərəfindən deyildiyi nəql edilir. Ət-Tarix ət-Təbəri, Muhəmməd ibn Cərir, c.8, səh.188, əl-Bidayətu vən-Nihayə, İbn Kəsir, c.8, səh.246, Darun ihya ət-turasul ərəbi, Beyrut, 1408-ci h.q ili

11 Ali-İmran surəsi, 72-ci ayə

12 Bəqərə surəsi, 217-ci ayə

13 Əl-Müstədrəkul-Vəsail, c.18, səh.163

Ayətullahül-üzma Şeyx Cəfər Sübhani

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!