Şübhələrə cavab » Hüdeybiyyə sülhü (şübhələrə cavab)

Hüdeybiyyə sülhünün qısa tarixi

[pagename:Hüdeybiyyə sülhünün qısa tarixi|Bəhsin mövzusu və hadisənin qabardılmasının 1-ci səbəbi|Əmr və onun məna növləri|Peyğəmbərin (s) əmrindəki qeydlər|Hadisənin qabardılmasının 2-ci səbəbi|Hadisənin qabardılmasının 3-cü səbəbi|Peyğəmbərin (s) "saçlarınızı qırxın" əmri]

Bismillahir-rəhmanir-rəhim

Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd

Müsəlmanların müharibələrdə qələbə çalması, düşmənlərin, xüsusilə Bəni-Müstələq qəbiləsinin məğlubiyyətə uğraması və Həzrət Peyğəmbərə (s) iman gətirmələri Qureyşi bərk qorxutmuşdu. Həzrət Peyğəmbər (s) hicri 7-ci ilin Zilqədə ayında müsəlmanlardan ibarət min dörd yüz nəfərlə Kəbəni ziyarət etmək məqsədi ilə Mədinədən Məkkəyə yola düşdü. Zül-hüləyfə adlı bir yerdə ehram bağladılar. Bu səfərin mənəvi və ibadi nöqteyi-nəzərindən əlavə, əhəmiyyətli dəyəri var idi. Bu vəziyyət müsəlmanların Ərəbistan yarımadasında mövqelərinin yaxşılaşması demək idi.

Qureyşlər Peyğəmbərin (s) hərəkətindən xəbərdar olduqları vaxt Məkkəyə girməklərinə əngəl olacaqlarına dair bütlərə and içərək Xalid ibn Vəlidi iki yüz atlı ilə birlikdə onların qabağını almaq üçün müsəlmanların üstünə göndərdilər.

Peyğəmbər (s) toqquşma baş verməsin deyə, kəsə yoldan gedərək Hüdeybiyyə ərazisinə çatdı. Peyğəmbər (s) əvvəlcə bir neçə elçi göndərdi ki, Qureyşə onlarla müharibə etmək fikrində olmadıqlarını və müsəlmanların məqsədinin ancaq həcc mərasimini yerinə yetirmək olduğunu bildirsinlər. Lakin onlar Peyğəmbərin (s) göndərdiyi qasidlər (xəbər gətirənlər) ilə yaxşı rəftar etmədilər. Onların rəftar və hərəkətlərindən fikirlərinin yalnız müharibə etmək olması aydınlaşdı.

Həzrət Peyğəmbər (s) bir ağacın altında əshabından yenidən beyət aldı. Onların hamısı Peyğəmbərə (s) söz verdilər ki, son nəfəslərinə kimi öz hədəflərinə bağlı qalacaqlar. Qureyşlər əhvalatı öyrənəndən sonra qorxub Süheyl adlı bir nəfəri Peyğəmbərlə (s) sülh müqaviləsi imzalamaqdan ötrü Həzrət Muhəmmədin (s) yanına göndərdilər.

Onların istəyi bu idi ki, müsəlmanlar bu il Məkkəyə daxil olmaqdan vaz keçərək geri qayıtmalı, gələn il isə silahsız gəlməlidirlər. Qureyş isə müsəlmanların dini mərasimlərinə şərait yaradaraq, onların mal və canlarını qoruyacaqlar.

Müsəlmanlardan bəziləri isə Məkkənin fəthinə zəmin yaradan bu müqavilənin parlaq gələcəyini hələ anlaya bilməmişdilər. Lakin bütün bunlara baxmayaraq Qureyş beş maddədən ibarət sülh müqaviləsini imzaladı. Dediyimiz kimi, müsəlmanlardan bəzisi narahat olub Peyğəmbərə (s) etiraz etdilər. Müqavilənin maddələrindən biri bu idi: "Əgər Məkkə müsəlmanlarından biri Mədinəyə pənah gətirərsə, Qureyşə geri qaytarılacaq". Onlar belə güman edirdilər ki, bu iş müsəlmanlar üçün zillət və alçaqlıq gətirəcəkdir.

Peyğəmbər (s) bu barədə çıxış edərək onların cavabını verdi.

İmam Sadiq (ə) bu sülh müqaviləsinin dəyəri haqda belə buyurub: "Həzrət Peyğəmbərin (s) həyatında heç bir hadisə Hüdeybiyyə müqaviləsindən xeyirli olmayıb."

[page]

Bəhsin mövzusu və hadisənin qabardılmasının 1-ci səbəbi

Bəzi hədislərdə (aşağıda qeyd ediləcək) nəql olunmuşdur ki, Hüdeybiyyə sülhündə sözləşmə yazılarkən Peyğəmbər (s) İmam Əliyə (ə) əmr edir ki, “bu Allahın Rəsulu Muhəmmədlə müşriklər arasında olan sözləşmədir”- deyə yazsın. Bu zaman müşriklər etiraz edərək “biz səni Allahın rəsulu olaraq qəbul etsəydik, səninlə vuruşmazdıq. Ona görə də Muhəmməd bin Abdullah yaz”-deyirlər. Peyğəmbər (s) İmam Əliyə (ə) “Allahın Rəsulu” sözünü silməyi əmr edir. Lakin İmam (ə) bu sözü silməkdən imtina edir. Nəticədə Peyğəmbər (s) özü həmin yazını silir.

Bu hadisənin həqiqətə nə qədər uyğun olub-olmadığı haqqında bir qədər sonra söhbət açacağıq. Lakin bəziləri bu hadisəni əldə əsas tutaraq İmam Əlinin (ə) məsum olmadığını iddia edirlər. Yəni deyirlər ki, “gərək burada İmam Əli (ə) Peyğəmbərin (s) əmrinə tabe olardı. Lakin məlum olduğu kimi Əli bin Əbu Talib (ə) Peyğəmbərin (s) əmrinə tabe olmayaraq xəta etmişdir. Deməli o, məsum deyildir.”

Nəticə etibarı ilə bəhsimizin mövzusu budur ki, həmin hadisə İmam Əlinin (ə) məsumluğu ilə ziddir ya yox?

Əhli-sünnə mənbələrindən hadisəni nəql edən hədislər:

Məsələni tam şəkildə araşdırmaq üçün ilk öncə əhli-sünnə mənbələrindən həmin hadisəni nəql edən bəzi hədisləri qeyd edirik.

1-ci hədis:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، قَالَ : سَمِعْتُ الْبَرَاءَ بْنَ عَازِبٍ رَضِيَ اللَّهُ عَنْهُمَا ، قَالَ لَمَّا صَالَحَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَهْلَ الْحُدَيْبِيَةِ كَتَبَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ بَيْنَهُمْ كِتَابًا ، فَكَتَبَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، فَقَالَ الْمُشْرِكُونَ : لَا تَكْتُبْ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، لَوْ كُنْتَ رَسُولًا لَمْ نُقَاتِلْكَ ، فَقَالَ لِعَلِيٍّ : امْحُهُ ، فَقَالَ عَلِيٌّ : مَا أَنَا بِالَّذِي أَمْحَاهُ ، فَمَحَاهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ

Bəra bin Azib deyir: Allahın Rəsulu (s) Hüdeybiyyə camaatı ilə sülh bağlayan zaman Əli bin Əbu Talib (ə) onlar (Peyğəmbər (s) və müşriklər) arasında katiblik etdi. O (İmam Əli ə.s.) sözləşmədə “Allahın Rəsulu Muhəmməd” yazdıqda müşriklər dedi: “Allahın Rəsulu Muhəmməd yazma. (Ya Muhəmməd) əgər sən Allahın rəsulu olsaydın, biz səninlə döyüşməzdik.” (Peyğəmbər s.ə.a.) Əliyə (ə) dedi: “Sil o yazını.” Əli (ə) dedi: “Mən onu silən deyiləm.” Bu zaman Peyğəmbər (s) özü həmin yazını əlləri ilə sildi...

Əl-Buxari, “əs-Səhih”, səh.360, hədis 2698; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

2-ci hədis:

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى ، عَنْ إِسْرَائِيلَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ رَضِيَ اللَّهُ عَنْهُ ،... قَالَ فَلَمَّا كَتَبُوا الْكِتَابَ كَتَبُوا هَذَا مَا قَاضَى عَلَيْهِ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، فَقَالُوا : لَا نُقِرُّ بِهَا ، فَلَوْ نَعْلَمُ أَنَّكَ رَسُولُ اللَّهِ مَا مَنَعْنَاكَ ، لَكِنْ أَنْتَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ ، قَالَ : أَنَا رَسُولُ اللَّهِ ، وَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ ، ثُمَّ قَالَ لِعَلِيٍّ : امْحُ رَسُولُ اللَّهِ ، قَالَ : لَا ، وَاللَّهِ لَا أَمْحُوكَ أَبَدًا ، فَأَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْكِتَابَ ، فَكَتَبَ هَذَا مَا قَاضَى عَلَيْهِ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ

Bəra bin Azib deyir: ...(Peyğəmbər (s) və müşriklər arasında) sözləşmə yazılarkən belə qeyd olundu: “Bu Allah Rəsulu Muhəmmədin (müşriklərlə) etdiyi sözləşmədir.” Bu zaman müşriklər dedi: “Biz bunu qəbul etmirik. Əgər sənin Allah Rəsulu olduğunu bilsəydik (Məkkəyə daxil olmağına) mane olmazdıq. Lakin sən Abdullahın oğlu Muhəmmədsən.” Peyğəmbər (s) buyurdu: “Mən Allahın Rəsuluyam və mən Abdullahın oğlu Muhəmmədəm.” Sonra Əliyə (ə) dedi: “Allahın Rəsulu sözünü sil.” (İmam Əli ə.s.) dedi: “And olsun Allaha mən səni (sənin adını) heç vaxt silmərəm.” Peyğəmbər (s) sözləşməni götürdü və belə yazdı: “Bu Muhəmməd bin Abdullahın (müşriklərlə) etdiyi sözləşmədir.”

Əl-Buxari, “əs-Səhih”, səh.578, hədis 4251; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

3-cü hədis:

عن البراء ... قال لعلي اكتب الشرط بيننا بسم الله الرحمن الرحيم هذا ما قاضى عليه محمد رسول الله فقال له المشركون لو نعلم أنك رسول الله تابعناك ولكن اكتب محمد بن عبد الله فأمر عليا أن يمحاها فقال علي لا والله لا أمحاها فقال رسول الله صلى الله عليه وسلم أرني مكانها فأراه مكانها فمحاها وكتب ابن عبد الله

Bəradan nəql olunur: ... Peyğəmbər (s) Əliyə dedi: “Bizim (müşriklərlə) aramızda olan şərtləşməni yaz: (Yaz ki) “Rəhman və Rəhim Allahın adıyla. Bu Allahın Rəsulu Muhəmmədin (müşriklərlə) etdiyi sözləşmədir.” Bu zaman müşriklər dedilər: “Əgər biz sənin Allahın rəsulu olduğunu bilsəydik, sənə tabe olardıq. Lakin (sən peyğəmbər deyilsən, elə isə) Abdullahın oğlu Muhəmməd yaz.” Peyğəmbər (s) Əliyə (ə) əmr etdi ki, o sözü silsin. Əli (ə) isə Peyğəmbərə (s) belə dedi: “Xeyr. And olsun Allaha mən o yazını silməyəcəyəm.” Peyğəmbər (s) buyurdu: “Həmin yazının yerini mənə göstər.” (İmam Əli ə.s.) yazının yerini göstərdi. Peyğəmbər (s) yazını sildi və yerinə “Abdullahın oğlu” yazdı.

Müslim ibn əl-Həccac, “əs-Səhih”, səh.742, hədis 92 – (1783); Beytul-Əfkar, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998

Hələlik bu qədər hədislə kifayətlənirik. Allah təbarəkə və təalanın lütfü ilə araşdırmamız əsnasında digər hədislərə də toxunacağıq.

[page]

Əmr və onun məna növləri

Qeyd etdiymiz hədislərdən məlum olduğu kimi, Peyğəmbər (s) İmam Əliyə (ə) yazını silməyi əmr edir. İmam (ə) isə Peyğəmbərin (s) bu əmrinə tabe olmayaraq yazını silməyəcəyini bildirir. İddiaçıların şübhəsinə əsasən İmam (ə) Peyğəmbərin (s) əmrinə boyun əyməyərək xəta edir. Bu isə, o Həzrətin (ə) məsum olmaması deməkdir.

Məsələnin həqiqətini anlamaq üçün ilk öncə əmrin mənalarını araşdırmaq labüddür. Yəni görəsən əmr hər zaman vacibimi bildirir yoxsa onun başqa mənaları da var? Başqa sözlə əmrə tabe olmamaq hər zaman günah və xətadır ya yox?

Bunun üçün qarşı tərəfin bir “üsuli-fiqh” kitabından əmr və onun mənaları haqqında sitat gətirək ki, onların bu hadisədə İmam Əli (ə) haqqında dediklərinin öz kitabları ilə nə dərəcədə uyğun olub-olmadığı məlum olsun.

Əhli-sünnənin məşhur fiqh və üsuli-fiqh alimi Əbu-Bəkr əl-Cəssas “əl-Fusul fi əl-Usul” kitabında yazır:

اختلف أهل العلم في ذلك فقال قائلون الذي يفيده هذا اللفظ عند الاطلاق الدلالة على حسن المأمور به كونه مرغبا فيه ولا يصرف إلى الإيجاب ولا الإباحة إلا بدلالة وقال آخرون هو على الإباحة حتى يثبت الندب أو الإيجاب وقال آخرون اللفظ محتمل للإيجاب والندب والإباحة فهو موقوف الحكم حتى تقوم دلالة من غيره على المراد به وقال آخرون هو على الإيجاب حتى تقوم الدلالة على غيره وهو مذهب أصحابنا وإليه كان مذهب شيخنا أبي الحسن

Elm əhli bu məsələdə (əmrin dəlalətində) müxtəlif nəzərlərə sahib olmuşlar. Bəziləri deyir ki, bu söz (əmr) mütləq (hər hansı qeyd və şərt) olmadan işlədildikdə əmr olunmuş əməli yerinə yetirməyin yaxşı və arzulanan bir iş olduğuna dəlalət edir. Amma (bu cür əmrin) vaciblik və ya mübahlıq mənasını verdiyini yalnız (əlavə bir) dəlilin (qeydin) olduğu təqdirdə deyə bilərik. Digərləri isə belə deyir: O (hər hansı qeyd və şərt olmadan işlənən əmr), vacibliyi yaxud müstəhəbliyi sabit olmayanadək mübahlığı bildirir. Bəziləri isə belə deyir: Bu sözdə (mütləq əmrdə) vaciblik, müstəhəblik və mübahlıq ehtimalları var. Ona görə də bu sözün mənası haqqında bir dəlil (qeyd) ələ gələnədək hökmdə təvəqqüf edilməlidir. Digər bir dəstə isə belə deyir: Əgər digər mənalara (müstəhəblik və mübahlığa) dəlil yoxdursa bu söz vacibliyi bildirir. (əl-Cəssas deyir) Bu (sonuncu) bizim əshabın nəzəridir və ustadımız Əbul-Həsənin nəzəri də bu olmuşdur.

Əbu-Bəkr əl-Cəssas, "əl-Fusul fi əl-Usul", cild 2, səh 85; Vəzaratul-Əvqaf, Küveyt, 1414/1994

Əl-Cəssasın yazdığını bir qədər izah edək. Məsələ budur ki, heç bir qeyd və şərt olmadan mütləq şəkildə işlənmiş əmr nəyə dəlalət edir? Vacibliyə, müstəhəbliyə ya mübahlığa?

Mütləq əmr.

İlk öncə mütləq əmrin nə olduğunu izah edək. Mütləq əmr odur ki, əmr edən heç bir qeyd və şərt olmadan yalnız əmr mənasını bildirən bir söz işlədir. Məsələn, ağa öz quluna “mənə su gətir”-deyə əmr edir. Bu cümlədə sadəcə “gətir” əmri işlənmişdir. Burada əmrin vacib, müstəhəb yaxud mübah mənasında olmasına dair heç bir əlavə qeyd və dəlil yoxdur. Lakin, əgər ağa öz quluna “mənə hökmən tez bir zamanda su gətir” desə, cümlədəki “hökmən” və “tez bir zamanda” sözlərindən əmrin vacib mənada olduğunu anlayarıq. Yaxud ağa “yaxşı olar ki, mənə su gətirəsən” desə, “yaxşı olar ki” sözünün (qeydinin) köməyi ilə əmri yerinə yetirməyin vacib olmadığını başa düşərik. Birinci misaldakı əmr mütləq əmrdir. Yəni əmrin müstəhəb, mübah yaxud vacib mənasında olduğunu bildirən heç bir əlavə qeyd işlədilməmişdir. Alimlər arasında ixtilafa səbəb olan məhz bu cür əmrlərdir. Vacibliyinə, müstəhəbliyinə yaxud mübahlığına hər hansı bir qeydin (dəlilin) olduğu əmrlərdə isə heç bir ixtilaf yoxdur.

Qeydli əmr.

Yuxarıdakı izahımızdan məlum oldu ki, əmrin hansı mənada işlənməsinə dair qeyd olarsa, ona qeydli əmr deyilir. Yəni həmin qeydin vasitəsiylə əmrin hansı mənada olduğu başa düşülür. Burada mühüm bir məsələni diqqətinizə çatdıraq ki, qeydlər iki cür ola bilər. Bəzi qeydlər söz formasında olur. Yuxarıda vurduğumuz misalların ikinci və üçüncüsündə qeydlər söz formasında işlədilmişdir. Bəzi qeydlər isə, söz formasında olmur. Bu cür qeydlər hal və şəraitdən başa düşülür. Məsələn, fərz edək ki, düşmən ağa və onun qulunu təqib edir. Təqib zamanı ağa yaralanır və bu vəziyyətdə onun hərəkəti çətinləşir. Bu zaman ağanın öz quluna yazığı gəlir və ona belə deyir: “Sən get! Mən burada qalıram.” Sırf cümlənin özünə baxsaq “get” əmrinin hansı mənaya dəlalət etməsi haqda heç bir qeyd yoxdur. Lakin, qul (hər bir ağıllı insan kimi) başa düşür ki, ağa bu əmri ona yazığı gəldiyi üçün deyir. Çünki yaralandığı üçün hərəkəti çətinləşib deyə düşmən tez bir zamanda onlara yetişib hər ikisini öldürə bilər. Bu hal və şəraiti nəzərə alaraq qul başa düşür ki, ağanın bu əmrinə tabe olmaq vacib deyil. Əksinə ağanın yanında qalıb ona kömək etsə və düşmənlə vuruşub ağasını qorusa daha təqdirə layiq olar. Deməli qeydlər hər zaman söz formasında olmur, yəni qeydlər bəzən hal və şəraitdən də anlaşıla bilər.

Bunu da qeyd edək ki, əgər əmr olunan şəxs biz deyiliksə hal və şəraitdən anlaşılan qeydlər bəzən bizə məlum olmaya bilər. Çünki burada əsas məqsəd həmin qeydin əmr olunan şəxsə məlum olmasıdır. Çünki əmr bizə aid deyilsə, əmr edənin qeydi (istər sözlə istərsə də şəraitlə) bizə başa salması da vacib deyildir.

Mütləq əmr barədə olan nəzərlərin izahı.

Əl-Cəssasın yazdığına əsasən mütləq əmrin mənası haqqında aşağıdakı fikir ayrılıqları mövcuddur:

1. Əgər əmr mütləqdirsə, yəni onun hansı mənada olduğunu bildirən heç bir qeyd və dəlil (istər söz formasında, istərsə də hal və şəraitdən anlaşılan qeyd) yoxdursa bu zaman əmrə tabe olmaq yaxşıdır və bəyəniləndir.

2. Əmrin vacib yaxud müstəhəb mənasında olmasını bildirən heç bir qeyd və dəlil yoxdursa, bu o deməkdir ki, həmin əmr mübah mənasındadır. Yəni əmr olunan şəxs o əmrə tabe olmasa da heç bir eybi yoxdur.

3. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, təvəqqüf edilməlidir. Yəni mütləq əmrin hansı mənada olmasını deyə bilmərik. Yalnız o zaman deyə bilərik ki, ortada hər hansı qeyd və dəlil olsun.

4. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, bu zaman o, vaciblik mənasını ifadə edir. Yəni mütləq əmrə tabe olmaq vacibdir. Əgər tabe olunmasa günah və xətaya yol verilmişdir.

Peyğəmbərin (s) İmam Əliyə (ə) “yazını sil”-deyə əmr etməsi

İndi isə, Peyğəmbərin (s) Hüdeybiyyədəki əmri barədə danışaq. İddiaçılar deyir ki, İmam Əli (ə) gərək Peyğəmbərin (ə) əmrinə tabe olardı. Yəni Peyğəmbərin (s) əmrinə tabe olmaq vacibdir. İmam (ə) isə əmrə tabe olmamaqla xətaya yol vermişdir.

Yuxarıda əl-Cəssasın kitabından əmrin mənası haqqında dörd fərqli nəzər qeyd etdik. İndi isə haqqında danışdığmız “yazını silmə” şübhəsinə hər bir bəndə uyğun olaraq icmali şəkildə cavab verək.

1. Əgər əmr mütləqdirsə, yəni onun hansı mənada olduğunu bildirən heç bir qeyd və dəlil (istər söz formasında, istərsə də hal və şəraitdən anlaşılan qeyd) yoxdursa bu zaman əmrə tabe olmaq yaxşıdır və bəyəniləndir.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Əvvəla bu bəndə əsasən İmam Əli (ə) ən azından günah etməmişdir. Çünki burada Peyğəmbərin (s) əmrinin mütləq olduğunu qəbul etsək, gərək deyək ki, Peyğəmbərin (s) əmrinə tabe olmaq vacib yox, yaxşıdır. Tabe olmamağın isə heç bir günahı yoxdur.

Əlbəttə bu dediymiz o hala aiddir ki, əmr mütləq olsun və əmr edilən şəxs istər sözdən istərsə də şəraitdən heç bir qeyd başa düşməmiş olsun. Amma əsas diqqət ediləsi məqam budur ki, əmr edənin və əmr olunanın kim olduqlarına nəzər yetirək. Əmr edən “elmin şəhəri”, əmr olunan isə “elm şəhərinin qapısıdır.” Həmçinin əmr edən və əmr olunan üz-üzədir, yəni bizlər kimi aralarında 1400 illik fasilə yoxdur. Belə bir halda necə mümkün ola bilər ki, əmr olunan şəxs əmr edən şəxsin əmrindəki qeydləri başa düşməmiş olsun?! Sözsüz ki, başa düşmüşdür və əmrin hansı növ əmrdən olduğunu çox yaxşı anlamışdır və buna uyğun da əməl etmişdir.

Xülasə! Bu bəndi qəbul edənlər İmam Əlinin (ə) xəta və günah etdiyini deyirlərsə gərək əmrin vacib mənasında olduğunu sübut edən qeydi göstərsinlər. Belə bir qeyd isə yoxdur. Əksinə, əmrin mübah mənasında olduğunu deyən qeydlər var (bu barədə bir qədər sonra söhbət açacağıq).

2. Əmrin vacib yaxud müstəhəb mənasında olmasını bildirən heç bir qeyd və dəlil yoxdursa, bu o deməkdir ki, həmin əmr mübah mənasındadır. Yəni əmr olunan şəxs o əmrə tabe olmasa da heç bir eybi yoxdur.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Bu bəndə əsasən İmamın (ə) xəta etdiyini deyənlər gərək əmrin vacib mənasında olduğunu deyən qeydi göstərsinlər. Əgər belə bir qeyd yoxdursa gərək qəbul etsinlər ki, İmamın (ə) burada əmrə tabe olmağı mübah idi. Yəni vacib deyildi.

3. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, təvəqqüf edilməlidir. Yəni mütləq əmrin hansı mənada olmasını deyə bilmərik. Yalnız o zaman deyə bilərik ki, ortada hər hansı qeyd və dəlil olsun.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Məlum olduğu kimi İmam (ə) bu məsələdə təvəqqüf etməmişdir. Deməli əmrin hansı mənada olduğunu (ki o da mübahlıqdır) başa düşmüşdür və ona uyğun da əməl etmişdir. Əksini deyənlər isə gərək, vaciblik qeydini göstərsinlər və burada əmrin vacib mənada olduğunu sübut etsinlər.

4. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, bu zaman o, vaciblik mənasını ifadə edir. Yəni mütləq əmrə tabe olmaq vacibdir. Əgər tabe olunmasa günah və xətaya yol verilmişdir.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Yuxarıda da qeyd etdiymiz kimi, mümkün deyil ki, İmam (ə) əmrin hansı mənada olduğunu başa düşməmiş olsun. Yəni biz deyirik ki, İmam (ə) Peyğəmbərin (s) əmrindəki mübahlıq mənasını ifadə edən qeydləri anlamış və ona uyğun da əməl etmişdir. Yəni bu bəndə əsasən əmrin heç bir qeydi yoxdursa o, vacib mənasındadır. O zaman biz deyirik ki, əmrin mübah mənasında olmasına dair qeydlər var. Deməli bu əmrə tabe olmamaq günah və xəta deyildir.

Nəticə: Hər bir halda sözümüz budur ki, burada Peyğəmbərin (s) əmri vacib yox, mübah mənasındadır. Belə olduğu təqdirdə isə, həmin əmrə tabe olmamaq heç bir eyb və nöqsana səbəb olmur. İndi isə Peyğəmbərin (s) əmrində mübahlıq mənasını ifadə edən qeydlər barədə danışaq.

Peyğəmbərin (s) əmri mübah mənasında idi

İlk öncə bunu deyən bir neçə əhli-sünnə alimindən sitat gətirək.

Belə ki, Bədrud-din əl-Eyni “Səhih əl-Buxari” kitabına yazdığı “Ümdətu əl-Qari” adlı şərhində belə deyir:

وقول علي، رضي الله تعالى عنه : ما أنا بالذي أمحاه، ليس بمخالفة لأمر رسول الله، صلى الله عليه وسلم لأنه علم بالقرينة أن الأمر ليس للإيجاب.

“Əlinin (ə) “mən bu yazını silən deyiləm” sözü Peyğəmbərin (s) əmrinə qarşı çıxmaq deyildir. Çünki o, (İmam Əli ə.s.) əmrin vaciblik mənasında olmadığını qərinə (bizim yuxarıda danışdığımız qeyd) vasitəsilə bilirdi.”

Bədrud-din əl-Eyni, “Umdətu əl-Qari”, cild 13, səh 275; Darul-fikr, Beyrut

Əhməd əl-Qəstəlani “əl-Məvahibu əl-Lədunniyyə” kitabında bu hadisəni izah edərkən belə deyir:

قال العلماء: وهذا الذي فعله علي من باب الأدب المستحب، لأنه لم يفهم من النبي صلى الله عليه وسلم تحتم محو على نفسه، ولهذا لم ينكر عليه، ولم حتم محوه لنفسه لم يجز لعلي تركه انتهى.

“Alimlər deyir: Əlinin (ə) etdiyi bu əməl müstəhəb olan ədəbdən idi. Çünki Peyğəmbərin (s) bu əmrindən yazını hökmən Əlinin (məhz) özünün silməyi başa düşülməmişdi. Buna görə də (Peyğəmbər s.ə.a.s.) onu (İmam Əlini ə.s.) pisləmədi. Əgər onun (İmam Əlinin ə.s.) məhz özünə silməyi vacib etsəydi, Əliyə (ə) bu işi tərk etmək caiz olmazdı.”

Əhməd əl-Qəstəlani, “əl-Məvahibu əl-Lədunniyyə”, cild 1, səh.497; əlMəktəbətul-İslami, Beyrut/Dəməşq, 1425/2004; təhqiq: Salih Əhməd əş-Şami

Yenə də məşhur əhli-sünnə alimi Yəhya ən-Nəvəvi “Səhih əl-Müslim” kitabına yazdığı şərhdə əl-Qəstəlaninin kitabından nəql etdiymiz fikri eynilə qeyd edir və dəstəkləyir. (Bax: “əl-Minhac fi şərhi Səhih Müslim”, cild 12, səh189)

Gördüyünüz kimi Eyni, Nəvəvi və Qəstəlani kimi əhli-sünnə alimləri İmam Əlinin (ə) bu hadisədə əsla xəta etmədiyini deyirlər. Hətta Nəvəvi və Qəstəlani bu əməlin müstəhəb bir ədəb olduğunu deyir. Yəni İmamın (ə) yazını silməməyi nəinki itatətsizlik deyildi, hətta bəyənilən bir ədəb-əxlaq nümunəsi idi. Əl-Eyni isə açıq-aşkar yazır ki, Peyğəmbərin (s) əmrində qeydlər var idi ki, həmin qeydlərin vasitəsiylə İmam Əli (ə) əmrin vacib olmadığını başa düşmüşdür.

Beləliklə, bu alimlər əmrin vacib olmadığını, yəni bu əmrə qarşı çıxmağın itaətsizlik olmadığını deyirlər. Bunu da qeyd edək ki, Qəstəlaninin yazdığından belə məlum olur ki, bir çox əhli-sünnə alimləri də bu fikirdədirlər. Çünki Qəstəlani əmrin vacib olmadığını izah edərkən “alimlər belə deyir...”-deyə qeyd edir.

[page]

Peyğəmbərin (s) əmrindəki qeydlər

Əvvəla bunu deyək ki, əmrin hansı mənanı ifadə etdiyini ən yaxşı əmr edən və əmr olunan şəxs bilər. Çünki əmr verən şəxsin əsas məqsədi budur ki, məhz əmr olunan şəxs onun mənasını başa düşmüş olsun. Digər insanların başa düşməsi isə vacib deyildir. Ona görə də əmr verən şəxs əmri elə tərz və şəraitdə verir ki, onun mənasını ən əsas əmr olunan şəxs başa düşür. Digərlərinin başa düşməsinin isə əhəmiyyəti yoxdur. Bu səbəbdən də əmrin hansı mənanı ifadə etməsini əmr olunan şəxs digərlərindən daha yaxşı bilir.

Bu hadisədə əmr edən Peyğəmbərdir (s). Şəkk və şübhə yoxdur ki, Peyğəmbər (s) boş və mənasız yerə söz işlətməz. Hər hansı bir kəsə, nəsə bir söz desə onu elə tərz və şəraitdə deyər ki, qarşı tərəf onun mənasın doğru-dürüst anlamış olsun.

Qarşı tərəf isə ”elm şəhərinin qapısı”-İmam Əli bin Əbu Talibdir (ə). Sözsüz ki, İmam (ə) əmrin hansı mənada olduğunu çox yaxşı başa düşmüşdü. Yoxsa gərək deyək ki, “elm şəhərinin qapısı” olan İmam Əli (ə) bu əmrin mənasını anlamamış, amma onu bu işdə xətakar hesab edən “naqis ağıllar” isə anlamışdır. Bu fikrin nə qədər gülünc olması isə açıq-aşkardır!

Qeydlərə gəlincə...

1. Qeydlərdən bəzisini yuxarıda əl-Qəstəlaninin kitabından nəql etdik. O da budur ki, Peyğəmbərin (s) əmrindən belə anlaşılmır ki, o yazını silmək məhz İmam Əlinin (ə) özünə vacibdir. Buna dəlil isə Peyğəmbərin (s) İmamı (ə) əmri tərk etdiyinə görə pisləməməsidir.

2. Əmrin vacib mənasında olmamasına digər bir qeyd (dəlil) isə budur ki, Peyğəmbərin (s) əmri ilk öncə “Rəsulullah” sözünün yazılmasına aid idi. Lakin Süheyl bin Əmr adlı müşrik bu sözlə razılaşmadığına görə Peyğəmbər (s) o yazını silməyi əmr edir. Yəni əslində bu istək Peyğəmbərin (s) yox Süheylin istəyi idi. Sanki Peyğəmbər (s) İmama (ə) “Mənim istəyim bu deyildi, amma neylək Süheylin sözü ilə razı olaraq bu yazını sil” –deyə əmr etmişdir. Bu isə dəlildir ki, Peyğəmbərin (s) bu əmri vacibi bildirmir. Çünki “rəsulullah” sözünün silinməsi məcburiyyətdən yaranmış bir məsələ idi. Ona görə də Qəstəlani, Nəvəvi və bir çox digər əhli-sünnə alimlərinin dediyi kimi, İmam Əli (ə) Peyğəmbərə (s) ehtiram göstərərək yazını silə bilməyəcəyini dedi. Yəni sanki İmam (ə) belə demişdi: “Mən bu müşrikin istəyi ilə, sənə hörmətsizlik edib bu adı silə bilmərəm.” Çünki məlumdur ki, müşriklərin bu istəyindən məqsəd Peyğəmbəri (s) təhqir etmək idi. Həmçinin bu iş baş versəydi mümkün idi ki, müşriklər təhqir məqsədi ilə “Ya Muhəmməd, sənin peyğəmbərliyinə iman gətirən bunlardırmı? Nə tez sənin peyğəmbərliyini bildirən yazını sildilər?!”- desinlər. Amma İmam (ə) yazını silməməklə bu ehtimalın qarşısını aldı. Həmçinin İmam (ə) bu əməliylə Peyğəmbərə (s) necə möhkəm bağlı olduğunu göstərdi. Yəni İmam (ə) göstərdi ki, Peyğəmbərə (s) o qədər xalis niyyətlə iman gətiribdir ki, hətta onun rəsulullah olmasını adi kağız üzərindən silməyə belə razı deyil. Deməli bu əməl xəta və itaətsizliyin yox, əslində iman və sədaqətin göstəricisi idi.

İrad: O zaman belə çıxır ki, Peyğəmbər (s) yazını silməklə, özünə qarşı hörmətsizlik etmişdir.

Cavab: Xeyr! Çünki Peyğəmbərin (s) özünün öz peyğəmbərliyinə iman etməsi müzakirə ediləcək bir mövzu deyil. Məsələn, həkim olan bir şəxs necə deyə bilər mən həkim deyiləm?! Ona görə də həkim öz adının əvvəlində yazılmış həkim sözünü silsə, heç kim deyə bilməz ki, sən özünün həkim olduğunu qəbul etmirsən! Amma bu yazını bir başqası silsə, o zaman bu söz ona deyilə bilər. Yaxud həkim özü bu sözü silsə heç kim deməz ki, sən özünə hörmətsizlik etdin. Amma bunu bir başqası etsə, o zaman ona deyilə bilər ki, sən həkim sözünü silməklə həmin həkimə qarşı hörmətsizlik etdin.

İrad: Bir çox hədislərə əsasən, Peyğəmbər (s) ilk öncə “Rəhman və Rəhim olan Allahın adıyla yaz”-deyə əmr edir. Süheyl adlı müşrik isə “biz belə bir Allah tanımırıq. “Ey Allahım sənin adınla” yaz”-deyir. Peyğəmbər (s) İmam Əliyə (ə) Süheylin dediyi kimi yazmağı əmr edir. İmam (ə) da əmri yerinə yetirir. Elə isə yuxarıda yazdığınız məntiqə əsasən gərək deyək ki, İmam Əli (ə) Peyğəmbəri (s) Allahdan üstün tutmuşdur. Çünki Allahın “Rəhman” və “Rəhim” sifətlərini silməyə razı olmuş, amma “rəsulullah” sözünü silməyə isə razı olmamışdır.

Cavab: Qeyd etdiymiz kimi, İmam Əlinin (ə) “rəsulullah” sözünü silməməsi onun Peyğəmbərin (s) peyğəmbərliyinə olan xalis imanından və sədaqətindən xəbər verir. Müşriklər Həzrət Muhəmmədi (s) bir peyğəmbər olaraq qəbul etmədikləri üçün o yazının silinməsini istəmişdilər. Lakin Allahın var olmasını isə qəbul edirdilər (baxmayaraq ki, Ona şəriklər qoşurdular). Ona görə də “Rəhman” və “Rəhim” sözlərinin silinməsi Allahın inkarına dayanmırdı. Amma “rəsulullah” sözünün silinməsi isə birbaşa peyğəmbərliyin inkarına əsaslanmışdı. Buna görə də İmam (ə) “rəsulullah” sözünü silməyə razı olmamışdı.

3. İkinci bənddə qeyd etdik ki, İmamın (ə) yazını silməməsi müxalifətin yox sədaqətin göstəricisidir. Bu dediymizi həmin hadisə zamanı müşriklərin heyrətə düşməsi daha da qüvvətləndirir. Belə ki, yazının silinməməsinə dair narazılığı görən müşriklərdən biri digərinə belə demişdi: “Öz dininə qarşı bu cür ehtiyatlı davranan bir qövm görməmişəm.” (“Əl-Məğazi” cild 2, səh.611)

Deməli, İmamın (ə) “rəsulullah” sözünü silməməsi müşriklərə göz dağı olmuşdu. Yəni onlar müsəlmanların Peyğəmbərə (s) və öz dinlərinə necə bağlı olduğunu görüb heyrətə gəlmişdilər. Əgər əmr vacibi bildirsəydi, müşriklər heyrətdə qalmaz, əksinə müsəlmanları məsxərəyə qoyaraq “sizin Peyğəmbərinizə (s) itatət və sədaqətiniz budurmu?”-deyərdilər.

Nəticə:

Gələk nəticəyə. Yuxarıda əhli-sünnə alimi əl-Cəssasdan əmrin məna növləri barədə 4 fərqli nəzər nəql etdik. Həmin nəzərlər nə qədər fərqli olsalar da bir məsələdə yekdil rəyə sahibdirlər. O da budur ki, əgər əmrin hansı mənada işlənməsinə dair qeyd və dəlil varsa o zaman əmrin mənası həmin qeyd və dəlilə uyğun olacaqdır. Yəni məsələn, əmrdəki qeydlər (istər sözlü istərsə də şəraitdən anlaşılan) əgər mübahlığa dəlalət edirsə, deməli bütün alimlərin rəyinə əsasən həmin əmr mübah mənasındadır. Nəticə olaraq məlum oldu ki, İmamın (ə) əmrə tabe olmaması günah və xəta deyildi. Çünki burada əmrin vacibə dəlalət etməsinə dair heç bir dəlil və qeyd yoxdur. Əksinə dəlillər əmrin vacib olmadığını deyir. Belə olduğu təqdirdə isə, heç bir günah və xətadan söhbət gedə bilməz.

Hadisənin həqiqətlə uzlaşmaması

Bura qədər dediklərmiz qeyd olunan hadisə doğru olduğu təqdirə aid idi. Məqalənin bu hissəsində isə hadisənin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını araşdıracağıq. Əlbəttə biz burada qətiyyən sübut etməyə çalışmırıq ki, belə bir hadisə olmayıb. Sadəcə göstərmək istəyirik ki, hadisənin doğruluğunu şübhə altına atan ciddi dəlillər mövcuddur.

Hüdeybiyyə sözləşməsinin baş tutmasında və bu sözləşmədə İmam Əlinin (ə) katib olmasında heç bir şəkk və şübhə yoxdur. Lakin İmamın (ə) “rəsulullah” sözünü əmrə tabe olmayaraq (əmr mübah olsa belə) silməməsi isə şübhəlidir.

Qeyd: Burada qeyd edəcəymiz dəlillər həm şiə həm də sünni mənbələrindən olacaq. Bizə belə bir irad edilməsin ki, hədislər ancaq sünni mənbələrindən olmalıdır. Xeyr. Əsla belə deyil. Çünki biz burada məsələnin həqiqətə uyğun olub-olmadığını araşdırırıq. Belə bir halda isə şiə mənbələrinə toxunmadan keçsək elm əhlinin haqlı iradı ilə qarşılaşmış olarıq.

Bu barədə susan hədislər

Bəzi hədislərdə Peyğəmbərin (s) əmrindən sonra İmamın (ə) əmrə tabe olmadığı qeyd olunmur. Beləliklə həmin hədislər bu hadisənin həqiqətən də baş verməsini şübhə altına atmış olur. Həmin hədislərdən bəzisini qeyd edirik:

1. Siqətul-İslam Şeyx Kuleyni (r.ə.) “əl-Kafi” kitabında yazır:

فَقَالَ لِعَلِيٍّ ع اكْتُبْ‏ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ* فَقَالَ سُهَيْلٌ مَا أَدْرِي مَا الرَّحْمَنُ الرَّحِيمُ إِلَّا أَنِّي أَظُنُّ هَذَا الَّذِي بِالْيَمَامَةِ وَ لَكِنِ اكْتُبْ كَمَا نَكْتُبُ بِاسْمِكَ اللَّهُمَّ قَالَ وَ اكْتُبْ هَذَا مَا قَاضَى عَلَيْهِ‏- رَسُولُ اللَّهِ سُهَيْلَ‏ بْنَ‏ عَمْرٍو فَقَالَ سُهَيْلٌ فَعَلَى مَا نُقَاتِلُكَ يَا مُحَمَّدُ فَقَالَ أَنَا رَسُولُ اللَّهِ وَ أَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ فَقَالَ النَّاسُ أَنْتَ رَسُولُ اللَّهِ قَالَ اكْتُبْ فَكَتَبَ هَذَا مَا قَاضَى عَلَيْهِ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ

İmam Cəfər əs-Sadiq (ə.s.) buyurur: «...Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: «Yaz: Rəhman və Rəhim Allahın adıyla.» Süheyl dedi: «Mən Rəhman və Rəhimin kim olduğunu bilmirəm. Yalnız güman edirəm ki, bu Yəmamədəki kişidir. Elə isə bizim yazdığımız kimi yaz: Ey Allahım sənin adınla.» Daha sonra Peyğəmbər (s) buyurdu: «(Ya Əli), yaz: Bu Allahın Rəsulunun Süheyl bin Əmrlə etdiyi sözləşmədir.» Bu zaman Süheyl dedi: «(Əgər sən Allahın Rəsulusansa) elə isə, biz səninlə niyə döyüşürük, ey Muhəmməd?!» Peyğəmbər (s) buyurdu: «Mən Allahın Rəsuluyam və mən Abdullahın oğlu Muhəmmədəm.» Bu zaman insanlar (müsəlmanlar) dedilər: «Sən Allahın Rəsulusan.» Peyğəmbər (s) (İmam Əliyə ə.s.) buyurdu: «Yaz (yəni Muhəmməd bin Abdullah yaz).» (İmam ə.s.): «Bu Muhəmməd bin Abdullahın etdiyi sözləşmədir»-deyə yazdı...»

əl-Kafi, cild 8, səh. 326 (İslamiyyə nəşri); həmçinin bax (bəzi fərqlərlə): “Bihar əl-Ənvar” cild 20, səh.368; “Təfsiru-nur əs-Səqəleyn” cild 5, səh.68

2. Əhli-sünnə alimi İbn Kəsir “əl-Bidayə vən-Nəhayə” kitabında Süheyl bin Əmrin “rəsulullah” sözünün yazılmasına etiraz etdiyini qeyd etdikdən sonra Peyğəmbərin (s) İmam Əliyə (ə) belə buyurduğunu nəql edir:

قال (ص): اكتب: هذا ما صالح عليه محمد بن عبد الله سهيل بن عمرو

«Yaz: Bu Muhəmməd bin Abdullahın Süheyl bin Əmrlə etdiyi sözləşmədir.»

İbn Kəsir, əl-Bidayə vən-Nəhayə, cild 6, səh.217; Həmçinin bax: İbn Hişam, “əs-Sirətun-Nəbəviyyə”, cild 3, səh. 331,332; İbn Kəsir, “əs-Sirətun-Nəbəviyyə”, səh.320,321; əl-Hakim, “Mustədrək ələs-Səhiheyn”, cild 3, səh.153

3. Əhli-sünnənin dörd məzhəb imamından biri olan Əhməd bin Hənbəl öz “Müsnəd”ində Süheylin etirazından sonra belə qeyd edir:

فكتب هذا ما صالح محمد بن عبد الله

«(Süheyl bin Əmr “sənin peyğəmbər olduğunu qəbul etsəydim səninlə döyüşməzdim”-dedikdən sonra İmam Əli ə.s.) Bu, Muhəmməd bin Abdullahın etdiyi sözləşmədir-deyə yazdı.»

Əhməd ibn Hənbəl, “əl-Musnəd”, cild 1, səh.86; Məktəbətu Qurtubə, Misir

Bu cür hədisləri çoxaltmaq da mümkündür. Lakin biz ixtisara riayət etmək məqsədiylə bu qədər hədislə kifayətlənirik.

Gördüyünüz kimi bu hədislərdə əmrə tabe olmamaqdan söhbət açılmır.

Yazının silinməsinə razı olmayanlar səhabələr idi

Bəzi hədislərdə isə “rəsulullah” sözünün silinməsinə İmam Əlinin (ə) yox, digər səhabələrin razı olmadığı qeyd olunur. Həmin hədislərdən bəzilərini qeyd edirik:

1. Əhli-sünnə alimi əl-Vaqidi “əl-Məğazi” kitabında belə qeyd edir:

فَأَمَرَ النّبِيّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلِيّا يَكْتُبُ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اُكْتُبْ بِسْمِ اللهِ الرّحْمَنِ الرّحِيمِ. فَقَالَ سُهَيْلٌ: لَا أَعْرِفُ الرّحْمَنَ، اُكْتُبْ كَمَا نَكْتُبُ بِاسْمِك اللهُمّ. فَضَاقَ الْمُسْلِمُونَ مِنْ ذَلِكَ وَقَالُوا: هُوَ الرّحْمَنُ. وَقَالُوا: لَا تَكْتُبْ إلّا الرّحْمَنَ. قَالَ سُهَيْلٌ: إذًا لَا أُقَاضِيهِ عَلَى شَيْءٍ. فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اُكْتُبْ بِاسْمِك اللهُمّ! هَذَا مَا اصْطَلَحَ عَلَيْهِ رَسُولُ اللهِ. فَقَالَ سُهَيْلٌ: لَوْ أَعْلَمُ أَنّك رَسُولُ اللهِ مَا خَالَفْتُك، وَاتّبَعْتُك، أَفَتَرْغَبُ عَنْ اسْمِك وَاسْمِ أَبِيك مُحَمّدِ بْنِ عَبْدِ اللهِ؟ فَضَجّ الْمُسْلِمُونَ مِنْهَا ضَجّةً هِيَ أَشَدّ مِنْ الْأُولَى حَتّى ارْتَفَعَتْ الْأَصْوَاتُ، وَقَامَ رِجَالٌ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُونَ: لَا نَكْتُب إلّا مُحَمّدٌ رَسُولُ اللهِ!

«...Peyğəmbər (s) Əliyə (ə) yazmağı əmr etdi. Buyurdu: “Yaz ki, “Rəhman və Rəhim Allahın adıyla.” Süheyl dedi: “Mən Rəhmanı tanımırıam. Biz yazdığımız kimi yaz: Sənin adınla, ey Allahım.” Bu zaman müsəlmanlar (səhabələr) dözməyib dedilər: “O (Allah), Rəhmandır.” Daha sonra (katibə-İmam Əliyə ə.s.) dedilər: “Rəhmandan başqa bir şey yazma (yəni Süheyl dediyi kimi yazma).” Süheyl dedi: “O zaman mən sizinlə heç bir sözləşmə bağlamıram.” Peyğəmbər (s) (İmam Əliyə ə.s.) buyurdu: “Yaz ki, Ey Allahım sənin adınla. Bu Allah Rəsulunun etdiyi sözləşmədir.” Süheyl yenə dedi: “Əgər mən səni bir peyğəmbər bilsəydim, səninlə müxalif olmazdım. Əksinə sənə tabe olardım. Sənin adın və atanın adı- Muhəmməd bin Abdullah xoşuna gəlmir?” Bu zaman müsəlmanlar əvvəlkindən daha çox hay-küy etməyə başladılar. Onların səsləri daha da ucaldı. Peyğəmbərin (s) səhabələri içindən bəziləri ayağa durub- “Biz “Allah Rəsulu Muhəmməddən” başqa bir şey yazmayacağıq”-dedilər»

əl-Vaqidi, “əl-Məğazi”, cild 2, səh. 610-611; Dar əl-Aləmi, Beyrut, 1409/1989

Əl-Vaqidi həmin kitabda yenə qeyd edir:

أُسَيْدِ بْنِ حُضَيْرٍ وَسَعْدِ بْنِ عُبَادَةَ أَخَذَا بِيَدِ الْكَاتِبِ فَأَمْسَكَاهَا وَقَالَا : لَا تَكْتُبْ إلّا مُحَمّدٍ رَسُولِ اللهِ، وَإِلّا فَالسّيْفُ بَيْنَنَا!

«...Useyd bin Huzeyr və Səd bin Ubadə katibin (İmam Əlinin ə.s.) əlindən tutub onu yazmağa qoymadılar və belə dedilər: “Allahın Rəsulu Muhəmməddən” başqa bir şey yazma. Yoxsa aramızda qılınc davası düşəcək...»

əl-Vaqidi, “əl-Məğazi”, cild 2, səh. 611; Dar əl-Aləmi, Beyrut, 1409/1989

2. Yəqubi öz tarixində yazır:

وقال سهيل بن عمرو: لو علمنا أنك رسول الله ما قاتلناك. وقال المسلمون: لا تمحها. فأمر رسول الله أن يكفوا، وأمر علياً فكتب: باسمك اللهم، من محمد بن عبد الله.

«Süheyl bin Əmr dedi: Əgər sənin peyğəmbər olduğunu bilsəydik, səninlə döyüşməzdik. Bu zaman müsəlmanlar dedilər: Onu (rəsulullah sözünü) silmə! Peyğəmbər (s) isə onların sakit olmalarını əmr etdi. Daha sonra Əliyə (ə) (yazmağı) əmr etdi. (İmam Əli ə.s.): “Ey Allahım sənin adınla. Bu Muhəmməd bin Abdullahın (müşriklərlə bağladığı sözləşmə)dir.”-deyə yazdı.»

Əhməd əl-Yəqubi, “Tarixi-Yəqubi”, cild 1, səh.373; Dar əl-Aləmi, Beyrut, 1431/2010; təhqiq: Əbdül-Əmir əl-Muhənna

Birinci və ikinci bənddə qeyd etdiymiz mənbələrə əsasən “rəsulullah” sözünün silinməsini istəməyən İmam Əli (ə) yox, digər səhabələr olmuşdur. Bu cür xəbərlər isə İmam Əlinin (ə) əmrə tabe olmadığını deyən hədislərin həqiqətə uyğun olma ehtimalını zəiflədir.

3. Heysəmi “Məcməuz-Zəvaid”də Ömər bin Xəttabdan nəql edir:

إن رسول الله - صلى الله عليه وسلم - كان يكتب بينه وبين أهل مكة ، فقال : " اكتب بسم الله الرحمن الرحيم " فقالوا : لو نرى ذلك صدقنا ، ولكن اكتب كما كنت تكتب : باسمك اللهم قال : فرضي رسول الله - صلى الله عليه وسلم - وأبيت ، حتى قال لي : : يا عمر ، تراني قد رضيت وتأبى ؟ " قال : فرضيت .

«... Peyğəmbər (s) Məkkə əhli ilə sözləşmə yazırdı. O, (katibə) buyurdu: “Rəhman və Rəhim Allahın adıyla-yaz.” (Müşriklər) dedilər: “Buna inansaydıq qəbul edərdik. Ona görə də (əvvəllər) yazdığın kimi yaz: Sənin adınla, ey Allahım.” (Ömər) dedi: “Peyğəmbər bununla razılaşdı. Lakin mən etiraz etdim. Peyğəmbər (s) buyurdu: “Ey Ömər! Mənim razı olduğumu görüb etirazmı edirsən?” (Ömər) dedi: -Bu zaman mən də razılaşdım.»

Daha sonra Heysəmi yazır:

رواه البزار ورجاله رجال الصحيح

«Bunu Bəzzar nəql etmişdir. Raviləri "əs-Səhih"in (Buxarinin və Müslimin yaxud ikisindən birinin) raviləridir.»

Hafiz əl-Heysəmi, “Məcməuz-Zəvaid”, cild 6, səh.146; Məktəbətul-Qüdsi, Misir; təhqiq: Husaməddin əl-Qüdsi

Yenə Heysəmi bu hədisi çox cüzi mətn fərqi ilə kitabının 1-ci cildində qeyd etdikdən sonra yazır:

رواه أبو يعلى ، ورجاله موثقون ، وإن كان فيهم مبارك بن فضالة.

«Bunu Əbu Yəla nəql etmişdir və raviləri siqadır. Baxmayaraq ki, onların içində Mübarək bin Fəzalə də var.»

Hafiz əl-Heysəmi, “Məcməuz-Zəvaid”, cild 1, səh.179; Məktəbətul-Qüdsi, Misir; təhqiq: Husaməddin əl-Qüdsi

Düzdür, bu hədisdə Ömər “Rəhman” və “Rəhim” sözlərinin yazılmasına etiraz edir. Lakin bu hədisi burada qeyd etməyimiz bir neçə cəhətdən əhəmiyyətlidir. Çünki hədisə əsasən:

• Sözləşmə zamanı etiraz edən Ömər bin Xəttab olmuşdur. Çünki burada İmam Əlinin (ə) əmrə tabe olmamağından danışılmır. Həmçinin Peyğəmbərin (s) Öməri danlamasından sonra İmam Əlinin (ə) də əmrə tabe olmaması zəif ehtimaldır. Nəticə etibarıyla bu hədis İmam Əlinin (ə) “rəsulullah” sözünü silməyə razı olmamasını şübhə altına atır.

• Hədisə əsasən Ömər etiraz etdiyinə görə xətakar və günahkardır. Çünki burada Peyğəmbərin (s) Öməri danlaması dəlildir ki, Ömər məsələ ilə razılaşmalı və etiraz etməməli idi. Lakin İmam Əli (ə) barədə hadisənin doğruluğunu qəbul etsək də onun xətakar olduğunu deyə bilmərik. Çünki həmin məsələni qeyd edən hədislərdə İmam (ə) Peyğəmbərin (s) danlağı ilə üzləşmir. Əhli-sünnə alimlərinin də dediyi kimi, danlağın olmaması dəlildir ki, İmam (ə) üçün əmrə tabe olmaq vacib deyildi (mənbələri yuxarıda qeyd etmişik).

İmam Əli (ə) Süheyl bin Əmrə etiraz etmişdi

Bəzi mənbələrdə İmam Əlinin (ə) Peyğəmbərə (s) yox, Süheyl bin Əmr adlı müşrikə etiraz etdiyi qeyd olunur.

Əhli-sünnə alimi ən-Nəsai “Xəsaisu-Əmiril-Muminin” adlı kitabında İmam Əlidən (ə) nəql edir. İmam (ə) buyurdu:

فقال سهيل لو علمنا أنه رسول الله ما قاتلنا امحها فقلت هو والله رسول الله وإن رغم أفك لا والله لا أمحها فقال رسول الله رسول الله صلى الله عليه ( وآله ) وسلم أرني مكانها فأريته فمحاها ...

«...Süheyl dedi: Əgər biz onun peyğəmbər olduğunu bilsəydik, onunla döyüşməzdik. Elə isə sil o yazını. Mən dedim: And olsun Allaha sən istəməsən də o, Allahın Rəsuludur. Xeyr! And olsun Allaha mən o yazını silməyəcəyəm. Peyğəmbər (s) buyurdu: Yazının yerini mənə göstər. Mən onu Peyğəmbərə (s) göstərdim və o, yazını sildi...»

Əhməd ibn Şueyb ən-Nəsai, “Xəsaisu-Əmiril-Muminin Əli bin Əbu-Talib”, səh 202; Məktəbətul-Məla, Küveyt, 1406/1986

Bu hədisə əsasən Peyğəmbər (s) İmama (ə) yazını silməyi əmr etməmişdir. “Yazını sil” deyən müşrik Süheyl bin Əmr idi. İmam (ə) isə ona etiraz edərək “mən bu yazını silməyəcəyəm” demişdi.

Düzdür, bizə irad oluna bilər ki, qeyd etdiyiniz kitabın təliqində bu hədisin zəif olduğu qeyd olunur. Buna görə də qeyd etdiyiniz mənbənin heç bir əhəmiyyəti yoxdur. Lakin cavabında deyirik ki, biz burada İmamın (ə) Peyğəmbərin (ə) əmrinə etiraz etməsinin həqiqətə uyğun olmadığını sübut etməyə çalışmırıq. Məqsədimiz sadəcə bu məsələnin şübhəli olduğunu göstərməkdir. Əgər biz hansısa fiqhi bir məsələnin hökmündən danışsaydıq irad düzgün və yerində söylənilmiş bir irad olardı. Amma biz fiqhi bir məsələdən yox, elm şəhərinin qapısı Əmirəl-möminin Əli bin Əbu-Talibin (ə) əmrə tabe olub-olmamasından danışırıq. Bu halda isə həmin hadisənin isbatı üçün əminlik gətirici, təvatür həddində hədis və xəbərlərin olması labüddür. Əgər o hədislər dediymiz həddə olmazsa və onun əksini deyən kifayət qədər hədis və xəbərlər olarsa və həmin mənbələrin arasında zəif xəbərlər olsa belə məsələnin həqiqətinə kölgə salmış olar. Buna səbəb isə hadisənin özünün (əmrə tabe olmamaq hadisəsinin) əminlik gətirici dəlillərə (məsələn, təvatür kimi dəlillərə) malik olmamasıdır.

Həmçinin bu məzmunda olan hədislər şiə mənbələrində də yer almışdır. İxtisara riayət etmək üçün onları qeyd etmirik.

Nəticə:

Qeyd etdiklərmizdən məlum oldu ki, bu hadisə hədis və tarix kitablarında müxtəlif cür qeyd olunmuşdur. Belə ki,

• Bəzi mənbələrdə müşriklərin “rəsulullah” sözünün silinməsini istədikdən sonra Peyğəmbər (s) İmam Əliyə (ə) “yazını sil”-deyə əmr edir. İmam (ə) isə “and olsun Allaha mən bu yazını silməyəcəyəm” və ya “Mən bu yazını silən deyiləm” cavabını verir.

• Bəzi mənbələrdə Peyğəmbərin (s) əmrindən sonra İmamın (ə) əmri yerinə yetirdiyi qeyd olunur.

• Bəzi mənbələrdə bu etirazı səhabələrin etdiyi qeyd olunur. Hətta bəzi səhabələrin İmamın (ə) əlindən tutub yazmağa qoymadıqları da zikr olunur. Həmçinin bu etirazı edənlərdən biri də özünün dediyinə əsasən, Ömər bin Xəttab olmuşdur.

• Bəzi mənbələrdə İmam Əli (ə) Peyğəmbərə yox, Süheyl bin Əmr adlı müşrikə etiraz etmişdir.

Bu cür müxtəlif versiyaların olduğu halda bir versiya üzərində necə əminliklə dayanmaq olar? Yenə də qeyd edirik ki, biz birinci versiyanın həqiqətə uyğun olmadığını demirik. Amma məsələnin şübhəli olduğunu deyirik. Bu cür şübhəli bir vəziyyətdə birinci versiya üzərində israr edənlər, bəzi səhabələrin Peyğəmbərə (s) qarşı etdiyi itaətsizliklər üzərinə pərdə çəkmək istəyənlərdir. Çünki Əhli-beyt (ə) tərəfdarları İmam Əlinin (ə) heç bir zaman Peyğəmbərə (s) itaətsizlik etmədiyinə və o Həzrətin (ə) məsum olduğuna görə, dəfələrlə Peyğəmbərin (s) əmrinə qarşı çıxmış şəxslərdən üstün olduğunu və o Həzrətin (ə) Peyğəmbərin (s) canişini olduğunu deyirlər. Həmin səhabələrin İmam Əlidən (ə) üstün olduğunu sübut edə bilməyənlər isə, tarix boyu hiyləgər qələmləri ilə İmam Əlinin (ə) məqamını aşağı salmağa cəhd etmişlər. Haqqında danışdığmız şübhə də, həmin təfəkkürün məhsuludur.

Əl-qərəz! Nəticə olaraq deyirik ki, bu hadisənin həqiqətə uyğun olması şübhəlidir. Əlbəttə həqiqətə uyğun olduğu təqdirdə belə, bu hadisə İmamın (ə) məqamına və ismətinə heç bir xələl gətirmir. Əksinə İmamın (ə) Peyğəmbərə (s) şiddətli dərəcədə bağlı olduğunu göstərir. Sadəcə olaraq hiyləgər qələmlər məsələni fərqli şəkildə yozaraq başqa səmtə yönəltməyə çalışırlar.

[page]

Hadisənin qabardılmasının 2-ci səbəbi

Haqqında danışdığmız hadisənin qabardılmasının digər bir səbəbi Ömərin Peyğəmbərə (s) qarşı etdiyi ehtiramsızlıqlar üzərinə pərdə çəkməkdir. Belə ki, Ömər Hüdeybiyyədə Peyğəmbərin (s) nübuvvətinə şəkk edərək o Həzrətin (s) qərarları ilə razılaşmır. Qarşı tərəf Öməri haqlı çıxartmaq üçün, bizə “İmam Əli (ə) yazını silməməklə günah etmişdirmi?”-deyə sual verir. Təbii ki bizim cavabımız budur ki, “xeyr günah etməmişdir.” Bu zaman qarşı tərəf deyir: “Necə ki, İmam Əli (ə) əmrə tabe olmamaqla günah etməmişdir, eləcə də Ömər Peyğəmbərin (s) qərarını qəbul etməməklə heç bir günaha yol verməmişdir.” Yəni hər ikisinin də əmrə tabe olmamaq səbəbi eyni idi. Əlbəttə ki, bu iddia kökündən batildir.

Belə ki, “Səhih əl-Buxari” kitabında nəql olunur:

فأتيت النبي صلى الله عليه وسلم فقلت ألست نبي الله حقا قال بلى قلت ألسنا على الحق وعدونا على الباطل قال بلى فلم نعطي الدنية في ديننا إذن قال إني رسول الله ولست أعصيه وهو ناصري قلت أوليس كنت تحدثنا أنا سنأتي البيت فنطوف به قال بلى أفأخبرتك أنا نأتيه العام قلت لا قال فإنك آتيه ومطوف به قال فأتيت أبا بكر فقلت يا أبا بكر أليس هذا نبي الله حقا قال بلى قلت ألسنا على الحق وعدونا على الباطل قال بلى قلت فلم نعطي الدنية في ديننا إذن قال أيها الرجل إنه رسول الله ليس يعصي ربه وهو ناصره فاستمسك بغرزه فوالله إنه على الحق قلت أليس كان يحدثنا أنا سنأتي البيت فنطوف به قال بلى أفأخبرتك أنك تأتيه العام قلت لا قال فإنك آتيه وتطوف به

Ömər dedi: Mən Peyğəmbərin (s) yanına gəlib dedim: “-Sən Allahın haqq peyğəmbəri deyilsənmi?” Peyğəmbər (s) buyurdu: “-Bəli (Allahın peyğəmbəriyəm).” Dedim: “Biz haqq, düşmənlərmiz isə batil deyilmi?” Peyğəmbər: “-Bəli (biz haqq onlar batildirlər).” Dedim: “-Elə isə, (onlarla sülh edərək) dinimizi niyə alçaldırıq?!” Peyğəmbər (s) buyurdu: “-Mən həqiqətən də Allahın elçisiyəm. Mən Ona asi olmaram və O, mənə kömək edəndir.” Dedim: “- Sən bizə demədinmi ki, biz tezliklə Allahın evinə gəlib onu təvaf edəcəyik?!” Peyğəmbər (s) buyurdu: “-Bəli (demişəm). Amma mən sənə bunu bu il edəcəymizi dedimmi?” Dedim: “-Xeyr.” Peyğəmbər (s) buyurdu: “-Elə isə, Sən həqiqətən də (Allahın evinə) gedib onu təvaf edəcəksən.” Ömər dedi: Sonra mən Əbu-Bəkrin yanına gedib dedim: “-Bu Allahın haqq peyğəmbəri deyilmi?” Əbu-Bəkr dedi: “-Bəli (Allahın peyğəmbəridir).” Dedim: “-Biz haqq, düşmənlərmiz isə batil deyilmi?” Əbu-Bəkr: “-Bəli (biz haqq onlar batildirlər).” Dedim: “-Elə isə, (onlarla sülh edərək) dinimizi niyə alçaldırıq?!” Əbu-Bəkr: “-Ay kişi! O, həqiqətən də Allahın elçisidir. Rəbbinə qarşı asi olmaz və Rəbbi ona kömək edəndir. Elə isə, onun ətəyindən möhkəm yapış! And olsun Allaha o, haqq üzərindədir.” Dedim: “-O, bizə demədimi ki, tezliklə Allahın evinə gəlib onu təvaf edəcəyik?!” Əbu-Bəkr dedi: “-Bəli (dedi). Amma o, sənə bu il gələcəyni dedimi?” Dedim: “-Xeyr.” Dedi: “-Elə isə, Sən həqiqətən də (Allahın evinə) gedib onu təvaf edəcəksən.”

Mənbə: Əl-Buxari, “əs-Səhih”, səh.366-67, hədis 2731,2732; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Həmçinin bax: “Səhih əl-Müslim” cild 3, səh.1412; Təbərani “əl-Mucəmul-Kəbir” cild 6, səh.109; “Musnədu-Əhməd” cild 4, səh.330; “əl-Bidayə vən-Nihayə” cild 4, səh.200; “əs-Sunənul-Kubra” cild 9, səh.220; “əd-Durr əl-Mənsur” cild 6, səh.77.

Bu hədisdə diqqət ediləsi bir neçə mühüm nöqtə var:

• Ömər Peyğəmbərin (s) peyğəmbərliyinə şəkk edir. Bu barədə Ömərin öz dilindən də hədis nəql edəcəyik.

• Ömər düşünürdü ki, Peyğəmbər (s) sülh bağlamaqla İslam dinini alçaltmışdır (nəuzu billah).

• Ömər Peyğəmbərin (s) günah etdiyni düşünürdü. Çünki Peyğəmbər (s) Ömərin cavabında “mən Allaha qarşı asi olmaram”-deyə buyurur.

• Peyğəmbər (s) “mən həqiqətən də Allahın elçisiyiəm” dedikdən sonra, Ömər bu cavaba yenə də qane olmayaraq “axı sən bizə Allahın evini təvaf edəcəymizi söyləmişdin” deyir. Yəni əgər peyğəmbərsənsə niyə sözün düz çıxmadı?!!

• Ömər Peyğəmbərin (s) son cavabına da qane olmayaraq, gedib eyni sualları Əbu-Bəkrə verir. Belə çıxır ki, Ömər Əbu-Bəkrə daha çox inanırdı nəinki Peyğəmbərə (s).

Əhli-sünnə alimi ən-Nəvəvi bu məsələdə Ömərə bəraət qazandırmaq üçün deyir:

لم يكن سؤال عمر - رضي الله عنه - وكلامه المذكور شكاً بل طلباً لكشف ما خفي عليه

«Ömərin Peyğəmbərə (s) bu sualları verməsi onun şəkk etməsi demək deyil. Çünki o, bu suallarla özünə gizli qalmış şeyləri bilmək istəyirdi...»

Muhyiddin ən-Nəvəvi, “əl-Minahc Şərhu-Səhih Muslim ibn əl-Həccac”, cild 12, səh.141 (1969-cu il Misir çapı)

Cavab: Əvvəla Peyğəmbərə (s) xalis niyyətlə iman gətirmiş kəs, bilmədiyi şeyləri Peyğəmbərdən (s) bu cür ehtiramsızlıqla soruşmamalıdır. Düzgün niyyətli insan bu cür sualları nəinki Peyğəmbərə (s), hətta öz ustadına belə verməkdən həya edər. Hədisin mətnini, sualların verilmə tərzini, həmçinin yuxarıda qeyd etdiymiz nöqtələri insafla incələyən hər bir şəxs bu dediklərmizi hökmən təsdiqləyər.

Nəvəviyə cavab olaraq isə belə bir sadə sual veririk: “Əgər Ömər özünə gizlin qalan məsələləri öyrənmək üçün bu sualları vermişdisə, o zaman Peyğəmbərin (s) cavablarına qane olmayaraq eyni sualları niyə yenidən Əbu-Bəkrə verir?! Yoxsa Ömər Əbu-Bəkrə daha çox inanırdı?!”

Hətta “Səhih əl-Buxari”də eyni məzmunlu başqa bir hədisdə Peyğəmbərin (s) Ömərə verdiyi cavablardan sonra qeyd olunur:

فرجع مطغيظا فلم يصبر حتى جاء أبا بكر

«...(Ömər) əsəbi halda (Peyğəmbərin (s) yanından) qayıtdı və səbr etməyərək Əbu-Bəkrin yanına getdi...»

Əl-Buxari, “əs-Səhih”, Kitabu-təfsiril-Quran, Surətul-fəth, səh.686, hədis 4844; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Budurmu Ömərin bilmədiyi bir məsələni soruşması?! Əgər Ömərin Peyğəmbərə (s) verdiyi suallardan məqsədi bilmədiyni öyrənmək idisə, o zaman Peyğəmbərin (s) verdiyi cavablardan sonra niyə qəlbi aram olmur və o Həzrətin (s) hüzurundan qəzəbli şəkildə ayrılır?!! Görəsən Nəvəvi və digər əhli-sünnə alimləri mən bisavadın gördüyü həqiqətləri görə bilməyiblər yoxsa görməzdən gəliblər?!

İrad: İbn Hişamın “Sirətun-Nəbəviyyə” kitabında keçən bir hədisə əsasən Ömər qeyd etdiyniz sualı ilk öncə Əbu-Bəkrə verir. Daha sonra Peyğəmbərin (s) yanına gedərək həmin sualları təkrarən o Həzrətə (s) verir. Elə isə, sizin “Nəyə görə Ömər Peyğəmbərin (s) cavablarına qane olmayıb, yenidən Əbu-Bəkrin yanına gedərək eyni sualları ona da verir” iradınız qüvvədən düşür.

Cavab: Əvvəla Ömərin sualları ilk öncə Peyğəmbərə (s) verməsini deyən hədislərin sayı kifayət qədərdir. Mənbələri də mötəbərdir. Hətta ilk öncə Əbu-Bəkrin yanına getdiyini qəbul etsək belə, nə dəyişir ki?! Peyğəmbərə (s) xalis imanı olan bir şəxs bu cür sualları o Həzrətə (s) necə verə bilər? Əlavə olaraq bizim məqsədimiz Ömərin nübuvvətə şəkk etdiyni göstərməkdir. Buna görə də, Ömərin ilk öncə Əbu-Bəkrin yoxsa Peyğəmbərin (s) yanına getməsi o qədər də əhəmiyyətli deyil. Çünki, həmin gün şəkk etdiyini Ömər özü də etiraf edir. Belə ki, Əbdür-Rəzzaq “Müsənnəf” kitabında Ömərdən nəql edir:

والله ما شككت منذ أسلمت إلا يومئذ

«(Ömər dedi): And olsun Allaha müsəlman olduğum gündən bu yana bu gün istisna olmaqla (heç vaxt) şəkk etməmişdim.»

Əbdürrəzzaq əs-Sənani, “əl-Müsənnəf” cild 5, səh.339; əl-Məclis əl-İlmi, 1390/1970; təhqiq: Həbib İbrahim əl-Azami

Ömərin öz şəkkini eyniylə yuxarıda qeyd etdiyimiz tərzdə etiraf etməsini İbn Hibban da öz səhihində uzun bir hədisdə qeyd edir. İbn Hibbanın bu kitabına təliq (qeyd) yazmış məşhur əhli-sünnə alimi Nasiruddin əl-Albani hədisin sonunda belə yazır:

صحيح

«Səhihdir.»

“ət-Təliqatul-hisan əla səhihi ibni Hibban”, cild 7 səh.230; Dar Bəvazir, Ciddə, Səudiyyə Ərəbistanı, 1424/2003; təliq: Nasiruddin əl-Albani

Eyni hədisin səhih olduğunu Şüeyb əl-Arnaut da təsdiq edir.

حديث صحيح

Hədis səhihdir.

əl-İhsan fi təqrib Səhih ibn Hibban, cild 11, səh.216; Müəssisətur-Risalə, Beyrut, 1414/1993, təhqiq: Şueyb əl-Arnaut

İrad: Ömərin şəkk etdiyni qəbul edirik. Lakin nəyə əsasən deyirsiniz ki, o, nübuvvətə şəkk etmişdi? Bu hədisdə Ömər ümumi olaraq “şəkk etdim” deyir. Lakin siz dəlil olmadan Ömərin bu şəkkini nübuvvətə aid edirsiniz.

Cavab: İbn Hibbanın “Səhih”ində qeyd olunmuş hədisə diqqət etsəniz məsələ tam aydın olar. Belə ki:

فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رِضْوَانُ اللَّهِ عَلَيْهِ، وَاللَّهِ مَا شَكَكْتُ مُنْذُ أَسْلَمْتُ، إِلَّا يَوْمَئِذٍ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ أَلَسْتَ رَسُولَ اللَّهِ حَقًّا

Ömər dedi: “And olsun Allaha müsəlman olduğum gündən bu yana bu gün istisna olmaqla (heç vaxt) şəkk etməmişdim. Buna görə də (ətəytu kəliməsinin əvvəlindəki “fə” hərfi səbəb mənasındadır. Buna nəhv elmində “fau-səbəbiyyə” deyilir) Peyğəmbərin (s) yanına gəlib dedim: “-Sən Allahın haqq peyğəmbəri deyilsənmi?”

əl-İhsan fi təqrib Səhih ibn Hibban, cild 11, səh.216; Müəssisətur-Risalə, Beyrut, 1414/1993, təhqiq: Şueyb əl-Arnaut

Gördüyünüz kimi Ömərin Peyğəmbərə (s) “sən peyğəmbər deyilsənmi” sualını verməsinə səbəb onun şəkk etməsi idi. Deməli Ömər Peyğəmbərin (s) peyğəmbərliyinə şəkk etmişdi.

Həmçinin əhli-sünnə alimi əl-Vaqidi “əl-Məğazi” kitabında yazır:

الّذِي تَكَلّمْت يَوْمئِذٍ. فَكَانَ ابْنُ عَبّاسٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: قَالَ لِي عُمَرُ فِي خِلَافَتِهِ، وَذَكَرَ الْقَضِيّةَ: ارْتَبْت ارْتِيَابًا لَمْ أَرْتَبْهُ مُنْذُ أَسْلَمْت إلّا يَوْمئِذٍ، وَلَوْ وَجَدْت ذَلِكَ الْيَوْمَ شِيعَةً تَخْرُجُ عَنْهُمْ رَغْبَةً عَنْ الْقَضِيّةِ لَخَرَجْت.

«İbn Abbas deyir: Ömər xəlifəliyi dövründə (hüdeybiyyədə) baş vermiş hadisəni xatırlayaraq mənə dedi: Həmin gün elə bir şəkkə düşmüşdüm ki, müsəlman olduğum gündən bu yana heç vaxt elə olmamışdım. Əgər həmin gün baş verənlərə görə onlardan (müsəlmanlardan) ayrılmış bir dəstə görsəydim, mən də (onlara qoşulub) ayrılardım.»

əl-Vaqidi, “əl-Məğazi”, cild 2, səh. 607; Dar əl-Aləmi, Beyrut, 1409/1989

Deməli Ömərin şəkki o həddə çatmışdı ki, hətta öz fikriylə müvafiq başqa bir dəstə olsaydı onlara qoşulardı və Peyğəmbərə (s) qarşı çıxardı!! Bunu tarix və hədis yazanlar Ömərin öz dilindən nəql edirlər. Nəvəvi kimi alimlər isə “Ömər Peyğəmbərə (s) sualları həqiqəti öyrənmək üçün vermişdi, şəkk etdiyi üçün yox”-deyirlər.

Amma gördüyünüz kimi bütün bunlar Nəvəvinin və digər əhli-sünnə alimlərinin Ömər haqqında gətirdikləri bəraəti əsassız edir.

Nəticə: Ömər sülh məsələsində Peyğəmbərlə (s) razılaşmamaqla ən yüngül formada desək, haram iş görmüşdür. Çünki o, Peyğəmbərin (s) qərarını səhv və dinin alçaldılması kimi hesab edirdi. Həmçinin Peyğəmbərin (s) peyğəmbər olmasına da şəkk etmişdi.

Nəticələrin müqayisəsi: İmam Əlinin (ə) “rəsulullah” sözünü silməməsi barədə yuxarıda geniş şəkildə bəhs açdıq və dəlil gətirərək qeyd etdik ki, bu hadisə İmamın (ə) xətasına və Peyğəmbərlə (s) müxalifət etməsinə qətiyyən dəlalət etmir. Əksinə bu əməl İmamın (ə) Peyğəmbərin (s) peyğəmbərliyinə necə möhkəm əqidə bəslədiyini göstərir. Hətta bu barədə dəlil gətirdik ki, müşriklər bu hadisədən heyrətə gəlmişdilər.

Amma qeyd etdiymiz kimi bəziləri bu hadisəni əldə əsas tutaraq “necə ki, İmam Əli (ə) burada əmrə qarşı çıxmaqla günah və xəta etməyib, eləcə də Ömər sülh məsələsində Peyğəmbərlə (s) razılaşmamaqla heç bir günaha yol verməyib. Əgər Ömərin burada günah etdiyni deyirsinizsə, o zaman İmam Əlinin (ə) də günah etdiyni etiraf etməlisiniz”-deyirlər. Lakin Allah təbarəkə və təalanın lütfü sayəsində onların bu iddialarının puç və əsassız olduğunu göstərdik. Çünki:

• İmam Əli (ə) barədə qeyd olunmuş bu hadisə İmamın (ə) yüksək əxlaqından və nübuvvətə sarsılmaz bir bağlılığından xəbər verir.

• Ömər barədə qeyd olunmuş hadisə Ömərin Peyğəmbərə (s) qarşı ehtiramsız olmağından, neçə illər ərzində Peyğəmbərdən (s) gördüyü möcüzələrə rəğmən yenə də o Həzrətin (s) nübuvvəti haqqında şəkk etməyindən xəbər verir.

• İmam Əli (ə) Peyğəmbərin (s) “rəsulullah” adını adi kağız üzərindən belə silməyə razı olmamışdı. Çünki İmam (ə) Peyğəmbərə (s) qarşı ehtiramsızlıq etmək istəmirdi və müşriklərə göz dağı olsun deyə Peyğəmbərə (s) olan sonsuz sədaqətini göstərirdi.

• Ömər isə sülhün səhv qərar olduğunu düşünürdü. Peyğəmbərə (s) ehtiramsızlıq edərək xalis niyyətli bir müsəlmana uyğun olmayan suallar verir, nübuvvət barədə şəkkə düşür, Peyğəmbərin (s) cavablarına baxmayaraq yenə də onun yanından qəzəbli şəkildə ayrılır və hətta özüylə həmfikir adamlar tapsaydı Peyğəmbərdən (s) ayrılıb onlara qoşulardı deyə fikirləşir.

• Nəticə etibarı ilə birinci hadisə tərifə, ikinci hadisə isə məzəmmətə layiq olduğuna görə, bu iki hadisənin hökmü arasında bağlılıq (mülazimə) qurmaq bisavadlığın göstəricisidir. Yəni “əgər İmam (ə) günah etməyibsə, deməli Ömər də günah etməmişdir”-demək puç və əsassızdır.

[page]

Hadisənin qabardılmasının 3-cü səbəbi

Haqqında danışdığmız hadisənin (İmam Əlinin (ə) “rəsulullah” sözünü silməməsi hadisəsinin) qabardılmasının digər bir səbəbi isə Əbu-Bəkrin bütün səhabələrdən üstün olduğunu göstərməkdir. Yəni demək istəyirlər ki, İmam Əli (ə) və Ömər kimi səhabələr Peyğəmbərlə (s) bəzən müəyyən mənada razılaşmasalar da, Əbu-Bəkr heç vaxt belə etməmişdir. O, Peyğəmbərin (s) əmrlərinə həmişə qeyri-şərtsiz tabe olmuşdur. Bu isə onun bütün səhabələrdən üstün olduğunun göstəricisidir. Belə ki, İbn Teymiyyə “Minhac əs-Sünnə” kitabında Hüdeybiyyədə İmam Əli (ə) və Ömərlə bağlı olan hadisələri qeyd etdikdən sonra yazır:

وهذه الأخبار الصحيحة هي باتفاق أهل العلم بالحديث في عمرة الحديبية تبين اختصاص أبي بكر [ بمنزلة ] بمنزلة : زيادة في ( ب ) فقط . من الله ورسوله لم يشركه فيها أحد من الصحابة : لا عمر ولا علي ولا غيرهما ، وأنه لم يكن فيهم أعظم إيمانا وموافقة وطاعة لله ورسوله منه

«Bütün elm əhlinin ittifaqına əsasən, Hüdeybiyyə ümrəsi barədə olan bu səhih xəbərlər, Əbu-Bəkrin Allaha və Peyğəmbərə (s) necə yaxın bir məqamda olduğunu göstərir. O, elə bir məqamdır ki, səhabələrdən heç biri bu məqamda onunla şərik deyillər. Nə Ömər, nə Əli (ə) və nə də qeyriləri. Həmçinin bu hədislər onu bildirir ki, səhabələr arasında Allaha və Peyğəmbərə itaət etməkdə, onların göstərişlərinə uyğun davranmaqda və onlara iman gətirməkdə Əbu-Bəkrdən üstün olanı yoxdur...»

İbn Teymiyyə, “Minhac əs-Sünnə”, cild 8, səh.407; Məktəbətu İbn Teymiyyə, 1406/1986

Yəni, İbn Teymiyyə kimi alimlər İmam Əlinin (ə) xəta etdiyini isbat etməklə Əbu-Bəkrin daha üstün olduğunu göstərməyə çalışırlar.

Cavab: Əvvəla İmam Əlinin (ə) bu hadisədə xəta etmədiyni müfəssəl şəkildə izah etmişik. Ona görə də İbn Teymiyyənin sözü qüvvədən düşərək əsassız hesab olunur. Əbu-Bəkrin heç vaxt Peyğəmbərin (s) əmrindən çıxmadığına gəlincə isə bunun əksini deyən, həmçinin İmam Əlinin (ə) bütün səhabələrdən üstün olduğunu bildirən kifayət qədər dəlillər gətirmək mümkündür. Lakin mövzumuz fərqli olduğu üçün bu məsələyə toxunmuruq.

Nəticə:

Gördüyünüz kimi “rəsulullah sözünü silmək” hadisəsində İmam Əlinin (ə) xəta və səhv etdiyini demək puç və əsasssız bir fikirdir. Çünki Allah-təalanın lütfü ilə göstərdik ki

• Bu hadisədə Peyğəmbərin (s) əmri vacibə dəlalət etmir.

• Həmçinin bu hadisənin doğruluğu şübhə altındadır.

Daha sonra “İmam Əli (ə) günah etməyibsə, deməli Ömər də Hüdeybiyyədəki etirazlarına görə günah sahibi sayılmamalıdır” deyənlərin çox gülünc və bisavad söz söylədiklərini göstərdik. Çünki İmamın (ə) yazını silməməsi nübuvvətə bağlılığına görə, Ömərin etirazları isə nübuvvətə şəkk etdiyinə görə idi.

[page]

Peyğəmbərin (s) “saçlarınızı qırxın” əmri

Son olaraq Hüdeybiyyə hadisələri ilə bağlı bir şübhəni də qısaca deyib ona cavab vermək istərdik. O da budur ki, bəzi mənbələrə əsasən Peyğəmbər (s) Hüdeybiyyədə sülh bağladıqdan sonra səhabələrə saçlarını qırxmağı (həlq etməyi-həccin əməllərindən biridir) əmr edir. Səhabələrdən isə heç kəs bu işi yerinə yetirmir. Peyğəmbər (s) bu əmri üç dəfə təkrar etsə də heç kəsdən səs çıxmır. Daha sonra Peyğəmbər (s) Ümmü-Sələmənin yanına gəlir. Ümmü-Sələmə qəziyyədən xəbərdar olduqda, Peyğəmbərə (s) “sən onlara heç nə demədən özün qurbanını kəs və saçını qırx”-deyir. Peyğəmbər (s) elə də edir. Daha sonra səhabələr qurban kəsib saçlarını qırxmağa başlayırlar. (Səhih əl-Buxari, cild 2, səh.978)

Əhli-beyt (ə) ardıcılları səhabələrin bu əməlini günah hesab edərək, bu hadisəni səhabələrin ədalətli olmamasına dair dəlil gətirirlər. Qarşı tərəf isə cavabında belə deyir: “O zaman deyirik ki, İmam Əli (ə) də bu səhabələrin içindəydi. Elə isə İmam Əlini (ə) də ədalətsiz hesab edin.”

Cavab: Əlbəttə bu hadisənin həqiqət olmasını qəbul etsək deməliyik ki, Peyğəmbərin (s) bu əmrindən çıxmış şəxslər günah sahibidirlər. Çünki əmrin üç dəfə təkrar edilməsi onun vacib olması deməkdir. Lakin sual doğuran məqam budur ki, Peyğəmbərin (s) əmrindən çıxmış olanlar istisnasız olaraq səhabələrin hamısı idi ya bəziləri?

• Şübhəsiz ki, İmam Əli (ə) Peyğəmbərin (s) bu əmrinə itaət etmişdir. Çünki hər iki tərəfin də qəbul etdiyi bir tək “Əli haqq ilədir, haqq da Əli ilə” hədisinə əsasən İmam (ə) bu hədisin ümumundan xaric olur. Çünki əgər İmam (ə) burada Peyğəmbərin (s) əmrindən çıxmış olarsa, haqdan azmış olar (nəuzu billah). Bu isə səhihliyi və təvatürlüyü sabit olmuş “Əli haqq ilədir” hədisinə ziddir.

• Digər bir tərəfdən əlimizdə dəlil var ki, həmin gün Peyğəmbərin (s) əmrindən çıxmışlar səhabələrin hamısı deyildi. Belə ki, Beyhəqi “Dəlailu ən-Nubuvvə” kitabında yazır:

حَدَّثَنَا أَبُو مُحَمَّدٍ عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ الأَصْبَهَانِيُّ إِمْلاءً ، قَالَ : أَخْبَرَنَا أَبُو سَعِيدٍ أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ زِيَادٍ الْبَصْرِيُّ بِمَكَّةَ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مَيْسَرَةَ ، عَنْ وَهْبِ بْنِ عَبْدِ اللَّهِ بْنِ قَارِبٍ ، قَالَ : كُنْتُ مَعَ أَبِي فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : " يَرْحَمُ اللَّهُ الْمُحَلِّقِينَ " ، قَالَ رَجُلٌ : يَا رَسُولَ اللَّهِ ، وَالْمُقَصِّرِينَ ، فَلَمَّا كَانَتِ الثَّالِثَةُ ، قَالَ : " وَالْمُقَصِّرِينَ " .

“Peyğəmbər (s) buyurdu: Allahın rəhməti olsun saçını qırxanlara. Bu zaman (səhabələrdən) bir kişi: “Bəs, təqsir (saç, saqqal, bığ və ya dırnaqdan bir qədər qısaltmaq) edənlər necə, Ya Rəsulullah?”-dedi. Peyğəmbər (s) 3-cü dəfədən sonra (yəni 3 dəfə saçını qırxanlara rəhmət dedi. Hər dəfəsində isə həmin kişi, bəs təqsir edənlər necə deyə soruşurdu. Bu minvalla 3-cü dəfə soruşduqdan sonra Peyğəmbər s.) buyurdu: Təqsir edənlərə də (rəhmət olsun).”

Əbu Bəkr əl-Beyhəqi, “Dəlailun-Nubuvvə” cild 4, səh 151; Darul-kutubil-ilmiyyə, Beyrut, 1408/1988, təhqiq: Əbdül-muti Qəlaci

Bu hədisin izahında bəzi əhli-sünnə alimləri belə deyir:

وقد تكلموا في أن هذا كان في الحديبية ، أو في حجة الوداع . وقد ورد في بعض الروايات ما يدل على أنه في الحديبية . ولعله وقع فيهما معا . وهو الأقرب . وقد كان في كلا الوقتين توقف من الصحابة في الحلق . أما في الحديبية : فلأنهم عظم عليهم الرجوع قبل تمام مقصودهم ، من الدخول إلى مكة وكمال نسكهم .
فكرر النبي صلى الله عليه وسلم الدعاء للمحلقين ; لأنهم بادروا إلى امتثال الأمر ، وأتموا فعل ما أمروا به من الحلق وقد ورد التصريح بهذه الحالة في بعض الروايات . فقيل " لأنهم لم يشكوا
" .

“Bu hadisənin Hüdeybiyyədə yaxud Vida həccində olması müzakirə mövzusudur. Bəzi rəvayətlərdə Hüdeybiyyədə baş verməsi varid olub. Bəlkə də hər ikisində olmuşdur. Ən yaxın olan nəzər də elə budur. Çünki hər iki vaxtda səhabələrin həlqddən imtina etmələri baş vermişdir. Hüdeybiyəyə gəlincə (ona görə həlq etmədilər ki), onlara əməllərini tamamlamamış və Məkkəyə daxil olmaq istəyini yerinə yetirməmiş geri qayıtmaq ağır gəlirdi.

Peyğəmbər həlq edənlərə (saçlarını tamamilə qırxanlara) ona görə üç dəfə rəhmət diləyir ki, onlar əmrə tabe olmuş və onlara əmr ediləni tamamlamışdılar. Həmçinin bu hal bəzi rəvayətlərdə açıq-aşkar varid olmuşdur və belə deyilmşdir: “Çünki onlar şəkk etmədilər. ”

İbn Dəqiq əl-İd, “İhkamul-Əhkam” cild 2, səh.101; Mətbəə Sünnətul-Muhəmmədiyyə, Qahirə, 1372/1953

Bu iki mənbəyə diqqət etdikdə məlum olur ki, Peyğəmbərin (s) “həlq edin (saçlarınızı qırxın)” əmrindən çıxanlar heç də bütün səhabələr olmamışdı. Onların bəziləri əmrə tabe olaraq saçlarını qırxmış, bəziləri isə Məkkəyə girə bilmədikləri ilə razılaşmayıb sadəcə təqsir etmişlər. Peyğəmbər (s) isə əmrə tabe olanlara üç dəfə rəhmət oxumaqla, əmrə tabe olmayanları bir növ məzəmmət etmişdir. Deməli həmin gün Peyğəmbərin (s) əmrinə tabe olmayanlar istisnasız olaraq bütün səhabələrə şamil deyil.

İmam Əliyə (ə) gəlincə isə... O Həzrətin (ə) əmrə tabe olmayanların sırasında olmasını deyən heç bir xüsusi dəlil yoxdur. Buna görə də “İmam (ə) da onların sırasında olmuşdur” demək böhtan və iftiradan başqa bir şey deyildir.

Əlhəmdu lillahi Rəbbil-aləmin

Əli Abdullah

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!