Təhriflər » Tirmizinin "Səhih"i və "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır" hədisi

Xülasə:

"Mən elmin şəhəriyəm, Əli onun qapısıdır"
hədisi Əl Tirmizinin (279-cu ildə vəfat etmişdir) "Səhih"inin (digər adları "Cami" və "Sünən") son nəşrlərində qeyd olunmur. Bu kitab Əhli Sünnənin "Səhih Sittə" altı səhih hədis kitabından biridir.

Araşdırdığımız bu hədis Tirmizinin "Səhih" adlı kitabında mövcud idi, amma sonralar müəyyən tarixi dövrlərdə qeyri-müəyyən şəkildə yoxa çıxmışdır. Biz bu hədisin müəmmalı şəkildə necə yoxa çıxdığını araşdıracağıq.

Vacib: Bu müzakirədə məqsədimiz hədisin səhihliyini sübut etmək deyil. Bu artıq bir neçə işdə ətraflı sübut edilmişdir. Misal üçün "Nafahat əl Əzhar fi Xulasat Abaqat" kitabının 10, 11 və 12-ci cildləri bu hədisə həsr olunub və onun təvatür olduğu qeyd olunur. Buna görə də, müzakirənin məqsədinə əsasən, aşağıda bəzi alimlərin hədisin dəyərini azaltmaq üçün verdiyi mənfi şərhlər nəzərə alınmayacaq.

Mənbə: Seyyid Həmid Hüseyn Laxnavi "Nafahat al-Əzjar fi Xulasat Abaqat əl Ənvar", Seyyid Əli əl Hüseyni əl Milani tərəfindən ərəbcəyə tərcümə olunmuşdur, Qum, cild 12, səh. 124

Əl Tirmizi Hicri təqvimlə 209-279-cu illər arasında yaşamışdır. Ondan sonra yaşamış bəzi hədis, sira, tarix və kəlam kitab müəllifləri qeyd ediblər ki, o bu hədisi – eyniylə yuxarıda göstərilən şəkildə – öz "Səhih"ində yazıb. Lakin "Səhih"in son nəşrlərində yalnız bu hədis var: "Mən hikmət eviyəm, Əli də onun qapısıdır." Bu hədisi aşağıdakı hissədə görmək olar.
Səhih (Cami, Sünən) əl Tirmizi (vəfatı Hicri 279), cild 5, səh. 141 (Beyrut çapı: Dar əl-kutub əl-ilmiyyah, İbn əl-Ərabi əl-Malikinin şərhi ilə)


Tirmizinin "elm şəhəri" hədisi yazdığını deyənlər

Nəzərinizə çatdırırıq ki, aşağıdakı siyahı "elm şəhəri" hədisinin ravilərindən biri Tirmizinin olduğunu qeyd edən bəzi Əhli-Sünnə mənbələrindən ibarətdir. Buraya həmin hədisi Tirmizinin adı çəkilmədən rəvayət edilən mənbələrin bir çoxu daxil edilməyib.

"Tarix əl Xulafa", Cəlaləddin əl Süyuti (Hicri 911-ci ildə vəfat etmişdir), Beyrut çapı: Dar al-Ma`rifah, səh. 152 (redaktor Mahmud Riyad əl-Hələbi, 1417/1996).

"... Əl Tirmizi və əl Hakim Əlidən rəvayət ediblər: Allah Rəsulu (Allahın salamı ona olsun) dedi: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır..."


Bu hədis eyniylə olduğu kimi Hakimin "Müstədrək əla əl Səhihəyn" kitabında, cild 13, s 126-7-də qeyd olunub.

"Əl Dürar əl muntatharə fi əl əhadis əl müstəhirah", Cəlaləddin əl Süyuti (Hicri. 911-ci ildə vəfat etmişdir), səh. 53 (Beyrut çapı: əl-Maktab əl-İslami, redactor əl-Şeyx Xəlil Muhyi əl-Din əl-Mays, 1404/1984)

Və eyniylə:

"Cəvahir əl İqdayn", Nur əl Din Əli əl Səmhudi (Hicri 911-ci ildə vəfat etmişdir), əlyazma

Əl Tirmizi Əlidən ravi zənciri ilə rəvayət etmişdir: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır."
"Əl Ləali əl Masnuəh", Cəlaləddin əl Suyuti, (Hicri 911-də vəfat etmişdir), cild 1, səh. 332

"Əl Nukat əl bədiət əla əl mavduat", Cəlaləddin əl Suyuti (Hicri 911-də vəfat etmişdir), əlyazma

""Taa" "Kaaf" hədisi: "Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır", Əlinin və İbn Abbasın rəvayət olunur. Mən deyirəm: Əlidən rəvayət olunan hədisi Tirmizi və Hakim öz kitablarında gətiriblər, İbn Abbasdan rəvayət olunan hədisi isə Hakim və Təbarani qeyd ediblər.

"Navaqid əl Rafavid" Mirzə Makdum Abbas bin Muin əl Din əl Cürcani (Hicri 988-də vəfat etmişdir) əlyazma [İ.O., Dehli Ərəb əlyazması 972]

"Allahın Elçisi ona Allahın salamı olsun dedi: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır". Tirmizi rəvayət etmişdir".

"Əl-Lama'at fi Şərh əl Mişkat" Şeyx Abdul Haqq əl Dəhləvi, (hicri 1052-də vəfat etmişdir), "Əlinin fəzilətləri babı"

"Bilin ki, hədisin məşhur versiyasının mənası budur: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır". Tənqidçilər bu haqda danışıblar və onun mənbəsinin Şiə olan Əbu Əl Salt (Əl Haravi)-dən olduğunu deyiblər və ona tənqidi yanaşıblar. Bu hədis Hakim tərəfindən səhih hesab olunmuşdur, Tirmizi isə bu hədisi həsən hesab etmişdir..."

"Taysir əl Mətalib əl Saniyyə" (Məvahib əl Laduniyyə kitabının haşiyəsində), Nur əl Din əl Şəbramalasi (vəfatı tarixi məlum deyil), əlyazma [Peyğəmbərin adını çəkərkən, yəni mədinətul ilm]

"... Tirmizi və başqaları hədisi ravi zənciri ilə rəvayət etmişlər: "Mən elm şəhəriyəm, Əli onun qapısıdır...""

"Əl Nibras li kaşf əl iltibas əl vaqi fi əl əsas" İbrahim b. Hasan əl Kürdi əl Kavrani əl Şafii, (Hicri 1101-ci ildə vəfat etmişdir), əlyazma

".. Peyğəmbərin (ona salam olsun) söylədiyinə əsasən, o, onun (yəni peyğəmbərin) elm şəhərinin qapısı idi: "Mən elm şəhəriyəm, Əli onun qapısıdır." Bunu Bazzar və Təbərani "əl Avsat"da Cabir ibn Abdullahdan, Tirmizi və Hakim isə Əlidən rəvayət olunmuşdur.

 

Şərh əl Məvahib əl Ləduniyyə, Məhəmməd bin Əbd əl Baqi əl Əzhəri əl Zürqani əl Maliki (Hicri 1122-ci ildə vəfat etmişdir), cild 3, səh. 143 [Peyğəmbərin adlarını izah edərək, yəni madinat əl ilm]

"Mədinət əl elm: Allahın Rəsulu (ona və nəslinə salam olsun) dediyi kimi: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır". Hədis Tirmizi və Hakim tərəfindən nəql edilmişdir və başqalarının etdiyi kimi, onlar da bu hədisin Əlinin haqqında deyildiyini və səhih olduğunu qəbul etmişlər."

Zakirat əl Maal fi Şərh Əqd Cəvahir əl Ləəl, Şihab əl Din Əhməd bin Əbdulqadir əl Ucayli əl Şafii (13-cü əsrdə vəfat etmişdir) əlyazma

"Əl Tirmizi rəvayət edir ki, o, ona salam olsun, demişdir: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır...'"

"Minhəc əl Sünnə" İbn Teymiyyə əl Hərrani (Hicri 652-ci ildə vəfat etmişdir) cild 4, səh. 138 (Beirut çapı: Dar əl-Kutub əl-İlmiyyah)

Baxmayaraq ki, İbn Teymiyyə bu hədisi etibarlı hesab etmir (və onun görüşü "Nafaat əl Əzharda" (cild 12, s 132) tamamilə təkzib edilir) o yenə də əmindir ki, Tirmizi bunu "elm şəhəri" sözlərilə rəvayət etmişdir. Əgər İbn Teymiyyə inansa idi ki, bu hədis Tirmizinin "Səhih"ində yoxdur, onda o, öz inandığına dəlil gətirmək üçün iddiasında israrlı olardı.

Əl Sirah (Subul əl Huda və əl raşad), Şəms əl-Din Muhamməd bin Yusif əl-Salihi əl-Şami (Hicri 942-ci ildə vəfat etmişdir), cild 1, səh. 631 (Qahirə çapı: əl-Məclis əl-A`la li-Shu'un əl-İslamiyyah, redaktor Dr. Mustafa Abd əl-Vahid, 1392/1972)

"Subul əl Huda"nın müasir redaktoru Dr. Mustafa Abd əl-Vahid qeydində izah edir ki, bu hədisin mətni Tirmizidə belədir: "Mən hikmət şəhəriyəm..."

İbn əl Əsir də həmçinin "elm şəhəri" versiyasında Tirmiziyə isnad etmişdir:

"Cami əl usul fi əhaditr əl Rəsul" İbn əl Əsir (hicri 606-cı ildə vəfat etmişdir), cild 8, səh.657 (Qahirə çapı: Maktabah əl-Halavani, Mətbə`ah əl-Mallah, Maktabah Dar əl-Bəyan, redaktor Abd əl-Qadir əl-Arna'ut, 1392/1972)

Yuxarıdakı "Sübul əl Xuda" məsələsində, İbn əl Əsirin kitabının müasir redaktoru Əbdül Qadir əl Arnaut bu girişin haşiyəsində deyir ki, bu hədisin söz sıralanması Tirmizidə belə olub: "Mən hikmət şəhəriyəm (dar al hikmah), Əli onun qapısıdır".

Bu onu göstərir ki, İbn Əsir kimi qabaqcıl alim ya hər iki hədisi eyni hesab etmişdir, ya da səhvən Tirmizidəki yanlış versiyaya isnad etmişdir. Bu, həm də belə məna verə bilər ki, Tirmizi bu hədisi "Səhih"ində (başqa adı "Cami") yox, hansısa başqa əsərərində sitat gətirmişdir.

Bir başqa versiya da mümkündür ki, İbn Əsir "elm şəhəri" hədisinin Tirmizinin "Səhih"ində olduğunu bilirdi, lakin əl Arnaut bu hədisi oraya yerləşdirə bilmədiyi üçün başqa bir izahat verməli olmuşdur.

Mümkündürmü ki, bu müəlliflər "elm şəhəri"ni "hikmət şəhəri" versiyası ilə eyni olduğunu hesab etməsinlər?

Əvvəla, mühəddislər buna oxşar, amma səhih olmayan mətnlərlə yazılmış hədislərdə dəqiqlikləri ilə məşhurdurlar. Həqiqətən, öncəki alimlər hətta müxtəlif ravi zənciri ilə rəvayət olunan səhih hədislərin belə nadir olduğunu hesab edirdilər.

İkincisi, açıq-aşkar dəlil var ki, həm "elm şəhəri", həm də "hikmət şəhəri" hədisləri Tirmizinin kitabılnda mövcud idi.

"Əl Səva’iq əl Muhriqa" İbn Həcər əl Heytəmi əl Məkki (Hicri 974-cü ildə vəfat etmişdir) səh. 122, (daha əvvəlki nəşrlərdə səh. 73. Qahirə çapı: Maktabah əl-Qahirah, redaktor Abd əl-Vahhab Abd əl-Lətif, 1955)

"... əl Tirmizi və Hakim Əlinin belə dediyini rəvayət edirlər: Allah Rəsulu (Allahın salamı olsun onun üzərinə) belə dedi: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır". Tirmizinin yazdığı başqa bir rəvayətdə isə Əli haqqında belə deyilir: "Mən hikmət şəhəriyəm, Əli onun qapısıdır...""

"İsaf əl Rağibin (Nur əl Əbsarın kənarında) Muhamməd bin Əli əl Sabban əl Misri (Hicri 1206-cı ildə vəfat etmişdir) səh. 170-71 (Qahirə çapı: Maktabah Mustafa əl-Hələbi, 1367/1948)

"... Tirmizi və Hakim Əlinin belə dediyini rəvayət edirlər: "Allah Rəsulu (Allahın ona salamı olsun) belə dedi: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır" və Tirmizinin Əli haqqında yazdığı bir başqa rəvayətdə "Mən hikmət eviyəm, Əli onun qapısıdır...""

"Əl İqd əl Nəbəvi və əl sirr əl Mustafavi" Şeyx bin Abdullah əl İdris əl Yəməni (Hicri 990-cı ildə vəfat etmişdir) əlyazma

"Əl Bazzar və Təbərani özünün "əl Avsat"ında Cabir ibn Abdullahdan rəvayət edir və Təbarani, Hakim və Uqeyli "Duafa"sında və ibn Adi İbn Ömərdən, Tirmizi və Hakim də Əlidən rəvayət edirlər: "Allah Rəsulu (salam və salat olsun onun üzərinə) dedi: Mən elmin şəhəriyəm, Əli onun qapısıdır." Və bir rəvayətdə: "kim elm istəyirsə, qapıdan girsin." Əl Tirmizidən gələn bir başqa rəvayətdə: "Mən hikmət eviyəm, Əli onun qapısıdır"".

 

Ola bilərmi ki, ibn Əsir və ya başqa müəlliflər Tirmizinin başqa kitabından sitat gətirməsinlər?

İki səbəbdən bu iş qeyri-mümkündür:

İbn Əsirin "Cami əl Üsul" kitabı yalnız altı hədis kitabına əsaslanır: Malikin Muvəttəsı, Səhih əl Buxari, Səhihi Müslim, Tirmizinin Camisi, Nəsainin Sünəni, Əbu Davudun Sünəni. (Bax: Hədis Metodologiyası və Ədəbiyyat elmləri, M. M. Azami, səh. 112)

Tirmizinin "elm şəhəri" hədisini özünün Sünənində/Camisində yazdığını sübut edən başqa sübutlar da var. (aşağıda baxın)

"Al Mirqat fi Şərh əl Mişkat" Ali əl Qari (Hicri 1014-cü ildə vəfat etmişdir) cild 5, səh. 571

"Mən elm şəhəriyəm və Əli onun qapısıdır" hədisi Hakim tərəfindən Əl Müstədrəkdə "əl Mənaqib" (bölməsində) İbn Abbasdan rəvayət edilmişdir. O, [yəni əl Hakim] demişdir: Səhihdir. Onun ardınca Zəhəbi ... əl Daraqutni demişdir: Sabitdir və Tirmizi bunu Camisində "Əl Mənaqib" bölməsində rəvayət etmişdir.

"Mətalib əl Saul" Muhammad bin Talha al-Şafii (Hicri 652-ci ildə vəfat etmişdir, səh. 35 və 61

".. Allah Rəsulu (Allahın salamı olsun onun üzərinə) onun haqqında (yəni Əli) demişdir və Tirmizi də bunu Səhihində ravi zinciri ilə rəvayət etmişdir: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır."

"Arıza əl batin" Muhəmməd bin Talha əl Şafii (hicri 652-ci ildə vəfat etmişdir), 4-cü və 6-cı hissələr

"...Allah rəsulu (s) əl Tirmizinin Səhihində (peyğəmbərdən rəvayət edərək) dediyi kimi demişdir: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır."

"İbtal Nəhc əl batil" Fazlallah ibn Ruzbahan əl Xunci əl Şirazi əl Şafii (Hicri 924-cü ildə vəfat etmişdir) əlyazma [I.O., Delhi Arabic MSƏH. 792]

Bu kitab məşhur şiə alimi Əllamə Hillinin (hicri 726-cı ildə vəfat etmişdir) Kəşf əl Haqq və Nəhc əl Sidq kitabına cavab olaraq yazılmışdır. Bu cavab digər Şiə alimi Qadi Nur Allah Şüstəri (hicri 1019-cu ildə vəfat etmişdir) tərəfindən İhqaq əl Haqq kitabında tamamilə inkar edilmişdir (Tehran, hicri 1273/ miladi1856-7CE).

İbn Ruzbahan yazır:

Alimin (yəni Hillinin) Əmir əl Mumininin elmi haqqında nəyi qeyd etmək istədiyinə gəldikdə, heç bir şübhə yoxdur ki, o ümmətin alimlərindən biri idi və buna görə camaat ona bağlı (ondan asılı) olub. Niyə də belə olmamalı idi? O, elmdə və həqiqət bilgilərində Peyğəmbərin (ona salam və salat olsun) vəsisi idi, bu haqda mübahisə ola bilməz. Səhihi Tirmizidən sitat gətirilən mətn isə səhihdir.

Maraqlıdır, ibn Ruzbahan Əllamə Hillinin kitabında aşağıdakı hissəyə nə cavab verib:
"On doqquz: Əhməd bin Hənbəlin Müsnədində və Müslimin Səhihində yazılır:

Əli bin Əbu Talibdən başqa Allah Rəsulunun (Allahın salamı ona olsun) elə bir səhabəsi yox idi ki, desin: "Məndən soruşun". Allah rəsulu (Allahın salamı ona olsun) demişdir: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır.

Əgər ibn Ruzbahah inansa idi ki, hədis Əllamə Hilli tərəfindən səhvən Əl Tirmiziyə nisbət verilib, heç şübhəsiz, o, bu faktı üzə çıxarmaqla rəqibin qapısına mübahisəli bir məsələdə qol vurmaq şansını yaxalayardı.
Əksinə, o açıq-aydın bu hədisin Tirmizinin Səhihində yer aldığını təsdiqləyir və hətta qeyd edir ki, hədis səhih kateqoriyasındandır.

"Əl Fəvatih Şərh Divan Əli" Kamal əl Din Hüseyn b. Muin əl Din əl Yəzdi əl Məybudi (vəfatı tarixi məlum deyil), səh. 3

O, "elm şəhəri" hədisini Səhih əl Tirmiziyə nisbət verir və hədisin belə yazıldığını təsdiqləyir: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır".

Nəticə

Yuxarıda gətirilən bütün nümunələr açıq-aydın sübut edir ki, "elm şəhəri" hədisi "hikmət evi" hədisi ilə bərabər Tirmizinin Səhih/Cami/Sünən kitabında yer almışdır və yuxarıda adı çəkilən bir çox Sünni alimləri bu faktın şahididirlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!