Nübuvvət » Əhli-sünnə nəzərinə görə Peyğəmbərin (s.ə.a) mövludunu qeyd etmək olarmı?

Sual:

Hər il “vəhdət həftəsi” adlanan həftədə bütün dünya müsəlmanları: şiələr, sünnilər və müxtəlif islam məzhəbləri İslam Peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü bayram edirlər. Həmçinin onun övladı İmam Sadiqin (əleyhissəlam) doğum günü də bu mübarək günə təsadüf edir. Bu iki doğum günü ilə əlaqədar müsəlmanlar mövlüd mərasimləri təşkil edir, mədhiyyələr söyləyir, çıxışlar edir, bayram keçirirlər. Bundan əlavə bir-birlərini təbrik edir, süfrə açırlar.

Doğum günü ilə əlaqədar bayram məclisi keçirmək vəhhabilər tərəfindən qadağan edilmiş, bidət və haram sayılmışdır. Amma buna baxmayaraq, şiə alimlərinin nəzərində bu iş icazəlidir. Bu məsələ bizim üçün aydındır. Lakin daha çox arxayınlıq əldə etmək üçün belə bir sual vermək istəyərdik: görəsən əhli-sünnə alimləri də bunu caiz hesab etmişlərmi? Bu yerdə onlar tərəfindən fikirlər və fətvalar nəql olunmuşdur, ya yox?

Cavab:

Sualda qeyd olunduğu kimi, bütün müsəlmanlar və islam firqələri peyğəmbərlərin ağası Həzrət Məhəmməd Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü qeyd edir, o Həzrətin və onun övladı İmam Sadiqin (əleyhissəlam) bərəkətli varlıqlarının nemətinə şükür əlaməti olaraq həmin günü möhtərəm tuturlar.

Vəhhabi məzhəbinin başçıları və onların ardıcılları Həzrət Məhəmməd Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) və onun dininin ardıcılı olduqlarını iddia etsələr də, əməl baxımından müsəlmanların o həzrətlə əlaqədar məhəbbətlərini izhar etmələrini məsxərəyə qoymuş, bu cür dahi şəxsin doğum gününü bayram etməyin haram olmasına dair fətva vermişlər.

Bu yazını oxuyanlara daha ətraflı məlumat vermək üçün, əvvəlcə vəhhabi məzhəbinin başçılarının bu bayramla əlaqədar fətva və sözlərindən bəzilərini qeyd edəcək, ardınca isə onun cavabını geniş şəkildə verəcəyik.

Doğum gününün qeyd edilməsinin bidət olması barədə vəhhabi məzhəbinin fətva və sözləri

Bu məsələ barəsində təhqiramiz sözlər və fətvalar olduqca çoxdur. Sadəcə nümunə üçün ikisini qeyd edirik:

1. İbn Teymiyənin sözü

Vəhhabi cərəyanının fikir qurucularından (ideoloqlarından) olan İbn Teymiyə Qədir-Xum gününün bayram kimi qeyd olunmasının “bidət” olmasından danışarkən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) doğum günün keçirməyin “bidət” olması məsələsinə də toxunmuşdur. O, bu barədə deyir:

إن اتخاذ هذا اليوم عيداً ، محدثٌ لا أصل له ، فلم يكن في السلف لا من أهل البيت ولا غيرهم من اتخذ ذلك عيداً ، حتى يحدث فيه اعمالا إذ الأعياد شريعة من الشرائع فيجب فيها الاتباع لا الابتداع وللنبي خطب وعهود ووقائع في أيام متعددة مثل يوم بدر وحنين والخندق وفتح مكة ووقت هجرته ودخوله المدينة وخطب له متعددة يذكر فيها قواعد الدين ثم لم يوجب ذلك أن يتخذ مثال تلك الأيام أعيادا وانّما يفعل مثل هذا: النصارى الذين يتّخذون أمثال أيام حوادث عيسى(عليه السلام) أعياداً أو اليهود ، وإنما العيد شريعة فما شرعه الله اتبع وإلا لم يحدث في الدين ما ليس منه. وكذلك ما يحدثه بعض الناس اما مضاهاةً للنصارى في ميلاد المسيح ، وامّا محبّة للنبي(صلى الله عليه وآله) وتعظيماً له . . فإن هذا لم يفعله السلف ، ولو كان خيراً محضاً أو راجحاً لكان السلف أحقَّ به مِنّا»

“Bu günü bayram etmək yeni (bidət) bir işdir və əsası yoxdur. Sələflər, həmçinin Əhli-beyt və onlardan başqaları arasında bir nəfər belə olsun bu günü bayram etməmiş, bu gündə hansısa əməllər yerinə yetirməmişdir; çünki bayram etmək islam qanunlarından bir qanundur; deməli, bu yerdə özündən bidət qoyma deyil, tabeçilik gərəkdir. Peyğəmbərin Bədr, Hüneyn, Xəndək, Məkkənin fəthi, hicrət zamanı, Mədinəyə daxil olma günü kimi bir sıra vaqiələrdə xütbələri, əhdnamələri vardır ki, (orada) dinin əsaslarını bəyan etmişdir, lakin bunun kimi günlərdə bayram tutmağı vacib etməmişdir.1

Belə bir şeyi ancaq həzrət İsanın (əleyhissəlam) başına gələn hadisələrin baş verdiyi günləri bayram edən xristianlar və yəhudilər edər. Bayram şəriətdir (şəriətin bir parçasıdır). Allah nəyi şəriət etsə, ona tabe olunar, əks halda, dində olmayan bir şey dinə artırılmaz.

Eləcə də bəzilərinin özlərini xristianlara bənzətmək – xristianlar Məsihin doğum gününü qeyd edirlər –, ya da Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm)  məhəbbət və ehtiram göstərmək üzündən etdikləri bidət (Peyğəmbərin mövludunu qeyd etmək) də belədir... Sələflər bunu da etməmişlər. Əgər bu iş əsl xeyir və ya üstün bir iş olsaydı, onda bizdən qabaq sələflər bunu edərdilər”.

2. İbn Baz (vəhhabi müftisi)

İbn Baz vəhhabi məzhəbinin dünyasını dəyişmiş müftilərindən biridir. İslam Peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü qeyd etmək barədə ona sual verilmiş, o isə cavabda bunu bidət saymışdır. Sual və onun suala verdiyi cavabı Əbdürrəhman ibn İsmail Əbu Şammə “Əl-Bais əla inkaril-bidə” kitabında nəql etmişdir. Sual və cavabı belədir:

السؤال الأول

الحمد لله والصلاة والسلام على رسول الله وعلى آله وصحبه ومن اهتدى بهداه أما بعد فقد تكرر السؤال من كثير عن حكم الاحتفال بمولد النبي صلى الله عليه وسلم والقيام له في أثناء ذلك وإلقاء السلام وغير ذلك مما يفعل في المولد.

والجواب أن يقال لا يجوز الاحتفال بمولد الرسول صلى الله عليه وسلم ولا غيره لأن ذلك من البدع المحدثة في الدين لأن الرسول صلى الله عليه وسلم لم يفعله ولا خلفاؤه الراشدون ولا غيرهم من الصحابة رضوان الله على الجميع ولا التابعون لهم بإحسان في القرون المفضلة وهم أعلم الناس بالسنة وأكمل حبا لرسول الله صلى الله عليه وسلم ومتابعة لشرعة ممن بعدهم

وقد ثبت عن النبي صلى الله عليه وسلم أنه قال من أحدث في أمرنا هذا ما ليس منه فهو رد أي مردود عليه وقال في حديث آخر عليكم بسنتي وسنة الخلفاء الراشدين المهديين من بعدي تمسكوا بها وعضوا عليها بالنواجذ وإياكم ومحدثات الأمور فإن كل محدثة بدعة وكل بدعة ضلالة.

Birinci sual: Həmd Allaha məxsusdir. Salam və salavat olsun Allah Rəsuluna, onun əhli-beytinə, əshabına və onların hidayətinə tabe olan kəslərə. Bir çox şəxslər Peyğəmbərin doğum gününü qeyd etmək, mövludnamə oxunan zaman ayaq üstə dayanmaq, salam göndərmək və bunun kimi mövludda görülən işlərin hökmü ilə əlaqədar dəfələrlə sual ünvanlamışlar.

Cavab olaraq deyilməlidir ki, nə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) və nə də başqalarının doğum gününü qeyd etmək caiz (icazəli) deyildir. Çünki bu, dində yeni yaradılan bidətlərdəndir. Çünki Peyğəmbər, onun raşidi xəlifələri və üstün əsrlərdə (islamın ilk 3 əsrində) yaşamış səhabələr və tabeinlər bu işi görməmişlər. Onlar sünnə ilə əlaqədar insanların ən elmlisi olmuşlar. Onların Peyğəmbərə qarşı məhəbbətləri, habelə onun şəriətinə olan tabeçilikləri onlardan sonra gələnlərdən daha kamil olmuşdur.

Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) belə söylədiyi sübuta yetmişdir: “Kim dində olmayan bir şeyi dində icad edərsə, həmin şey rədd olunar”. Başqa bir hədisdə buyurmuşdur ki: “Mənim sünnəmdən və məndən sonra gələn raşidi2 və mehdi3 xəlifələrin sünnəsindən yapışın! Bunlara sarılın və azı dişlərinizlə bunlardan tutun!; ortaya çıxarılan yeni işlərdən çəkinin; çünki hər bir ortaya çıxarılan yeni iş bidətdir və hər bir bidət azğınlıqdır”.4

Xülasə:

İbn Teymiyə və İbn Bazın (vəhhabi müftisi) sözlərindən belə aydın olur ki, İslam Peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü qeyd etmək və bununla bağlı mərasim keçirmək bidətdir; çünki:

Birincisi, Allah Rəsulunun özü bu işi yerinə yetirməmiş, xütbələri və çıxışlarında  buna toxunmamışdır;

İkincisi, xəlifələr, səhabələr və tabeinlər, heç kəs üçün doğum günü keçirməmişdir;

Üçüncüsü, xaçpərəstlər və yəhudilər belə bir mərasim keçirirlər, əgər müsəlmanlar belə bir bayram keçirmiş olsalar, xaçpərəst və yəhudilərə oxşamış olacaqlar, onların işləri bidət və haram hesab ediləcək.

Şübhənin cavabı:

Bu yerə qədər İbn Teymiyənin dilindən və İbn Bazın fətvasından şübhənin əsli, həmçinin ad gününü qeyd etməyin bidət olmasının dəlilləri aydın oldu. İndi isə bu sualın cavabını və əlavə məsələlərini bəyan edirik:

Birinci cavab: Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) doğum gününün il dönümündə qurban kəsmişdir.

Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü bayram etməyin haram olmasına dair İbn Bazın fətvası bu dəlilə söykənir ki, doğum gününün ildönümünü qeyd etmək nə o həzrətin özü, nə də səhabələri tərəfindən icra edilmişdir: “Çünki nə Peyğəmbər, nə onun raşidi xəlifələri və nə də səhabələr bunu etmişlər”.

Davranış və əməllərdən bir çoxunu bidət hesab etmək barədə bu meyar vəhhabi məzhəbi tərəfindən müzakirəyə çıxarılmışdır. Bu kriteriyalardan biri müzakirə resursunun mövzusudur.

Bu şübhəyə cavab olara deyilməlidir:

Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) özü doğum gününün il dönümündə öz əqiqəsini (ki, şükür etmək hesab olunmuşdur) təkralamışdır. Bu mətləb Əhli-sünnənin mötəbər rəvayətlərində gəlmişdir. Maraqlısı odur ki, Əhli-sünnənin tanınmış alimlərindən olan Cəlalüddin əs-Süyuti  bu rəvayətə əsaslanaraq İslam Peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü qeyd etməyin müstəhəb olmasını bildirmişdir.

Süyuti İbn Həcər Əsqəlaninin fətvasını (bunu daha sonra qeyd edəcəyik) və onun həzrət Musanın (əleyhissəlam) qurtuluşuna şükür əlaməti olaraq Aşura günü yəhudilərin oruc tutmasına istinad etməsini bəyan etdikdən sonra özü də Peyğəmbərin doğum gününü qeyd etməyin müstəhəb olması ilə əlaqədar həmin bu rəvayətə istinad etmişdir. O, deyir:

قلت : وقد ظهر لي تخريجه على أصل آخر وهو ما أخرجه البيهقي عن أنس أن النبي صلى الله عليه وسلّم عق عن نفسه بعد النبوة مع أنه قد ورد أن جده عبد المطلب عق عنه في سابع ولادته والعقيقة لا تعاد مرة ثانية ، فيجعل ذلك على أن الذي فعله النبي صلى الله عليه وسلّم إظهار للشكر على إيجاد الله إياه رحمة للعالمين وتشريع لأمته كما كان يصلي على نفسه لذلك فيستحب لنا أيضاً إظهار الشكر بمولده بالاجتماع وإطعام الطعام ونحو ذلك من وجوه القربات وإظهار المسرات.

“Deyirəm: Mənim üçün Peyğəmbərin ad gününü qeyd etmək başqa bir dəlilə əsasən sübuta yetmişdir və o budur ki, Beyhəqi Ənəsdən Peyğəmbərin peyğəmbərliyə yetişdikdən sonra özü üçün əqiqə qurbanlığı kəsdiyini bildirən bir hədis nəql etmişdir. Halbuki başqa bir hədisə əsasən, Peyğəmbərin babası Əbdülmüttəlib Peyğəmbərin doğulmasının yeddinci günündə onun üçün əqiqə kəsmişdir. Məlumdur ki, əqiqə qurbanlığı ikinci dəfə yerinə yetirilməz; Deməli, Peyğəmbər bu işi Allahın onu aləmlərə rəhmət olaraq göndərməsinə şükür etmək və bu işi öz ümməti üçün bir qanun etmək məqsədiylə etmişdir. Necə ki, eyni məqsədlə özü-özünə salavat göndərərdi (və bununla bu işin bir qanun bizə bu işin qanuni və bəyənilən bir iş olmasını göstərmək istəyərdi). Deməli, bizim üçün də bir yerə toplaşmaq, fəqirləri yedirmək və s. bu kimi Allaha yaxınlaşdıran və sevincə səbəb olan işlər görməklə Peyğəmbərin dünyaya gəlməsinin şükrünü izhar etmək müstəhəb sayılır”.5

Süyutinin kəlamındakı mühüm nöqtə budurki, o, Allah Rəsulunun əqiqəni iki cəhətə görə icra ediyini bildirir:

1) şükür izhar etmək üçün;

2) bu işi öz ümməti üçün şəri cəhətdən qanuniləşdirmək üçün: “Peyğəmbər bu işi Allahın onu aləmlərə rəhmət olaraq göndərməsinə şükür etmək və bu işi öz ümməti üçün bir qanun etmək məqsədiylə etmişdir”.

Bu zaman belə bir nəticə əldə olunur ki, bu meyara əsasən doğum gününü qeyd etmək müstəhəbdir: “Deməli, bizə də onun mövludu ilə əlaqədar şükür etməyi bildirmək müstəhəbdir”.

Hələbi də bu hədisi nəql etdikdən sonra Süyutinin bu hədisi Peyğəmbərin doğum gününü qeyd etmək üçün bir əsas hesab etdiyini bildirmişdir:

والحافظ السيوطى ... وجعله أصلا لعمل المولد قال لأن العقيقة لا تعاد مرة ثانية فيحمل ذلك على أن هذا الذي فعله النبي صلى الله عليه وسلم إظهارا للشكر على إيجاد الله تعالى إياه رحمة للعالمين وتشريعا لأمته ...

“Hafiz əs-Süyuti... bu hədisi mövlüd üçün bir əsas hesab etmişdir. O demişdir: “Məlumdur ki, əqiqə qurbanlığı ikinci dəfə yerinə yetirilməz; Deməli, Peyğəmbər bu işi Allahın onu aləmlərə rəhmət olaraq göndərməsinə şükür etmək və bu işi öz ümməti üçün bir qanun etmək məqsədilə etmişdir”.6

Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əqiqə hədisi əhli-sünnə mənbələrində nəql olunmuşdur və bu hissədə bu hədisin doğruluğuna (sənədinin səhih olmasına) dair bir neçə əhli-sünnə aliminin sözlərini qeyd edirik:

Əl-Məqdisi bu hədisi nəql etdikdən sonra onun sənədinin düzgün (səhih) olmasını qeyd etmişdir:

أخبرنا محمد بن أحمد بن نصر بأصبهان أن الحسن بن أحمد الحداد أخبرهم وهو حاضر ابنا أبو نعيم ابنا سليمان بن أحمد الطبراني ثنا أحمد بن مسعود هو المقدسي قثنا الهيثم بن جميل قثنا عبد الله بن المثنى عن ثمامة بن عبد الله بن أنس عن أنس أن النبي صلي الله عليه وسلم عق عن نفسه بعدما بعث نبيا إسناده صحيح.

“...Ənəsdən rəvayət olunmuşdur ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) peyğəmbər olaraq göndərilikdən sonra özü üçün əqiqə qurbanı kəsmişdir. İsnadı səhihdir”.7

Həmçinin Əbu Bəkr Heysəmi deyir:

وعن أنس أن النبي صلى الله عليه وسلم عق عن نفسه بعد ما بعث نبيا رواه البزار والطبراني في الأوسط ورجال الطبراني رجال الصحيح خلا الهيثم بن جميل وهو ثقة.

“Ənəsdən rəvayət olunmuşdur ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) peyğəmbər olaraq göndərilikdən sonra özü üçün əqiqə qurbanı kəsmişdir. Bunu Bəzzar, həmçinin Təbərani “Əl-Əvsət”də rəvayət etmişdir. Təbəraninin raviləri “Səhihin raviləri”dir. Bircə Heysəm ibn Cəmildən başqa ki, o da siqədir”.8

Dəmyati də bu hədisin sənədini həsən hesab edərək deyir:

فإذا بلغ سقط الطلب عن الغير، وحسن أن يعق عن نفسه كما مر لخبر أنه - صلى الله عليه وسلم -: عق عن نفسه بعد النبوة. قال في فتح الجواد: وادعاء النووي بطلانه، مردود، بل هو حديث حسن.

“Yaxşı olar ki, insan özü tərəfindən əqiqə (qurbanlığı) etsin. (Əgər bir insan üçün doğulduğu zaman əqiqə kəsilməyibsə, həmin insan həddi-büluğa çatdıqdan sonra başqasından onun üçün əqiqə kəsməsini tələb edə bilməz, yaxşı olar ki, özü-özü üçün əqiqə qurbanlığı kəssin); necə ki, daha öncəki xəbərdə qeyd olunduğu kimi, Peyğəmbərin peyğəmbərlikdən sonra özü üçün əqiqə etmişdir. (İbn Həcər əl-Heysəmi) “Fəthul-cəvad” kitabında deyib: “Hədisin batil olmasına dair Nəvəvinin iddiası rədd olunur, əksinə, hədis həsən hədisdir”.9

İkinci cavab: Səhabələr Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) göndərilməsi və onun doğulması ilə əlaqədar hər həftənin bazar ertəsi günü oruc tutardılar.

Allah Rəsulunun səhabələri də Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) doğulmasına şükür əlaməti olaraq bazar ertəsi günlərini oruc tutardılar. Bu mətləb “Səhihü-Müslim”də nəql olunan bir hədisdə gəlmişdir. Hədisdə Allah Rəsuluna bazar ertəsi gününün orucu tutmaq barədə sual verildiyi qeyd olunur. Peyğəmbər buyurur ki:

“Bu gün (bazar ertəsi günü) mənim dünyaya gəldiyim və peyğəmbər olaraq göndərildiyim gündür”.

“Əbu Qətadə əl-Ənsari deyir: “Allah Rəsuluna onun oruc tutması barədə sual verildiyi zaman o, qəzəbləndi. Ömər dedi: “Biz Allahdan Rəbb olaraq, Məhəmməddən peyğəmbər olaraq, İslamdan din olaraq və beyətimizdən beyət olaraq razıyıq...”

حدثنا محمد بن الْمُثَنَّى وَمُحَمَّدُ بن بَشَّارٍ واللفظ لابن الْمُثَنَّى قالا حدثنا محمد بن جَعْفَرٍ حدثنا شُعْبَةُ عن غَيْلَانَ بن جَرِيرٍ سمع عَبْدَ اللَّهِ بن مَعْبَدٍ الزِّمَّانِيَّ عن أبي قَتَادَةَ الْأَنْصَارِيِّ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم سُئِلَ عن صَوْمِهِ قال فَغَضِبَ رسول اللَّهِ صلى الله عليه وسلم فقال عُمَرُ رضي الله عنه رَضِينَا بِاللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ رَسُولًا وَبِبَيْعَتِنَا بَيْعَةً ... قال وَسُئِلَ عن صَوْمِ يَوْمٍ وَإِفْطَارِ يَوْمٍ قال ذَاكَ صَوْمُ أَخِي دَاوُدَ عليه السَّلَام قال وَسُئِلَ عن صَوْمِ يَوْمِ الإثنين قال ذَاكَ يَوْمٌ وُلِدْتُ فيه وَيَوْمٌ بُعِثْتُ أو أُنْزِلَ عَلَيَّ فيه ...

Ravi deyir: “Allah Rəsuluna bir gün oruc tutub, bir gün iftar etmək barədə sual verdilər. Buyurdu: “Bu, qardaşım Davudun (əleyhissəlam) orucudur”. Ravi deyir: “Həmçinin bazar ertəsi günü oruc tutmaq barədə sual verdilər. Buyurdu: “Bu, mənim dünyaya gəldiyim, peyğəmbər olaraq göndərildiyim və ya mənə vəhyin nazil olduğu gündür...”10

Hədis açıq-aydın bildirilir ki, Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) bazar ertəsi günün orucu barədə sual verildikdə, Peyğəmbər bu gündə oruc tutmağın səbəbini məhz bu iki amil ilə əlaqələndirmişdir.

Hətta Əbdəri əl-Maliki bu günə sayğı bəsləməklə bərabər bu günü özündə ehtiva edən rəbiül-əvvəl ayına da sayğı bəsləməyin gərəkdiyini bildirmişdir:

فتشريف هذا اليوم متضمن لتشريف هذا الشهر الذي ولد فيه فينبغي أن نحترمه حق الاحترام ونفضله بما فضل الله به الأشهر الفاضلة.

“Bu günə dəyər vermək, Peyğəmbərin dünyaya gəldiyi bu aya da dəyər verməyi gərəkli edir. Biz bu aya da layiqincə ehtiram bəsləməli, Allah bu ayı digər aylardan fəzilətli etdiyi kimi biz də onu fəzilətli bilməliyik”.11

Buna görə də “səhabələr bu gün ərzində bir iş görməmişlər”, – deyə bəhanə gətirərək bu günü bayram etməyi sual altına salan, bayram keçirməyi bidət hesab edən kəslərin sözü batildir.

Üçüncü cavab: Doğum gününü qeyd etmək Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) varlıq nemətinin əta olunmasına şükür etməkdir

Allah-taalanın bəşər fərdlərinə bəxş etmiş olduğu nemətlər saysız-hesabsızdır. İlahi nemətlərdən biri də Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vücududur. İnsanlıq onun vasitəsilə azğınlıq və cəhalətdən qurtulmuşdur.

Müsəlmanların nəzərində doğum gününü qeyd etmək Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) kimi şəxsiyyətin əta olunmasına görə şükranlıq göstərməkdir.

Digər tərəfdən, nemət müqabilində şükür etmək vacib, bəyənilən, həm də ağıla uyğun bir işdir. Şəri cəhətdən də bu barədə heç bir qadağa mövcud deyildir. İndi belə bir sual yaranır, görəsən nemət müqabilində şükür etmək də vəhhabilərin nəzərində bidətdir?

İbn Həcər Əsqəlani əhli-sünnənin məşhur alimlərindəndir. O, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) doğulmasını Allahın böyük nemətlərindən bilmiş və açıq-aydın bir ifadə ilə o həzrətin ad gününü qeyd etməyi nemət müqabilində şükür etməyin növlərindən (nümunələrindən) biri hesab etmişdir.

Onun sözlərindəki mühüm nöqtə mövlüd gününü qeyd etməyə dair verdiyi fətvasını səhih hədisə əsaslandırmasıdır. Onun öz fətvasını əsaslandırdığı həmin səhih hədisdə Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Fironun suda qərq olması və həzrət Musanın qurtuluşu ilə əlaqədar Allaha minnətdarlıq bildirmək üçün yəhudilərin o günü əlamətdar gün kimi qeyd etmə əməlini təsdiq etdiyi bildirilir. İbn Həcər bu səhih hədisdən belə nəticə əldə edir ki, şükür bildirmə niyyəti ilə belə bir mərasim keçirilərsə, həmin mərasim caiz olar.

İbn Həcərin fətvasının mətnini Süyuti öz kitabında nəql etmişdir. Həmin fətva belədir:

وقد سئل شيخ الإسلام حافظ العصر أبو الفضل أحمد بن حجر عن عمل المولد فأجاب بما نصه : أصل عمل المولد بدعة لم تنقل عن أحد من السلف الصالح من القرون الثلاثة ولكنها مع ذلك قد اشتملت على محاسن وضدها ، فمن تحرى في عملها المحاسن وتجنب ضدها كان بدعة حسنة وإلا فلا .

“Şeyxülislam, əsrin hafizi Əbülfəzl Əhməd ibn Həcərdən doğum gününü qeyd etmək ilə əlaqədar sual soruşulmuş, o da belə cavab vermişdir: “Ad gününü qeyd etmək öz-özlüyündə bidət bir işdir. İlk üç əsrdə yaşamış saleh sələflərdən belə bir şey nəql olunmamışdır. Lakin bununla yanaşı bu iş, özündə bir sıra yaxşı və pis keyfiyyətləri ehtiva edir (yəni mövlud keçirmək yaxşı və pis yollarla ola bilər). Kim onun yaxşı keyfiyyətləri əsasında iş görüb, pis keyfiyyətlərdən uzaq dursa (kim yaxşı və bəyənilən yolla mövlud keçirsə), onun əməli yaxşı bidət olar. Əks təqdirdə isə xeyr”.

O, bu fətvadan sonra öz sözünü səhih bir hədisə isnad edir və deyir:

قال : وقد ظهر لي تخريجها على أصل ثابت وهو ما ثبت في الصحيحين من أن النبي صلى الله عليه وسلّم قدم المدينة فوجد اليهود يصومون يوم عاشوراء فسألهم فقالوا هو يوم أغرق الله فيه فرعون ونجى موسى فنحن نصومه شكراً لله تعالى.

“Mən bu nəticəni sübuta yetmiş bir hədisdən əldə etmişəm. Həmin hədis “səhiheyn”də (“Səhihül-Buxari” və “Səhihü-Müslim” kitablarında) gəlmişdir. Hədisə deyilir ki, Peyğəmbər Mədinəyə təşrif buyurduğunda yəhudilərin Aşura günü oruc tutduqlarını gördü. O, bunun səbəbini onlardan soruşanda onlar dedilər ki, bu, o gündür ki, Allah bu gündə Fironu suya qərq etmiş və Musaya nicat vermişdir. Biz də Allaha şükür əlaməti olaraq bu günü oruc tuturuq”.

فيستفاد منه فعل الشكر لله على ما من به في يوم معين من إسداء نعمة أو دفع نقمة ، ويعاد ذلك في نظير ذلك اليوم من كل سنة ، والشكر لله يحصل بأنواع العبادة كالسجود والصيام والصدقة والتلاوة ،وأي نعمة أعظم من النعمة ببروز هذا النبي نبي الرحمة في ذلك اليوم ،وعلى هذا فينبغي أن يتحرى اليوم بعينه حتى يطابق قصة موسى في يوم عاشوراء ، ...

(İbn Həcər deyir:) “Bu rəvayətdən belə nəticə əldə edilir ki, müəyyən bir gündə (insana) nemət əta etmək və ya bəlanı dəf etmək kimi minnət qoyduğuna görə Allaha olan şükrü yerinə yetirmək lazımdır. İlahi nemət qarşılığında edilən bu şükür hər il eyni gündə təkrar olaraq yerinə yetirilir. Allaha şükür – səcdə etmək, oruc tutmaq, sədəqə vermək və Quran oxumaq kimi ibadət növləri ilə hasil olur. Görəsən hansı nemət rəhmət peyğəmbəri sayılan Peyğəmbərin dünyaya gəlmə nemətindən daha böyükdür?! Buna görə də bu gün layiqli olan şükür bildirməkdir, ta ki, Aşura günündə Musanın (qurtuluş) əhvaları ilə uyğunlaşsın”.

وأما ما يعمل فيه فينبغي أن يقتصر فيه على ما يفهم الشكر لله تعالى من نحو ما تقدم ذكره من التلاوةوالإطعام والصدقة وإنشاد شيء من المدائح النبوية والزهدية المحركة للقلوب إلى فعل الخير والعمل للآخرة...

“Bu gündə görüləcək əməllərə gəlincə isə, yalnız Allaha şükür etmə sayılacaq əməllər görülməlidir; məsələn: Quran oxumaq, yemək vermək, sədəqə paylamaq, peyğəmbərlik və zöhdlə bağlı insanların qəlblərini xeyir işlər görməyə və axirət üçün çalışmağa sövq edən şeylər, mədhiyyələr söyləmək...”12

Dördüncü cavab: Əhli-sünnə alimləri Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ad gününü qeyd etməyi caiz bilirlər.

Əhli-sünnə alimlərinin sözlərində və fətvalarında axtarış aparıb onlara diqqət etdikdə aydın olur ki, onlar o həzrətin ad gününü qeyd etməyi caiz bilmiş, vəhhabilərin baxış mənbəyi olan bidət dairəsindən xaric hesab etmiş, onun üçün savab və mükafatlar qeyd etmişlər ki, bu da bidətlə heç cür uyğun gəlmir.13

Bu barədə onların sözü çoxdur. Biz ixtisara riayət etməklə onların fikir və fətvalarının bir hissəsini burada qeyd edirik. Onların hamısı bayram mərasimi qeyd etməyə dəlilini Peyğəmbərin məqamını uca tutmaq, sədaqət nümayiş etdirmək, o həzrətin varlııq neməti müqabilində şükür etmək olduğunu hesab edirlər.

1. İbn Həcər Əsqəlani (vəfatı 852 h.)

İbn Həcər Əsqəlani 9-cu əsr şafei sünnilərin böyüklərindəndir. İbn Həcər ona ünvanlanmış sualın cavabında Peyğəmbərin ad gününü qeyd etməyi yaxşı iş hesab etmişdir. Sualın və onun fətvasının mətnini Süyuti belə nəl etmişdir:

وقد سئل شيخ الإسلام حافظ العصر أبو الفضل أحمد بن حجر عن عمل المولد فأجاب بما نصه : أصل عمل المولد بدعة لم تنقل عن أحد من السلف الصالح من القرون الثلاثة ولكنها مع ذلك قد اشتملت على محاسن وضدها ، فمن تحرى في عملها المحاسن وتجنب ضدها كان بدعة حسنة وإلا فلا .

“Şeyxülislam, əsrin hafizi Əbülfəzl Əhməd ibn Həcərdən doğum gününü qeyd etmək ilə əlaqədar sual soruşulmuş, o da belə cavab vermişdir: “Ad gününü qeyd etmək öz-özlüyündə bidət bir işdir. İlk üç əsrdə yaşamış saleh sələflərdən belə bir şey nəql olunmamışdır. Lakin bununla yanaşı bu iş özündə bir sıra yaxşı və pis keyfiyyətləri ehtiva edir (yəni, mövlud keçirmək yaxşı və pis yollarla ola bilər). Kim onun yaxşı keyfiyyətləri əsasında iş görüb, pis keyfiyyətlərdən uzaq dursa (kim yaxşı və bəyənilən yolla mövlud keçirsə), onun əməli yaxşı bidət olar. Əks təqdirdə isə xeyr”.14

2. Cəlalüddin Süyuti (vəfatı 911 h.)

Əhli-sünnənin fiqh və təfsir alimlərindən olan Süyuti də Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səələm) ad gününü qeyd etməyi gözəl bidət, mükafat və savaba malik olduğunu hesab edir.

فقد وقع السؤال عن عمل المولد النبوي في شهر ربيع الأول ما حكمه من حيث الشرع ؟ وهل هو محمود أو مذموم ؟ وهل يثاب فاعله أولا ؟

والجواب : عندي أن أصل عمل المولد الذي هو اجتماع الناس وقراءة ما تيسر من القرآن ورواية الأخبار الواردة في مبدأ أمر النبي صلى الله عليه وسلّم وما وقع في مولده من الآيات ثم يمد لهم سماط يأكلونه وينصرفون من غير زيادة على ذلك هو من البدع الحسنة التي يثاب عليها صاحبها لمافيه من تعظيم قدر النبي صلى الله عليه وسلّم وإظهار الفرح والاستبشار بمولده الشريف.

“Rəbiül-əvvəl ayında Peyğəmbərin ad gününü qeyd etmək barədə sual verilmişdir; görəsən, şəriət baxımından bunun hökmü nədir, görəsən bəyənilən bir işdie, ya yox? Onu yetirən kəsin savabı var, yoxsa yox?

Cavab: “Mənim nəzərimdə, camaatın bir araya gəlib bir qədər Quran oxumaları, Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) dünyaya gəlməsi və dünyaya gəldiyi vaxt baş verən hadisələrlə barədə nəql olunan hədisləri qeyd etmələri, sonra süfrə salıb yemək yemələri və sonra da bundan başqa bir iş görmədən dağılışıb getmələrindən ibarət olan mövlüd mərasimi – sahibinə savab yazılan – yaxşı bidətlərdəndir. Çünki bu işdə Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) təzim göstərmək, onun mübarək doğum günü münasibətiylə sevinc və şadlıq izhar etmək vardır”.15

3. Salehi Şami (vəfatı 947 h.)

O, ad gününü qeyd etməyi düzgün hesab etməyən bir nəfərin sözünü tənqid edərək demişdir:

ولا نية هنا إلا الشكر لله تعالى على ولادة هذا النبي الكريم صلى الله عليه وسلم في هذا الشهر الشريف ، وهذا معنى نية المولد فهي نية مستحسنة بلا شك .

“Bu gözəl ayda bu hörmətli Peyğəmbərin ad günü yalnız Allaha şükür etmə niyyəti ilə qeyd edilir. Mövlud gününü qeyd etməyin niyyəti məhz budur. Deməli, bu niyyət şəksiz olaraq bəyənilən (və icazə verilən) bir niyyətdir”.16

4. İbn Cəzəri (vəfatı 833 h.)

Şəmsüddin Məhəmməd ibn Cəzəri Şafei doquzuncu əsr Əhli-sünnə alimlərindəndir. O, “Ət-Tərif bil-mövlidiş-şərif” kitabında Cəhənnəmdə Əbu Ləhəbin əzabının yüngülləşməsi barədə rəvayət qeyd etmiş (Peyğəmbərin doğum xəbərinə xatir öz kənizini Allah yolunda azad etdiyi üçün) ardınca “əgər kafir Əbu Ləhəbin gördüyü iş onun əzabının yüngülləşməsinə səbəb olursa, Peyğəmbərin doğum günündə xoşhal olan təkallahlı müsəlmanların mükafatı Cənnət olacaqdır”, - deyə bildirərək bu incə mülahizəyə and içmişdir.

Onun bu sözünü Süyuti “Əl-Havi lil-fətava” kitabında nəql etmişdir:

ثم رأيت إمام القراء الحافظ شمس الدين بن الجزري قال في كتابه المسمى عرف التعريف بالمولد الشريف ما نصه : قد رؤي أبو لهب بعد موته في النوم فقيل له ما حالك ؟ فقال : في النار إلا أنه يخفف عني كل ليلة اثنين وأمص من بين أصبعي ماء بقدر هذا وأشار لرأس أصبعه وإن ذلك باعتاقي لثويبة عند ما بشرتني بولادة النبي صلى الله عليه وسلّم وبإرضاعها له.

فإذا كان أبو لهب الكافر الذي نزل القرآن بذمة جوزي في النار بفرحه ليلة مولد النبي صلى الله عليه وسلّم به فما حال المسلم الموحد من أمة النبي صلى الله عليه وسلّم يسر بمولده ويبذل ما تصل إليه قدرته في محبته صلى الله عليه وسلّم ؟ لعمري إنما يكون جزاؤه من الله الكريم أن يدخله بفضله جنات النعيم .

“Qarilərin imamı, hafiz Şəmsüddin ibn Cəzərinin “Urfut-tərif bil-mövlidiş-şərif” adlı kitabında belə dediyini gördüm: “Əbu Ləhəbin ölümündən sonra onu yuxuda gördülər. Ona vəziyyəti barədə sual verdilər, o dedi: “Od içindəyəm. Təkcə hər bazar ertələrinin gecələri üzərimdə olan əzab yüngülləşdirilir. Barmaqlarım arasından bu qədər – barmağının başını göstərdi – su sovururam. Bu da ona görədir ki, Peyğəmbərin dünyaya gəlməsini mənə müjdə verdiyinə və ona süd verdiyinə görə kənizim Süveybəni azad etmişdim”.

Əgər barəsində məzəmmət edici ayə nazil olan kafir Əbu Ləhəb Peyğəmbərin doğulmasına xoşhal olduğuna görə Cəhənnəmdə mükafata layiq görülürsə, bəs Peyğəmbərin doğum günündə xoşhal olub, onun məhəbbəti yolunda əlindən gələn nə varsa, edən təkallahlı müsəlmanlarının durumu necə olacaq? Canıma and olsun, həqiqətən bu şəxsin kərim olan Allah tərəfindən mükafatı odur ki, onu Öz fəzli ilə Nəim cənnətlərinə daxil etsin”.17

5. Əbülxeyr Səxavi (vəfatı 902 h.)

Səxavi Şafei də açıqlamışdır ki, dünyanın hər yerində və böyük şəhərlərində olan müsəlmanlar Peyğəmbərin ad gününü xeyir işlər görərək qeyd edirlər. Onun fikrini Salehi Şami bu cür nəql etmişdir:

قال الحافظ أبو الخير السخاوي - رحمه الله تعالى - في فتاويه : عمل المولد الشريف لم ينقل عن أحد من السلف الصالح في القرون الثلاثة الفاضلة ، وإنما حدث بعد ، ثم لا زال أهل الإسلام في سائر الأقطار والمدن الكبار يحتفلون في شهر مولده صلى الله عليه وسلم بعمل الولائم البديعة المشتملة على الأمور البهجة الرفيعة ويتصدقون في لياليه بأنواع الصدقات ويظهرون السرور ويزيدون في المبرات ويعتنون بقراءة مولده الكريم ويظهر عليهم من بركاته كل فضل عميم . انتهى .

“Hafiz Əbülxeyr Səxavi fətvalarında deyir: Peyğəmbərin ad gününü qeyd etmək üç üstün əsrdə yaşamış saleh sələflərin heç birindən nəql olunmamışdır. Bu iş sonradan meydana gəlmişdir. Sonralar (ta bugünümüzədək) müxtəlif vilayətlərdə və böyük şəhərlərdə yaşayan İslam əhli mütəmadi olaraq Peyğəmbərin doğum ayında bayram edir, ecazkar ziyafət məclisləri keçirir və xoşhallığa səbəb olan xeyir işlər görürlər. Doğum gecəsi müxtəlif növ sədəqələr verir, sevinc izhar edir, xeyirxah işlər görüb mövlud qiraəti oxuyurlar. Nəticədə bunun bərəkətini öz üzərlərində görürlər. Sitatın sonu”.18

Səxavi şafei məzhəbinin alimlərindəndir. “Əl-Kəvakib” kitabının müəllifi onu bu cür xarakterizə edir:

محمدبن السخاوي: محمد بن عبد الرحمن بن محمد بن أبي بكر بن عثمان بن محمد، الشيخ الإمام، العالم العلامة المسند، الحافظ المتقن شمس الدين أبو الخير السخاوي الأصل القاهري المولد، الشافعي المذهب، ... توفي بمكة، ...سنة اثنتين وتسعمائة،

“Məhəmməd ibn Səxavi: Məhəmməd ibn Əbdürrəhman ibn Məhəmməd ibn Əbu Bəkr ibn Osman ibn Məhəmməd Şəmsüddin Əbülxeyr Əs-Səxavişeyxdir, imamdır, alimdir, əllamədir, müsniddir,19 hafizdir, mutqindir,20 qahirə əsilli, şafei məzhəblidir, ... 902-ci ildə Məkkədə vəfat etmişdir”.21

6. Əbdürrəhman Əbu Şammə (vəfatı 665 h.)

Əbu Şammə şafei məzhəbinin alimlərindən biridir. O, Peyğəmbərin ad gününü qeyd etməyin sonradan ortaya çıxarılan yaxşı işlərdən olduğunu deyir, bu işlərin Peyğəmbərə təzim göstərmək və onu bizə bəxş etdiyinə görə Allaha şükr etmək xatirinə görüldüyünü bildirir:

ومن أحسن ما ابتدع في زماننا من هذا القبيل ما كان يفعل بمدينة اربل جبرها الله تعالى كل عام في اليوم الموافق ليوم مولد النبي صلى الله عليه وسلم من الصدقات والمعروف واظهار الزينة والسرور فان ذلك مع ما فيه من الاحسان إلى الفقراء مشعر بمحبة النبي صلى الله عليه وسلم وتعظيمه وجلالته في قلب فاعله وشكرا لله تعالى على ما من به من ايجاد رسوله الذي أرسله رحمة للعالمين وعلى جميع المرسلين.

“Bizim dövrümüzdə ortaya çıxarılan ən gözəl bidət işlərdən biri hər il Ərbil şəhərində (Allah oranı abad etsin) Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) doğum günündə sədəqələrin verilməsi, xeyir işlər görülməsi, xoş libaslar geyilməsi və sevinc izhar edilməsidir. İçində fəqirlərə əl tutulması da olan bu iş insanın qəlbinə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) məhəbbət və əzəmətini duyurur. Bu iş, Allaha aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbəri dünyaya gətirdiyinə görə və habelə bütün peyğəbərlərə görə təşəkkür etmək sayılır”.

Sonra ilk dəfə bu işi görən şəxsin Mosulun saleh şəxslərindən biri olduğunu açıqlayır:

وكان أول من فعل ذلك بالموصل الشيخ عمر بن محمد الملا أحد الصالحين المشهورين وبه اقتدى في ذلك صاحب أربل وغيره رحمهم الله تعالى.

“İlk dəfə bu işi görən şəxs məşhur salehlərdən biri olan Şeyx Ömər ibn Məhəmməd əl-Molla olmuşdur. O, bunu Mosulda etmişdir. Ondan sonra ərbilli22 və başqaları (Allah onlara rəhmət etsin) bu işdə ona tabe olmuşlar”.23

Əbu Şammə şafei alimlərindən biridir. Məhəmməd ibn Şakir onu “İmam, əllamə, zül-fünun (müxtəlif elmlər sahibi) kimi yad etmişdir:

أبو شامة عبد الرحمن بن إسماعيل بن إبراهيم بن عثمان الإمام العلامة ذو الفنون شهاب الدين أبو شامة المقدسي الأصل الدمشقي الشافعي.

“Əbu Şammə Əbdürrəhman ibn İsmail ibn İbrahim ibn Osman imam, əllamə, zül-fünun Şəhabüddin Əbu Şammə əl-Məqdisi: Dəməşq əsillidir, şafeidir”.24

وأبو شامة لقب عليه كان أحد الأئمة.

Sübki də onu “imamlardan biri” kimi ifadə etmişdir.25

7. Nəsirüddin Mübarək ibn Yəhya Şafei (vəfatı: 669 h.)

Şeyx Nəsirüddin Mübarək ibn Yəhya Şafei də Peyğəmbərin ad günü ilə əlaqədar bayram və şənlik mərasimi keçirməyi caiz bilmiş, bunun savab və mükafata malik olduğunu qeyd etmişdir. Onun sözünü Salehi Şami öz kitabında bu cür nəql etmişdir:

وقال الشيخ الإمام العلامة نصير الدين المبارك الشهير بابن الطباخ في فتوى بخطه : إذا أنفق المنفق تلك الليلة وجمع جمعا أطعمهم ما يجوز إطعامه وأسمعهم ما يجوز سماعه ودفع للمسمع المشوق للآخرة ملبوسا ، كل ذلك سرورا بمولده صلى الله عليه وسلم فجميع ذلك جائز ويثاب.

“İbn Təbbax kimi məşhur Şeyx, İmam, Əllamə Nəsirüddin əl-Mübarək öz xətti ilə yazdığı bir fətvasında demişdir: “Bir nəfər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) dünyaya gəlməsi sevinci ilə Peyğəmbərin dünyaya gəldiyi gecədə infaq etsə (xərc çəkərsə), bir dəstəni cəm edərək onlara yeyilməsi caiz olan yemək versə, onlara eşidilməsi caiz olan şeyi eşitdirsə və axirətə şövqü olan dinləyiciyə libas verərsə – bütün bunların hamısı caizdir və mükafatı da vardır”.26

İbn Kəsir Diməşqi Mübarək ibn Yəhya əş-Şafeini bu cür xarakterizə etmişdir:

الشيخ نصير الدين المبارك بن يحيى بن أبي الحسن أبي البركات بن الصباغ الشافعي العلامة في الفقه والحديث.

“Şeyx Nəsirüddin əl-Mübarək ibn Yəhya ibn Əbülhəsən Əbülbərəkat ibn əs-Səbbağ əş-Şafei: fiqh və hədisdə əllamədir”.27

8. İbn Əbbad ər-Rundi (vəfatı 792 h.)

İbn Əbbad əl-Maliki Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) ad gününü qeyd etməyi müsəlmanların bayramlarından hesab edən və bunun bidət olmasını rədd edən şəxslərdəndir. Onun sözünü Məhəmməd ibn Əbdürrəhman Məğribi nəql etmişdir:

قال في رسائله الكبرى ما نصه وأما المولد فالذي يظهر لي أنه عيد من أعياد المسلمين وموسم من مواسمهم وكل ما يفعل فيه ما يقتضيه وجود الفرح والسرور بذلك المولد المبارك من إيقاد الشمع وإمتاع البصر والسمع والتزين بلبس فاخر الثياب وركوب فاره الدواب أمر مباح لا ينكر على أحد قياسا على غيره من أوقات الفرح، والحكم بكون هذه الأشياء بدعة في هذا الوقت الذي ظهر فيه سر الوجود وارتفع فيه علم الشهود وانقشع فيه ظلام الكفر والجحود وادعاء أن هذا الزمان ليس من المواسم المشروعة لأهل الإيمان ومقارنة ذلك بالنيروز والمهرجان أمر مستثقل تشمئز منه القلوب السليمة وتدفعه الآراء المستقيمة .

“O, özünün “ər-Rəsailül-kübra” kitabında belə deyir: “Mənim qənaətim belədir ki, Peyğəmbərin doğum günü müsəlmanların bayramlarından və əlamətdar günlərindən biridir. Bu gündə sevinc və şadlıq səbəbilə şam yandırmaq, gözə və qulağa bəhrə vermək, gözəl və dəbdəbəli libas geyinmək, yaxşı miniklərə minmək, mübah və məqbul bir işdir. Necə ki, bundan başqa şadlıq vaxtlarında da bu kimi işlər mübah və məqbul iş sayılır. Varlığın sirrinin zühur etdiyi, şühudun bayrağının ucaldığı, küfr və inad zülmətinin aradan qalxdığı bu gündə bu işlərin görülməsinin bidət olduğunun deyilməsi, bu günün möminlərin şəri əlamətdar günlərindən olmadığı iddia edilməsi və bu günün Novruz və milli bayramlarla müqayisə edilməsi, ağır və qəbuledilməz bir işdir. Sağlam qəlblər bundan ikrah duyur və sağlam ağıllar bunu rədd edir”.28

İsmail Bağdadi İbn Əbbadı belə xarakterizə edir:

ابن عباد الرندي: محمد بن إبراهيم بن أبي بكر عبد الله ابن مالك بن عباد التعزي نسبا والرندي بلدا أبو عبد الله المالكي الصوفي الشهير بابن عباد ولد سنة 733 وتوفي سنة 792 اثنتين وتسعين وسبعمائة من تصانيفه ...الرسائل الكبرى في دقائق علم التوحيد والتصوف ومتشابه الآيات والاحاديث.

“İbn Əbbad Rundi: Məhəmməd ibn İbrahim ibn Əbu Bəkr Abdullah ibn Malik ibn Əbbad ət-Təzi (nəsəb cəhətdən), Ər-Rundi (şəhər cəhətindən). Əbu Abdullah əl-Maliki əs-Sufi İbn Əbbad adı ilə məşhurdur. O, 73-cü ildə anadan olmuş, 792-ci ildə vəfat etmişdir. Onun əsərlərindən olan... “Ər-Rəsailül-kübra” kitabı tövhid və təsəvvüf elminin dəqiqlikləri, ayə və hədislərin mütəşabihi (mütəşabih – anlamı qaranlıq və asan anlaşılır olmayan) barədədir”.29

9. Həsən ibn Ömər ibn Həbib (vəfatı 779 h.)

Məşhur tarixçi Həsən ibn Ömər ibn Həbib də, İslam Peyğəmbərinin ad gününün bayram edilməli və əziz tutulmalı olduğunu bildirmişdir:

فما أكرم أيام مولده الشريف عند من عرف قدرها وما أعظم بركتها عند من عرف سرها ونشرها وحقيق بيوم كان فيه وجود النبي أن يتخذ عيدا وخليق بوقت استقرت فيه غرته أن يعقد طالعا سعيدا إذ قد انبسق فيه عن جوهرة الكون بيض الشرف وفيه ظهرت الدرة المصونة من باطن الصدف وأبرز سابق السعد من كمون العدم وبمكة المشرفة أنجز صادق الوعد بمضمون الكرم

“Peyğəmbərin şərəfli doğum günləri onun qədrini bilən kəsin yanında necə də əzizdir. Onun bərəkəti – bu bərəkətin gizlisini və aşkarını (gizli və aşkar faydalarını) bilən kəsin yanında necə də böyükdür.Peyğəmbərin dünyaya gəldiyi gün bayram olaraq qeyd olunmağa layiqdir. Onun nurunun parladığı gün sevincli bir gün kimi qeyd olunmağa layiqdir. Bu gündə varlıq cövhərindən şərəf nuru saçmış, bu gündə sədəfin daxilində gizli qalan mirvari aşkara çıxmış, yoxluğun gizlinliyindən “sabiqus-səd” (xoşbəxtliyi qədim olan) bariz olmuşdur, Məkkeyi-Mükərrəmədə “sadiqul-vəd” (vədində doğru olan) kərəmin gərəyinə əməl etmişdir”.30

10. Məhəmməd ibn Ömər Xəzrəmi Şafei (930 h.)

Xəzrəmi Şafei açılayır ki, Məkkə camaatı Peyğəmbərin ad günü gecəsi onun doğum yerində toplaşar, zikr və dua oxuyar, bu yerə təbərrük edərdilər. Sonrakılardan olan bir dəstə də bu əməllərin yaxşı olmasına dair fətva vermişlər:

قال علماء السير : ولد النبي [ صلى الله عليه وسلم ] في ربيع الأول ، يوم الاثنين بلا خلاف . ... وذلك ب ( مكة ) المشرفة ، في شعب أبي طالب ، وهو المكان الذي يجتمع فيه أهل ( مكة ) ليلة المولد الشريف ، للذكر والدعاء والتبرك بمسقط رأسه [ صلى الله عليه وسلم ] . وأفتى جماعة من المتأخرين بأن عمل المولد على هذا القصد حسن محمود.

“Sirə31 yazanlar demişlər: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) rəbiül-əvvəl ayında bazar ertəsi günü dünyaya gəlib və bu məsələdə fikir ayrılığı yoxdur... Peyğəmbərin təvəllüdü Məkkədə Əbu Talib dərəsində baş vermişdir. Bura Məkkə camaatının zikr, dua və Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) dünyaya gəldiyi yerə təbərrük etmək məqsədiylə (hər) təvəllüd gecəsi toplaşdığı yerdir. Son dövr alimlərindən bir qrup şəxs bu məqsədlə (toplaşıb) mövlud keçirməyin yaxşı və bəyənilən bir iş olmasına fətva vermişlər”.32

Nəticə:

Əhli-sünnə alimlərinin sözlərinin ümumiləşdirilmiş nəticəsi budur ki, islam Peyğəmbərinin ad gününü qeyd etmək o həzrətin məqamına təzim və onu böyük tutmaqdır; sədaqət və məhəbbət rəmzidir; o həzrəti bərəkət dolu varlıq nemətinə şükür izhar etməkdir. Bu açılamaya görə ad gününü – həmin gündə görülən yaxşı işlərlə birlikdə qeyd etmək vəhhabilərin nəzərində olan bidət dairəsindən kənardır.

Beşinci cavab: Əhli-sünnəyə əsasən doğum gününü qeyd etmək yaxşı bir bidətdir.

Əhli-sünnə alimləri bidəti iki hissəyə – həsən (yaxşı) və qəbih (pis) bidətə ayırmışlar. Səmani öz kitabında belə yazır:

والبدعة على وجهين بدعة قبيحة وبدعة حسنة.

“Bidət iki növdür – qəbih və həsən bidət”.33

Sözlərini nəql etdiyimiz alimlərdən bəzisi bu mövzunu yaxşı bidət hesab etmiş və bu mətləbə aydınlıq gətirmişlər.

Bundan əlavə, Hələbi İbn Həcər əl-Heytəmidən ad günü mərasimində görülən işlərin yaxşı bidətin daxilində olduğunu nəql etmişdir:

وقد قال ابن حجر الهيتمي والحاصل أن البدعة الحسنة متفق على ندبها وعمل المولد وإجتماع الناس له كذلك أي بدعة حسنة.

“İbn Həcər Heytəmi demişdir: “Nəticə budur ki, yaxşı bidətin müstəhəb olması üzərində ittifaq edilmişdir. Mövlud keçirmək və camaatın bu işin üçün bir araya toplaşması da belədir, yəni yaxşı bidətdir (deməli, bu iş, müstəhəbdir)”.34

Hətta İbn Teymiyənin irəli sürdüyü meyara əsasən Allah Rəsulunun ad gününü qeyd etmək yaxşı bidət növünə daxildir. O, deyir:

إذا البدعة الحسنة عند من يقسم البدع إلى حسنة وسيئة لابد أن يستحبها أحد من أهل العلم الذين يقتدى بهم ويقوم دليل شرعى على إستحبابها.

“Bidəti yaxşı və pisə bölən kəslərin nəzərində yaxşı bidəti camaatın iqtida etdiyi elm əhlindən biri müstəhəb hesab etməlidir və onun müstəhəb olmasına dair şəri dəlil olmalıdır”.35

İbn Teymiyənin sözünün xülasəsi budur ki, yaxşı bidət tərəfdarlarının nəzərinə görə bir iş o zaman yaxşı bidət hesab olunur ki, alimlərdən biri bu işi müstəhəb saymış olsun. Bir halda ki, İbn Həcər Heytəmi Hələbinin nəqlinə əsasən mövlüd günü görülən əməllərin, insanların buna görə bir yerə toplaşmasının yaxşı bidətə daxil olduğunu, həm də yaxşı bidətin müstəhəb olduğuna dair alimlərin yekdil fikirdə olduğunu açıq-aşkar şəkildə qeyd etmişdir.

Sonuncu nöqtə: Peyğəmbərin doğum gününü qeyd etməyin mənəvi təsirləri Əhli-sünnə alimlərinin kəlamında

Bəzi şəxslərin zehnində Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ad gününü keçirib, bu günü bayram etməyin savab və mükafatının olub-olmaması sualı dolaşa bilər; görəsən, bu işin savabı var, yoxsa yox?

Bu sualın cavabında əhli-sünnə alimlərindən bir neçəsinin sözlərini qeyd edirik.Onlar öz sözlərində məclis qurub,Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü keçirməyin savabına işarə etmişlər.

1. Cəlaləddin əs-Süyuti:

Süyuti əhli-sünnənin məşhur alimlərindəndir. O, “Əl-Vəsail fi şərhiş-şəmail” kitabında mövlud keçirmək üçün fəzilət və tərifəlayiq xüsusiyyətlər qeyd etmişdir. Bunu Dəmyati öz kitabında belə nəql etmişdir:

وقال سلطان العارفين جلال الدين السيوطي في كتابه الوسائل في شرح الشمائل: "ما مِن بيت أو مسجد أو محلة قُرىء فيه مولد النبي صلى الله عليه وسلم إلا حفت الملائكة بأهل ذلك المكان، وعمهم الله بالرحمة، والمطوقون بالنور يعني جبريل وميكائل وإسرافيل وقربائيل وعينائيل والصافون والحافون والكروبيون، فإنهم يصلون على من كان سببا لقراءة مولد النبي صلى الله عليه وسلم، قال: وما من مسلم قُرىء في بيته مولد النبي صلى الله عليه وسلم إلا رفع الله تعالى القحط والوباء والحرق والآفات والبليات والنكبات والبغض والحسد وعين السوء واللصوص عن أهل ذلك البيت، فإذا مات هَوَّن الله تعالى عليه جواب منكر ونكير، وكان في مقعد صدق عند مليك مقتدر.

“Ariflərin sultanı Cəlalüddin Süyuti “Əl-Vəsail fi şərhiş-şəmail” kitabında demişdir: Hansı evdə, məsciddə və ya məhəllədə Peyğəmbərin mövludu qeyd olunsa, mələklər o məkanda olan şəxsləri əhatə edər, Allah onları rəhmətə qərq edər, nur ilə əhatələnmişlər – yəni, Cəbrail, Mikail, İsrafil, Qurbail, Əynail, səff çəkən mələklər, ərşi əhatəyə alan mələklər və kərrubi (Allaha yaxın olan) mələklər də o mövludunun keçirilməsinə səbəb olan şəxsə salavat (dua və rəhmət) göndərərlər”.

Həmçinin demişdir: “Hər bir müsəlman öz evində Peyğəmbərin ad gününü keçirdikdə Allah həmin evin sakinlərindən aclıq (qıtlıq), vəba, yandırıcı od, bədbəxtliklər, bəlalar, müsibətlər, kin-küdurət, həsəd, pis göz və oğrunun şərrini qaldırar. Ölən zaman Allah Münkər və Nəkirin cavabını ona asan edər və o, qadir hökmdarın hüzurundakı haqq məclisdə olar!”36

2. İmam Yafei

Dimyatinin nəlinə əsasən, Yafei də, həmçinin qeyd edir ki, Peyğəmbərin ad günündə yemək verən, ehsan edən, camaatı bu mərasimə dəvət edən kəsi Allah siddiqlər, şəhidlər və salehlərlə məşhur edər, onun məkanını Cənnət edər:

وقال الإمام اليافعي اليمنى من جمع لمولد النبي إخوانا وهيأ طعاما وأخلى مكانا وعمل إحسانا وصار سببا لقراءة مولد الرسول بعثه الله يوم القيامة مع الصديقين والشهداء والصالحين ويكون في جنات النعيم.

“İmam əl-Yafei əl-Yəməni demişdir: “Hər kəs Peyğəmbərin ad günü mərasimi üçün (din) qardaşlarını toplayarsa, onlar üçün yemək hazırlayarsa, mərasim üçün bir yeri hazır edərsə, yaxşı işlər görərsə və Peyğəmbərin mövludun keçirilməsinə səbəb olarsa, Allah Qiyamət günü onu siddiqlər, şəhidlər və salehlərlə məşhur edər. Belə bir şəxs Nəim cənnətlərində olar”.37

3. Cüneydi Bağdadi

O, Peyğəmbərin ad günündə iştirak etməyi imana çatma hesab etmişdir; onun sözünü Dəmyati belə nəql edir:

قال الجنيدي البغدادي رحمه الله من حضر مولد الرسول وعظم قدره فقد فاز بالإيمان.

“Əl-Cüneydi əl-Bağdadi (Allah ona rəhmət etsin) demişdir: “Hər kim Peyğəmbərin doğum günü məclisində iştirak edib, onun qədrini uca tutsa, imanda feyzə çatmışdır”.38

4. Sirri Səqəti

Sirri Səqətinin bu yerdə bir saf sözü vardır. O deyir ki, hər kim Peyğəmbərin doğum günü məclisində iştirak etmək niyyətində olsa, belə bir kəs Cənnət bağlarından birinə istiqamətlənmişdir:

وقال السري السقطي من قصد موضعا يقرأ فيه مولد النبي صلى الله عليه وسلم فقد قصد روضة من رياض الجنة لأنه ما قصد ذلك الموضع إلا لمحبة الرسول وقد قال عليه السلام من أحبني كان معي في الجنة.

“Əs-Sirri əs-Səqəti deyir: “Bir kəs Peyğəmbərin doğum günü keçirilən bir yerə getməyi qəsd etsə, o şəxs Cənnət bağlarından birinə getməyi nəzərdə qəsd etmişdir; çünki o, bu yerə məhz Peyğəmbəri sevdiyinə görə getmək istəmişdir. Bir halda ki, Peyğəmbər buyurur ki: “Kim məni sevsə, Cənnətdə mənimlə birgə olar”.39

Ümumi nəticə:

Açıqlamış olduğumuz cavablardan bir neçə mətləb əldə edilir:

Birincisi, vəhhabilər belə iddia edirlər ki, Allah Rəsulunun özü bayram və il dönümü etməmişdir. Halbuki İbn Həcər Əsqəlani və Cəlalüddin Süyuti kimi əhli-sünnə alimləri o həzrətin doğum gününü qeyd etməyi iki rəvayət əsasında düzgün hesab etmişlər. Bu rəvayətlərdən birində açılandı ki, Allah Rəsulu bir neçə ildən sonra öz ad gününün il dönümündə əqiqə qurbanı kəsmişdir.

İkincisi, vəhabbilər səhabənin də o həzrətin ad gününü qeyd etmədiklərini deyiblər, halbuki “Səhihu Muslim”in rəvayətinə əsasən, səhabələr hər həftənin bazar ertəsi günü Allah Rəsulunun həmin gün dünyaya gəlməsi, həmçinin peyğəmbər olaraq göndərilməsi səbəbilə oruc tutardılar.

Üçüncüsü, Allah Rəsulunun və onun övladı İmam Sadiqin ad gününü qeyd etmək – hörmət əlaməti olaraq mərasim keçirmək və belə bir rəhbərlərin varlığını əta etdiyinə görə şükür etməkdir. Heç şübhəsiz ki, müsəlmanlardan heç kəsin nəzərində ilahi nemətə görə şükür etmək pis və məzəmmət olunmuş iş deyildir.

Dördüncüsü, əhli-sünnə alimlərinin nəzərinə görə, Peyğəmbərin ad gününü qeyd etmək yaxşı və bəyənilən işdir; çünki bu iş Peyğəmbərə təzim və onu uca tutmaq nişanəsidir; sədaqət göstərmək və şükür etməkdir; Həzrətin bərəkətli varlıq nemətinə görə minnətdar olmaqdır.

Beşincisi, əhli-sünnənin nəzərində bidət iki yerə bölünür: yaxşı və pis bidət. Bu cür bayramlar keçirmək isə yaxşı bidətə daxildir. İbn Həcər Heytəminin iddiasına görə yaxşı bidət bölümündə görülən işlər müstəhəbdir.

Müvəffəq olasınız!

________________________________________

1 İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “İqtidaus-siratil-müstəqim”: c.1, səh.294, Qahirə, 1369.

2 “Raşidi”: doğru yolda olan. (Red.)

3 “Mehdi”: hidayət olunan və hidayət edən; doğru yolu tapan və doğru yola yönəldən. (Red.)

4 Əbdürrəhman ibn İsmayıl Əbu Şammə, “Əl-Bais əla inkaril-bidə vəl-həvadis”: c.1, səh.107, Qahirə, 1398-1978.

5 “Əl-Havi lil-fətavi”, c.1, s.188.

6 Əl-Hələbi Əli İbn Bürhanəddin, “əs-Sirətul-hələbiyyə fi sirətil-əminil-məmun”: c.1, s.130; Beyrut, 1400 h.

7 Əl-Məqdisi əl-Hənbəli, “Əl-Əhadisul-muxtarə”: c.5, səh.204, Məkkə, 1410 h.

8 Əl-Heysəmi əl-Hənbəli, “Məcməüz-zəvaid”: c.4, səh.59, Qahirə, 1407 h.

9 Əd-Dəmyati, “Haşiyətu-ianətit-talibin əla həlli-əlfazi-fəthil-muin”: c.2, səh.336, Beyrut.

10 “Səhihü-Müslim”: c.2, səh.819.

11 Əl-Mədxəl, c.2, s.3; Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd əl-Əbdəri əl-Fasi əl-Maliki, İbnül-Hacc adı ilə məşhurdur; vəfatı: 737 h./ nəşr evi: Darul-fikr – 1401 h. – 1981 m.

12 Əs-Süyuti, “Əl-Havi lil-fətava fil-fiqh”: c.1, səh.188, Beyrut, 1421 h. (2000 m.).

13 Yəni bu şey bidət olsaydı, onun mükafat və savabı olmazdı. (müt.)

14 Əs-Süyuti, “Əl-Havi lil-fətava fil-fiqh”: c.1, səh.188, Beyrut, 1421 h. (2000 m.).

15 “Əl-Havi lil-fətava”: c.1, səh.181.

16 “Sübülul-hüda vər-rəşad”: c.1, səh.373.

17 “Əl-Havi lil-fətava fil-fiqh və ulumit-təfsir”: c.1, səh.188.

18 “Sübülul-hüda vər-rəşad”: c.1, səh.362.

19 Hədisləri sənədləri ilə nəql edən. Red.

20 Hafiz olan, hədisi dəqiq yadda saxlayan və ayıq olan (qəflətə düşməyən, unutmayan) şəxs. (Red.)

21 “Əl-Kəvakibüs-sairə bi-əyanil-miətil-aşirə”: c.1, səh.28. Nəcməddin Məhəmməd ibn Məhəmməd əl-Ğəzzi (vəfatı 1061 h.).

22 “Ərbilli” dedikdə bu işi Ərbildə ilk dəfə həyata keçriən şəxs nəzərdə tutulur. (Red.)

23 “Əl-Bais əla inkaril-bidə vəl-həvadis”: c.1, səh.23, Qahirə, 1398/1978.

24 Məhəmməd ibn Şakir ibn Əhməd əl-Kətbi (vəfatı 764 h.), “Fəvatül-vəfəyat”: c.1, səh.617, Beyrut, 2000 m.

25 “Təbəqatüş-şafeiyyətil-kübra” (Sübki əş-Şafei): c.8, səh.165, çap ili: 1413 h.

26 Əs-Salehi əş-Şami, Məhəmməd ibn Yusif, “Sübülul-hüda vər-rəşad fi sirəti xeyrul-ibad”: c.1, səh.363, Beyrut, 1414 h.

27 İbn Kəsir əd-Diməşqi, Əbülfəda İsmail ibn Ömər əl-Qurəşi, “Əl-Bidayə vən-nihayə”: c.13, səh.256, Beyrut.

28 Əl-Məğribi, Məhəmməd ibn Əbdürrəhman Əbu Abdullah, “Məvahibül-cəlil lişərhi müxtəsərin cəlil”, c.2, səh.407; Beyrut; 1398 h.

29 Əl-Bağdadi, İsmail Paşa,“Hədiyyətül-arifin əsmaül-müəllifin və asarul-müsənnifin”, c.6, səh.174; Beyrut, 1413/1992.

30 Əl-Həsən ibn Ömər ibn Həbib,“Əl-Müqtəfa min sirətil-Mustafa”, c.1, səh.32; Qahirə, 1416 h./1996 m.

31 Sirə: Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) keçdiyi həyat yolundan bəhs edən elm. (Red.)

32 Əl-Xəzrəmi əş-Şafei, Məhəmməd ibn Ömər Bəhrəq, “Hədaiqul-ənvar və mətaliul-əsrar fi sirətin-Nəbiyyil-Muxtar”, c.1, səh.105; Beyrut, 1998 m.

33 “Əl-İntisar li-əshabil-hədis”: c.1, səh.28; Mənsur ibn Məhəmməd əs-Səmani Əbül-Müzəffər; Səudiyyə, 1417 h./1996 m.

34 “Əs-Sirətül-hələbiyyə”: c.1, səh.137.

35 “Kutub və rəsail və fətava İbn Teymiyə fil-fiqh”: c.27, səh.152.

36 “İanətüt-talibin”: c.3, səh.365.

37 “İanətüt-talibin”: c.3, səh.365.

38 Əd-Dimyati, Əbu Bəkr ibn əs-Seyyid Məhəmməd Şətta (müasir); “Haşiyətü ianətit-talibin əla həlli əlfazi fəthil-muin li-şərhi qurrətil-eyn bi-muhimmatid-din”: c.3, səh.364; Beyrut.

39 “İanətüt-talibin”, c.3, səh.365.

Şübhələrə cavab qrupu

Həzrət Vəliyyü-əsr (əccələllahu təala fərəcəhüş-şərif) təhiqat müəssisəsi

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!