Seyid Muhəmməd Yəzdani dərsləri » “Doğru yol və yanlış yol” proqramı - 10-cu veriliş: Əhli-sünnə alimlərinin Məhəmməd ibn Əbdül-Vəhhab haqqında nəzərləri

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bu veriliş “Doğru yol və yanlış yol” proqramının 10-cu verilişidir. Biz bu proqramda vəhhabiliyin etiqadlarını, köklərini, haradan gəldiklərini araşdırdıq. Birinci və ikinci verilişlərdə ustad Yəzdani onları siyasi hakimiyyətləri barəsində söhbət etdi.

Əziz izləyicilər, sizə söz verdiyimiz kimi biz vəhhabilərin şəxsiyyətləri barəsində danışmaq qərarına gəlmişik. Bu verilişdə daha çox Məhəmməd ibn Əbdül-Vəhhab haqqında danışacağıq. Əhli-sünnə alimlərinin vəhhabiliyə bu qədər təsir qoran bu şəxs barəsində dedikləri haqqında ustad Yəzdani inşallah danışar və bu barədə videolar da yayımlayarıq.

Ustad Yəzdani: Dediyiniz kimi bu həftəki mövzumuz əhli-sünnə alimlərinin Məhəmməd ibn Əbdül-Vəhhab, onun fikirləri və vəhhabilik haqqında dedikləridir. Biz dəfələrlə demişik ki, Məhəmməd ibn Əbdül-Vəhhab və onun etiqadlarının əleyhinə ən çox kitab yazan əhli-sünnə alimləridir. Onlar bu sahədə şiələrdən sayca dəfələrlə çox kitab yazıblar. Bu gecə biz bu məsələni praktiki olaraq həyata keçirəcəyik. Buna baxmayaraq şiə alimləri də çox çalışıb xeyli gözəl kitablar yazmışlar. Bu kitabların hamısını oxuyub bütün nəzərləri açıqlaya bilmədiyimiz üçün bu kitabların siyahısını bunların hamısını öz kitabında toplamış müasir vəhhabi alimlərinin birinin dilindən siz əziz izləyicilərə təqdim edirəm. Bu şəxs əhli-sünnənin vəhhabiliklə düşmənçiliyini bir yazıda toplamışdır. Mən onun 24 səhifəsini yaddaşa yaza bilmişəm. Belə ki, əhli-sünnə alimləri Məhəmməd ibn Əbdül-Vəhhabla nə qədər düşmənçilik etmiş, onu təkfir etmişdir və onun əleyhinə kitablar yazmışlar. Həmçinin, şiə kitablarından da bir neçəsinin adını çəkmişdir.

Bu kitablardan biri “Dəaval-munaviin lidəvətiş-Şeyx Məhəmməd ibn Əbdül-Vəhhab; ərz və nəqz” kitabı, müəllifi Əbdül-Əziz ibn Məhəmməd ibn Əli əl-Əbdül-Lətifdir. Bu kitab Səudiyyə Ərəbistanın Riyad şəhərində, “Dar ət-təyyibə” nəşriyyatında çap olunmuşdur. İnşallah müəllifin özünü də öz saytından tanıtdırarıq. Bu vəhhabi yazıçısı əhli-sünnə alimlərinin Məhəmməd ibn Əbdül-Vəhhabla olan düşmənçiliklərini bu kitabda toplamış və onun əleyhinə kitab yazanların adlarını bir sırada yazmışdır. O, yazır:

فممن عارض دعوة الشيخ الإمام وناصبها العداء في بلاد النجد أثناء ظهور الدعوة , عبد الله بن أحمد بن سحيم...

“Muhəmməd ibn Əbdül-Vəhhabın dəvəti Nəcddə zühuru etdiyi zaman bu dəvətə qarşı çıxıb onunla düşmənçilik aparan şəxslərdən biri Abdullah ibn Əhməd ibn Suheymdir… (v. 1175 h. q)”

Bu şəxs Məhəmməd ibn Əbdül-Vəhhabın əleyhinə kitab yazan ilk şəxsidr. O, vəhhabiliyin zühurundan və Məhəmməd ibn Əbdül-Vəhhabın Məhəmməd ibn Səuda etdiyi beyətdən təxminən 20 il sonra vəfat etmişdir.

Növbəti şəxs Abdullah ibn İsadır:

ومن أشد خصوم هذه الدعوة وأكثرهم عناداً ومناهضة عبد الله بن عيسى المويس (ت 1175 هـ )...

“Bu dəvətin ən qatı və ən inadkar düşmənlərindən biri də Abdullah ibn İsa əl-Muveysdir (v.1175).”

Kitabın müəllifi bu şəxslərin adlarını vəfat tarixləri sıralaması ilə qeyd etmişdir. Bu şəxslər Məhəmməd ibn Əbdül-Vəhhabın zamanında yaşamışlar.

Davamında yazır:

وقد جاهر عبد العزيز بن عبد الرحمن بن عدوان (ت 1179 هـ ) بالعداوة للشيخ. فألف رسالة في نحو ثمانية كراسات من القطع الصغير رد بها على الشيخ محمد بن عبد الوهاب.

ويبدو أن هذه الرسالة في الوقف.

“Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Udvan (v.1179) Şeyxə (Muhəmməd ibn Əbdül-Vəhhaba) qarşı açıqca düşmənçilik etmişdir. Təxminən səkkiz kiçik həcmli dəftər həcmində bir risalə qələmə alaraq onunla Şeyx Muhəmməd ibn Əbdül-Vəhhaba rəddiyyə vermişdir.

Belə görünür ki, bu risalə vəfq mövzusunda olmuşdur.”

Sonra deyir:

ومن أشد هؤلاء الخصوم عداوة وكيداً وأعظمهم إفكاً وتضليلاً سليمان بن سحيم (ت 1181 هـ ) , فإن عداوته ظاهرة وواضحة ...

“Bu müxaliflər içərisində ən sərt düşmənçilik aparan, ən çox hiylə edən, ən çox böhtan atan və ən çox azdıran şəxslərdən biri Süleyman ibn Süheymdir (v.1181). Onun düşmənçiliyi aşkar və aydındır…”

Məhəmməd ibn Əbdül-Vəhhab özünün “Ər-Rəsail əş-şəxsiyyə” kitabında da bu mətləbi qeyd etmişdir. Vərəqin haşiyəsində bütün fərdlərin adları yazılmışdır.

Növbəti səhifədə yazır:

ومن المناوئين لهذه الدعوة سيف بن أحمد العتيقي (ت 1189 هـ ) ويتجلى عداؤه بأنه جمع الردود التي رد بها على الشيخ محمد بن عبد الوهاب فكانت سفراً ضخماً...

“Bu dəvətin müxaliflərindən biri də Seyf ibn Əhməd ət-Ətiqidir (v.1189). Onun düşmənçiliyi Şeyx Muhəmməd ibn Əbdül-Vəhhaba verilən rəddiyyələri bir araya toplamasında aşkar olur. Nəticədə iri həcmli bir kitab ortaya çıxmışdır…”

Əlbəttə ki, bu kitab indi mövcud deyildir və təəssüf ki, onu aradan aparıblar.

وسعى سليمان بن عبد الوهاب (ت 1208 هـ ) شقيق الشيخ الإمام في معاداة الدعوة وتعددت أساليب خصومه ومناوئته ... فقد ألف رسالة سماها "فصل الخطاب في الرد على محمد بن عبد الوهاب" كان من آثارها نكوص أهل حريملاء عن اتباع الدعوة , ولم يقف الأمر عند هذا الحد , بل تجاوزت آثار الكتاب العيينة ...

“Şeyx İmam Muhəmməd ibn Əbdül-Vəhhabın qardaşı Süleyman ibn Əbdül-Vəhhab (v.1208) da bu dəvətlə düşmənçilik aparmışdır. O, müxtəlif üslublarda düşmənçilik və müxaliflik etmişdir… O, “Faslul-xitab fir-rədd alə Muhəmməd ibn Əbdil-Vəhhab” adında  bir risalə yazmışdır. Bu risalə səbəbilə Hüreyməla camaatı dəvətə tabe olmaqdan imtina etdi. İş bununla da bitmədi. Kitabın təsirləri Üyeynəyə də keçdi…”

Bu etiraf bir şiənin və ya bir sünninin etirafı deyildir. Bu etiraf Məhəmməd ibn Suud universitetinin müəllimlərindən və müasir vəhhabi alimlərindən birinin etirafıdır.

Sonra mətləbi Useymindən nəql edərək belə davam edir ki, Süleyman ibn Əbdül-Vəhhabın səyləri Hureyməla ilə də bitmirdi:

لم يقتصر نشاط سليمان على بلدته - حريملاء -، وإنما بذل جهدا لإقناع أهل العيينة بالخروج على الدعوة ودولتها، وكانت وسيلته في ذلك أن أرسل إليهم كتابا ضمنه آراء تناقض آراء أخيه محمد في مسائل العقيدة

“Süleymanın fəaliyyəti öz şəhəri Hüreyməla ilə də məhdudlaşmadı. O, Üyeynə camaatını dəvətə və dəvətin dövlətinə qarşı qiyam etməyə razı salmaq üçün əmək sərf etdi. Üyeynə camaatına içində qardaşı Muhəmmədin əqidə məslələrindəki fikirləri ilə ziddiyyət təşkil edən fikirlərin toplandığı bir kitab göndərdi.”

Sonra müəllif Məhəmməd ibn Əbdül-Vəhhabla düşmənçilik edən digər bir şəxsin adını çəkir:

وناهض محمد بن فيروز (ت 1216 هـ) دعوة الشيخ الإمام أشنع مناهضة وأشدها، وكاد لها بمختلف أنواع الكيد والمكر، ومن جملة كيده أنه ألف كتابا في الرد على هذه الدعوة بعنوان " الرسالة المرضية في الرد على الوهابية".

“Muhəmməd ibn Firuz (v.1216) ən pis (ən çirkin) və ən sərt bir şəkildə Şeyxin (Muhəmməd ibn Əbdül-Vəhhabın) dəvətinə qarşı çıxdı. Şeyxə qarşı cürbəcür hiylə və tələlər qurdu. Onun hiylələrindən biri bu idi ki, o, bu dəvətə rəddiyyə ilə bağlı “ər-Risalətul-mardiyyə fir-rədd aləl-vəhhabiyyə” adında bir kitab yazdı”.

Bu kitablar çox təəssüf ki, bizim əlimizdə yoxdur. Əgər kimsə bu kitabların əlyazma nüsxələrini çap etsə, müsəlmanlara böyük bir xidmət göstərmişdir.

İhsa şəhəri haqqında isə deyir:

أما عن بلاد الإحساء فقد ألف عبد الله بن محمد بن عبد اللطيف وهو أحد شيوخ الإمام محمد بن عبد الوهاب في الإحساء رسالة بعنوان "سيف الجهاد لمدعي الإجتهاد".

“İhsa diyarına gəlincə, Şeyx İmam Muhəmməd ibn Əbdül-Vəhhabın şeyxlərindən (müəllimlərindən) olan Abdullah ibn Muhəmməd ibn Əbdül-Lətif  “Seyful-cihad li-muddəil-ictihad” adında bir risalə yazmışdır.”

İnsafla desək, bu kitab vəhhabilərin boynunu vuran bir qılıncdır.

Aparıcı: Məhəmməd ibn Əbdül-Vəhhabın qardaşının yazdığı kitab həmin “Əs-Səvaiqul-ilahiyyə” kitabıdır yoxsa başqasıdır?

Ustad Yəzdani: Haşiyədə izah edir ki, bu kitab müxtəlif adlarla çap olunmuşdur. “Əs-Səvaiqul-ilahiyyə fir-rədd ələl-vəhhabiyyə” və “Faslul-xitab fir-rədd ələl-vəhhabiyyə” ikisi bir kitabdır və müxtəlif adlarla çap olunmuşdur.

Müəllif davamında yazır:

كما ألف محمد بن عبد الرحمن بن عفالق (ت 1164 هـ) رسالة وجهها إلى الشيخ محمد بن عبد الوهاب، وكان عنوانها "تهكم المقلدين في مدعي تجديد الدين" وقد تضمنت هذه الرسالة أسئلة تعجيزية تهكمية، وبأسلوب يحمل طابع التحدي والغرور، وقد قصد بها ابن عفالق الطعن والتوهين في محمد بن عبد الوهاب

“Həmçinin, Muhəmməd ibn Ədür-Rəhman ibn Əfaliq (v.1164) bir risalə qələmə alaraq onu Şeyx Muhəmməd ibn Əbdül-Vəhhaba göndərmişdir. Risalənin adı “Təhəkkumul-muqəllidin fi muddəi təcdidid-din” idi. Bu risalə bir neçə çətin duruma salan istehzalı suallardan ibarətdir. Təhdid və lovğalıq üslubunda yazılmışdır. İbn Əfalib bu risalə ilə Muhəmməd ibn Əbdül-Vəhhaba tənə etmək və onu alçaltmaq istəmişdir.”

“Təhəkkum” - “məsxərə etmək” deməkdir. Yəni, kitabın adının mənası belə olur: “Yeni din gətirmə iddiası edən şəxsi müqəllidlərini məsxərə etmək.”

وفي المدينة كتب محمد بن سليمان الكردي (ت 1196 هـ ) أسئلة وأجوبة ضد الدعوة السلفية ... كما كتب الكردي تقريظا لرسالة سليمان بن عبد الوهاب , مؤيداً في ذلك ...

“Mədinədə Muhəmməd ibn Süleyman əl-Kürdi (v.1196) sələfi dəvəti əleyhinə sual-cavablar yazmışdır. Habelə Kürdi Süleyman ibn Əbdül-Vəhhabın risaləsinə bir təqriz  yazmış, onu dəstəkləmişdir…”.

Bu kitab vəhhabilərin əleyhinə yazılmış ən mühüm kitablardandır. Bunlar hamısı əhli-sünnə alimləri və Məhəmməd ibn Əbdül-Vəhhabın ustadlarıdır. Hətta qardaşı da onun əleyhinə kitab yazmışdır. Maraqlı burasıdır ki, bu vəhhabi Süleyman Kürdinin mətləbini qeyd etmişdir:

يا ابن عبد الوهاب سلام على من اتبع الهدى فإني انصحك الله تعالى أن تكف لسانك عن المسلمين

“Ey Əbdül-Vəhhabın oğlu, hidayətə tabe olanlara salam olsun (yəni sən salama layiq deyilsən). Mən səni nəsihət edirəm ki, dilini müsəlmanlardan götürəsən (və onları təkfir etməyəsən.)”

Lakin davamını qeyd etməmişdir. Biz əvvəlki verilişlərdə onun belə dediyini oxumuşduq: Ey Əbdül-Vəhhabın oğlu, sən və tabeçilərin çox azdır və səvad əzəmi (müsəlmanların əksəriyyətini) təkfir etməyə haqqın yoxdur.

وفي العراق كتب أحمد بن علي البصري الشهير بالقباني (كان حياً سنة 1157 هـ ) مجلداً ضخماً سمى بـ"فصل الخطاب في رد ضلالات ابن عبد الوهاب"....

“İraqda Əhməd ibn Əli əl-Bəsri əş-Şəhir Bil-Qubani (1157-ci ildə sağ idi) “Faslul-xitab fi rəddi-zəlalati-İbn Əbdil-Vəhhab” adında qalın bir kitab yazmışdır.”

وألف عبدالله بن داود الزبيري (ت 1225 هـ ) كتاباً في مناهضة هذه الدعوة سماه "الصواعق والرعود في الرد على ابن سعود"

“Abdullah ibn Davud əz-Zubeyri (v. 1225 h. q) bu dəvətin əleyhinə “Əs-Səvaiq vər-ruud fir-rədd əla İbn Suud” adında bir kitab yazmışdır.”

Bu kitab da vəhhabiliyə rəddiyyə olaraq əhli-sünnənin mühüm kitablarındandır və maraqlısı budur ki, müəllif özü də sözünün davamında buna işarə edir:

ومن خلال الإطلاع على بعض كتب الخصوم يظهر أن كتاب الصواعق والرعود له أهمية وعناية عند الخصوم ويحظى مؤلفه بالمدح والتقدير لديهم.

“Müxaliflərin bəzi kitabları ilə tanış olduqdan sonra aydın olur ki, “Əs-Səvaiq vər-ruud” kitabının Məhəmməd ibn Əbdül-Vəhhabın düşmənləri yanında əhəmiyyəti və önəmi vardır. Onlar kitabın müəllifini mədh və təqdir edirlər.”

Məsələn, Məhəmməd ibn Məhəmməd Qadiri bu kitab haqqında belə demişdir:

وهو كتاب مخزون بالعجائب ومشحون بالغرائب , عظيم النفع , جليل الشأن , واضح البرهان... ومدح حسن بن عمر الشطي الصواعق ومؤلفه فقال : قد ألف العلامة المحقق والفهامة المدقق الشيخ عبد الله بن داود كتاباً مشهوراً مسمى بـ "الصواعق والرعود في الرد على ابن سعود".

“Bu kitab maraqlı və qəribə məlumatlarla doludur, çox faydalıdır, ali məqamlıdır, dəlilləri açıq-aşkardır... Həsən ibn Ömər əş-Şati “əs-Səvaiq” kitabını və onun müəllifini mədh edərək demişdir: “Əllamə, mühəqqiq, dəqiq zəkaya malik şəxsiyyət Şeyx Abdullah ibn Davud “əs-Səvaiq vər-ruud fir-rədd alə İbn Suud” adında məşhur bir kitab yazmışdır”…”

O, müəllifi xeyli tərifləmiş və onun haqqında gözəl sözlər işlətmişdir. Növbəti səhifədə isə deyir: Ələvi əl-Həddad da bir kitab yazmış və bu kitabda “Əs-Səvaiq” kitabını çox tərifləmişdir.

وفي اليمن كتب عبد الله بن عيسى الكوكباني (ت 1224 هـ ) كتاباً في الطعن على دعوة الشيخ سماه "السيف الهندي في إبانة طريق الشيخ النجدي".

“Yəməndə Abdullah ibn İsa əl-Kəvkəbani (v. 1224 h. q) Məhəmməd ibn Əbdül-Vəhhabın dəvətinə tənə mövzusunda bir kitab yazmış və onu “Əs-Seyf əl-hindi fi ibanəti təriqiş-Şeyxin-Nəcdi” adlandırmışdır.”

وفي حضرموت الف علوي بن أحمد الحداد (ت 1232 هـ ) كتاباً في مناهضة الشيخ ودعوته فصنف كتاباً بعنوان "السيف الباتر لعنق المنكر على الأكابر" ثم تبعه بآخر عنوانه "صباح الأنام وجلاء الظلام في رد شبه البدعي النجدي التي أضل بها العوام".

“Həzrəmutda Ələvi ibn Əhməd əl-Həddad (v. 1232 h. q) Şeyxə və onun dəvətinə qarşı bir kitab yazmışdır. O, “əs-Seyful-batir li-unuqil-munkir aləl-əkabir” adında bir kitab yazmışdır. Sonra “Sabahul-ənam və cəlauz-zəlam fi rəddi şubəhil-bid`i ən-nəcdi əlləti adallə bihəl-avam” adında başqa bir kitab yazmışdır.”

Kitabın adının mənası: “Nəcdli bidətçinin avam camaatı azdırdığı şübhələrinə dair bəndələrin sübhü, zülmətlərin işığı kitabı”.

وكتب المدعو محمد بن محمد القادري رسالة قصيرة في الطعن على الشيخ والإمام عبد العزيز بن محمد بن سعود (ت 1218 هـ )...

“Məhəmməd ibn Məhəmməd əl-Qadiri (v. 1218) Məhəmməd ibn Əbdül-Vəhhab və Əbdül-Əziz ibn Məhəmməd ibn Suuda tənə mövzusunda qısa bir risalə yazmışdır.”

وألف عمر المجوب (ت 1222 هـ ) من علماء تونس رسالة في الرد على الوهابية ....

“Tunis alimlərindən olan Ömər əl-Məcub (v.1222) vəhhabilərə rəddiyyə mövzusunda bir risalə yazmışdır.”

من بلاد المغرب كتب محمد بن عبد المجيد بن عبد السلام بن كيران الفاسي (ت 1227 هـ ) أحد علماء فاس بالمغرب رسالة بعنوان "الرد على بعض المبتدعين من طائفة الوهابية"...

“Məğrib diyarında isə Fas alimlərindən biri olan Məhəmməd ibn Əbdül-Məcid ibn Əbdüs-Səlam ibn Kiyran əl-Fasi “Ər-Rədd alə ba`dil-mubtədiin min taifətil-vəhhabiyyə” adlı bir kitab yazmışdır...”

Bütün bunlar müxtəlif ölkələrdən olan əhli-sünnə alimlərinin Məhəmməd ibn Əbdül-Vəhhaba yazdıqları rəddiyyələrdir.

Davamında isə yazır:

ومنهم عثمان بن سند البصري (ت 1250 هـ ) وعداوته ظاهرة في كتابه المسمى "مطالع السعود بطيب أخبار الوالي داود" وقد اختصره أمين بن حسن الحلواني المدني ...

“Onlardan biri də Osman ibn Sind əl-Bəsridir (v.1250). Onun düşmənçiliyi özünün “Mətalius-suud bi-tayyibi-əxbaril-vali Davud” kitabında açıq-aşkar görünür. Əmin ibn Həsən əl-Həlvani əl-Mədəni bu kitabı müxtəsər hala salmışdır…”

Növbəti səhifədə yazır:

ومن أشد الخصوم في بلاد النجد آنذاك عداوة وكيداً لهذه الدعوة السلفية وأنصارها عثمان بن منصور (ت 1282 هـ)...

يقول الشيخ عبد الرحمن بن حسن عن بعض مؤلفات ابن منصور:
(
أما بعد فإنا قد وجدنا في كتب عثمان بن منصور بخطوطه أمورا تتضمن الطعن على المسلمين، وتضليل إمامهم شيخ الإسلام محمد بن عبد الوهاب... وأما كتبه التي ألفها ضد هذه الدوعة ومجددها فهي جلاء الغمة عن تكفير هذه الأمة... وله كتاب رابع بعنوان "منهج المعارج في أخبار الخوارج".

“O dövrdə Nəcd diyarında bu sələfi dəvətinə və onun ardıcıllarına qarşı ən şiddətli şəkildə düşmənçilik edən və tələ quran müxaliflərdən biri Osman ibn Mənsur (v.1282) idi... Şeyx Əbdür-Rəhman ibn Həsən İbn Mənsurun bəzi əsərləri barədə belə deyir:

“Biz Osman ibn Mənsurun öz əl xətti ilə yazdığı kitablarda müsəlmanlara tənə məzmunu daşıyan, müsəlmanların imamları Şeyxul-İslam Muhəmməd ibn Əbdül-Vəhhabın azğın olduğunu bildirən bir sıra şeylərə rast gəldik... ”

Onun sələfi dəvətinin əleyhinə yazdığı kitablarına gəlincə isə onlar aşağıdakılardır: “Cəlaul-ğummə an təkfiri hazihil-ummə”... Onun dördüncü bir kitabı da vardır ki, adı “Mənhəcul-məaric fi əxbaril-xəvaric”dir.”

وممن كتب ضد الدعوة السلفية – آنذاك – محمد بن عبد الله بن حميد (ت 1295هـ)، وتمثلت هذه الكتابة في إعراضه في كتابه "السحب الوابلة على ضرائح الحنابلة" عن إيراد تراجم علماء الدعوة إلا ما ندر مثل ترجمته لشيخه الشيخ عبد الله أبو بطين رحمه الله...، وقد شنع ابن حميد في تراجم الخصوم على أهل الحق بالباطل، ومدح الخصوم على ردودهم

“O zamanlar sələfi dəvətinin əleyhinə kitab yazan alimlərdən biri də Məhəmməd ibn Abdullah ibn Humeyd (v. 1295 h. q) olmuşdur. Belə ki, o özünün “əs-Suhubul-vabilə alə daraihil-hənabilə” kitabında dəvət alimlərinin tərcümeyi-hallarını qeyd edərkən bu işi görmüşdür (dəvətin əleyhinə danışmışdır). Yalnız Şeyx Abdullah Əbu Bətin kimi tək-tük şəxslərin tərcümeyi-hallarını verərkən (bunu etməmişdir)...  İbn Humeyd haqq əhlinin müxaliflərinin tərcümeyi-hallarını qeyd edərkən çirkin və batil sözlər demiş, müxaliflərin haqq əhlinə verdikləri rəddiyyələri tərifləmişdir...”

Müəllif bu kitabda vəhhabilərin əleyhinə bir çox mətləblər yazmışdır.

وفي الحجاز تولى أحمد بن زيني دحلان (ت 1304 هـ ) وكان مفتي الشافعية في المكة بث الأكاذيب والمفتريات ضد الدعوة السلفية ومجددها... فمن كتبه التي ألفها ضد السلفية رسالته المسماة " الدرر السنية في الرد على الوهابية " وقد طبعت عدة مرات وهي موجودة ضمن كتابه "خلاصة الكلام في أمراء البلد الحرام" كما أنه موجودة ضمن كتابه "الفتوحات الإسلامية".

“Hicaza gəlincə, Məkkədə şafeilərin müftisi olan Əhməd ibn Zeyni Dehlan (v.1304) sələfi dəvəti və onun mücəddidi əleyhinə yalanlar və iftiralar yaymaq işini öz üzərinə götürmüşdür… Onun sələfilərin əleyhinə yazdığı kitablardan biri “əd-Durərus-səniyyə fir-rədd aləl-vəhhabiyyə” adlı risaləsidir. Bu risalə bir neçə dəfə çap olunmuşdur. O, Dehlanın “Xulasətul-kəlam” kitabının içində mövcuddur. Həmçinin də Dehlanın “əl-Futuhatul-islamiyyə” kitabının içində mövcuddur”.

Həmçinin deyir: Məhəmməd Əli Paşa vəhhabilərin birinci və ikinci hakimiyyətləri arasında olan dövrdə,  Hicaz, Məkkə və Mədinənin vəhhabilərin dini və ruhi mərkəzləri olduğu zamanda Misirin hakimi idi. Bu dövrdə bu məntəqələr Məhəmməd ibn Əbdül-Vəhhabla düşmənçilik mərkəzinə çevrilmişdi.

وفي اليمن كتب محسن بن عبد الكريم بن إسحاق الحسني من صنعاء (ت 1266 هـ ) كتاباً ضد الدعوة وأنصارها سماه "لفحات الوجد من فعلات أهل النجد".

وهو ينقل كثيراً عن أسلافه ممن عادى الدعوة السلفية الوهابية فقد تلقف كثيراً مما كتبه الكوكباني صاحب "السيف الهندي في إبانة طريق الشيخ النجدي" ... من وصف الوهابيين بالخوارج.

“Yəmənə gəlincə, Səna şəhərindən Muhsin ibn Əbdül-Kərim ibn İshaq əl-Həsəni (v. 1266 h. q) dəvətin və onun ardıcıllarının əleyhinə bir kitab yazmış, onu “Ləfəhatul-vəcd min fəəlati-əhlin-Nəcd” adlandırmışdır…O, sələfi-vəhhabi dəvəti ilə düşmənçilik aparan keçmiş sələflərindən çox nəql edir. O, vəhhabiləri xəvaric deyə vəsf edərkən “əs-Seyful-hindi” kitabının müəllifi Kəvkəbaninin yazılarından çox istifadə etmişdir...”

وكتب عبد الله بن حسين العلوي (ت 1226 هـ ) من حضرموت رسالة في الرد على الوهابية...

“Həzrəmutdan olan Abdullah ibn Hüseyn əl-Ələvi (v. 1226 h. q) vəhhabiliyə rəddiyyə mövzusunda bir risalə yazmışdır…”

وعرف حسن بن عمر الشطي (ت 1274 هـ ) من الشام بعدائه وبغضه للسلفية كما هو تصريح كتابته التي سطرها تذييلاً على رسالتي "إثبات الصفات" و رسالة "مشاجرة بين أهل مكة وأهل نجد" فقد رمى صاحب الدعوة بادعاء النبوة...

“Şama gəlincə, Həsən ibn Ömər əş-Şati sələfilərə qarşı düşmənçiliyi və nifrəti ilə tanınmışdır. Necə ki, bunu onun “İsbatus-sifat” və “Muşacərətun beynə əhli Məkkə və əhli Nəcd” adlı risalələrə yazdığı əlavəsində açıqca görmək olar. O, dəvətin sahibini (Muhəmməd ibn Əbdül-Vəhhabı) peyğəmbərlik iddiası etməkdə ittiham etmişdir…”

وفي بلاد العراق وجد الكثير من الخصوم ممن ناهض هذه الدعوة وكتب المؤلفات ضدها نذكر منها: علي نقي اللكنوي (ت 1289 هـ ) حيث ألف رسالة سماها "كشف النقاب عن عقائد ابن عبد الوهاب"...

“İraq şəhərlərində bu dəvətlə düşmənçilik edən şəxslərin sayı çox olmuş, bu dəvət əleyhinə çoxlu kitablar yazılmışdır. Belə kitablardan bəzisini qeyd edirik: Əli Nəqi əl-Ləknəvi (v. 1289 h. q) (vəhhabiliyin əleyhinə) bir risalə yazaraq onu “Kəşfun-niqab an əqaidi-İbn Əbdil-Vəhhab” adlandırmışdır…”

ومن هؤلاء الخصوم داود بن سليمان بن جرجيس البغدادي (ت 1299 هـ ) وكانت خصومته شديدة جداً وعداوته ظارهة مستفحلة وحيث أن المذكور قدم نجداً وتلقى شيئا من العلوم الشرعية عن طريق بعض المشايخ ثم ما لبث أن أظهر العداوة وطعن في رسائل أئمة الدعوة.

وتظهر عداوته في كتابه المسمى "صلح الإخوان من أهل الإيمان وبيان الدين في تبرئة ابن تيمية وابن القيم" وله كتاب آخر سماه " المنحة الوهبية في رد الوهابية"....

“Bu düşmənlərdən biri də Davud ibn Süleyman ibn Circis əl-Bağdadidir (v. 1299 h. q). Onun müxalifliyi çox şiddətli olmuş, düşmənçiliyi açıq-aşkar və ciddi olmuşdur. Bu şəxs Nəcdə gələrək bəzi şeyxlərdən bir qədər şəriət elmləri öyrənmiş, ardınca çox keçməmişdir ki, düşmənçilik izhar edərək dəvət imamlarının risalələrinə tənə vurmuşdur…

Onun düşmənçiliyi özünün “Sulhul-ixvan min əhlil-iman və bəyanud-din fi təbriəti İbn Teymiyyə və İbnəl-Qayyim” kitabında bəlli olur…

Onun “Əl-Minhətul-vəhbiyyə fi rəddil-vəhhabiyyə” adında başqa bir kitabı da vardır…”

وألف محمد بن عبد الوهاب بن داود الهمداني ( ت 1303 هـ ) كتاباً سماه "إزهاق الباطل في رد شبه الفرق الوهابية" ولا يزال مخطوطاً ولله الحمد وهو يزيد عن مائة ورق...

“Muhəmməd ibn Əbdül-Vəhhab ibn Davud əl-Həmədani (v. 1303 h. q) “İzhaqul-batil fi rəddi-şubəhil-firəqil-vəhhabiyyə” adlı bir kitab yazmışdır. Allaha həmd olsun ki, kitab hələ də əlyazma olaraq qalır (çapa verilməmişdir). Kitabın həcmi yüz vərəqdən artıqdır…”

وكتب جعفر النجفي (ت 1303 هـ ) مؤلفاً بعنوان "منهج الرشاد لمن أراد السداد"...

“Cəfər ən-Nəcəfi (v. 1303 h. q) “Mənhəcur-rəşad limən əradəss-sədad” adlı bir kitab yazmışdır.”

وفي تونس صنف المدعو أبو الفداء إسماعيل التميمي (ت 1248 هـ ) مجداً سماه " المنح الإلهية في طمس الضلالة الوهابية"....

“Tunisdə Əbul-Fida İsmail ət-Təmimi (v. 1248 h. q) “Əl-Minəhul-ilahiyyə fi tamsid-dəlalətil-vəhhabiyyə” adlı bir kitab yazmışdır.”

Cəmil Sidqi Zəhavinin, Məhəmməd əl-Ətanın, Yusif əd-Dəcəvinin bu növ kitabları vardır. Müəllif bu adları çəkdiyi kimi biz də hamısını oxusaq, çox vaxt alacaq və digər mövzuları çatdırmayacağıq. Müəllif bu kitabda bir neçə şiə aliminin də adlarını çəkmişdir. O cümlədən:

أما محسن الأمين العاملي أحد شعية العراق (ت 1371 هـ ) فله كتاب بعنوان "كشف الإرتياب في اتباع محمد بن عبد الوهاب"...

“İraq şiələrindən olan Muhsin əl-Əmin əl-Amiliyə gəlincə (v. 1372 h. q), onun “Kəşful-irtiyab fi ətbai-Muhəmməd ibn Əbdil-Vəhhab” adlı bir kitabı vardır.”

كما أن لأحمد بن داود بن جرجيس ( ت1367 هـ ) من العراق رسالة بعنوان "المواهب الرحمانية في الرد على الوهابية"...

“Həmçinin, İraqdan olan Əhməd ibn Davud ibn Circisin (v. 1367 h. q) “Əl-Məvahibur-rəhmaniyyə fir-rədd aləl-vəhhabiyyə” adlı bir risaləsi vardır.”

Bu şəxs şiə deyildir. Müəllif bu tərtiblə davam edir və bu alimlərin adlarını bir-bir çəkir.

ليس المراد من إيراد تلك المؤلفات المناوئة هو الحصر , إنما قصدت من ذلك التوضيح وبيان هذه الحملة الشرسة ضد الدعوة السلفية...

“Bu müxalif kitablarının (adlarını) qeyd etməkdən məqsədim onların hamsının adlarını çəkmək deyildir. Mən bunları qeyd etməklə məhz sələfi dəvətinin əleyhinə olan bu qəddar hücumu aydınlaşdırmaq və göstərmək istədim.”

Çox təəssüflər olsun ki, bu kitabları toplayıb yenidən çap etməyiblər. Bu kitabların bir çoxu çap olunsa da, əhli-sünnə alimləri bu kitabları çap etmək üçün çox səy göstərməlidirlər. Maraqlısı budur ki, müəllif deyir:

Vəhhabi alimləri cihad edir, qəzavət edir, fətvalar verir və dərslər deyirlər. Bununla belə kitab da yazırlar. Birinci kitab yazanlar bunlardır:

كان الشيخ الإمام من أوائل الذين كتبوا الردود ضد تلك المؤلفات المناوئة , فقد كتب جواباً مفصلاً شافياً في الرد على رسالة أخيه سليمان...

“Şeyx İmam (Muhəmməd ibn Əbdül-Vəhhab) bu müxalif kitablar əleyhinə rəddiyyə yazan ilk şəxslərdən biri idi. O, qardaşı Süleymanın risaləsinə rəddiyyə olaraq müfəssəl (geniş) və yaxşı bir cavab yazmışdır.”

Əlbəttə ki, adını çəkdiyim və ümumiyyətlə mövcud olan bu kitablar haqqında gələcəkdə də danışacağıq.

“Dəaval-munaviin” kitabının müəllifi Əbdül-Əziz ibn Məhəmməd ibn Əbdül-Lətifin həyatı haqqında onun öz saytından oxuyuram:

O, Riyadda anadan olmuş, Məhəmməd ibn Suud universitetində teologiya ixtisası üzrə təhsil almışdır. Müasir əqidə və məzhəblər üzrə təhsili alaraq 1407-ci ildə magistr dərəcəsi almışdır. 1414-cü ildə isə doktorluğu müdafiə etmişdir. O, müxtəlif kitab və risalələr yazmışdır.

Əbdül-Əziz ibn Məhəmməd ibn Əbdül-Lətifin saytı.

Hər halda o bir vəhhabidir və indi də Məhəmməd ibn Suud universitetinin müəllimlərindəndir.

Aparıcı: Əziz izləyicilər, proqramın gedişatı belədir ki, ustadın buyurduqlarından sonra əhli-sünnə alimlərinin dediklərindən bir nümunə göstəririk. Birinci video məşhur əhli-sünnə alimi Əhməd Bədruddin Həssunun dedikləri haqqındadır.

Birinci video: Vəhhabilər haqqında Əhməd Bədruddin Həssunun baxışı (00:36:34)

Əlini (ə) kim öldürdü? Onlar ki, namaz qılsalar, biz öz namazlarımızdan xəcalət çəkirik. Əgər oruc tutsalar, biz tutduğumuz orucdan xəcalət çəkirik. Lakin ox kamandan çıxdığı kimi onlar da dindən çıxıblar.

Onlar özlərini zahirdə dinə söykənən kimi göstərirlər, lakin bütün müsəlmanları təkfir edirlər. Onların saqqalı çox uzun, paltarları isə qısadır. Misvak çubuqları isə əllərindədir. Dünyada özlərindən başqa heç bir İslamı görmürlər, qalanları isə kafirdir. Çox təəssüflə deyim ki, bunlar ikinci dəfə qayıdıblar. Həccdə bosniyalı cavanlar gördüm ki, bir İslami ərəb ölkəsində dərs oxuyublar. Bizim yanımızdan keçirdilər. Lakin bizə salam vermirdilər. Onlardan soruşdum ki, niyə? Niyə salam vermirsiniz? Niyə “əs-səlamu əleykum” demirsiniz? Dedi ki, sənin paltarın uzun və saqqalın qısa olduğu üçün. Buna görə də sənə salam vermək olmaz. Bunlar o kəslərdir ki, bizim ağamız İmam Əlini (ə) öldürdülər. Onlar elə bir xətərdir ki, onlardan böyük xətər yoxdur. Sizin övladlarınızı bəziləri onlara qoşulub, lakin sizin xəbəriniz yoxdur. Bizim ağamız İmam Əlini (ə) öldürən onlardır.

Aparıcı: Bu əhli-sünnə alimlərinin vəhhabilərə qarşı mövqeyini öyrəndiniz. O, bir xatirə danışır və deyir ki, sırf zahiri vəhhabilərə oxşamadığı üçün ona salam vermirlər. Hər halda bu cəmiyyətdə olan bir dərddir ki, vəhhabilər müsəlmanlarla belə rəftar edirlər. Vəhhabiləri tənqid edənlərin bəziləri bu işi görürlər.

Onsuz da biz onların şiə ruhanisi ilə doğru rəftar etdiyini gözləmirik. Onların Ərəbistanda olan videolarını gördük. Xüsusi ilə Mədinədə onların şiə alimləri ilə necə rəftar etdiklərinin şahidi olmuşuq. Bunlar əhli-sünnə alimləri ilə də belə rəftar edirlər.

Cənab ustad, Məhəmməd ibn Firuz barəsində maraqlı bir məlumat var. O, Məhəmməd ibn Əbdül-Vəhhaba rəddiyyə yazmışdır. Bu haqda danışardınız.

Ustad Yəzdani: “Dəaval-munaviin” kitabında belə yazılmışdır:

مع شدة الخصومة وضراوتها وشناعة هذا العناد واستمراره إلا أن الشيخ قد كان حريصاً على هداية أولئك الخصوم , فيبذل الأسباب والوسائل لتحقيق ما يؤدي إلى استقامتهم والتزامهم بمتابعة الحق المؤيد بالدليل , ويظهر اللين بالتلطف معهم , كما واضح في رسالته لشيخه عبد الله بن محمد بن عبد اللطيف أحد علماء إحساء حيث يخاطبه : فإني أحبك وقد دعوتك في صلاتي وأتمنى من قبل هذه المكاتيب أن يهديك الله لدينه القيم... وهذا الشيخ المخاطب قد ألف رسالة في الرد على الشيخ الإمام سماه "سيف الجهاد لمدعي الأجتهاد".

“Düşmənçiliyin şiddətli və qəddar olmasına rəğmən, inadın çirkinliyinə və davamlılığına rəğmən Şeyx bu müxaliflərin hidayət olmasına can atırdı. Onların doğru yolda olmalarına və haqqa sarılmalarına gətirib çıxaracaq səbəb və vasitələri əsirgəmirdi, onlarla mülayim və mehriban davranırdı. Necə ki, şeyxinə, İhsanın alimlərindən biri olan Abdullah ibn Muhəmməd ibn Əbdül-Lətifə yazdığı risaləsində bunu görmək olar. Belə ki, o Abdullah ibn Muhəmmədə xitab edərək deyirdi: “Mən səni sevirəm. Namazımda sənin üçün dua etmişəm. Arzu edirəm ki, bu yazışmalar nəticəsində Allah səni Öz doğru dininə hidayət etsin…” Halbuki, bu şeyx Şeyx İmama rəddiyyə olaraq “Seyful-cihad li-muddəil-ictihad” adında bir risalə yazmışdı…”

Müəllif deyir: Ümumiyyətlə bunlar qədirbilən deyildir. Məhəmməd ibn Əbdül-Vəhhab bunların hamısını çox istəyirdi, onlar üçün dua edirdi. Lakin bu əhli-sünnə alimləri onunla düşmənçilik edirdilər.

ويخاطب الشيخ عبد الوهاب بن عبد الله بن عيسى فيقول : (فإن كان إني أدعو لك في سجودي , أنت وأبوك أجل الناس إلي وأحبهم عندي...) ومع ذلك فقد عانى الشيخ الإمام من الشيخ عبد الوهاب وأبيه معاناة شديدة وأصابه منها هم وغم هو مذكور في بعض الرسالة.

“O, Şeyx Əbdül-Vəhhab ibn Abdullah ibn İsaya xitab edərək deyir: “…Mən səcdələrimdə sənin üçün dua edirəm. Sən və atan insanlar içərisində mənə ən əziz və ən sevimli olan şəxslərsiniz…”. Buna rəğmən, Şeyx İmam Şeyx Əbdül-Vəhhabdan və onun atasından çox əziyyət görmüşdür, bu əziyyət səbəbindən ona qəm-qüssə üz vermişdir. Necə ki, məktublarının birində bu qeyd olunmuşdur…”

Məhəmməd ibn Əbdül-Vəhhab Məhəmməd ibn Firuzu çox vəsf edir, Əhməd ibn İbrahimə təkrar-təkrar məktublar yazır və deyirdi:

ولكن تعرف ابن فيروز أنه أقربهم إلى الإسلام وهو رجل من الحنابلة وينتحل كلام الشيخ ابن تيمية وابن قيم خاصة

“…Lakin, bilirsən ki, İbn Firuz onlar arasında İslama ən yaxın olan şəxsdir. O, hənbəli məzhəbindəndir. İbn Teymiyyə və xüsusi ilə İbn Qayyimin tərəfdarlarındandır…”

Müəllif davamında çox maraqlı bir mətləb irəli sürür. Belə ki, İbn Firuz deyir:

... بل لعل الشيخ عبد الوهاب غفل عن مواقعة أمه يعني محمد بن عبد الوهاب فسبقه الشيطان إليها فكان أباً لهذا المارد... إلخ إنا لله وإنا إليه راجعون.

“…Xeyr, bəlkə Şeyx Əbdül-Vəhhab onun – yəni, Muhəmməd ibn Əbdül-Vəhhabın – anası ilə yaxınlıq edərkən qəflət etmişdir. Beləcə ondan qabaq şeytan onun anası ilə yaxınlıq etmişdir. Nəticədə o, bu qovulmuş şeytanın atası olmuşdur… Və s. İnna lillahi və inna ileyhi raciun.”

Əbdül-Əziz ibn Məhəmməd ibn Əbdül-Lətif, “Dəaval-munaviin”, s. 35-36

Bu nəzər Məhəmməd ibn Əbdül-Vəhhabın ustadının onun haqqında olan nəzəridir. Yəni, Məhəmməd ibn Əbdül-Vəhhabın atası Əbdül-Vəhhab deyildi, əksinə şeytan idi.

Bu sözləri şiə deməmişdir və heç vaxt şiələr öz düşmənlərinə belə sözlər deməzlər. Bu söz bir əhli-sünnə aliminin sözüdür. O, Məhəmməd ibn Əbdül-Vəhhabın dostlarından və ustadlarından olmuşdur. Bu sözün düz və ya yalan olması ilə işimiz yoxdur, sadəcə biz bunu nəql edirik.

Aparıcı: Məhəmməd ibn Əbdül-Vəhhab və İbn Teymiyyənin əleyhinə çox mətləblər mövcuddur. Bizim sizə göstərdiklərimiz əhli-sünnə alimlərinin yazdıqları kitabların bir hissəsidir. Bu mətləblər barəsində başqa bir videomuz vardır.

İkinci video: Əlcəzairli alim Sadiq Səlaymiyyə: Vəhhabilər Əlcəzair camaatını öldürdülər (00:46:05)

“Əs-Səvaiqul-ilahiyyə fir-rədd aləl-vəhhabiyyə” kitabını kim yazmışdır? Məhəmməd ibn Əbdül-Vəhhabın qardaşı bu kitabı yazmışdır, Məhəmməd ibn Əbdül-Vəhhabın atası ondan bizar olmuşdur. İbn Teymiyyəni kim zindana saldı? Şiələr? Xeyr, əksinə onu əhli-sünnə alimləri zindana salmışdır. O, Peyğəmbərin (s) qəbrini ziyarət etməyin bidət olduğunu dediyi üçün onu zindana saldılar. Bu sünni alimi olan İbn Həcər Heysəmi ona “Allahın düşməni” demişdir. İbn Teymiyyə namazın niyyətini dillərinə gətirdikləri üçün şafeilər haqqında deyirdi: Onlar tövbə etməli, yaxud da öldürülməlidirlər. Bunu onun “Məcmuul-fətava” kitabında ondan soruşublar. Siz vəhhabilər Əlcəzair camaatına cavab verməlisiniz. Camaatı öldürdünüz, baş kəsdiniz və məscidləri partlatdınız. Özünü partladan bir şiə göstər, şiə sənin kafir olduğuna inanır, lakin səni öldürmür.

Ustad Yəzdani: Vəhhabilərin əleyhinə kitab yazanlardan biri də Məhəmməd Ənvər Kəşmiri əd-Diyubəndidir.

Məhəmməd Ənvər Kəşmiri əd-Diyubəndinin Məhəmməd ibn Əbdül-Vəhhab haqqında nəzəri

O, 1352-ci hicri ilində dünyadan köçmüşdür və “Səhihi-Buxari”yə “Feyzul-Bari əla səhihil-Buxari” adlı bir kitab yazmışdır. Bu kitab Livanda “Darul-kutubil-ilmiyyə” nəşriyyatında çap olunmuşdur. Müəllif bu kitabda Məhəmməd ibn Əbdül-Vəhhab haqqında belə yazır:

.... أما محمد بن عبد الوهاب النجدي فإنه كان رجلاً بليداً قليل العلم , فكان يتسارع إلى الحكم بالكفر , ولا ينبغي أن يقتحم في هذه الوادي إلا من يكون مستيقظاً متقناً عارفاً بوجوه الكفر وأسبابه.

“Muhəmməd ibn Əbdül-Vəhhab ən-Nəcdiyə gəlincə, o ağıldankəm və az elmli bir şəxs idi. Küfrə hökm verməkdə tələsirdi. Bu vadiyə yalnız küfrün növlərini və səbəblərini bilən, bacarıqlı və ayıq şəxslər ayaq qoymalıdır…”

Məhəmməd Əhməd Kəşmiri əd-Diyubəndi, “Feyzul-Bari”, c. 1, s. 252, “Darul-kutubil-ilmiyyə, Livan.

İbrahim ibn Osman əs-Səmmənudinin vəhhabilər haqqında nəzəri

“Səadətud-dareyn fir-rədd aləl-firqəteynil-vəhhabiyyə və muqəllidətiz-zahiriyyə” kitabı, müəllifi İbrahim ibn Osman əs-Səmmənudidir. Bu kitab Məhəmməd ibn Əbdül-Vəhhabın əleyhinə yazılan başqa bir rəddiyyədir. Müəllif bu kitabın birinci cildində, “Fil-kəlam alə əslil-vəhhabiyyə və tarixihim” adlı birinci babda yazır:

أصل الوهابية قوم من جهلة الأعراب , وغيرهم ظهروا بجهة نجد شرقي المدينة الشريفة في القرن الثاني عشر من الهجرة المنيفة , ينسبون على رئيسهم محمد بن عبد الوهاب النجدي المبتدع الخارجي الضال المضل وإنما نسبوا إليه لأنهم تبعوا على عقائده الباطلة الشنيعة وأفعاله السيئة الفظيعة...

ولازم الشيخ محمد سليمان الكربي السابق ذكره , والشيخ محمد حياة السندي الحنفي مدة وكان الشيخان المذكوران وغيرهما من أشياخه يتفرسون فيه الإلحاد...

وكان والده عبد الوهاب من العلماء الصالحين فكان أيضاً يتفرس فيه الإلحاد ويذمه كثيراً ويحذر الناس منه وكان أخوه الشيخ سليمان بن عبد الوهاب المذكر كذلك...

“Vəhhabilər cahil ərəblərin bir qrupudur. On ikinci əsrdə Mədinənin şərqində yerləşən Nəcd məntəqəsindən zühur ediblər. Onların başçıları bidətçi, xarici, azğın və digərlərini azdıran Muhəmməd ibn Əbdül-Vəhhab ən-Nəcdidir. Vəhhabilər onun batil və çirkin əqidələrinə, pis və qəbih əməllərinə tabe olduqlarına görə ona nisbət verilmişlər… Muhəmməd ibn Əbdül-Vəhhabın ustadları Şeyx Məhəmməd Süleyman əl-Kurbi və Şeyx Muhəmməd Həyat əs-Sindi əl-Hənəfi onun əleyhinə kitablar yazmışlar. Bu iki şeyx və onun digər şeyxləri ondan dinsizlik və zəlalət sadir olacağını hiss edirdilər…

Onun atası Əbdül-Vəhhab saleh alimlərdən idi. O da həmçinin ondan dinsizlik çıxacağını hiss edirdi. O, oğlunu çox məzməmmət edir, camaatı ondan çəkindirirdi. Onun qardaşı Şeyx Süleyman ibn Əbdül-Vəhhab da həmçinin (atası kimi davranırdı)…”

İbrahim ibn Osman əs-Səmmənudi, “Səadətud-dareyn fir-rədd aləl-firqəteynil-vəhhabiyyə və muqəllidətiz-zahiriyyə”, c. 1, s. 47, Qahirə çapı.

İnsafən bu kitab çox oxunaqlı və faydalı kitabdır. Vəhhabilərin əleyhinə güclü dəlillər gətirmişdir. Mən əziz izləyicilərə bu kitabı oxumağı tövsiyə edirəm.

Aparıcı: Ümid edirəm ki, bu mətləb izləyicilər üçün, xüsusi ilə əhli-sünnə üçün faydalı olar. Onlar bilməlidirlər ki, onların alimləri Məhəmməd ibn Əbdül-Vəhhaba nə qədər rəddiyyə yazıblar.

Ustad Yəzdani:

Hafiz Əhməd ibn Məhəmməd ibn əs-Siddiq əl-Ğimarinin
Məhəmməd ibn Əbdül-Vəhhab haqqında olan nəzəri

Məhəmməd ibn Əbdül-Vəhhabın əleyhinə rəddiyyə yazanlardan və onun ünvanına sərt ifadələr işlədənlərdən biri də Hafiz Əhməd ibn Məhəmməd ibn əs-Siddiq əl-Ğimaridir. O, hicri 1380-cı ildə vəfat etmişdir və “Əl-Cəvabul-mufid lis-sailil-mustəfid” adlı kitab yazmışdır. Bu kitab müəllifin öz şagirdinə yazdığı məktublardan ibarətdir. O, öz şagirdinə belə yazır:

وكتب ابن القيم كلها نافعة مباركة عليها نور , وفيها إفادة وهداية بخلاف كتب شيخه ابن تيمية ... بل ما ضل من ضل عن الصراط المستقيم إلا بكتبه ويكفيك أن قرن الشيطان النجدي وأتباعه ومذهبه الفاسد وليد أفكار ابن تيمية وأقواله.

“İbn əl-Qeyyimin bütün kitabları faydalı və mübarəkdir, üzərlərində nur vardır. Onun kitablarında fayda və hidayət vardır. Onun şeyxi İbn Teymiyyədə isə belə deyildir. Kim doğru yoldan azmışsa İbn Teymiyyənin kitabları ilə azmışdır. Təkcə bunu demək kifayət edər ki, şeytanın nəcdli buynuzu (Muhəmməd ibn Əbdül-Vəhhab), onun ardıcılları və onun fasid məzhəbi İbn Teymiyyənin fikirlərinin və sözlərinin məhsuludur.”

Hafiz Əhməd ibn Məhəmməd ibn əs-Siddiq əl-Ğimari, “Əl-Cəvabul-mufid lis-sailil-mustəfid”, s. 11, “Darul-kutubil-ilmiyyə”, Beyrut; təhqiq: Əbul-Fəzl Bədr əl-İmrani

Bu yerdə cənab Ğimari açıq-aşkar Məhəmməd ibn Əbdül-Vəhhabın şeytanın buynuzu və İbn Teymiyyənin fikirlərinin bəhrəsi olduğunu bildirir.

Şeyx Məhəmməd ibn Abdullah ibn Humeyd ən-Nəcdi əl-Hənbəlinin
Məhəmməd ibn Əbdül-Vəhhab haqqında olan nəzəri

Məkkənin hənbəli müftilərindən olan İmam Əllamə Şeyx Məhəmməd ibn Abdullah ibn Humeyd ən-Nəcdi əl-Hənbəli (v. 1295 h. q) Məhəmməd ibn Əbdül-Vəhhabın əleyhinə rəddiyyə yazanlardan biridir. O, “Əs-Suhubul-vabilə alə daraihil-hənabilə” adlı bir kitab yazmışdır. O, bu kitabda Məhəmməd ibn Əbdül-Vəhhabın atası Əbdül-Vəhhab ibn Süleyman ibn Muşrifin tərcümeyi-halı haqqında yazır:

وهو والد محمد صاحب الدعوة التی انتشر شررها فی الآفاق. لكن بینهما تباین مع أن محمدا لم یتظاهر بالدعوة إلا بعد موت والده و أخبرنی بعض من لقیته عن بعض أهل العلم عن من عاصر الشیخ عبد الوهاب هذا أنه کان غضبانا علی ولده محمد لكونه لم یرض أن یشتغل بالفقه کأسلافه و أهل جهته. ویفترس فیه أن یحدث منه أمرا فکان یقول للناس یا ما ترون من محمد (من الشر)

“O, şərri aləmi bürüyən dəvətin sahibi olan Məhəmməd ibn Əbdül-Vəhhabın atasıdır. Lakin, onların arasında fərq vardır. Üstəlik, Muhəmməd yalnız atasının ölümündən sonra dəvət iddiası etmişdir. Görüşdüyüm şəxslərdən biri Şeyx Əbdül-Vəhhabın müasiri olan elm əhli şəxslərdən birindən mənə belə xəbər verdi ki, o oğlu Muhəmmədə qarşı qəzəbli imiş, çünki, oğlu öz sələfləri və yoldaşları kimi fiqhlə məşğul olmaqla razı olmamışdır. Atası ondan (xata) bir iş çıxacağını öncədən hiss edirdi və camaata deyirdi ki, “vay sizin Muhəmməddən görəcəyiniz (şərr)ə! (Muhəmməddən nə şərr görəcəksiniz!)”

Müəllif maraqlı bir məsələni də qeyd edir:

وسلمه الله من شره ومكره.. فإنه کان إذا باینه أحدا ورد علیه ولم یقدر علی قتله مجاهریرسل إلیه من یغتاله فی فراشه أو في السوق لیلا لقوله بتكفیر من خالفه و استحلاله قتله.

“Allah onu onun (Muhəmmədin) şərrindən və hiyləsindən qorumuşdur… (Çünki) əgər bir şəxs Muhəmməddən ayrı olduğunu bildirsəydi və ona rəddiyyə versəydi, Muhəmmədin də onu aşkarda öldürməyə gücü çatmasaydı, bir adam göndərərdi ki, həmin şəxs gəlib o adamı ya yatağında, ya da gecə ikən bazarda (sui-qəsdlə) qətlə yetirərdi. Çünki, Muhəmməd ibn Əbdül-Vəhhab özüylə müxalifət edən şəxsin kafirliyinə və qətlinin halal olduğuna etiqad edirdi.”

Abdullah ibn Humeyd ən-Nəcdi əl-Hənbəli, “Əs-Suhubul-vabilə alə daraihil-hənabilə”, s.275-276, İmam Əhməd nəşriyyatı.

Hətta o, qardaşı Süleymanı da öldürtdürmək istəyirdi. Lakin Süleyman onu öldürməyə gələn adamı qane etdi və Məhəmməd qardaşına terror edə bilmədi…

Aparıcı: Maraqlı burasıdır ki, “Əs-Suhubul-vabilə alə daraihil-hənabilə” kitabının müəllifi bu kitabda hənbəli alimlərinin siyahısını vermiş, lakin Məhəmməd ibn Əbdül-Vəhhabı bir hənbəli alimi kimi təqdim etməmişdir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!