Seyid Muhəmməd Yəzdani dərsləri » “Doğru yol və yanlış yol” proqramı - 8-ci veriliş: Ali-Səud, yoxsa ali-yəhud?

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Əllahummə salli əla Muhəmməd və Ali-Muhəmməd və əccil fərəcəhum.

Əziz və hörmətli izləyicilər, sizi salamlayıram. Yenə sizin görüşünüzə gəldiyimiz üçün çox məmnunuq. Ümidvaram ki, bu “Doğru yol və yanlış yol” silsiləvi proqramın sonuna qədər siz sağ-salamaq olarsınız. Saat 23:00-a qədər sizinlə canlı yayımdayıq. Bu proqramdan istifadə edin. Biz də hörmətli ustadın buyurduqlarından istifadə edəcəyik.

Mən sizin nümayəndəniz olaraq, hörmətli ustad Yəzdanini salamlayıram. Salam əleykum və rəhmətullah.

Ustad Yəzdani: Salam əleykum və rəhmətullah. Mən də sizi və “Vilayət” kanalının bütün dəyərli izləyicilərini salamlayıram. Keçən günlərdə Həzrət Fatimənin (s.ə) səadətli mövludu münasibəti ilə əziz izləyiciləri təbrik edirəm. Ümid edirəm ki, Allah-Təala bizi qiyamət günü o xanımla birgə məşhur edər.

Aparıcı: Hörmətli ustad, sizə təşəkkür edirəm. Mən də öz növbəmdə başda İmam Mehdi (ə.f) olmaqla, bütün əziz izləyiciləri Həzrət Siddiqeyi-Tahirənin (s.ə) mübarək mövludu münasibəti ilə təbrik edirəm.

Bu gecə də biz vəhhabiləri, onların əqidə və təfəkkürlərini əhli-sünnədən ayıracaq və sizi o azğın firqə ilə tanış etməyə çalışacağıq. Davamında isə sübut edəcəyik ki, Ali-Səud elə həmin ali-yəhuddur. Vəhhabilik Peyğəmbərin (s) buyurduğu həmin şeytanın buynuzudur. Əhli-sünnə alimləri də bu rəvayəti səhih hesab ediblər.

Lakin bu mövzuya daxil olmamışdan əvvəl bir nöqtəni vurğulayım. Ustad Yəzdani keçmiş verilişlərdə vəhhabilərin əhli-sünnəni kafir hesab etdiyini vurğuladı. Açıq-aşkar əşairəni, şafeiləri və hənbəliləri müxtəlif bəhanələrlə təkfir edirlər. Əgər əziz dinləyicilər bu verilişə baxmayıblarsa, “Vilayət” kanalını arxiv videolarına baxsınlar.

Ustad Yəzdani, “Vilayət” kanalının əziz izləyicilərindən biri vəhhabi kanallarından birinə zəng edib İbn Teymiyyənin “Məcmuə fətava” kitabında olan ibarəni oxumuşdur. İbarə bundan ibarət idi ki, hər kəs fiqhdə şafei, etiqadda mötəzili və ya əşəri olduğunu desə, ona bu sözün ziddiyyətli olduğunu, hətta mürtədlik olduğunu deyərik.

Əgər siz icazə versəniz, videoya baxaq, sonra mövzumuza davam edək.

Birinci video: Vəhhabilərin vasitəsi ilə əhli-sünnənin təkfir olunmasına cavab olaraq, vəhhabi ekspertinin nala-mıxa vurması (00:04:05 - 00:10:00)

İzləyici: “Muxtəsər Səhih Buxari” proqramına görə sizə təşəkkür edirəm. Siz “Muxtəsər Səhih Buxari”ni tərcümə etdiyiniz üçün və bu işdə dərya olduğunuz üçün mən bir ərəbcə cümləni oxuyuram, siz də tərcümə edin.

فمن قال أنا شافعی الشرع و أشعری الإعتقاد ، قلنا له هذا من الأضداد لا بل من الإرتداد

“Kim desə ki: “mən fiqhdə şafei, əqidədə əşəriyəm”, ona deyərik ki: “bu söz ziddiyyətdir. Xeyr! Hətta, mürtədlikdir!” (Məcmuə fətava, c. 4, s. 106)

Torşabi: Haradan oxuyursunuz?

İzləyici: Mən ünvan verdim. Siz ki, tərcümə işində dəryasınız. Siz bu cümləni mənim üçün tərcümə edin!

Torşabi: İndi niyə bizim tərcümədə dərya olduğumuzu bayraq etmisən?

İzləyici: Mən sizi tərifləyirəm. Siz Muxtəsər Səhih Buxari kitabını tərcümə etmişiniz axı.

Torşabi: İcazə verin, mən “Məcmuə fətava” kitabını açım ki, onu tərcümə edə bilim. Bu işim sizin etimadınıza zərər vurmur.

İzləyici: Bu cümlədə çox çətin lüğət problemi yoxdur.

Torşabi: Xeyr, bəlkə də bu cümlədən əvvəl və sonra cümlə bir vardır. Mən bunu sizin üçün düzgün tərcümə edə bilmərəm. İndi sizin məqsədiniz nədir?

İzləyici: Bir sadə tərcümədir, onu edin. Həmçinin Məhəmməd Siddiq Qənuci Buxarinin “Əd-Din əl-xalis” kitabının, 1-ci cildinin 140-cı səhifəsində belə bir adda bab vardır:

تقلید المذاهب من الشرك.

Məzhəblərə təqlid etmək şirkdir.

Bunu da izah etsənin çox məmnun olaram.

Torşabi: Biz vaxtın sonuna yaxınlaşırıq, bəlkə də ikinci hissəni verə bilməyəcəyik. Lakin bu cümləni qalan izləyicilərə cavab verəndən sonra bəlkə tərcümə edə bildim.

Qalan izləyicilərə cavab verdik, lakin Məhəmməd Rza qaldı. İzləyici dedi ki, hər kəs bunu desə, problemi vardir. Əlbəttə ki, bu fikri nəql etməkdən başqa bir söz deyildir. Gələcək verilişdə buna cavab verəcəyik. Amma indi çox vaxtımız yoxdur.

Bu məzhəbləri nəql edir. Lakin biz bilmək istəyirik ki, sizin nəql etdiyiniz nə dərəcədə doğrudur. Lakin bunu nəql etməklə əsil məqsədinizi açıqlamadınız. Bu mövzunu gələn həftə açıqlayacağıq.

Aparıcı: Gördünüz ki, bu vəhhabi aparıcısının 6 dəqiqə vaxtı olmasına baxmayaraq, o qədər yubatdı ki, bir xətt cümləni oxumadı. Axırda da dedi ki, İbn Teymiyyə bunu nəql etmişdir, öz fikri deyildir. Lakin mən bilmirəm ki, o, bunu kimdən nəql etmişdir. Ustad Yəzdani, zəhmət olmasa bu barədə izah edin.

Ustad Yəzdani: Mən dəfələrlə sizə və əziz izləyicilərə demişəm ki, “Doğru yol və yanlış yol” proqramında dediklərimizdə heç bir şübhə yoxdur. Vəhhabilərin buna heç bir cavabları da yoxdur və indiyədək də heç bir vəhhabinin bizim verilişə zəng etməyə cürət etməmişdir.

Bu “Doğru yol və yanlış yol” proqramının 8-ci verilişidir. Proqrama zəng etməyə heç bir vəhhabinin cürəti çatmır ki, bunlara cavab versin və müdafiə etsin. Yəqin bilirəm ki, heç 50-ci verilişə qədər də zəng etməyəcəklər.

Mətni oxuyan izləyici dəfələrlə dedi ki, onu göstərsin, o da nə söhbət edən zaman, nə də söhbətindən sonra göstərmədi. Sadəcə ərəbcə mətnini sərt şəkildə oxudu və tərcümə etməyə cürəti də çatmadı.

Çünki İbn Teymiyyənin sözü həqiqətdə bütün əhli-sünnəni təkfir etməkdir. Yəni istisnasız olaraq, bütün əhli-sünnə mürtəddir. Bütün malikilər, hənbəlilər, şafeilər, hənəfilər kafirdir. Mən dəfələrlə bunun mədrəklərini göstərmişəm və indi də göstərirəm.

“Məcmuə fətava” kitabı, müəllifi Şeyx əl-İslam Təqiyyuddin Əhməd ibn Teymiyyə əl-Hərranidir. O, 728-ci ilində vəfat etmişdir. 4-cü cild, 106-cı səhifədə: Torşabi deyir ki, o, sadəcə nəql etmişdir. Bəli, əvvəldə nəql edir, sonra davamında deyir. (İbn Teymiyyə bu sözləri öz əqidəsinə şahid olaraq gətirir. Deyir baxın, keçmiş imamlar da belə-belə deyiblər. - [red])

فمن قال: أنا شافعي الشرع وأشعري الإعتقاد, قلنا له هذا من الأضداد , لا بل من الإرتداد


“Kim desə ki: “mən fiqhdə şafei, əqidədə əşəriyəm”, ona deyərik ki: “bu söz ziddiyyətdir. Xeyr! Hətta, mürtədlikdir!”

Lakin cənab Torşabinin onu göstərməyə cürəti çatmadı. Hətta onu tərcümə etməyə belə cəsarət edə bilmədi. İzləyici də ona tənə vurdu ki, axı sən “Muxtəsər Səhih Buxari”ni tərcümə etmisən, məgər bu qısa cümləni tərcümə edə bilmirsən?

İzləyicinin dediyi ikinci cümlə də çox maraqlıdır.

“Əd-Din əl-xalis” kitabı, müəllifi müasir vəhhabilərdən olan Seyyid Məhəmməd Siddiq Həsən əl-Qənuci əl-Buxaridir. O, 1253-cü ildə dünyadan köçmüşdür. Bu kitab Beyrutda “Dar əl-kutub əl-ilmiyyə” nəşriyyatında çap olunmuşdur. 1-ci cild, 140-cı səhifədə belə bir başlıq vardır:

تقليد المذاهب من الشرك.


“Məzhəblərə təqlid etmək şirkdir.”

O, dəlil gətirir ki, bütün əhli-sünnə kafirdir. Bəs kim qalır? Vəhhabilər. Əhməd Tayyibin sözlərinə görə də vəhhabilər müsəlmanların heç sıfır faizini təşkil etmir.

Aparıcı: Biz cənab Torşabiyə bizim proqramımıza qoşulmaq üçün imkan yaradarıq. Əgər istəsə, bizimlə əlaqə yarada bilər. Prodüserimiz onu bizə qoşa bilər. O, əgər tərcümə edə bilsə və buna dəlil gətirə bilsə, biz onun dəlillərini eşitməyə hazırıq. Lakin bizim bu gecəki mövzumuz Ali-Səud haqqındadır. Belə ki, bunlar ali-yəhuddur və şeytanın buynuzudur.

Ustad Yəzdani: Biz əvvəllər söz vermişdik ki, Ali-Səudun ali-yəhud olmasını sübut edəcəyik. Bu gün meydana gələn o vəhhabilər Peyğəmbərin (s) buyurduğu şeytanın buynuzları və zəmanələrinin xəvaricidirlər. Bu, əhli-sünnənin çatdığı həmin nəticədir ki, Peyğəmbər (s) də bunu əvvəlcədən buyurmuşdur. Bu xəvariclər 14-cü əsrdə meydana gəlmişdir.

Mən əvvəlcə Ali-Səudun nəsəbinin hara gedib çıxdığını sizə göstərəcəyəm. “Tarix əl-bilad əl-ərəbiyyə əs-suudiyyə” kitabı, 1-ci cild, “İlk Səudiyyə dövləti”, 1-ci hissə, “Muhəmməd ibn Əbdül-Vəhhabın həyat yolu və çağırışı (dəvəti), Muhəmməd ibn Səudun həyat yolu və döyüşləri” kitabı, müəllifi Doktor əl-Munir əl-Əclanidir. Bu kitab çox mötəbər bir kitabdır. Vəhhabilərin özləri bir mətləb irəli sürəndə bu kitabdan dəlil gətirirlər. Bu kitabın 67-ci səhifəsindəAli-Səudun nəsəbi qeyd olunmuşdur:

محمد بن سعود: هو محمد بن سعود بن محمد بن مقرن بن مرخان بن إبراهيم بن موسى بن ربيعة بن مانع. ولكن المؤلفين يجمعون على أن مانع يتحدر من ربيعة بن نزار بن معد بن عدنان.


“Muhəmməd ibn Səud: o, Muhəmməd ibn Səud ibn Muhəmməd ibn Muqrin ibn Mərxan ibn İbrahim ibn Musa ibn Rəbiə ibn Manidir. Lakin, müəlliflər icma etmişlər ki, Mani, Rəbiə ibn Nizar ibn Məd ibn Ədnanın nəslinəndir.”

Biz bunu sabit etmək istəyirik. Növbəti səhifədə yazır:

جاء في لسان العرب: عنزة قبيلة من العرب ينسب إليها فيقال "العنزي" والقبيلة اسمها عنزة وعنزة: أبو حي من ربيعة وهو عنزة بن أسد بن ربيعة بن نزار بن معد بن عدنان.


“Lisanul-ərəb” kitabında gəlmişdir: “Ənəzə ərəb qəbilələrindən biridir. Bir şəxs bu qəbiləyə nisbət edilərkən ona “ənəzi”, - deyilir. Qəbilənin adı “Ənəzə”dir. Ənəzə özü Əbu Həyydir. O, Rəbiə qəbiləsindəndir. (Tam adı belədir:) Ənəzə ibn Əsəd ibn Rəbiə ibn Nizar ibn Məd ibn Adnan”.”

Bizim bəhsimiz Ənəzə qəbiləsidir, Məhəmməd ibn Səud da bu qəbilədəndir. Yenə də həmin səhifədə Məhəmməd ibn Səudun Ənəzə qəbiləsindən olduğu deyənlər barəsində yazılmışdır:

حمد بن إبراهيم الحقيل مؤلف كتاب (زهر الآدب في معرفة الأنساب ومفاخر العرب) الذي يقول: ومن ربيعة اللهازم وهم عنزة بن أسد بن ربيعة وعجيل بن لجيم وتيم الله وقيس وإلخ.

ومن عنزة بعض العشائر المتحضرة أهمها الأبطال المجالدون والأئمة المجاهدون الملوك العظام السادة الكرام آل سعود.


“Zuhərul-adab fi mərifətil-ənsab və məfaxiril-arab” kitabının müəllifi Həmd ibn İbrahim əl-Həqil deyir: Rəbiə qəbiləsindən olanlardan biri də Ləhazimlərdirlər. Onlar Ənəzə ibn Əsəd ibn Rəbiə, Uceyl ibn Luceym, Teymullah, Qeys və başqalarıdırlar.

Ənəzə qəbiləsi arasında bir sıra oturaq qəbilələr vardır. Bunların ən önəmlisi mücadiləçi igidlər, mücahid imamlar, böyük imamlar, hörmətli ağalar olan Səud ailəsidir.”

Bu yerdə müəllif aşkar şəkildə deyir ki, Ali-Səud Ənəzə ibn Əsəd ibn Rəbiə qəbiləsindəndir. Bu mətləb çox mühüm bir mətləbdir. İnşallah bu qəbilə barəsində Peyğəmbərin (s) buyurduğu kəlamdan bəhrələnəcəyik.

أمين سعيد الذي يقول في كتابه تاريخ الدولة السعودية: يعد الشيخ مانع المريدي العنيزي المؤسس الأول للبيت السعودي وهو في الأصل من شيوخ قبيلة عنيزة بن أسد.


“Əmin Səid özünün “Tarixud-daulətis-saudiyyə” kitabında deyir: Şeyx Mani əl- Mureydi əl-Uneyzi Səud xanədanının ilk təsisçisi sayılır. O soyca Ənəzə ibn Əsəd qəbiləsinin şeyxlərindəndir.”

Burada “əl-Uneyzi”, “Uneyzə” sözləri işlənmişdir. Lakin, kitabın haşiyəsində mühəqqiq deyir ki, “əl-Uneyniz” və “Uneyzə” sözləri səhvən belə yazılmışdır, doğru olan “əl-Ənəzi” və “Ənəzə” olmasıdır.

مؤلف تاريخ الأحساء الذي يقول إن نسب آل سعود يتصل إلى عنزة بن أسد.


“Tarixul-Əhsa” kitabının müəllifi deyir ki: Ali-Səudun nəsəbi Ənəzə ibn Əsədə çatır.”

Maraqlı burasındadır ki, müəllif ingilislərin də belə dediyini nəql edir: Siz Ənəzə qəbiləsindənsiniz və biz sizi sevirik.

İngilislər öz kitablarında açıq-aşkar deyirlər ki, Ali-Səud Ənəzənin nəslindəndir. Biz gələcəkdə bu bəhsi geniş şəkildə izah edəcəyik.

Yenə də növbəti səhifədə bir maraqlı mətləb deyir. Mən onu tapmaq üçün 900 səhifəlik bir kitabın 500 səhifəsini oxumuşam.

وكثير من أمراء آل سعود إذا سألتهم عن نسبهم القبلي أجابوك أنهم من عنزةوربما ذكروا لك كلمة حفظوها عن مؤسس المملكة العربية السعودية الحديثة المغفور له الملك عبدالعزيز, تؤكد هذه النسبة!


“Səud ailəsindən olan əmirlərin çoxundan onların qəbilə nəsəblərini soruşsan, sənə özlərinin Ənəzədən olduqlarını deyərlər. Bəzən sənə müasir Səudiyyə dövlətinin banisi kral Əbdül-Əzizdən yadda saxladıqları bu nisbəni dəstəkləyən bir söz də nəql edərlər!”

Sonra Məlik ər-Reyhaninin “Mulukul-ərəb” kitabındakı sözünü nəql edir:

ما العمارات والرولا فهما فخذان من أفخاذ عنزة وكانوا يسكنون نجداً خصوصاً القصيم , ومشايخهم بنو الهذال وبنو الشعلان. وبنو الشعلان : هم أبناء عم آل سعود ومن رعاياهم.


“İmarat və ər-Raulaya gəlincə, onlar Ənəzənin qollarından biri idilər. Onlar Nəcd bölgəsində, xüsusilə də əl-Quseym məntəqəsində yaşayırdılar. Onların şeyxləri Bənul-Huzal (və ya: Həzal) və Bənuş-Şəlan idi. Bənuş-Şəlan isə Səud ailəsinin əmiuşaqları idilər və Səud ailəsinin rəiyyətindən sayılırdılar.”

كثيراُ ما سمعت السلطان يقول هم رعايا آبائنا وأجدادنا بل هم أبناء عمنا.


“Çox vaxt Sultanın belə dediyini eşitmişəm: “Onlar bizim ata-babalarımızın rəiyyətidirlər. Onlar bizim əmiuşaqlarımızdırlar.”

Bunların israrla Ənəzədən olmalarını demələrinin dəlili nədir?

Əhli-sünnənin bir çox alimi Ali-Səudun Bəni Huneyfə qəbiləsindən olmasını isbat etməyə çalışırlar. Bu qəbilə Müsəyləmə Kəzzabın (yalançı peyğəmbərlik iddiası edən şəxs olmuşdur) qəbiləsidir. Əhli-sünnə bunların Müsəyləmənin ərazisindən və onun nəslindən çıxacağını, İslamı aradan aparmaq istəyəcəklərini sübut etmək istəyirdilər.

Ali-Səud da bunu inkar etmək üçün iddia edirlər ki, biz Ənəzə qəbiləsindənik və bunu çox israrla vurğulayırlar. Yağışdan çıxdılar, inşallah yağmura düşəcəklər.

Bu məsələ adını indi qeyd edəcəyim kitabda qeyd olunmuşdur:

“Mulukul-ərəb” kitabı, müəllifi Əmin ər-Reyhanidir. “Dar əl-Ceyl” nəşriyyatı, Beyrut. Bu kitab Səudiyyə Ərəbistanının və Fars körfəzi ölkələrinin tarixi sahəsində yazılmış ən mötəbər kitablardan biridir.

“Unvan əl-məcd fi tarix ən-Nəcd” kitabı vəhhabilərin tarix kitablarından biridir və onların ən mötəbər kitablarındandır. Bu kitabın müəllifi Şeyx Osman ibn Abdullah ibn Bişrdir. Bu kitabı təhqiq edən Məhəmməd ibn Əbdül-Vəhhabın nəvələrindən olan Əbdur-Rəhman ibn Əbdül-Lətif ibn Abdullah Aluş-Şeyx 1-ci cildin 99-cu səhifəsinin “Məhəmməd ibn Səudun vəfatı” adlı başlığın haşiyəsində belə yazır:

فنقول هو محمد بن سعود بن محمد بن مقرن بن مرخان بن إبراهيم بن موسى بن ربيعة بن مانع بن ربيعة بن مريد من رؤساء قبيلة عنزة بن أسد بن ربيعة بن نزار بن معد بن عدنان.


“Deyirik: O, Məhəmməd ibn Səud ibn Məhəmməd ibn Muqrin ibn Mərxan ibn İbrahim ibn Musa ibn Rəbiə ibn Mani ibn Rəbiə ibn Muriddir. O, Ənəzə ibn Əsəd ibn Rəbiə ibn Nizar ibn Məd ibn Ədnan qəbiləsinin böyüklərindən olmuşdur.”

Bu mətləblə onun fatihəsi oxunur. Çünki bunu yazan elə Məhəmməd ibn Əbdül-Vəhhabın öz nəvəsidir. Deyir ki, bunlar Ənəzə ibn Əsəd ibn Rəbiə qəbiləsindən, Nizar qəbiləsindəndir ki, Ədnanda Peyğəmbərə (s) birləşir.

Yenə də “Tarix Nəcd” kitabında kitabın müəllifi indiki məşhur Alusinin oğlu Seyyid Mahmud Əş-Şukri əl-Alusi açıq-aşkar Ali-Səudun Ənəzə qəbiləsindən olduğunu deyir. O, İbn Feysəl ibn Turkinin tərcümeyi-halında belə deyir:

عبد الله بن فيصل بن التركي بن عبد الله بن سعود بن عبد العزيز بن محمد بن سعود بن مقرن بن مرخان بن أبراهيم بن موسى بن ربيعة بن مانع بن المريدي العنيزي وهو من مشايخ العنيزة.


“Abdullah ibn Feysəl ibn Turki ibn Abdullah ibn Səud ibn Əbdül-Əziz ibn Məhəmməd ibn Səud ibn Muqrin ibn Mərxan ibn İbrahim ibn Musa ibn Rəbiə ibn Mani ibn əl-Muridi əl-Uneyzi. O, Uneyzə qəbiləsinin böyüklərindən olmuşdur.”

“Tarix əl-Məlik Səud əl-vəsiqə vəl-həqiqə” kitabı 1-ci cild. Bu kitab internetdə yoxdur. Mən bu kitabı kitabxanada tapdım və onun şəklini çəkdim. Müəllif bu kitabda Məlik Səudun bəhsinə çatır və deyir ki, o, Ənəzə qəbiləsindəndir.

Deməli, buraya qədər Ali-Səudun Ənəzə ibn Əsəd qəbiləsindən olması aydın oldu.

Bəs Ənəzə ibn Əsəd nə qəbiləsidir?

“Tarix Əbul-Fida” adı ilə məşhur olan “Əl-Muxtəsər fi əxbar əl-bəşər” kitabı əhli-sünnənin ən məşhur tarix kitablarından biridir. Kitab Beyrutda “Dar əl-mərifə” nəşriyyatında çap olunmuşdur. Kitabın müəllifi İmaduddin ibn İsmail Əbul-Fidadır. Müəllif bu kitabın 1-ci cildinin 105-ci səhifəsində belə deyir:

وأما عنزة بن أسد بن ربيعة المذكور فمنه بنو عنزة وهم أهل خيبر.


“Adı çəkilən Ənəzə ibn Əsəd ibn Rəbiəyə gəlincə, Bəni-Ənəzə qəbiləsi onun nəslindəndir. Onlar Xeybər camaatıdırlar.”

Onlar o yəhudilər idi ki, Əmirul-möminin Əli (ə) öz qılıncı ilə onları məhv etmişdi.

Növbəti mənbə də Bəni-Ənəzənin Xeybər yəhudlərindən olduğunu sabit edir. “Subh əl-Əaşşa” kitabı, 4-cü cild, 290-cı səhifədə Xeybər haqqında danışır və Xeybər sakinlərinin kimlər olduğunu deyir:

وهي بلدة بني عنزة من اليهود.


“Ora yəhudi olan Bəni-Ənəzənin şəhəridir.”

Bir az yuxarıda Xeybər qalasının harada yerləşdiyini, Mədinə ilə nə qədər fasiləsi olduğunu deyir və sonda deyir ki, Bəni-Ənəzənin bu şəhəri yəhudi qəbiləsindədir.

“Umdə əl-qari fi şərh Səhih Buxari” kitabı, müəllifi İmam Əllamə Bədruddin Əbu Məhəmməd Mahmud ibn Əhməd əl-Əynidir. O, 855-ci ildə vəfat etmişdir. Kitab Beyrutun “Dar əl-kitab əl-ilmiyyə” nəşriyyatında çap olunmuşdur. Müəllif 11-ci cild 330-cu səhifədə deyir:

قوله بخيبر: وهو بلدة عنزة في جهة الشمال والشرق عن المدينة على نحو ست مراحل وخيبر بلغة اليهود حصن.


“Hədisdəki “Xeybərdə…” sözünə gəlincə: Xeybər Ənəzə qəbiləsinin şəhəridir. Bu şəhər Mədinənin şimal-şərqində, Mədinədən təxminən altı günlük məsafədə yerləşir. Xeybər yəhudi dilində “qala” deməkdir.”

Həzrət Əli (ə) də oranı fəth etmişdi. Bu barədə mənbələr çoxdur. Lakin biz indiyədək Ali-Səudu ali-yəhud olmasını sabit etdik. Bundan sonra bizim izləyicilərimiz vəhhabi kanalları ilə əlaqə yaratsalar, Ali-Səud mövzusu ortaya atılsa, Ali-Səud yox, ali-yəhud desinlər.

Çünki bunların nəsli Xeybər yəhudilərinin nəslinə gedib çıxır. Xeybər yəhudiləri də müxtəlif müharibələrdə Peyğəmbərlə (s) vuruşublar. Sonda bu qala Əmirul-möminin Əli ibn Əbu Talibin (ə) əli ilə fəth edildi. Əgər bu vəhhabilər Həzrət Əli (ə) ilə bu qədər düşmənçilik və ədavət aparırlarsa, səbəbi bu qalanın o Həzrətin (ə) əli ilə fəth edilməsidir. Bunlar buna görə narahatdırlar və Həzrətə (ə) qarşı qəlblərində kin vardır.

Aparıcı: Gördünüz ki, ustad Yəzdani verdiyi sözə əməl etdi və Ali-Səudun ali-yəhud olmasını sübut etdi. Şiə kitablarından bir dənə vərəq də göstərilmədi. Göstərdiklərimizin hamısı əhli-sünnə kitablarından idi. Əlbəttə, yenə də mənbələr mövcuddur, ustad Yəzdani yenə də sizə o mənbələrdən göstərəcək.

Ustad Yəzdani: İki video hazırlamışam. Əhli-sünnənin iki alimi vəhhabilik haqqında danışırlar. Onlar deyir ki, vəhhabilər zəmanənin xəvaricidirlər. Bu iki video bizim növbəti bəhsimiz üçün müqəddimə olacaq.

İkinci video: Əl-Əzhər universitetinin rəhbərinin vəhhabilər əleyhinə çıxışı (00:35:23 – 00:43:20) Azərbaycan dilində alt yazı ilə buradan izləyə bilərsiniz.

Aparıcı: Hörmətli şeyx, siz bəzi sələfiləri “zəmanənin xəvaricləri” adlandırmısınız.

Doktor Teyyib: Bu, tarixi və elmi şərhə ehtiyac duyan bir mövzudur. Və əlbəttə, bu proqramda bunu etmək mümkün deyil. Mən yalnız bunu deyim ki, müsəlmanların cümhuru bu məzhəb üzərə olmamışdır.

Müsəlmanların cümhuru (böyük əksəriyyəti) maliki, şafei və hənəfilər olmuşlar. İmam Əhməd əhli-sünnə imamlarından biridir, sələf imamlarından biridir. Lakin, imamlardan biridir, sələfin hamısının imamı deyildir. İmam Malik sələf imamlarından biridir, İmam Əbu Hənifə sələf imamlarından biridir, İmam Şafei sələf imamlarından biridir. Olduqca çoxlu sələf imamları vardır. “Sələf” məktəb və ya məzhəb deyildir. Əgər bizə başqa bir vaxt fürsət verilsə, başqa bir proqramda “sələf” sözünün mənasını, necə oraya çıxdığını və hazırkı dövrdə “sələf”i kimin təmsil etdiyini izah edərdik.

Aparıcı: Yəni, “sələf” deyərkən “sələfi-saleh” (saleh sələf) nəzərdə tutulur; Peyğəmbər (aleyhi [və alihis]-salətu vəs-səlam), səhabələr və tabeinlər.

Doktor Teyyib: Baxın, “sələf” sözü Quranda bir yerdə gəlib və məzəmmət mənasında gəlib. Buyurur: “(Firon əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik. Və onları sonradan gələnlərə “sələf” (cəhənnəmə getməkdə digərlərindən qabaqda olan) və ibrət məsəli etdik.” (Zuxruf surəsi, 55-56) Yəni, bunları Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) ümmətindən olan kafirlərə cəhənnəm misalı etdik (onların cəhənnəmə getmələrini bunlar üçün misal etdik).

Həmçinin, bu söz bir neçə dəfə feil formasında da gəlmişdir. Məsələn, “Yalnız, daha öncə etdikləriniz istisnadır (illə mə qad sələf)” (Nisa surəsi, 33). Və bizə Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) belə bir hədis çatmamışdır ki, “əgər ixtilafa düşsəniz, sələf məzhəbinə üz tutun”. Əsla!

Əksinə, belə bir hədis gəlmişdir ki, “əgər ixtilafa düşsəniz, “camaata” üz tutun”. Bir sıra hədislərdə “camaata üz tutun”, “mənim sünnəmə və məndən sonrakı raşidi xəlifələrin sünnəsinə üz tutun” deyə bildirilmişdir.

Hal-hazırda mövcud olan bu məzhəb həqiqətən də “sələfi-saleh”ə əsaslanırmı? Onlar deyirlər ki, sən yalnız İmam Əhməd ibn Hənbəlin məzhəbinə tabe olmalısan, başqa məzhəbləri kənara qoymalısan, qəbrləri dağıtmalısan, zərihlər olan məscidlərdə namaz qılmaq batildir, paltarının (balağlarını) qısaltmalısan, digər məzhəblərin nümayəndələri fasiq və bidətçidirlər – bax bu sələfin məzhəbi deyildir. Bu “ğulat”ların məzhəbidir. Hətta, onları (qədimdə) “hənbəlilərin ğulatları” adlandırırdılar. Tarix bunu qeyd etmişdir ki, həqiqətən də ortada hənbəli məzhəbindən olan bir dəstə şəxs olmuşdur ki, ğulat adlandırılmışlar.

Lakin, onlar özlərini sələf məzhəbinə nisbət vermişlər. Hənbəlilərin özlərinin bir sıra kitabları vardır ki, bu kitablarda onlar bizlərə bu şəxslərə inanmamağı tapşırmışlar. Ona görə ki, onlar İmam Əhməd ibn Hənbələ mənsub deyillər. Hətta hənbəlilər onlar barədə elə sözlər demişlər ki, mən onu deyə bilmirəm. Onların bu məzhəbi necə nəcisə buladıqlarını, onu necə dəyişdirdiklərini qeyd etmişlər.Təəssüflər olsun ki, sələfi övladlarımızdan və qardaşlarımızdan olan təəssübkeşlər və ğulatlar sələfi-salehə deyil, ğulat hənbəlilərə mənsubdurlar. Bu gün bu terminin işlədilməsində yalana, hiyləgərliyə və saxtakarlığa yol verilir. Bütün camaat, “əl-Əzhər” sələfi-salehə mənsubdur.

Aparıcı: Yaxşı, icazə verin bu məsələ ilə bağlı bir məqamı qeyd edim. Mən zərihlərin dağıdılması barədə danışmaq istəyirəm. Sələfilər belə hesab edirlər ki, içində zərih olan məsciddə namaz qılmaq olmaz. Siz özünüz də buyurdunuz ki, ortada bir sıra ğulatlar (ifratçı həddi aşanlar) var. Onlar bir sıra zərihləri dağıtmışlar. Mən bir müsəlman olaraq, məsələn, Seyyid Nəfisə və ya Seyyidə Zeynəbin hərəmində namaz qılmaq istəsəm, mən belə yerdə namaz qıla bilərəm, yoxsa, namazım batildir?

Doktor Teyyib: Mən bu suala iki cavabım var:

Birinci cavab Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) verdiyi cavabdır. “Əgər bir ixtilaf görsəniz, camaata üz tutun (baxın camaat nə etsə, siz də onu edin)”, başqa bir rəvayətdə “...“əs-səvadul-əzəm”ə (böyük çoxluluğa) üz tutun”.

Gərək, əksəriyyətə (“əs-səvadul-əzəm”ə) baxasan ki, nə edirlər. Çünki, “əs-səvadul-əzəm” icma kimidir. İcma isə bizim fiqhimizdə fiqhin mənbələrindən biridir. Çox maraqlıdır ki, qardaşlarımız və övladlarımız sələfilər buna diqqət yetirmirlər. Onlar azlıqdırlar. Əgər onları sayları neçə milyard olan müsəlmanlarla müqayisə etsək, sayları sıfır kimi bir şey olar. Peyğəmbər buyurmamışdır ki, ixtilaf gördüyünüz zaman, “sələfilər”ə və ya özlərini sələfi adlandıranlara baxın. O Həzrət məhz bunu buyurmuşdur ki, camaata (böyük əksəriyyətə) baxın, onlar nə etsələr, siz də onu edin.Baxın camaat nə edir. Görəsən camaat zərihləri dağıdır, yoxsa, içində zərih olan məscidlərdə namaz qılır? Camaat belə məscidlərdə namaz qılır. Buna görə də, başqa deyilənlər mənə maraqlı deyildir.

İkinci cavaba – əməli cavaba gəlincə, cənablarınız məndən soruşdu ki, mən gedib Seyyidə Nəfisə məscidində, və ya Seyyidə Zeynəb və ya ağamız Hüseynin məscidinə, yaxud, içində zərih olan (başqa bir) məsciddə namaz qılsam, namazım səhih olar, yoxsa batil? Bu sualın 1300 ildən bəri davam edən əməli cavabı vardır və aşkardır. Müsəlmanların Məscidi-Nəbəvidə qıldıqları namazların hökmü nədir? Hansı ki, orda Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) qəbri var, Əbu Bəkrin və Ömərin qəbrləri var. Əgər desəniz ki, həzrət Hüseynin məscidində qılınan namaz batildir, çünki, orada zərih var, o zaman gərək bütün bu dövrlər ərzində müsəlmanların Peyğəmbər məscidində qıldıqları namazlar da batildir və gərək biz bu zərihləri uçuraq.

Əlbəttə, bunlar insanı İslamdan çıxaran çox böyük cinayətlərdir. Çünki, bu işin batinində Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) və onun mübarək qəbrinə qarşı təhqir və cürətkarlıq vardır. Bundan başqa, biz deyə bilərik ki, bu məscidlərdə – həzrət Hüseyn məscidindəki, həzrət Zeynəb məscidindəki zərihlər kənardadırlar və mən üzü bunlara namaz qılmıram. Məscidi-Nəbəvidə isə insanlar qəbrlərin arxasında durub cəm şəkildə qəbrlərə tərəf namaz qılırlar. Həmçinin, qəbrlərin sağ tərəfində durub namaz qılırlar, sol tərəfində durub namaz qılırlar, önündə durub namaz qılırlar və arxalarında durub namaz qılırlar. Və bütün bu namazlar səhihdirlər. Heç kəs cürət edib deməmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) məscidində qılınan namaz batildir.

Rəbbimizə həmd olsun ki, O, bizim əməli bir cavab qoymuşdur. Hər gün bu müqəddəs məsciddə namaz qılınır. Bu məscid – Peyğəmbərin də (sallallahu əleyhi [və alihi] və səlləm) buyurduğu kimi – içində namaz qılmaq üçün uzaq yerdən səfərə çıxılması caiz olan üç məsciddən biridir. Və bu məsciddə zərihlər və üç qəbr vardır. Bu, İslamın xoşgörülüyündən çıxıb zərihləri dağıdan, yaxud, bu məscidlərdə namazın batil olduğunu deyən şəxslərə əməli cavabdır.

Üçüncü video: Əhməd Kərimənin sözləri (00:43:21 - 00:43:36)

İnşallah onların hiylələri özlərinə qayıdar. Bunlar axirəzzamanın xəvaricləridirlər. Özlərinə sələfi deyən bu xəvariclər barədə Peyğəmbərin (s) xəbər vermişdir.

Ustad Yəzdani: Məhəmməd ibn Səudun nəsəbində iki maraqlı nüans vardır. Onlardan biri onun Ənəzə qəbiləsindən olmasıdır, onlar da həmin Xeybər yəhudiləridir. İkincisi isə Rəbiə ibn Nəzar ibn Məd qəbiləsindən olmasıdır.

Əziz izləyicilər “Ənəzə” və “Rəbiə” sözlərini yadda saxlasınlar və bu gün bu bəhslə əlaqədar olan mövzumuza diqqət etsinlər. Ənəzə haqqında danışdıq. Rəbiə haqqında da bəhs edəcəyik.

Lakin Məhəmməd ibn Əbdül-Vəhhabın nəsəbi haqqında danışaq.

“Tarix əl-bilad əl-ərəbiyyə əs-suudiyyə” kitabı, müəllifi ustad, doktor Munir əl-Əcəlani, 1-ci cild, “Sirə Məhəmməd ibn Əbdül-Vəhhab və dəvətu və sirə Məhəmməd ibn Suud və hurubuh”, səhifə 176: Bu səhifədə geniş bəhs açır ki, Şeyxinin nəsəbi hara gedib çıxır. Deyir ki, Məhəmməd ibn Əbdül-Vəhhabın ailəsi Ali-Muşərrəf ailəsi adı ilə məşhurdur. Öz zamanlarında bu adla məşhur olublar. Belə ki, onun nəsəbi bu şəkildə olmuşdur: Məhəmməd ibn Əbdül-Vəhhab ibn Süleyman ibn Əli ibn Məhəmməd ibn Əhməd ibn Raşid ibn Bureyd ibn Məhəmməd ibn Bureyd ibn Muşərrəf.

Bunların böyük babası Muşərrəf olduğu üçün Ali-Muşərrəf adı ilə tanınıblar. Digər tərəfdən Müşərrəfin də böyük babası Vuheybdir və onların ailəsi də Vəhəbə adı ilə məşhur olublar.

Əziz tamaşaçıların bilməli olduqları mühüm məsələlərdən biri də budur ki, onlara “vəhhabi” deyirlər. Lakin bu söz Məhəmməd ibn Əbdül-Vəhhabdan götürülməmişdir. Əksinə, bunlar Vəhəbə ailəsindən olduqları üçün onlara vəhhabi deyilir. Bunların nəsli Müşərrəf ibn Ömər ibn Məzad ibn Ris ibn Zaxir ibn Məhəmməd ibn Ələvi ibn Vuheyb. Bunlar Vəhəbə ailəsi adı ilə məşhurdurlar.

Buna görə də bu ailədən gələn və məşhur olan şəxsin ardıcıllarına vəhhabi deyirlər. Daha Məhəmmədin atası Əbdül-Vəhhaba görə deyil, əksinə, bu, Vəhəbə ailəsindən olduqları üçündür. Diqqət edin:

كانت أسرة الشيخ محمد بن عبد الوهاب تعرف في زمانه باسم "آل مشرف". وبين الشيخ وبين مشرف رأس الأسرة تسعة آباء فهو: محمد بن عبد الوهاب بن سليمان بن علي بن محمد بن أحمد بن راشد بن بريد بن محمد بن بريد بن مشرف.

وقبل مشرف كانت الأسرة تعرف باسم "الوَهَبَة" نسبة إلى وهيب. ومنها آل ثاني أمراء قطر. وقد ساق لنا ابن بشر أسماء آباء "مشرف" حتى "وهيب" على النحو التالي: مشرف بن عمر بن معضاد بن ريس بن زاخر بن محمد بن علوي بن وهيب.


“Şeyx Muhəmməd ibn Əbdül-Vəhhabın ailəsi onun zamanında “Ali-Müşərrəf” kimi tanınırdı. Şeyx ilə ailənin başçısı Müşərrəf arasında doqquz ata vardır. Şeyxin nəsəbi belədir: Muhəmməd ibn Əbdül-Vəhhab ibn Süleyman ibn Əli ibn Muhəmməd ibn Əhməd ibn Raşid ibn Bureyd ibn Muhəmməd ibn Bureyd ibn Müşərrəf.

Müşərrəfdən qabaq ailə Vüheybə nisbətən “Vəhəbə” adı ilə tanınırdı. Qətərin əmirləri Ali-Sani də onlardandır. İbn Bişr Müşərrəfin Vuheybə qədərki atalarının adlarını bizim üçün aşağıdakı şəkildə qeyd etmişdir: Müşərrəf ibn Ömər ibn Mi`dad ibn Reys ibn Zaxir ibn Muhəmməd ibn Ələvi ibn Vuheyb”.

Novbəti səhifədə deyir ki, Vəhəbə ailəsinin nəsəbi gedib Zeyd ibn Mənat ibn Təmim qəbiləsinə çıxır:

وينتمي الوهبة إلى زيد بن مناة بن تميم.


“Vəhəbə ailəsinin nəsəbi Zeyd ibn Mənat ibn Təmimə gedib çıxır.”

Deməli, Vəhəbə ailəsi Bəni-Təmimə gedib çıxır. Peyğəmbərdən (s) rəvayət var ki, o, öncədən görərək belə buyurmuşdur: “Bəni Təmimdə bir nəfər gələr və axirəzzamanın xəvaricini o təşkil edər.”

Sonra elə o səhifədə Təmimin nəsəbini Adnana kimi qeyd edir. Göstərir ki, Muhəmməd ibn Əbdül-Vəhhabın Təmimdən Adnana qədər olan nəsəbi İlyas ibn Muzərdə Allah Rəsulunun (s) nəsəbi ilə birləşir. Sonra deyir:

وسواء أكانت هذه السلسلة كاملة الحلقات , أم لم تكن كاملة فإن النسابين مجمعون على أن بني تميم من ذرية إلياس بن مضر. وبذلك يلتقي الشيخ محمد بالنبي محمد (ص).


“İstər bu silsilə kamil olsun, istər olmasın, istənilən halda nəsəb alimləri icma etmişlər ki, Bəni-Təmim İlyas ibn Müzərin nəslinəndir. Buna əsasən, Şeyx Muhəmməd(in nəsəbi) Muhəmməd peyğəmbər(in nəsəbiy)lə (s) qovuşur.”

“Mənhəc əl-imam Məhəmməd ibn Əbdül-Vəhhab fi məsələ təkfir” kitabı, müəllifi professor Nasir ibn Abdullah əl-Kərim əl-Əqldir. Bu kitab Riyadda çap olunmuşdur. Bu kitabda Məhəmməd ibn Əbdül-Vəhhabın nəsəbinin həm Müşərrəfə, həm Vuheybə, həm Zeyd ibn Mənat ibn Təmimə, həm də İlyas ibn Muzər ibn Nəzar ibn Məd ibn Ədnana çatdığı deyilir. Eyni ilə bizim nəzərdə tutduqlarımız bu nəsəbdə mövcuddur.

Yenə də “Əş-şeyx əl-imam Məhəmməd ibn Əbdül-Vəhhab” kitabı, müəllifi doktor Aminə Məhəmməd Nəsirdir. “Dar əş-şuruq” nəşriyyatında çap olunmuşdur. Müəllif 26-cı səhifədə Məhəmməd ibn Əbdül-Vəhhabın tərcümeyi-halında onun nəslinin Müşərrəfə, Vuheybə və Təmimə gedib çıxdığını yazır. Növbəti səhifədə isə bunun davamı olaraq onun nəsəbinin İlyas ibn Muzər ibn Nəzar ibn Məd ibn Ədnana çatdığını yazır.

“Unvan əl-məcd fi tarix ən-nəcd kitabı”, müəllifi İbn Bişr, 1-ci cild, səhifə 180: Məhəmməd ibn Əbdül-Vəhhabın nəvələrindən biri bu kitabı təhqiq etmişdir. O, vərəqin haşiyəsində onun nəsəbini müfəssəl şəkildə bəyan etmişdir. Bu nəsəbdə Muşərrəf, Vuheyb, Təmim və İlyas ibn Muzər ibn Nəzar ibn Məd ibn Ədnan adları da vardır.

Bu, Ali-Səudun öz əli ilə yazdığı şəcərənaməsinin şəklidir. Bu şəcərənamə bir sənəd kimi London muzeylərinin birində qorunub saxlanılır.

Buraya qədər sabit oldu ki, Ali-Səudun nəsli Rəbiə qəbiləsinə, Məhəmməd ibn Əbdül-Vəhhabın da nəsli Muzər qəbiləsinə yetişir.

“Səhih Buxari”də Peyğəmbərdən (s) hədisimiz var ki, iki qəbilənin – Təmim və Muzər qəbilələrinin bir-biri ilə sazişi nəticəsindən şeytanın buynuzu peyda olar. Bunların hamısını bir müqəddimə olaraq dedik ki, Peyğəmbərin (s) "Səhih Buxari"də 3302-ci rəvayətdə buyurduğu hədisi sabit edək:

أشار رسول الله صلى الله عليه وسلم نحو اليمن فقال: الإيمان يمان هاهنا ألا إن القسوة وغلظ القلوب في الفدادين عند أصول أذناب الإبل حيث يطلع قرنا الشيطان في ربيعة ومضر.


“Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Yəmənə tərəf işarə edərək dedi: İman bax orada – Yəməndədir. Bilin, qəsavət və daşqəlblilik də dəvələrin quyruqlarının dibində səslərini yüksəldənlərin arasında, şeytanın iki buynuzunun çıxacağı yerdə; Rəbiə və Muzər arasındadır.”

"Səhih Buxari"nin başqa bir yerində 4387-ci hədisdə buyurur:

حيث يطلع قرنا الشيطان ربيعة ومضر.


“...Şeytanın iki buynuzunun çıxacağı yerdə; Rəbiə və Muzər arasındadır.”

Yenə də “Təlaq” kitabının “əl-Lian” babında 5303-cü hədis bunu deyir:

 

حيث يطلع قرنا الشيطان ربيعة ومضر.


“...Şeytanın iki buynuzunun çıxacağı yerdə; Rəbiə və Muzər arasındadır”

Cənab Torşabinin “Muxtəsər Səhih Buxari” kitabında tərcümə etdiyini gətirirəm. “Muxtəsər Səhih Buxari” kitabı, müəllifi Məhəmməd ibn İsmail Buxari, tərcüməçi isə Əbdül-Qadir Torşabidir. O, 1380-ci hədisi belə tərcümə etmişdir:

Əqəbə ibn Ömər Əbu Səiddən belə rəvayət edir ki, Allahın Rəsulu (s) əli ilə Yəmənə tərəf işarə edib buyurdu: İman buradan – Yəməndən olacaq. Agah olun ki, daş ürəklilik və qəlbin qəsavəti dəvələrin dalınca düşən əkinçilər arasında olacaq və şeytanın buynuzu Rəbiə və Muzər qəbilələri arasında üzə çıxacaq. (Məşriq tərəfdən, belə ki, bu iki qəbilə oranın sakinləridir). Bu hissəni özü əlavə etmişdir.

“Umdə əl-qari şərh Səhih Buxarı” kitabı, Beyrut – “Dar əl-kutub əl-ilmiyyə” çapı, səhifə 264. Görək şeytanın buynuzundan nə nəzərdə tutulur?

والمراد بذلك اختصاص المشرق بمزيد تسلط من الشيطان ومن الكفر


Peyğəmbərin (s) məqsədi budur ki, məşriq tərəfə şeytan çox müsəllət olacaq və küfrə şiddətlə rəvac verəcəklər.

Ora Məhəmməd ibn Əbdül-Vəhhabın aşkara çıxdığı yerdir. Bu təfsir Umdə əl-qari kitabında cənab Əyninin verdiyi təfsirdir.

Nəticə bu oldu ki, Məhəmməd ibn Əbdül-Vəhhab Muzər, Məhəmməd ibn Səud isə Rəbiə qəbiləsindən oldu. Peyğəmbər (s) də buyurub ki, şeytanın iki buynuzu Muzər və Rəbi qəbilələri arasında zahir olar. Həqiqətən də Peyğəmbərin (s) bu sözü gerçəkləşir. Bu, meydana gələn şeytanın buynuzudur və bütün müsəlmanları bürüyən bir müsibətdir. Bu Məhəmməd ibn Əbdül-Vəhhabın nəsəbinin öz kitablarında yazdıqları bir xüsusiyyəti idi. Biz yenə də Məhəmməd ibn Əbdül-Vəhhabın nəsəbinin digər bir xüsusiyyəti haqqında da danışdıq ki, o, Bəni Təmim qəbiləsindəndir. Hər kəs Bəni Təmim qəbiləsinin İlyas ibn Muzərin nəslindən olması haqqında icma edib. Bu sözü də ustad doktor Munir əl-Əcəlani “Tarix bilad əl-ərəbiyyə əs-suudiyyə” kitabında demişdi. Başqa bir rəvayət də Səhih Buxaridə vardır. Belə ki, Peyğəmbər (s) Bəni Təmim qəbiləsinin böyüklərindən birinin haqqında buyurur ki, şeytanın buynuzu onun nəslindən olacaq.

Səhih Buxari, 3344-cü hədis:

Peyğəmbər (s) bir müharibədən sonra qənimətləri dörd qəbilə arasında bölüşdürdü. Lakin bir çoxuna vermədi. Çünki bu dörd qəbilə təzə müsəlman olmuşdular. Bir şəxs gəlib Peyğəmbərə (s) etiraz etdi və dedi:

فقال : اتق الله يا محمد.


“O kişi dedi: Allahdan qorx, ey Muhəmməd (s)!”

Başqa bir rəvayətdə deyir ki, ədalətə riayət elə. Peyğəmbər (s) narahat oldu. Bir şəxs o kişini öldürmək istədi. Peyğəmbər (s) buyurdu ki, onu öldürmək lazım deyildir.

Ardınca deyir:

إن من ضئضئ هذا أو في عقب هذا قوم يقرؤون القرآن لا يجاوز حناجرهم , يمرقون من الدين مروق السهم من الرمية , يقتلون أهل الإسلام ويدعون أهل الأوثان.


“Bunun nəslindən bir tayfa olacaq ki, Quran oxuyacaqlar, lakin (oxuduqları Quran) boğazlarından o yana keçməyəcək. Ox yaydan çıxdığı kimi dindən çıxacaqlar. Müsəlmanları öldürəcək, bütpərəstlərə dəyməyəcəklər…”

Onlar Amerika və küfr ölkələri ilə dostluq edirlər. Bunların bütün yaşayışları bu ölkələrdədir. Lakin müsəlmanları öldürərlər. Bu işi edənlər bu şəxsin nəslindəndirlər. “Səhih Buxari”də başqa bir rəvayətdə göstərəcəyik ki, bu şəxs Bəni Təmim qəbiləsindəndir. Sonra Peyğəmbər (s) belə bir tövsiyə buyurur:

لئن أنا أدركتهم لأقتلنهم قتل عاد.


“Əgər mən onların zamanında yaşasaydım, onları Ad qövmü kimi öldürərdim (yəni, hamısını öldürərdim, heç kəsi sağ saxlamazdım).”

Başqa bir rəvayətdə isə Səmud qövmünü misal gətirir. Yenə də 7432-ci hədisdə belə gəlmişdir:

إن من ضئضئ هذا أو في عقب هذا قوم يقرؤون القرآن لا يجاوز حناجرهم , يمرقون من الدين مروق السهم من الرمية , يقتلون أهل الإسلام ويدعون أهل الأوثان لئن أنا أدركتهم لأقتلنهم قتل عاد.


“Bunun nəslindən bir tayfa olacaq ki, Quran oxuyacaqlar, lakin (oxuduqları Quran) boğazlarından o yana keçməyəcək. Ox yaydan çıxdığı kimi dindən çıxacaqlar. Müsəlmanları öldürəcək, bütpərəstlərə dəyməyəcəklər. Əgər mən onların zamanında yaşasaydım, onları Ad qövmü kimi öldürərdim.

3610-cu hədisdə isə bu şəxsin adı çəkilmişdir:

بينما نحن عند رسول الله صلى الله عليه وسلم وهو يقسم قسماً إذ أتاه ذو الخويصرة وهو رجل من بني تميم.


“Biz Allah Rəsulunun yanında idik. O, qənimət bölüşdürürdü. Bu zaman Peyğəmbərin (s) yanına Zul-Xuveysirə gəldi. O, Bəni-Təmim qəbiləsindən idi.”

Zul-Xuveysərənin kim olması məlum deyildir. Bu kişinin əsl adının nə olduğu bilinmir. Bu bir sifətdir. Mühüm olan budur ki, bu şəxs Bəni-Təmim qəbiləsindəndir. Peyğəmbər (s) buyurur ki, bu kişinin nəslindən bir qövm gələr ki, Quran oxuyarlar, lakin oxuduqları boğazlarından o tərəfə keçməz. (Bu sifət xəvaricə də aid idi). Bunlar müsəlmanları öldürər və kafirləri buraxarlar. Məhəmməd ibn Əbdül-Vəhhabın da nəsli Bəni-Təmimə yetişir.

“Əd-Durər əs-səniyyə fi ər-rədd əla əl-vəhhabiyyə” kitabı, müəllifi Seyyid Əhməd ibn Seyyid Zeyni Dəhlandır. O, əhli-sünnənin böyük alimlərindəndir. Belə ki, o, vəhhabiliyin iki hökuməti arasında yaşamışdır və Məkkənin müftisi olmuşdur. O, kitabın 130-cu səhifəsində belə bir rəvayət nəql edir:

وأصرح من ذلك أن هذا المغرور محمد بن عبد الوهاب من تميم, فيحتمل أنه من عقب ذي الخويصرة التميمي الذي جاء في حديث البخاري عن أبي سعيد الخدري أن النبي صلى الله عليه وسلم إن من ضئضئ هذا أو في عقب هذا قوم يقرؤون القرآن لا يجاوز حناجرهم , يمرقون من الدين مروق السهم من الرمية , يقتلون أهل الإسلام ويدعون أهل الأوثان لئن أنا أدركتهم لأقتلنهم قتل عاد.


“…Bundan daha açığı odur ki, bu lovğa şəxs – Muhəmməd ibn Əbdül-Vəhhab Təmim qəbiləsindəndir. (Buna görə də) ehtimal olunur ki, elə Zul-Xuveysirə ət-Təmiminin nəslinəndir. Zul-Xuveysirə o şəxsdir ki, Buxarinin Əbu Səid əl-Xudridən nəql etdiyi bir hədisdə Peyğəmbər (s) onun barəsində buyurmuşdur: “Bunun nəslindən bir tayfa olacaq ki, Quran oxuyacaqlar, lakin (oxuduqları Quran) boğazlarından o yana keçməyəcək. Ox yaydan çıxdığı kimi dindən çıxacaqlar. Müsəlmanları öldürəcək, bütpərəstləri dəyməyəcəklə .Əgər mən onların zamanında yaşasaydım, onları Ad qövmü kimi öldürərdim”.”

Bu şəxs də əhli-sünnənin böyüklərindəndir və bu rəvayətlə istidlal edir ki, Məhəmməd ibn Əbdül-Vəhhab Bəni-Təmimdəndir. Peyğəmbər (s) öncəgörənlik edərək buyurur ki, bu şəxsin nəslindən bir nəfər peyda olar ki, xəvaricin xüsusiyyətlərinə malik olar. Məhəmməd ibn Əbdül-Vəhhab bu qövmü meydana gətirən həmin şəxsdir.

Aparıcı: Növbəti video Ureyfinin videosudur. O, vəhhabiliyin xüsusiyyətləri haqqında Peyğəmbərin (s) buyurduqlarını deyir:

Dördüncü video: Vəhhabilərin məşhur mübəlliği Ureyfi (01:03:34 - 01:04:30)

İzləyici: Yalnız bunu bilmək istəyirəm ki, saqqalımı uzadıb, paltarımı qısaltmağım vacibdirmi? Çünki qorxuram ki, bir dəfə edim, sonra tərk edim.

Ureyfi: Neçə yaşın var?

İzləyici: 21 yaşım var.

Ureyfi: Sənin saqqalını uzatmamağa və paltarını qısaltmamağa səbəbin nədir?

İzləyici: Mən ümumiyyətlə radikal görünməməyim üçün saqqal saxlamıram, çünki bəzi dostlarım radikal oldular və bədbəxt oldular. Onların yolunu getmək istəmirəm.

Ureyfi: Yox, bu radikallıq deyil. Bu haqqa və Peyğəmbər (s) sünnəsinə tabe olmaqdır.

İzləyici: Bu iş vacibdirmi?

Ureyfi: Şübhəsiz, bu vacibdir. Peyğəmbər (s) buyurur ki, saqqalınızı uzadıb bığlarınızı qırxın və buyurur ki, libasının uzunluğu ayağın topuğundan uzun olanlar cəhənnəmə gedəcəklər. Alimlər saqqalın qısaldılmasında ixtilaf ediblər. Lakin üzün təraş edilməsinin haram olmasında icma ediblər. Sən əvvəldə az da olsa saqqal burax, sonra Allah sənə tovfiq verər, kamil surətdə uzadarsan.

Aparıcı: Bu sözlər tanınmış vəhhabi mübəlliğinin sözləridir. Onun maraqlı əxlaqi verilişləri vardır. Onun verdiyi hökm barəsində ustad Yəzdani bır az əvvəl Peyğəmbərin (s) vəhhabiliyini zahiri barəsində olan öncəgörmələri idi. Cənab ustad, vəhhabilərin xüsusiyyətləri barəsində rəvayət vardırmı?

Ustad Yəzdani: Bəli, Peyğəmbərin (s) öncəgörmələrindən biri də axirəzzaman xəvariclərinin xüsusiyyətləri haqqındadır. Belə ki, onlar başlarını qırxar, saqqallarını uzadar, bığlarını qırxar və paltarlarını qısaldarlar. Rəvayət də onların öz kitablarındadır. Biz baş qırxmaq haqqında rəvayəti göstəririk. Əhli-sünnə alimləri bu rəvayətlə istidlal etmişlər.

“Rəf əl-ğaşiyə ən əl-məcal və ət-təvil və hədis əl-cariyə” kitabı, müəllifi Nəzzal ibn İbrahim Ali Rəşi adlı alimdir. Bu şəxs əhli-sünnənin böyük alimlərindəndir. Bu şəxs vəhhabiliyin əleyhinə bu kitabı yazmışdır. Səhifə 15: Bu rəvayət “Səhih Buxari”dən nəql olunmuşdur, əgər imkan olsa, bu rəvayəti “Səhih Buxari”dən də göstərəcəyəm.

وقوله سيماهم التحليق


“Peyğəmbər (s) buyurur: “(Onların xüsusiyyətlərindən biri də budur ki) başlarını dibindən qırxarlar.”

Siz baxın, bizim zamanımızın xəvariclərinin hamısı başlarını qırxırlar, müsəlmanları öldürürlər. Onlar Nəcddən çıxıblar, müsəlmanların qanlarını halal hesab edirlər, mallarını qəsb etməyi də caiz hesab edirlər.

كانوا يأمرون كل من يتبعهم أن يحلق رأسه حتى النساء.


“Onlar bütün ardıcıllarına, hətta qadınlara belə başlarını dibindən qırxmağı əmr edirdilər.”

Bu mətləbi əhli-sünnə alimlərindən biri nəql etmişdir. Növbəti kitab da bu mətləbi nəql edir. “Əd-Durər əs-səniyyə fi ər-rədd əla əl-vəhhabiyyə” kitabı, müəllifi Seyyid Əhməd ibn Seyyid Zeyni Dəhlandır. O, 126-cı səhifədə deyir:

وقوله صلى الله عليه وسلم (حتى يكون آخرهم مع المسيح الدجال) وفي قوله صلى الله عليه وسلم (سيماهم التحليق) تنصيص عن هؤلاء القوم الخارجين من المشرقالتابعين لابن عبد الوهاب فيما ابتدعه , لأنهم كانوا يأمرون من اتبعهم أن يحلق رأسه.


“Peyğəmbər (s) buyurur: “Onların sonuncuları Məsih-Dəccalla birgə olacaq.” Peyğəmbərin “onların başları dibindən qırxılmış olacaq” sözündə isə şərq tərəfdən çıxan və Muhəmməd ibn Əbdül-Vəhhabın bidətlərinə tabe olan bu tayfaya açıq-aşkar işarə edilmişdir. Çünki onlar öz ardıcıllarına başlarını dibindən qırxmağı əmr edirdilər.”

Sonra isə Zubeydin müftisi Seyyid Əbdür-Rəhmanın fikrini nəql edir:

لا يحتاج أن يؤلف أحد تأليفاً للرد على ابن عبد الوهاب بل يكفي في الرد عليه قوله صلى الله عليه وسلم (سيماهم التحليق).


“Kimsənin Əbdül-Vəhhabın oğluna rəddiyyə yazmasına ehtiyac yoxdur. Ona rəddiyyə olaraq Peyğəmbərin (s) buyurduğu “onların başları dibindən qırxılmış olacaq” sözü kifayət edər.”

وكان ابن عبد الوهاب يأمر أيضاً بحلق رؤوس النساء.


“Muhəmməd ibn Əbdül-Vəhhab qadınların da başlarının qırxılmasına əmr edirdi.”

Bir gün bir şücaətli qadın onlara etiraz edib dedi: Siz bizi saçlarımızı qırxmağa məcbur edirsiniz. Onda siz də saqqalınızı qırxın. Əgər siz saqqalınızı qırxmırsınızsa və deyirsinizsə ki, saqqal kişinin zinətidir, qadın üçün də onun saçı zinətdir.

لأن شعر الرأس للمرأة بمنزلة اللحية للرجال , فبهت الذي كفر و لم يجد لها جواباً.


“(Qadın dedi: ) “Çünki qadının başının tükü kişinin saqqalı kimidir”. “Bu zaman kafir olan sarsıldı” və qadına verəcək bir cavab tapmadı.”

Mümkündür ki, onlar desinlər ki, əhli-sünnə yalan deyir. Məhəmməd ibn Əbdül-Vəhhab belə sözlər deməyib, harada bu sözləri deyib? Mən Məhəmməd ibn Əbdül-Vəhhabın öz kitabından onun belə dediyini göstərərəm.

“Əl-Cəvahir əl-muziyyə” kitabı, müəllifi Məhəmməd ibn Əbdü-Vəhhabdır. Bu kitab Misirin “Əl-Mənar” nəşriyyatında Əbdül-Əziz Ali-Səudun mətbuat xidmətinin göstərişi ilə çap olunmuşdur.

وأما السؤال الخامس عن حلق شعر الرأس.


“Başın qırxılması barədə olan beşinci suala gəlincə…”

وأما تعزير من لم يحلق وأخذ ماله فلا يجوز وينهى فاعله عن ذلك لأن الترك الحلق ليس منهياً عنه وإنما نهى عنه ولي الأمر لأن الحلق هو العادة عندنا ولا يتركه إلا السفهاء عندنا.


“Baş qırxmağı tərk edənlərə təzir vurmağa və mallarını müsadirə etməyə gəlincə, caiz deyildir və bunu edən şəxsi bu işdən çəkindirmək lazımdır. Çünki, baş qırmağı tərk etmək haram deyildir, onu məhz əmr sahibi qadağan etmişdir. Çünki baş qırxmaq bizim adətimizdir və onu bizim nəzərimizdə yalnız səfehlər tərk edər.”

Deməli, vəhhabilərin başlarını qırxmaları vacibdir. Peyğəmbər (s) buyurur ki, zəmanənin xəvariclərinin nişanələrindən biri də onların başlarını qırxmalarıdır.

Aparıcı: Verilişin gedişində müxtəlif mövzular işlənəndə, əhli-sünnə alimlərinin fikirlərindən də istifadə edirik ki, əhli-sünnə bu mətləblərdən agah olsun. Çünki əhli-sünnə alimlərinin sözləri onlar üçün hüccətdir. Şiələr də bilsinlər və yəqin etsinlər ki, əhli-sünnə ilə vəhhabilərin arasında fərq vardır. Daha Allah eləməmiş vəhhabilərin cinayətlərini əhli-sünnə adı ilə yaddaşlarında saxlamasınlar.

Beşinci video: Tunisin əhli-sünnə alimi doktor Əl-Kiyvanın sözləri (01:13:19 - 01:16:17)

Doktor Əl-Kiyva: -Muhəmməd ibn Əbdül-Vəhhab bütün müsəlmanları kafir hesab etmişdir, hətta səhabələri də kafir hesab etmişdir. Ömər ibn əl-Xəttabı kafir bilmişdir.

Aparıcı: -Yəni, səhabəni kafir bilmişdir?

Doktor Əl-Kiyva: -Ömər ibn əl-Xəttabı kafir bilmişdir. İmam Əlini (ə) təkfir etmişdir. Demişdir ki, “mən ondan daha üstün və daha elmliyəm”.

Peyğəmbər (s) barəsində demişdir ki, fahişəxanada oxuyan müğənni – mən bu sözü hərfiylə olduğu kimi deyirəm – , fahişəxanada oxuyan müğənni, yəni zinakar qadın minbərlərdən Peyğəmbərə (s) salavat deyən kəslərdən daha üstündür.

Aparıcı: Allah, Allah.. Bu nədir?

Digər bir ekspert: Bu söz onun kitabında var?

Aparıcı: Bu dərəcədə yəni?

Doktor Əl-Kiyva: Bəli, bundan da artıq. Bu yaxınlarda mənim “Təbərqu əl-yəhud fil-əqidətil-vəhhabiyyə” (“Yəhudiliyin vəhhabi əqidəsi altında gizlənənməsi”) adlı kitabım çap olunacaq.

Aparıcı: Nə əlaqə var?

Digər bir ekspert: Əlaqə çox möhkəmdir, bu günə qədər davam edir bu əlaqə.

Doktor Əl-Kiyva: Bəzi zahiri işlər istisna olmaqla, demək olar ki yəhudi əqidəsi ilə vəhhabi əqidəsini bir-birlərindən fərqləndirə bilmirsən. Bundan başqa, vəhhabi əqidəsi mötəzilə, cəhmiyyə və murciə əqidələrinin qarışığından ibarətdir.

Aparıcı: Yəni bütün təşkiki və təkfiri (insanların əqidələrinə şübhə ilə yanaşan və onları təkfir edən) fikirləri özünə yığıb?

Doktor Əl-Kiyva: onlar xristianlıqdan da təsirlənmişlər. Şaula nisbət verilən Şauli məsihiyyətindən ilham almışlar. Şaul Petros peyğəmbər deyirdi. O, həzrət İsa (ə) ilə döyüşmüş, həzrət İsanın (ə) səhabələri olan həvariləri öldürmüşdür.

Bundan başqa, Muhəmməd ibn Əbdül-Vəhhab səhabələri təkfir etmişdir. Demişdir ki, məndən qabaqkı 600 il ərzində bütün müsəlmanlar kafir olublar. Yəni o ortaya çıxana qədərki 600 il ərzində bütün müsəlmanlar kafir olmuşlar. İndi də onun tərəfdarları, bu düşüncənin tərəfdarları bu fikirdə israr edirlər.

Aparıcı: Bu şəxslərin kimlikləri məlumdurmu?

Doktor Əl-Kiyva: bəli, məlumdur, sayları çoxdur. Söhbətimin əvvəlində də dedim...

Aparıcı: bu təhlükəli əqidədidir, ya şeyx.

Doktor Əl-Kiyva: bəli. Muhəmməd İbn Əbdül-Vəhhab deyir ki, əlimdəki əsa Muhəmməd ibn Abdullahdan (s) üstündür. Çünki mən bu əsadan istifadə edirəm, ona söykənirəm, onunla itləri qovuram, onunla ilanları öldürürəm. Muhəmməd isə bir “tariş” idi.

“Tariş” Nəcdin bədəvi ərəblərinin dilində poçtalyon deməkdir. Yəni, bir məktub və ilahi tapşırıq gətirdi və getdi. Öldü, bitdi...

Aparıcı: Allah Rəsulu (s) belə sözlərdən uzaqdır.

Aparıcı: Bu videoya baxdınız. Bu sözlər vəhhabiliyin əleyhinə bir əhli-sünnə aliminin sərt sözləri idi.

İzləyici: Kirmanşahdan Əli – əhli-sünnə

Yayımladığınız video haqqında mən də sizinlə həmfikirəm. Bunlar bizim şəhərdə cövlan edirlər. Mən əhli-sünnəyəm və Kermanşahın yaxın şəhərlərinin birindən zəng vururam.

Maraqlı burasıdır ki, biz məsciddə namaz qılanda vəhhabilər bizdən ayrı namaz qılırlar. Uzun saqqalları var və başlarını da qırxırlar. Onları çox pis xurafi əqidələri vardır. Əgər onlarla elmi bəhs etsək, axşamlar qılınc və xəncərlə bizim dalımızca düşürlər. Neçə nəfəri belə öldürüblər. Heç kəs də bunlardan şikayət edə bilmir. Mən də məcbur oldum ki, şərti adla zəng edim və öz şəhərimin adını da deyə bilmirəm. Qorxuram ki, başıma bəla açım.

Aparıcı: Sizin məzhəbiniz nədir?

İzləyici: Mən şafeiyəm. Mən vəhhabilər haqqında sizinlə eyni əqidədəyəm. Mən mərmurlardan xahiş edirəm ki, bu işə əncam çəksinlər. Bunlar bizim üçün çox problemlər çıxarırlar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!