Seyid Muhəmməd Yəzdani dərsləri » “Doğru yol və yanlış yol” proqramı - 4-cü veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (3-cü hissə)

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın salam və salavatı olsun Peyğəmbərlərin (ə) sonuncusu Muhəmməd əl-Mustafaya (s) və onun pak Əhli-beytinə (ə). Allahın salam və rəhməti siz əziz, hörmətli və “Vilayət” kanalının həmişəlik olan izləyicilərinin üzərinə olsun. Növbəti dəfə “Yol və yolsuzluq” proqramı ilə sizinlə görüşmə müvəffəq olmağımıza çox sevindim. Bu proqram vəhhabiləri rüsvay etmək istiqamətində irəliləyir, onun tarixçəsinə baş vurur, onların digər firqələrdən fərqini müəyyən edir. Keçən həftələrdə də qonağımız Ustad Yəzdani olduğu kimi bu gün də bizim qonağımızdır. Salamun əleykum və rəhmətullah

Ustad Yəzdani: Mən də sizi və “Vilayət” kanalının hörmətli izləyicilərini salamlayıram. Bu gecə müsəlmanlar arasında vəhdətin formalaşdırılması ilə əlaqədar hazırladığımız proqramın faydalı olacağını düşünürəm. Bundan əlavə, növbəti dəfə vəhhabilik kitabını və onların cinayətlərini vərəqləyəcəyik.

Aparıcı: Keçən həftələrdə vəhhabiliyin tarixçəsinə, haradan başlamasına, ideoloji və siyasi təsisçilərinin kim olmalarına toxunduq. Onların əhli-sünnəni, onların alimlərini, hətta onların böyük imamı olan Əbu Hənifəni təkfir etmələri barəsində geniş şəkildə bəhs olundu. Ustad Yəzdanidən xahiş edirəm ki, keçmiş proqramın xülasəsini danışsın, sonra mən sualımı verim.

Ustad Yəzdani: Sizin də buyurduğunuz kimi, keçmiş proqramlarda vəhhabilərin nəzərində bütün əhli-sünnənin təkfir olunması haqqında danışdıq və öz kitablarından mənbələr göstərdik. Onlar bütün müsəlmanları, Maturidiləri, Əşəriləri və Mötəzilələri kafir hesab edirlər. Eyni zamanda rafiziləri də şübhəsiz ki, kafir hesab edirlər və onları öldürməyi vacib bilirlər. Bu mənbələr onların ən səhih kitablarında qeyd olunmuşdu.

Keçən həftə göstərdiyimiz ən mühüm mədrək bu idi ki, vəhhabilər Məkkə və Mədinəni işğal edən zaman bir yazı yazdılar. Məkkə və Mədinənin bütün alimləri, o cümlədən, Hənbəli, Hənəfi, Maliki və Şafei müftiləri bu yazını imzaladılar. O alimlər demişdilər ki, biz hamımız bu günədək kafir və müşrik olmuşuq. Bizim şirk etməyimiz bizim canımız və qanımızın halal olmasına səbəb olmuşdu. Məhəmməd ibn Əbdül-Vəhhabın bu təzə dinini qəbul etməli və ona etiqad etməliyik. Bunlardan da ən mühüm mövzu onların Əbu Hənifəni kafir hesab etmələri mövzusu idi. Sələfilərdən biri and içirdi ki, Əbu Hənifə kafirdir. Davamında yeni mədrəklər təqdim edəcəyik və vəhhabilərin bütün müsəlmanları kafir hesab etmələrini sübut edəcəyik.

Aparıcı: Əvvəlki proqramda dedik ki, əhli-sünnə açıq-aşkar vəhhabilərin onları təkfir etdiklərini deyirlər. Lakin Ustad Yəzdaninin buyurduqlarını nəzərə alsaq, görərik ki, əhli-sünnə və onların alimlərinin təkfir olunmaları barəsində mədrəklər çoxdur. Bu gün də təkfir mövzusunu davam etdirəcəyik. Bu mövzu siz əzizlər üçün, istər şiə və istərsə də əhli-sünnə qardaşlar üçün maraqlı olacaq.

Ustad Yəzdani: Bəlkə də bütün müsəlmanların təkfir olunmaları mövzusu heç sonrakı proqramda da bitməyəcək. Lakin çalışacağıq ki, mətləbləri bir yerə toplayıb onların xülasəsini izləyicilərə göstərək.

Birinci mənbə: "Şərh kitab ət-tovhid fi Səhih əl-Buxari" kitabı, müəllifi Abdullah ibn Məhəmməd əl-Ğuneymandır. O, Mədinə universitetinin doktorluq fakültəsi şöbəsinin müdiri və vəhhabilərin indiki məşhur alimlərindəndir. Bu kitab "Dar əl-Asimə" nəşriyyatında Riyadda çap olunmuşdur. Bu kitabın 1-ci cildinin 19-cu səhifəsində deyilir:

وقد انتسب إلى الأشعري أكثر العالم الإسلامي اليوم من أتباع المذاهب الأربعة، وهم يعتمدون على تأويل نصوص الصفات تأويلاً يصل أحياناً إلى التحريف، وأحياناً يكون تأويلاً بعيداً جداً، وقد أمتلأت الدنيا بكتب هذا المذهب، وادعى أصحابها أنهم أهل السنة، ونسبوا من آمن بالنصوص على ظاهرها إلى التشبيه والتجسيم.

هذا ولابد لعلماء الإسلام-ورثة رسول الله صلى الله عليه وسلم - من مقاومة هذه التيارات الجارفة، على حسب ما تقتضيه الحال، من مناظرات، أو بالتأليف، وبيان الحق بالبراهين العقلية والنقلية، وقد يصل الأمر أحياناً إلى شهر السلاح.


Bu gün İslam aləmi içərisində dörd məzhəb ardıcıllarının əksəriyyəti Əşərinin əqidəsindədirlər. Onlar sifətlərlə bağlı mətnlərin təvilinə əsaslanırlar. Elə bir şəkildə ki, bəzən bu təvil təhrifə qədər gedib çıxır. Bəzən isə olduqca uzaq (əlaqəsiz) təvil olur. Dünya bu məzhəbin kitabları ilə dolmuşdur. Bu məzhəbin ardıcılları özlərinin əhli-sünnə olduqlarını iddia etmişlər. Onlar mətnlərə zahirdə olduğu kimi iman gətirən şəxslərə təşbih və təcsim nisbət vermişlər.

Buna əsasən, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) varisləri olan İslam alimləri vəziyyətin tələb etdiyi şəkildə; münazirələrlə, kitab yazmaqla, əqli və nəqli dəlillər ilə haqqı bəyan etməklə bu zərərli cərəyanlarla mübarizə aparmalıdırlar. Bəzən iş silah qaldırmağa da gətirib çıxara bilər.

Bu mətləbi Mədinə universitetinin doktorluq fakültəsi şöbəsinin müdiri, müasir vəhhabi alimi deyir. Bu kitabda açıq-aşkar deyir ki, əhli-sünnənin çoxu Əşairədir və özlərini sünni hesab edirlər. Lakin biz İslam alimləri onların qarşısında dayanmalı, onlarla münazirə etməliyik. Əgər alınmasa, hamısını öldürməliyik.

Həqiqətən də vəhhabilərin əcəb məntiq və istidlalları vardır.

İkinci mənbə: "Muəlləfat əş-Şeyx əl-İmam Məhəmməd ibn Əbdül-Vəhhab" kitabı, üçüncü hissə, "Muxtəsər sirə ər-Rəsul (s)". Bu kitabın müəllifi Məhəmməd ibn Əbdül-Vəhhabdır, Nasir əl-Bərrak daha iki böyük vəhhabi müftisi ilə bu kitaba müqəddimə yazıblar. Bu kitabın 8-ci səhifəsində belə deyir:

واعرف ما قصه أهل العلم من أخبار النبي صلى الله عليه وسلم وقومه وما جرى له معهم في مكة، وما جرى له في المدينة.

واعرف ما قص العلماء عن أصحابه وأحوالهم وأعمالهم. لعلك أن تعرف الإسلام والكفر. فإن الإسلام اليوم غريب وأكثر الناس لا يميز بينه وبين الكفر. وذلك هو الهلاك الذي لا يرجى معه فلاح.


Elm əhlinin Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) və qövmünün barədə, onunla qövmünün Məkkədə və Mədinədə başlarına gələnlər barədə nəql etdikləri əhvalatları öyrən.

Alimlərin onun səhabələri barədə, səhabələrin durumları və əməlləri barədə nəql etdikləri şeyləri öyrən. Bəlkə beləcə sən İslamı və küfrü tanıyasan. Həqiqətən də İslam qəribdir. İnsanların əksəriyyəti İslamla küfrü bir-birindən ayıra bilmir. Bu, nicatına ümid edilməyən bir həlakətdir.

Bu kitabda açıq-aşkar deyir ki, müsəlmanlar İslamı düzgün dərk etməyiblər. Bunu şiə yox, Məhəmməd ibn Əbdül-Vəhhab deyir.

3-cü mənbə: Məhəmməd ibn Əbdül-Vəhhabın əsərlərindən biri olan "Rəsail əş-şəxsiyyə" kitabıdır. Bu kitab Məhəmməd ibn Əbdül-Vəhhabın digərlərinə şəxsi məktublarından ibarətdir. Bu kitabı Saleh ibn Fovzan ibn Abdullah ibn əl-Fovzan və Məhəmməd ibn Saleh əl-Əliqi təshih etmişdir. Bu kitabda İbn Teymiyyənin bir fikri yer almışdır:

فأما كلام الحنابلة ، فقال الشيخ : تقي الدين ، - رحمه الله - لما ذكر حديث الخوارج : فإذا كان في زمن النبي صلى الله عليه وسلم ، وخلفائه ممن قد انتسب إلى الإسلام ، من مرق منه ، مع عبادته العظيمة ، فيعلم : أن المنتسب إلى الإسلام ، والسنة ، قد يمرق أيضا؛


(Müsəlmanların təkfir olunması barəsində) hənbəlilərin fikrinə gəlincə isə, Şeyx Təqiyəddin (İbn Teymiyyə) xəvariclər barədə hədisi qeyd edərkən demişdir: “Əgər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) və onun xəlifələrinin zamanında İslama mənsub olan şəxslər içərisində – çoxlu ibadətlərinə rəğmən – İslamdan xaric olan şəxslər var idisə, deməli aydın olur ki, İslama və sünnəyə mənsub olan şəxslər də dindən çıxa bilərlər.”

Sonra isə Peyğəmbərin (s) xəvaric barəsində buyurduğu bir hədisi nəql edir. Belə ki, xəvaric ox yaydan çıxdığı kimi dində çıxarlar.

Bu mətləb çox mühümdür, özü də Məhəmməd ibn Əbdül-Vəhhabın kitabında qeyd olunmuşdur. Əgər müsəlmanların və əhli-sünnənin kafir olduqlarını desək, burada heç bir problem yoxdur. Çünki səhabələr də xəvarici kafir hesab edirdilər. Peyğəmbər (s) də xəvaricin öldürülməsini əmr etmişdi.

Nə qədər də “möhkəm” məntiq, nə qədər də maraqlı müqayisə!

4-cü mənbə: "Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə" kitabı, müəllifi Məhəmməd ibn Əbdül-Vəhhabdır. O, 9-cu cild, ikinci hissə, Cihad kitabı, Mürtədin hökmünün birincin kitabı, 440-cı səhifədə deyir:

فتأمل رحمك الله أحاديث الغربة وبعضها في الصحيح مع كثرتها وشهرتها، وتأمل إجماع العلماء كلهم أن هذا قد وقع من زمن طويل حتى قال ابن القيم - رحمه الله - الإسلام في زماننا أغرب منه في أول ظهوره، فتأمل هذا تأملاً جيدًَا لعلك أن تسلم من هذه الهُوَّة الكبيرة، التي هلك فيها أكثر الناس، وهي الاقتداء بالكثرة والسواد الأكبر، والنفرة من الأقل، فما أقل من سلم منها، ما أقله ما أقله.


İslamın qəribliyi ilə bağlı hədislər üzərində düşün, Allah sənə rəhmət etsin. Onların bəzisi “Səhih”dədir. Və bu hədislər çoxdur və məşhurdurlar. Həmçinin, bütün alimlərin bu işin çoxdan bəridir baş verdiyi barədə icma etmələri üzərində düşün. Hətta İbn əl-Qəyyim demişdir: “Bizim zamanımızda İslam zühur etdiyi zamandakından daha qəribdir.” Bunun üzərində yaxşıca düşün. Bəlkə sən insanların əksəriyyətinin onda həlak olduğu böyük uçurumdan xilas oldun. Həmin uçurum əksəriyyətə və “əs-səvadul-ə`zəm”ə (böyük çoxluluğa) iqtida etmək, azlığa isə nifrət etməkdir. Nə azdır ondan xilas olanlar. Nə azdır, nə azdır, nə azdır.

Bu çox əhəmiyyətli bir məsələdir. Bir tərəfdən əhli-sünnə alimləri “səvad əl-əzəm”lə istidlal edirlər. Əl-Əzhər universitenin şeyxi bir çox istidlallarında filan şeyin caiz olub-olmamasında “səvad əl-əzəm”in buna əməl edib-etməməsini dəlil olaraq göstərir. Məsələn zərih olan məsciddə namaz qılmaq olar ya yox?

Cavab: 1400 il ərzində səvad əl-əzəm belə məscidlərdə namaz qıldıqları üçün caizdir. Biz müsəlmanların əksəriyyətinin kafir olmasını deyə bilmərik. Əksinə, müsəlmanların əksəriyyətinin etdiyi işlər düzgündür.

Lakin Məhəmməd ibn Əbdül-Vəhhab vəhhabilərin əşərilərin, maturidilərin və mötəzilələrin müqabilində azlıq təşkil etməsinə görə, deyir ki, “səvad əl-əzəm”in düz olduğunu kim deyir? Çox vaxt azlar haqq olublar.

Əhməd ət-Tayyibin bu videosu çox maraqlıdır:

1-ci video: Əl-Əzhər universitetinin rəhbərinin vəhhabilər əleyhinə çıxışı (22:35 – 30:32) Azərbaycan dilində alt yazı ilə buradan izləyə bilərsiniz.

Aparıcı: Hörmətli şeyx, siz bəzi sələfiləri “zəmanənin xəvaricləri” adlandırmısınız.

Doktor Teyyib: Bu, tarixi və elmi şərhə ehtiyac duyan bir mövzudur. Və əlbəttə, bu proqramda bunu etmək mümkün deyil. Mən yalnız bunu deyim ki, müsəlmanların cümhuru bu məzhəb üzərə olmamışdır.

Müsəlmanların cümhuru (böyük əksəriyyəti) maliki, şafei və hənəfilər olmuşlar. İmam Əhməd əhli-sünnə imamlarından biridir, sələf imamlarından biridir. Lakin, imamlardan biridir, sələfin hamısının imamı deyildir. İmam Malik sələf imamlarından biridir, İmam Əbu Hənifə sələf imamlarından biridir, İmam Şafei sələf imamlarından biridir. Olduqca çoxlu sələf imamları vardır. “Sələf” məktəb və ya məzhəb deyildir. Əgər bizə başqa bir vaxt fürsət verilsə, başqa bir proqramda “sələf” sözünün mənasını, necə oraya çıxdığını və hazırkı dövrdə “sələf”i kimin təmsil etdiyini izah edərdik.

Aparıcı: Yəni, “sələf” deyərkən “sələfi-saleh” (saleh sələf) nəzərdə tutulur; Peyğəmbər (aleyhi [və alihis]-salətu vəs-səlam), səhabələr və tabeinlər.

Doktor Teyyib: Baxın, “sələf” sözü Quranda bir yerdə gəlib və məzəmmət mənasında gəlib. Buyurur: “(Firon əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik. Və onları sonradan gələnlərə “sələf” (cəhənnəmə getməkdə digərlərindən qabaqda olan) və ibrət məsəli etdik.” (Zuxruf surəsi, 55-56) Yəni, bunları Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) ümmətindən olan kafirlərə cəhənnəm misalı etdik (onların cəhənnəmə getmələrini bunlar üçün misal etdik).

Həmçinin, bu söz bir neçə dəfə feil formasında da gəlmişdir. Məsələn, “Yalnız, daha öncə etdikləriniz istisnadır (illə mə qad sələf)” (Nisa surəsi, 33). Və bizə Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) belə bir hədis çatmamışdır ki, “əgər ixtilafa düşsəniz, sələf məzhəbinə üz tutun”. Əsla!

Əksinə, belə bir hədis gəlmişdir ki, “əgər ixtilafa düşsəniz, “camaata” üz tutun”. Bir sıra hədislərdə “camaata üz tutun”, “mənim sünnəmə və məndən sonrakı raşidi xəlifələrin sünnəsinə üz tutun” deyə bildirilmişdir.

Hal-hazırda mövcud olan bu məzhəb həqiqətən də “sələfi-saleh”ə əsaslanırmı? Onlar deyirlər ki, sən yalnız İmam Əhməd ibn Hənbəlin məzhəbinə tabe olmalısan, başqa məzhəbləri kənara qoymalısan, qəbrləri dağıtmalısan, zərihlər olan məscidlərdə namaz qılmaq batildir, paltarının (balağlarını) qısaltmalısan, digər məzhəblərin nümayəndələri fasiq və bidətçidirlər – bax bu sələfin məzhəbi deyildir. Bu “ğulat”ların məzhəbidir. Hətta, onları (qədimdə) “hənbəlilərin ğulatları” adlandırırdılar. Tarix bunu qeyd etmişdir ki, həqiqətən də ortada hənbəli məzhəbindən olan bir dəstə şəxs olmuşdur ki, ğulat adlandırılmışlar.

Lakin, onlar özlərini sələf məzhəbinə nisbət vermişlər. Hənbəlilərin özlərinin bir sıra kitabları vardır ki, bu kitablarda onlar bizlərə bu şəxslərə inanmamağı tapşırmışlar. Ona görə ki, onlar İmam Əhməd ibn Hənbələ mənsub deyillər. Hətta hənbəlilər onlar barədə elə sözlər demişlər ki, mən onu deyə bilmirəm. Onların bu məzhəbi necə nəcisə buladıqlarını, onu necə dəyişdirdiklərini qeyd etmişlər. Təəssüflər olsun ki, sələfi övladlarımızdan və qardaşlarımızdan olan təəssübkeşlər və ğulatlar sələfi-salehə deyil, ğulat hənbəlilərə mənsubdurlar. Bu gün bu terminin işlədilməsində yalana, hiyləgərliyə və saxtakarlığa yol verilir. Bütün camaat, “əl-Əzhər” sələfi-salehə mənsubdur.

Aparıcı: Yaxşı, icazə verin bu məsələ ilə bağlı bir məqamı qeyd edim. Mən zərihlərin dağıdılması barədə danışmaq istəyirəm. Sələfilər belə hesab edirlər ki, içində zərih olan məsciddə namaz qılmaq olmaz. Siz özünüz də buyurdunuz ki, ortada bir sıra ğulatlar (ifratçı həddi aşanlar) var. Onlar bir sıra zərihləri dağıtmışlar. Mən bir müsəlman olaraq, məsələn, Seyyid Nəfisə və ya Seyyidə Zeynəbin hərəmində namaz qılmaq istəsəm, mən belə yerdə namaz qıla bilərəm, yoxsa, namazım batildir?

Doktor Teyyib: Mən bu suala iki cavabım var:

Birinci cavab Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) verdiyi cavabdır. “Əgər bir ixtilaf görsəniz, camaata üz tutun (baxın camaat nə etsə, siz də onu edin)”, başqa bir rəvayətdə “...“əs-səvadul-əzəm”ə (böyük çoxluluğa) üz tutun”.

Gərək, əksəriyyətə (“əs-səvadul-əzəm”ə) baxasan ki, nə edirlər. Çünki, “əs-səvadul-əzəm” icma kimidir. İcma isə bizim fiqhimizdə fiqhin mənbələrindən biridir. Çox maraqlıdır ki, qardaşlarımız və övladlarımız sələfilər buna diqqət yetirmirlər. Onlar azlıqdırlar. Əgər onları sayları neçə milyard olan müsəlmanlarla müqayisə etsək, sayları sıfır kimi bir şey olar. Peyğəmbər buyurmamışdır ki, ixtilaf gördüyünüz zaman, “sələfilər”ə və ya özlərini sələfi adlandıranlara baxın. O Həzrət məhz bunu buyurmuşdur ki, camaata (böyük əksəriyyətə) baxın, onlar nə etsələr, siz də onu edin. Baxın camaat nə edir. Görəsən camaat zərihləri dağıdır, yoxsa, içində zərih olan məscidlərdə namaz qılır? Camaat belə məscidlərdə namaz qılır. Buna görə də, başqa deyilənlər mənə maraqlı deyildir.

İkinci cavaba – əməli cavaba gəlincə, cənablarınız məndən soruşdu ki, mən gedib Seyyidə Nəfisə məscidində, və ya Seyyidə Zeynəb və ya ağamız Hüseynin məscidinə, yaxud, içində zərih olan (başqa bir) məsciddə namaz qılsam, namazım səhih olar, yoxsa batil? Bu sualın 1300 ildən bəri davam edən əməli cavabı vardır və aşkardır. Müsəlmanların Məscidi-Nəbəvidə qıldıqları namazların hökmü nədir? Hansı ki, orda Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) qəbri var, Əbu Bəkrin və Ömərin qəbrləri var. Əgər desəniz ki, həzrət Hüseynin məscidində qılınan namaz batildir, çünki, orada zərih var, o zaman gərək bütün bu dövrlər ərzində müsəlmanların Peyğəmbər məscidində qıldıqları namazlar da batildir və gərək biz bu zərihləri uçuraq.

Əlbəttə, bunlar insanı İslamdan çıxaran çox böyük cinayətlərdir. Çünki, bu işin batinində Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) və onun mübarək qəbrinə qarşı təhqir və cürətkarlıq vardır. Bundan başqa, biz deyə bilərik ki, bu məscidlərdə – həzrət Hüseyn məscidindəki, həzrət Zeynəb məscidindəki zərihlər kənardadırlar və mən üzü bunlara namaz qılmıram. Məscidi-Nəbəvidə isə insanlar qəbrlərin arxasında durub cəm şəkildə qəbrlərə tərəf namaz qılırlar. Həmçinin, qəbrlərin sağ tərəfində durub namaz qılırlar, sol tərəfində durub namaz qılırlar, önündə durub namaz qılırlar və arxalarında durub namaz qılırlar. Və bütün bu namazlar səhihdirlər. Heç kəs cürət edib deməmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) məscidində qılınan namaz batildir.

Rəbbimizə həmd olsun ki, O, bizim əməli bir cavab qoymuşdur. Hər gün bu müqəddəs məsciddə namaz qılınır. Bu məscid – Peyğəmbərin də (sallallahu əleyhi [və alihi] və səlləm) buyurduğu kimi – içində namaz qılmaq üçün uzaq yerdən səfərə çıxılması caiz olan üç məsciddən biridir. Və bu məsciddə zərihlər və üç qəbr vardır. Bu, İslamın xoşgörülüyündən çıxıb zərihləri dağıdan, yaxud, bu məscidlərdə namazın batil olduğunu deyən şəxslərə əməli cavabdır.

Aparıcı: Siz Əhməd ət-Tayyibin vəhhabilərin və radikal sələfilərin barəsində nələr dediklərini gördünüz. Bu söhbətdə bir neçə məsələ mühüm məsələ idi:

1-ci məsələ bu idi ki, Əhməd ət-Tayyib hənbəlilərin vəhhabilərin əleyhinə kitab yazdığını dedi. Lakin vəhhabilər deyir ki, bu hənəfilər bizim məzhəbimizi murdarladılar.

2-ci məsələ bu idi ki, vəhhabilər bir milyard müsəlmanın qarşısında bir heçdirlər. Şiələrin nəzəri də budur ki, bu aləmdə hay-küy salan, cinayətlər törədən bu vəhhabilər müsəlman dənizində itib-batarlar.

3-cü məsələ budur ki, əgər bir nəfər Kərbəlada namaz qılmağı içində İmam Hüseynin (ə) qəbri olduğuna görə batil hesab edirsə, onda 1400 ildir ki, camaat Peyğəmbər (s) məscidində namaz qılır. O məsciddə də Peyğəmbərin (s) qəbri vardır və hamının namazı batildir.

4-cü məsələ isə Əhməd ət-Tayyibin bu zərihləri dağıdanları İslamdan xaric hesab etməsidir. Çünki bu işin həqiqəti Peyğəmbərin (s) müqəddəs məqamına xəyanət və cəsarətdir. Həzrət Zeynəbin (s.ə) günbəzini dağıtmaq barəsində olan bu fətvanı Dəməşqiyyə də vermişdir.

Ustad Yəzdani: Əhməd ət-Tayyibin əsas mövzusu vəhhabilərin xəvaric olmasıdır. Biz onun “səvad əl-əzəm”dən istidlal etməsindən istifadə etməyi nəzərdə tutmuşuq. Belə ki, vəhhabilər bir milyarddan çox müsəlmanın müqabilində sıfıra bərabərdir. Bütün müsəlmanlar deyir ki, filan şey caizdir, lakin vəhhabilər deyir ki, caiz deyildir. Digər tərəfdən də Məhəmməd ibn Əbdül-Vəhhab deyir ki, “səvad əl-əzəm”in haqq olduğunu kim deyir? Bəzən az qruplar haqq olur və düz yolda olurlar.

İnşallah zərih mövzusuna çatanda bu videonu növbəti dəfə yayımlayarıq. Bu videoda deyilirdi ki, zərih olan məsciddə namaz qılmaq caizdir. Necə ki, 1400 il ərzində Mədinədən və dünyanın bir çox müsəlman ölkələrində zərih olan məscidlərdə namaz qılınır, amma heç kəs deməyib ki, zərih olan məscidlərdə namaz qılmaq haramdır. Lakin bu sayı yüzdə sıfıra bərabər olan vəhhabilər deyir ki, bu, küfrdür.

Növbəti mətləb də çox əhəmiyyətli mətləbdir və vəhhabilərin ən yaxşı kitablarında gəlmişdir. "Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə" kitabı, 9-cu cild, səhifə 256:

Həmd ibn Ətiq vəhhabilərin böyük alimlərindədir. Burada 259-cu səhifəyə qədər bir sıra mətləblərə toxunur. Belə ki, alimlərdən biri ilə Allahın əmin-amanlıq hərəmi olan Məkkə şəhərinin kafir ölkə yaxud müsəlman ölkəsi olması barəsində münazirə edir.

جرت المذاكرة في كون مكة بلد كفر، أم بلد إسلام؛


Məkkənin küfr ölkəsi, yoxsa, İslam ölkəsi olması barədə müzakirə getdi.

O, 263-cü səhifəyə qədər bir çox dəlillər gətirir. Bu səhifədə isə xülasə şəkildə belə deyir:

وجماع الأمر: أنه إذا ظهر في بلد دعاء غير الله وتوابع ذلك، واستمر أهلها عليه، وقاتلوا عليه، وتقررت عندهم عداوة أهل التوحيد، وأبوا عن الانقياد للدين، فكيف لا يحكم عليها بأنها بلد كفر؟ ولو كانوا لا ينتسبون لأهل الكفر، وأنهم منهم بريئون; من أهل مكة أو غيرهم، مع مسبتهم لأهل التوحيد، وتخطيئتهم لمن دان به، والحكم عليهم بأنهم خوارج أو كفار، فكيف إذا كانت هذه الأشياء كلها موجودة؟


Bəhsin xülasəsi budur ki, əgər bir ölkədə (diyarda) Allahdan qeyrilərini çağırmaq və s. bu kimi işlər zahir olarsa, həmin ölkənin əhalisi bu işləri davam etdirərlərsə, buna görə döyüşərlərsə, “tövhid əhli”nə qarşı ədavət bəsləyərlərsə və dinə tabe olmaqdan boyun qaçırarlarsa, o zaman belə bir ölkənin küfr ölkəsi olmasına necə hökm etməmək olar?! Baxmayaraq ki, Məkkə əhalisi və başqalarından ibarət olan bu şəxslər küfr əhlinə mənsub deyillər və onlardan bəraət edirlər. Lakin, onlar “tövhid əhli”ni söyür, bu yolla gedənləri xətakar bilir, onların xarici və ya kafir olduqlarına hökm verirlər. Bu şeylər mövcud olduğu müddətcə (onların ölkələrinin küfr diyarı olmasına necə hökm verilməyə bilər?!)

Bunlar Məkkə şəhərinin küfr şəhəri olması barəsində istidlal edirlər ki, bu küfr şəhərinin əhalisi ilə savaşmaq və şəhəri dağıtmaq lazımdır. Onlar elə bu işi gördülər, bir müddət Məkkəni mühasirədə saxladılar. Bu bir həddə çatdı ki, camaat aclıqdan it əti yeməyə məcbur oldular. Sonra isə təslim oldular və dedilər ki, biz və bütün İslam ölkələri kafir olmuşuq.

Yenə bu kitabın 264-cü səhifəsində daha bir mühüm mətləb qeyd olunmuşdur.

Səud ibn Əbdül-Əziz ibn Məhəmməd ibn Səud bu mətləbləri soruşan şəxsə cavab verib. Bu cavab 264-cü səhifədən 285-ci səhifəyə qədərdir. Bu səhifədə belə deyir:

وما ذكرت من جهة الحرمين الشريفين، ... لما كان أهل الحرمين آبين عن الإسلام، وممتنعين عن الانقياد لأمر الله ورسوله، ومقيمين على مثل ما أنت عليه اليوم من الشرك والضلال والفساد، وجب علينا الجهاد بحمد الله فيما يزيل ذلك عن حرم الله وحرم رسوله صلى الله عليه وسلم من غير استحلال لحرمتهما.


Sənin hərəmeyni-şərifeyn barədə qeyd etdiklərinə gəlincə, hərəmeynin əhalisi İslamdan üz döndərdikləri, Allahın və Rəsulunun əmrinə boyun əyməkdən imtina etdikləri və sənin kimi şirk, zəlalət və fəsad üzərində dayandıqları üçün bu işləri Allahın hərəmindən və Onun peyğəmbərinin hərəmindən təmizləməkdən ötrü bizə – Allaha həmd olsun ki – cihad vacib oldu. Lakin, bu iki hərəmin hörmətini halal etmədən.

Bu sözlər Ali Səud hökumətinin üçüncü hakimi Səud ibn Əbdül-Əziz ibn Məhəmməd ibn Səudun sözləridir, açıq-aşkar deyir ki, Məkkə və Mədinə camaatı müşrik olublar və bu şəhərlər küfr şəhərləridir.

Növbəti məsələ "Muəlləfat əş-Şeyx əl-İmam Məhəmməd ibn Əbdül-Vəhhab" kitabında qeyd olunub. "Ər-Rəsail əş-şəxsiyyə", 270-ci səhifədən sonra:

Məhəmməd ibn Əbdül-Vəhhabın məktubu:

من محمد بن عبد الوهاب، إلى من يصل إليه من الإخوان...


Muhəmməd ibn Əbdül-Vəhhabdan bu (məktubun) çatacağını bütün qardaşlara...

Məktub genişdir. Səhifə 272-də belə yazır:

وقد منّ الله عليكم بإقرار علماء المشركين بهذا كله، سمعتم إقرارهم أن هذا الذي يُفعل في الحرمين والبصرة والعراق واليمن، أن هذا شرك بالله، فأقروا لكم أن هذا الدين الذي ينصرون أهله، ويزعمون أنهم السواد الأعظم، أقروا لكم أن دينهم هو الشرك. وأقروا لكم أيضاً أن التوحيد الذي يسعون في إطفائه، وفي قتل أهله وحبسهم، أنه دين الله ورسوله. وهذا الإقرار منهم على أنفسهم من أعظم آيات الله، ومن أعظم نعم الله عليكم،


Allah müşriklərin alimlərinin bütün bunları iqrar etmələri ilə sizə minnət qoydu. Siz onların iqrar və təsdiqlərini eşitdiniz. Onlar iqrar etdilər ki, hərəmeyndə, Bəsrədə, İraqda və Yəməndə edilən işlər Allaha şirk qoşmaqdır.

Onlar sizin üçün iqrar etdilər ki, əhlinə yardım edib “əs-səvadul-ə`zəm” adlandırdıqları din şirkdir. Həmçinin, onlar sizin üçün iqrar etdilər ki, söndürməyə çalışdıqları, əhlini öldürməyə və həbs etməyə can atdıqları “tövhid” Allahın və Onun peyğəmbərinin dinidir. Onların öz əleyhlərinə etdikləri bu iqrar sizin üçün Allahın ən böyük ayələrindən (nişanələrindən) biridir.

Halbuki bunlar Mədinə, Məkkə, Bəsrə və Yəmən alimləri idilər. Lakin müşrik olduqlarını iqrar etdilər.

"Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə" kitabı, 1-ci cild, 314-cü səhifədə Məkkə və Mədinə alimlərinin iqrarları qeyd olunmuşdur:

نشهد – و نحن علماء مكة ، الواضعون خطوطنا ، و أختامنا فی هذا الرقیم – أن هذا الدین ، الذی قام به الشیخ : محمد بن عبد الوهاب ، رحمه الله تعالی ، و دعا إلیه امام المسلمین : سعود بن عبد العزیز ، من توحید الله ، و نفی الشرك ، الذی ذکره فی هذا الكتاب ، أنه هو الحق ، الذی لا شك فیه و لا ریب ؛ وأن ما وقع فی مكة و المدینة ، سابقا ، و مصر والشام وغیرهما من البلاد ، الی الآن من أنواع الشرك ، المذکورة فی هذا الكتاب ، وأنه : الکفر ، المبیح للدم ، والمال والموجب للدخول فی النار.


Bu yazıya xəttini və imzasını qoyan biz Məkkə alimləri şəhadət veririk ki, Şeyx Muhəmməd ibn Əbdül-Vəhhabın gətirdiyi və müsəlmanların imamı Suud ibn Əbdül-Əzizin də dəvət etdiyi Allahın tövhidini və şirkin inkarını təbliğ edən bu din, barəsində şəkk və şübhə olmayan haqq dindir. Və şəhadət veririk ki, əvvəllər Məkkə və Mədinədə baş verən işlər, eləcədə, indiyədək Misirdə, Şamda və sair ölkələrdə baş verən işlər bu kitabda qeyd olunan şirk növlərindəndir. Şəhadət veririk ki, bu işlər insanın qanını və malını mübah edən və insanın Cəhənnəmə daxil olmasına səbəb olan küfrdür.

ومن لم یدخل فی هذا الدین ، ویعمل به ، ویوالي أهله و یعادي أعداء ه ، فهو عندنا کافر بالله و الیوم الاخر و واجب علی إمام المسلمین ، والمسلمین جهاده و قتاله ، حتی یتوب إلی الله مما هو علیه ، ویعمل بهذا الدین


Bu dinə daxil olmayan, ona əməl etməyən, bu dində olanlarla dostluq etməyən, düşmənləri ilə də düşmənçilik etməyən kəs bizim nəzərimizdə Allahı və qiyamət gününü inkar edən kafirdir. Müsəlmanların rəhbərinə və müsəlmanlara tövbə edənədək və bu dinə əməl edənədək bu şəxslərlə cihad edib onlarla döyüşmələri vacibdir.

İmza edənlər isə bunlar idi: Məkkədə hənəfilərin müftisi Əbdül-Məlik ibn Əbdül-Munim əl-Qələi əl-Hənəfi, Şafeilərin müftisi Məhəmməd ibn Saleh ibn İbrahim, Malikilərin müftisi Məhəmməd ibn Məhəmməd Ərəbi, Hənbəlilərin müftisi Məhəmməd ibn Yəhya və Məhəmməd ibn Əhməd Maliki.

Məhəmməd ibn Əbdül-Vəhhab özü istidlal edir ki, niyə bizi bütün müsəlmanları kafir və müşrik hesab etməyimizdə ittiham edirsiniz, halbuki onların özləri şəhadət verirlər ki, biz bu günədək kafir olmuşuq.

Növbəti mətləb yenə həmin kitabda, 9-cu cildə, ikinci hissə, “Cihad” kitabında "Mürtədin hökmünün birinci kitabı"nda, səhifə 252-də qeyd olunmuşdur. Məhəmməd ibn Əbdül-Vəhhabın övladlarından soruşurlar ki, sizin ixtiyarınızda olmayan ölkərə küfr ölkəsi adlanırmı?

سئل أبناء الشيخ محمد بن عبد الوهاب رحمهم الله تعالى من لم تشمله دائرة إمامتكم, و يتسم بسمة دولتكم, هل داره دار كفر وحرب على العموم؟


Şeyx Muhəmməd ibn Əbdül-Vəhhabın övladlarından soruşuldu: sizin imamətinizin və dövlətinizin əhatə dairəsində olmayan bütün şəxslərin diyarı küfr və hərb diyarıdırmı?

Onlar belə cavab verir:

أما من بلغته دعوتنا إلى توحيد الله، والعمل بفرائض الله، وأبى أن يدخل في ذلك، وأقام على الشرك بالله، وترك فرائض الإسلام، فهذا نكفره ونقاتله، ونشن عليه الغارة، بل بداره; وكل من قاتلناه فقد بلغته دعوتنا، بل الذي نتحقق ونعتقده: أن أهل اليمن وتهامة، والحرمين والشام والعراق، قد بلغتهم دعوتنا، وتحققوا أنا نأمر بإخلاص العبادة لله.


Əgər bir kəsə bizim Allahın birliyinə olan dəvətimiz və Allahın vacibatlarına əməl etməyə olan dəvətimiz yetişərsə, lakin, o şəxs bunu qəbul etməkdən imtina edərsə, Allaha şərik qoşmaqda və İslamın vacibatlarını tərk etməkdə qalarsa, belə bir şəxsi təkfir edərik, onunla döyüşərik, onun üzərinə, hətta, onun ölkəsinin üzərinə hücuma keçərik. Biz kimlə döyüşmüşüksə, bizim dəvətimiz ona çatmışdır. Biz qəti şəkildə bilir və etiqad edirik ki, Yəmən, Təhamə, Hərəmeyn, Şam və İraq camaatına bizim dəvətimiz çatmışdır və onlar bilmişlər ki, biz sırf Allaha ibadət etməyə əmr edirik.

وننكر ما عليه أكثر الناس، من الإشراك بالله من دعاء غير الله، والاستغاثة بهم عند الشدائد، وسؤالهم قضاء الحاجات، وإغاثة اللهفات; وأنا نأمر بإقام الصلاة، وإيتاء الزكاة، وسائر أمور الإسلام; وننهى عن الفحشاء والمنكرات، وسائر الأمور المبتدعات; ومثل هؤلاء لا تجب دعوتهم قبل القتال، فإن النبي صلى الله عليه وسلم أغار على بني المصطلق وهم غارون، وغزا أهل مكة بلا إنذار ولا دعوة.


Camaatın əksəriyyətinin Allaha şirk qoşmalarını – onların Allahdan qeyrisini çağırmalarını, çətinliklər zamanı Allahdan qeyrilərindən yardım istəmələrini, hacətlərin rəvasını və bəlalardan qurtarmağı onlardan diləmələrini inkar edirik. Biz namaz qılmağa, zəkat verməyə və sair islami işlərə əmr edirik, çirkin əməllərdən, pis işlərdən və sair bidət işlərdən çəkindiririk. (Əslində) bu cür şəxsləri döyüşməzdən qabaq dəvət etmək belə vacib deyildir!! Belə ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) xəbərsiz olduqları bir vaxtda Bəni-Müstələqə hücum etdi. Məkkə camaatı üzərinə xəbərdarlıq və dəvət etmədən yürüş etdi.

Bu şəxs Peyğəmbərə (s) böhtan atır, çünki Peyğəmbər (s) 23 il Məkkə camaatını İslama dəvət etmişdi, hüccəti onlara tamamlamışdı. Onlar qəbul etmədikləri üçün Həzrət (s) onlarla müharibə etdi.

Türkiyə dövləti mövzusuna gəlincə isə, bunlar türk vətəndaşlarını və bütün Osmanlılarını kafir hesab edirlər. Türkiyə, Kipr, Fələstin, Şam, Misir, Hicazdan Bağdadadək bir çox İslam ölkələri Osmanlı hakimiyyətinin nəzarəti altında idi. Vəhhabilər də Dəriyyədə məskunlaşmışdılar. Bu ikisi bir-birləri ilə sərt şəkildə düşmənçilik edirdilər. Hətta bir dəfə vəhhabilər Osmanlılara məğlub da olmuşdu.

Bunlar bütün Osmanlıları, Osmanlı hakimiyyətinin nəzarətində olanları və onları kafir hesab etməyənləri kafir hesab edir və öldürülmələri barəsində fətvalar verirdilər.

"Əd-Durər əs-səniyyə" kitabı, 9-cu cild, 289-cu səhifə:

وقال بعضهم، رحمهم الله تعالى:

أما بعد:

فإنه قد بلغني أن بعض الناس قد أشكل عليه جهاد المسلمين لأهل حايل، هل هو شرعي أم لا؟


Onlardan (Nəcd alimlərindən) biri demişdir:

Mənə belə xəbər çatıb ki, bir nəfər üçün müsəlmanların Hail camaatı ilə cihad etmələri qaranlıq qalıb; bu mənada ki, görəsən, bu cihad şəridir, yoxsa, yox?

Səhifə 291:

الأمر الثاني: مما يوجب الجهاد لمن اتصف به: عدم تكفير المشركين، أو الشك في كفرهم، فإن ذلك من نواقض الإسلام ومبطلاته، فمن اتصف به فقد كفر، وحل دمه وماله، ووجب قتاله حتى يكفر المشركين.


İkinci məsələ: cihad edilməsi vacib olan şəxslərdən biri də müşrikləri təkfir etməyən və ya onların kafirliklərində şəkk edən şəxsdir. Bu iş (müşrikləri təkfir etməmək və onların kafirliklərində şəkk etmək) İslama nöqsan gətirən və onu batil edən işlərdəndir. Kim bu sifətlərə sahib olsa (müşrikləri təkfir etməsə), kafirdir. Qanı və malı halal olmuşdur. Müşrikləri təkfir etmədiyi müddətcə onunla döyüşmək vacibdir.

فمن لم يكفر المشركين من الدولة التركية، وعباد القبور، كأهل مكة وغيرهم، ممن عبد الصالحين، وعدل عن توحيد الله إلى الشرك، وبدّل سنّة رسوله صلى الله عليه وسلم بالبدع، فهو كافر مثلهم،


Kim saleh şəxslərə ibadət edən, Allahın tövhidini qoyub şirkə üz tutan və Allah Rəsulunun sünnəsini bidətlərə dəyişən Türkiyə dövlətinin müşriklərini, habelə, Məkkə camaatı və başqaları kimi qəbrə ibadət edənləri təkfir etməsə, özü də onlar kimi kafirdir.

فإن القرآن قد كفر المشركين، وأمر بتكفيرهم، وعداوتهم وقتالهم.


Quran müşrikləri kafir hesab etmişdir, onları təkfir etməyi, onlarla düşmənçilik etməyi və onlarla döyüşməyi əmr etmişdir.

Növbəti səhifədə Hail camaatından danışır. Dediyimiz dəlillərlə onları təkfir edir və öldürülmələrinin lazım olduğunu vurğulayır.

Növbəti mətləb yenə bu kitabda 10-cu cild, 429-cu səhifədə qeyd olunmuşdur:

Məhəmməd ibn Əbdül-Vəhhabın nəvələrindən olan Şeyx Əbdül-Lətifdən soruşurlar ki, Türkiyə dövlətini təkfir etməyənlərin hökmü nədir? Cavab verir:

من لم يعرف كفر الدولة، ولم يفرق بينهم وبين البغاة من المسلمين، لم يعرف معنى لا إله إلا الله،؛ فإن اعتقد مع ذلك: أن الدولة مسلمون، فهو أشد وأعظم، وهذا هو الشك في كفر من كفر بالله، وأشرك به;


Kim dövlətin kafirliyini tanımasa, onlarla müsəlmanlardan olan bağiləri (həddi aşmış azğınları) bir-birindən ayırd etməsə, “la ilahə illallah”ın mənasını tanımamışdır. Əgər dövlətin müsəlman olduğuna etiqad etsə, o zaman bu daha betər və daha böyükdür. Bu, Allaha kafir olan və Ona şərik qoşan şəxs barədə şəkk etməkdir.

Sonrakı mətləb türkdilli xalqların təhqir olunması barəsindədir. Yenə həmin kitab, 9-cu cild, 8-ci səhifə:

وسئل الشيخ عبد الله أبا بطين: إذا قال بعض الجهال: إن من شروط الإمام أن يكون قرشيا، ولم يقل عارضيا، يشير إلى أنه قد ادعاها من ليس من أهلها، يعني محمد بن عبد الوهاب رحمه الله تعالى، ومن قام معه وبعده بما دعا إليه... ؟


Şeyx Abdullah Əbu Bətinə belə bir sual verildi:

“Əgər cahillərdən biri “imamın şərtlərindən biri onun qüreyşli olmasıdır, imamın arizli (Ariz: məntəqə adıdır –red.) olması deyilməmişdir” – desə və bununla ona işarə etsə ki, imaməti ona layiq olmayan şəxslər iddia etmişlər, yəni, Muhəmməd ibn Əbdül-Vəhhab və onun yolu ilə gedənlər iddia etmişlər.. (nə cavab verək)?

فأجاب: إذا قال بعض الجهال ذلك، فقل له: ولم يقل تركيا، فإذا زال هذا الأمر عن قريش، فلو رجع إلى الاختيار لكان العرب أولى به من الترك، لأنهم أفضل من الترك، ولهذا ليس التركي كفوا للعربية، ولو تزوج تركي عربية كان لمن لم يرض من الأولياء فسخ هذا النكاح؛


Şeyx Əbu Bətin cavab vermişdir: əgər cahillərdən biri bunu desə, ona de ki, (imamın) türk olması da deyilməmişdir. Əgər bu iş Qüreyşdən çıxıb ixtiyara keçsə (yəni, əgər imamın qüreyşli olması deyilməsəydi, onun istənilən qövmdən seçilə bilməsi deyilsəydi) o zaman ərəblər bu işə türklərdən daha layiq olarlar. Çünki, onlar türklərdən daha üstündürlər. Buna görə də türk kişi ərəb qıza tay deyildir. Əgər bir türk kişi ərəb qız ilə evlənərsə, qızın vəlilərindən bu nikaha razı olmayan şəxs bu nikahı “fəsx” (ləğv) edə bilər. (Qeyd: fəsx talaqa ehtiyac olmadan nikahın pozulmasıdır-red.)

Bu məsələ Quranın və İmamlardan (ə) bizə çatan rəvayətlərin nəssi ilə açıq-aşkar müxalifdir. Xülasəsi budur ki, imamət hər kəsə çatsa da, türklərə çatmır. Bir səhih rəvayətdə Əhli-beyt (ə) buyurmuşdur:

من كان في قلبه حبة من خردل من عصبية بعثه الله يوم القيامة مع أعراب الجاهلية.


Kimin qəlbində xardal dənəsi qədər qövmpərəstlik (tayfa, xalq təəssübkeşliyi) olarsa, Allah qiyamət günü onu cahiliyyət ərəbləri ilə həşr edər.

Bu rəvayət İmam Sadiqdəndir (ə) və onun sənədi Kafidə də vardır. İranlı, Əfqanlı, Pakistanlı və türklərlə fərq qoyanların nəzərinə çatdıraq ki, bu kəlam İmam Sadiqindir (ə) və bu kəlamda heç bir ğuluvv yoxdur, bu da vəhhabilərin sözüdür.

Aparıcı: Qovulmuş Şeytandan Allaha pənah aparıram. Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. (Hucurat, 13)

Bu ayə vəhhabilərin dediklərinin əksini deyir. Bu vəhhabilər əziz türk qardaşlarımızın məqamını o qədər alçaldırlar ki, hətta belə deyirlər: Əgər Məhəmməd ibn Əbdül-Vəhhab Qureyşdən deyilsə, türk də deyildir. Bu əziz türk qardaşlarımıza qarşı çox kobud bir cəsarətdir. Biz də buradan türklərdən xahiş edirik ki, bizimlə əlaqə saxlayıb söhbət etsinlər.

Ustad Yəzdaninin də buyurduğu kimi onlar Məkkə və Mədinəni şirk ölkələri ilə səhv salıblar və oranın bütün əhli-sünnə camaatını kafir hesab edirlər. Onların maraqlı işlərindən biri də budur ki, onlar intihar əməliyyatlarını gerçəkləşdirmək üçün insan alverinə də əl atırlar. Belə ki, bəzi vəhhabilər öz övladlarını əhli-sünnə və şiələrə qarşı intihar əməliyyatları keçirmək üçün satırlar. Bu barədə video da hazırlamışıq.

2-ci video: 01:03:21 – 01:05:35

İnternetdə bir video paylaşılıb. Videoda Ərəbistanın Ciddə şəhərinin otellərinin birində böyük məbləğlər müqabilində insan alveri göstərilir. Satılan şəxslərin Suriyada özlərini intihar etmək üçün əməliyyatlarda iştirak edirlər. Bu videolardan birində Əbu Səlah adlı bir kişi özünün ikinci oğlunu hərraca çıxarmışdır. Bu auksion bir milyon Səudiyyə riyalına çatır. Ata bu məbləğin qarşılığında oğlunun Suriyada intihar əməliyyatlarında iştirak etməsinə razı olur.

İlkin auksion üçün Əbu Səlahın bu ayaq üstə dayanan oğlu üçün iki yüz min riyal müəyyənləşdirilir. İki yüz mindən artığını kim verir? Üç yüz min... Dörd yüz min... Cavanlar daha çox qiymət deyin! Bunlar öz canlarını vermək istəyirlər. Paxıllıq etməyin, daha çox qiymət deyin! Beş yüz min... Altı yüz min... Cavanlar, daha çox qiymət deyin ki, Allah Təala sizə bundan daha artığını verəcək. Altı yüz min... Daha çox deyin, bu sizin üçün nemət və bərəkətdir. Bir milyon riyal... Bir milyon riyal...

Aparıcı: İnsanlıq əleyhinə əməliyyatlar üçün insan satışı. Bu videolardan o qədər çoxdur ki. Bunları yayımlayacaq, vəhhabilərin abrını aparacaq, siz əziz izləyicilərin həmkarlığı ilə müsəlmanların bunlara qarşı nifrətlərini daha da çoxaldacağıq. Əziz izləyicilər, siz də öz tənqid və təkliflərinizi bizə göndərin.

3-cü video vəhhabilərin cinayətləri barəsindədir. Sizdən xahiş edirik ki, bu səhnələrə baxa bilməyən şəxslər bir neçə anlıq kanalı dəyişdirsinlər. Bəzi hissələrinə senzura qoysaq da, bu videoları paylaşmağa məcburuq.

3-cü video: 01:07:36 – 01:09:24

İlahi, Sənə yaxınlaşmaq, dinini müdafiə etmək, əhli-sünnə vəl-cəmaəni müdafiə etmək üçün... İlahi, bu işin vasitəsi ilə Sənə yaxınlaşırıq. İlahi, bu qurbanları bizdən qəbul et! İlahi, bizdən qəbul et! İlahi, bizdən qəbul et! Bismillah və Allahu Əkbər.

Aparıcı: Onların bu günahsız camaata qarşı cinayətlərini mülahizə edin! Ustad Yəzdani bu barədə açıqlama verin zəhmət olmasa.

Ustad Yəzdani: Birinci videoda deyirlər ki, biz Allaha yaxınlaşmaq üçün camaatı öldürürük. Onlar Allaha yaxınlaşmaq üçün bu cavanları öldürür və internetdə yayımlayırlar. Onlar bu sözləri ilə bu abırsızlıqlarının dəyərini qaldırmaq istəyirlər.

Bu həftə digər bir video internetdə yayımlanmışdır. Bu videoda suriyalı cavanı faciəli şəkildə öldürürlər. Əvvəlcə onun üçün qəbir qazırlar, sonra onun başını bir az kəsirlər, sonra əzab çəkmək üçün onu qəbirə atırlar. İstəyirdim ki, yayımlansın, amma məsləhət görmədim.

Başqa bir video da var idi. Lakin onu gətirməyi unutdum. Bu videoda Suriyada bir qadını şiə olduğu üçün camaatın içində boğaraq öldürürlər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!