Məhdəviyyət » Niyə biz Həzrət Vəliyyi Əsrin (ə.f) hüzuruna ədəb göstərmək üçün əlimizi başımıza qoyuruq?

Sual verən: Mahmud Fazili

Sual: Salam. Nəyə görə biz Həzrət Vəliyyi-Əsr İmam Zamanın (ə.f) hüzuruna ədəb göstərmək üçün əlimizi başımıza qoyuruq? Bu barədə rəvayət və ya xüsusi göstəriş mövcuddurmu? Çox təşəkkür edirəm.

Cavab: Xüsusilə bu barədə Məsumlardan (ə) rəvayət gəlməmişdir. Lakin Əllamə Maməqani (r.ə) «Tənqih əl-məqal» kitabının 1-ci cildinin 418-ci səhifəsində, Dibəl Xuzainin tərcümeyi-halı barəsində Şeyx Məhəmməd ibn Əbdul-Cabbarın «Mişkat əl-ənvar» kitabından bir rəvayət nəql edir:

لما قرأ دعبل قصيدته المعروفة التي أولها ( مدارس آيات ) على الرضا عليه السلام وذكره عج الله تعالى فرجه وضع الرضا عليه السلام يده على رأسه وتواضع قائما ودعا له بالفرج .

Dibəl əvvəli «Mudarisu-ayat» kəlməsilə başlayan özünün məşhur qəsidəsini İmam Rza (ə) üçün oxuyarkən orda İmam Mehdinin (ə.f) adını çəkdi. İmam Rza (ə) əlini başına qoyaraq təvazökarlıqla ayağa qalxdı və o Həzrətin (ə.f) fərəcinin təcili üçün dua etdi.

Mərhum Mühəddis Nuri ayağa qalxmaq və əli başa qoymaq barəsində yazır:

هذا القيام والتعظيم خصوصا عند ذكر ذلك اللقب المخصوص سيرة تمام أبناء الشيعة في كل البلاد من العرب والعجم والترك والهند والديلم وغيرها ، بل وعند أبناء أهل السنة والجماعة أيضا .

Həzrət Höccətin (ə.f) ləqəbi zikr olunan zaman bu cür ayağa durub təzim etmək bütün şiələrin arasında – istər ərəb olsun, istərsə də əcəm, istər türk olsun istərsə də deyləmi, bütün şəhərlərdə, hətta əhli-sünnənin də yanında rəsmi ənənə olub.

ən-Nəcm əs-Saqib, s.605

Əlbəttə İmamın (ə.f) adı çəkilərkən ayağa durmaq prinsipi barəsində digər rəvayətlər də mövcuddur. Lakin siz əli başa qoymaq barəsində soruşduğunuz üçün biz də yalnız buna işarə etdik.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!