14 Məsum » Əli (ə) Rəsulullahın (s) qardaşıdır – bu, Cənnətin qapısına yazılıb

Mənbə: "Zəxairul-uqba fi mənaqibi zəvil-qurba" səh.66

İbn Ömər nəql edir: "Peyğəmbər (s) səhabələrini bir-biriylə qardaşlaşdırdı. Əli (ə) gözləri dolmuş şəkildə Peyğəmbərin (s) hüzuruna gəlib dedi:
- Ey Allahın elçisi, bütün səhabələrini qardaşlaşdırdın, amma məni heç kimlə qardaşlaşdırmadın...
- Sən dünya və axirətdə mənim qardaşımsan! – deyə Peyğəmbər (s) cavab verdi."
Tirmizi də bu hədisi səhih hədis kimi qəbul edərək nəql etmişdir.

Cabir nəql edir: "Cənnətin qapısında yazılıb: Allahdan başqa tanrı yoxdur! Muhəmməd Allahın elçisi, Əli isə onun qardaşıdır!"
Başqa bir hədisdə deyilir: "Allah göylər və yeri yaratmamışdan iki min il əvvəl Cənnətin qapısına yazılıb: "Muhəmməd Allahın elçisi, Əli isə onun (Rəsulullahın) qardaşıdır!"
Hər iki hədisi Əhməd ibn Hənbəl "Mənaqib" də nəql etmişdir.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!