Tövhid və şirk » Əhli-Sünnətin ibn Teymiyyənin cənazəsinə təbərrük etməsi

Kitabın adı: Uqudud-durriyyə, səhifə 162
Müəllif: Mühəmməd ibn Əhməd ibn Əbdul-Hadi Qudamə Maqdisi Əbi Abdullah (704-744)

Şeyxin (ibn Teymiyyə) Dəməşq qalasında vəfat etməsi

Şeyx qalada həbsə atıldıqdan, kitab-dəftəri əlindən alındıqdan sonra orada ibadət, tilavət və zikrə məşğul oldu, orada olduğu müddətdə 80 – dən çox Quran xətm etdi. Hər gün üç cüz Quran oxuyurdu. Quran oxuduğu halda, hicrətin 728-ci ili zil-qəədə ayının 22-si vəfat etdi. Iyirmi neçə gün xəstə yatdı. Çox adam onun xəstə oldugunu bilmirdi. Buna görə də çox təəssüfləndilər.
Qalaya xeyli insan toplaşdı. Onlara daxil olmaq izni verildi. Cənazəyə qüsl verilməmişdən əvvəl insanlar əyləşib Quran oxudular, cənazəni öpməklə, onu görməklə təbərrükləndilər. Qadınlar da gəlib bu işi gördülər.
Cənazə namazı ilk öncə qalada qılındı, daha sonra Dəməşq məscidində zöhr namazından sonra yeni bir cənazə namazı qılındı. Şeyxin nəşi Bureyd qapısından çıxarıldı. Böyük bir izdiham vardı.
Insanlar təbərrük məqsədilə öz dəsmallarını, əmmamələrini cənazənin üzərinə atırdılar3.
 

 


3. Sübhanəllah! Şeyxul-islam ibn-Teymiyyə öz həyatı boyu bu bidətlərlə - ölülərə Quran oxumaq, ölülərdən təbərrük götürməklə mübarizə aparırdı, amma indi bunu onun cənazəsinə tətbiq edirdilər, halbuki o, məhz bunlara qarşı çıxdıgına görə həbs olunmuşdu.  (Uqudud-dürriyyə, səh: 369-370)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!