»»Fiqhi məqalələr

Nə üçün namazda möhürə səcdə edirik?

Bismillahir-Rahmanir-Rahim. Çoxumuzu maraqlandıran, bəlkə narahat edən suallardan biri də namazda səcdə ilə, daha doğrusu üzərinə səcdə etdiyimiz şeylərlə bağlıdır. Nə üçün namazda möhürə (yəni torpağa) səcdə edirik?

Niyə namazı əllərimiz açıq halda qılırıq?

Bismillahir-Rahməni-Rahim. Bizə ən çox ünvanlanan suallardan biri də namazın qiyam şəkli ilə bağlıdır. Sual edilir ki, nə üçün Əhli-beyt (ə) məzhəbinin ardıcılları namazların qiyam halında əllərini yana salır, yəni açıq tuturlar?

Müctəhid kimdir?

Müctehid dedikdə kimlər və hansı elmi məqamda olanlar nəzərdə tutulur?

Hər şeydən əvvəl bu sözün kökü ilə tanış olaq. Sözün kökü “ictihad” kəlməsindəndir. “İctihad” sözünün özü isə “cəhd” sözündəndir.

İslamda təqlidə hansı yerlərdə icazə verilir?

Hamı üçün çox maraqlıdır ki, görəsən İslam dinində hansı yerdə təqlidə icazə verilir və hansı yerdə icazə verilmir. Ümumiyyətlə, müqəddəs İslam dinini böyük bir ağaca bənzətsək, onu iki qismə bölmək olar: Gövdəsi və qol-budaqları. İslam dininin əsaslarını yə`ni, e`tiqadi hissəsini ağacın gövdəsinə, əməli hissələrini isə onun qol-budaqlarına bənzətmək olar. Başqa sözlə desək, İslam dini iki qismdən ibarətdir:

Dində neçə növ təqlid var?

Hər bir müsəlmanın ağlına belə bir sual gələ bilər ki, Qur`ani-Kərimin bir çox ayələrində müşriklərin dində öz ata-babalarına təqlid etmələri pislənilir və məzəmmət olunur. Belə olan təqdirdə, biz hansı əsasla dində təqlid və tabeçilik məsələsindən söhbət açırıq? Məgər Qur`an təqlidi pisləmirmi? Yaxud, bə`ziləri belə fikir yürüdürlər ki, təqlid etmək bir növ insanın fikir müstəqilliyi ilə düz gəlmir. Və ya özümüzün ağlımız olan yerdə başqalarının ağlından nəyə görə bəhrələnməliyik? Bütün bu şübhələr və iradlar məsələnin cavabını bilməyənlər üçün doğrudan da təhlükəlidir. Müsəlman bir şəxs bunlara cavab tapa bilməzsə, öz e`tiqadında inhirafa düşə bilər. Bəhsimizin bu bölümündə belə şübhələrə cavab verməkdən ötrü dində təqlid və ya tabeçiliyin növləri barəsində söhbət açacağıq.

Təqlid nədir?

Məlum olduğu kimi Azərbaycan dilində sözlərin əlli faizindən çoxu ərəb-fars mənşəlidir. Bu məsələnin səbəbləri barədə danışmaq fikrində deyilik. Məsələ burasındadır ki, istər ərəb-fars mənşəli sözlər, istərsə də avropa mənşəli bə`zi sözlər vardır ki, bu gün də əhali arasında geniş şəkildə işlənilməsinə və yığıncaqlarda söylənilməsinə baxmayaraq, əhalinin geniş miqyaslı təbəqəsi bunların lüğəvi mə`nasını bilmirlər.